Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

bütün bu itkiləri siz dedikcə mərdanə – mənim bu gün də heyran qaldığım bir rəşadətlə 

qarşılamışdınız…   

– Siz nəyə işarə vurursunuz?   

– Vur-tut ona işarə edirəm ki, insan həyatı çətindir, məxmər cırılır, insanlar isə ölürlər – bu isə son 

dərəcə kədərlidir. Amma başa düşmək lazımdır ki, bədbəxtliklər cürbəcür olur. «Mən onların 

ehtiyaclarının müdafiəsini məmnuniyyətlə öz əllərimə alaram, – Monten deyirdi, – ancaq istəmirəm ki, 

bu ehtiyaclar mənim başıma çıxsın, yaxud xirtdəyimə dirənsin». Monten bunu nəzərdə tuturdu: «Mən 

Bordo şəhərinin meriyəm, sizin xəzinəyə dəymiş ziyanın aradan qaldırılmasına həvəslə girişərəm. 

Ancaq mən buna görə özümü həlak edib sağlamlığımın axırına çıxa bilmərəm». Bu sözlər hazırda 

tamamilə sizə də tətbiq edilə bilər. Mən sizin təzə paltarınız üçün məmnuniyyətlə pul ödəməyə hazıram, 

amma bu itkiyə… milli, yaxud beynəlxalq fəlakət kimi yanaşmaqdan imtina edirəm.   

 

Ey mənim yad rəfiqim, bəla piramidasının altını üstünə çevirməyin və altı yanmış piroqu, sapı qaçmış 



corabları, heç bir günahı olmayan adamların qovulmasını və təhlükə altına düşən sivilizasiyanı 

tərəzinin eyni gözünə qoymayın. Əlvida.   

 

UŞAQ HƏSSASLIĞI HAQQINDA   



 

Böyüklər çox tez-tez uşaqların dünyasının bir addımlığında qərar tutur, lakin onu dərk etməyə can 

atmırlar. Uşaq isə, əksinə,    bu vaxt öz valideynlərinin dünyasını çox diqqətlə müşahidə edir; o, bu 

dünyanı dərk etmək və qiymətləndirmək istəyir; onların yanında valideynlərin ehtiyatsızlıq edib 

ağızdan qaçırdığı ifadələri uşaqlar göydə qapırlar, həmin ifadə özünəməxsus tərzdə anlaşılır və uşaq 

təsəvvüründə uzun müddət yaşayan dünyanın müəyyən şəklini yaratmış olur. Bir qadın öz səkkizyaşlı 

oğlunun yanında deyir: «Mən ana olmaqdan daha çox, qadınam». Bununla o özü də istəmədən, ola 

bilsin ki, uşağına, az qala, bütün ömrü boyu qanı dayanmadan axacaq bir xətər yetirir.   

Mübaliğədir? Yox, düşünmürəm ki, mübaliğə olsun. Uşaqda körpəlikdə yaranmış dünya haqqındakı 

bədbin təsəvvür, ola bilsin ki, sonradan yaxşılığa doğru dəyişəcək. Ancaq bu proses üzücü və tədrici 

olacaq. Əksinə, əgər valideynlər uşağa onun şüurunun təzə-təzə oyandığı vaxtlarda insanların 

sadəqəlbliyi və həssaslığı barədə inam aşılamağa nail olublarsa, deməli, bununla onlar öz oğlanlarının, 

yaxud qızlarının xoşbəxt böyümələri üçün kömək ediblər. Müxtəlif hadisələr sonradan uşaqlığı xoşbəxt 

keçən    adamları da peşman edə bilər; həyatın faciəvi sifəti və insan təbiətinin qəddar tərəfləriylə gec 

və ya tez onlar da toqquşacaqlar. Ancaq gözləndiyinin əksinə olaraq, bütün mümkün xoşagəlməzlikləri 

ən yaxşı keçirən məhz uşaqlığı sakit tərzdə,    ətrafdakılara sevgi və inam havasında keçmiş adamlar 

olacaq.   

Biz uşaqların yanında əhəmiyyət vermədiyimiz ifadələr işlədirik, uşaqlar üçünsə həmin ifadələr tam 

gizli mənalı sözlər kimi görsənir. Bir müəllimə mənə belə əhvalat danışmışdı: O, kiçikyaşlı şagird 

qızdan xahiş etmişdi: «Pərdələri arala, işığın bizim otağımızda peyda olmasını təmin et».   

Qız tərəddüd içində yerindəcə donub-qalmışdı.   

– Mən qorxuram…   

– Qorxursan? Niyə axı?   

– Bilirsiniz… Mən Müqəddəs Kitabda oxumuşam ki, Rahil Veniaminin işıqlı dünyaya gəlməsini təmin 

edən kimi özü dərhal öldü.   

Evlərində sobanın üstündəki saata həmişə «Mariya Antuanetta», yataq otağındakı mebelə isə «On 

altıncı Lüdovik» deyildiyini eşidən bir oğlan uşağı axırda zənn etmişdi ki, onun öz adı Fransua olduğu 

kimi, sobanın üstündəki saatın da adı Mariya Antuanettadır. Təsəvvür etmək çətin deyil ki, elə ilk 

fransız tarixi dərslərindəcə ondan ötrü ev əşyaları mənasında olan adlar qanlı və kədərli hadisələrlə 

qarışıb onun xəyalında necə əcaib obrazlar yaradacaq.   

Uşaqların beynində nə qədər söylənməmiş əndişələr, nə qədər təsəvvürəsığmaz anlayışlar gizlənmişdir! 

Xatırlayıram ki, təxminən, beş, ya altı yaşım olanda bizim şəhərimizə bir teatr truppası qastrola 




gəlmişdi və hər yerdə «Boşanma sürprizləri» adlı tamaşanın afişaları yapışdırılmışdı. Mən o zaman 

«boşanma» sözünün nə məna kəsb etdiyini anlamırdım, amma dumanlı hissiyyatım mənə deyirdi ki, bu, 

yaşlıların sirləri üzərindən pərdəni götürən cəlbedici və qorxulu olan yasaq sözlərdən biridir; və teatr 

truppasının gəldiyi həmin gün şəhər bərbəri qısqanclıq ucbatından öz arvadına tapançadan bir neçə dəfə 

atəş açmışdı. Bu hadisə barədə mənim yanımda danışmışdılar. O zaman mənim uşaq təxəyyülümdə 

bir-birindən xeyli uzaq olan bu faktlar öz aralarında necə, hansı şəkildə əlaqə tapmışdı? İndi dəqiq 

bilmirəm. Amma xeyli vaxt fikirləşmişdim ki, boşanma elə bir cinayətdir ki, bu zaman ər öz təqsirkar 

arvadını öldürür və bu, Pon-de-l’Er teatrının səhnəsində, birbaşa tamaşaçıların gözü qarşısında icra 

olunur.   

Aydındır ki, ən həssas valideynlər də öz uşaqlarının beynində fövqəltəbii təsəvvürlərin və sadəlövh 

gümanların doğulmasına mane ola bilməz. Məlumdur ki, həyati təcrübə çox asanlıqla ötürülmür, hər 

kəs həyat dərslərini müstəqil şəkildə qavrayır, amma heç olmasa, uşağın təsəvvürünü bu cür təhlükəli 

qidalardan qorumağa çalışın. Biz öz uşaqlarımızı bu ağır sarsıntılardan yalnız onda xilas edə bilərik ki

bir şeyi heç zaman yaddan çıxarmayaq: uşaqlar kəskin marağa malikdirlər və bizdən daha həssasdırlar.   

Bu – analar üçün dərsdir. Əlvida.   

 

  OYUN QAYDALARI HAQQINDA   



 

Bilmirəm, siz hərdən radioda «Şənbə söhbəti» verilişinə qulaq asırsınızmı? Bu verilişdə Arman Salakru, 

Rolan Manuel, Andre Şamson, Klod Moriak və sizin sadiq bəndəniz çıxış edirlər. Biz hər şey barəsində 

danışırıq: teatr haqqında, kitab yenilikləri haqqında, rəssamların əsərləri haqqında, konsertlər haqqında, 

eləcə də özümüz barəsində. Bir sözlə, bu, qabaqcadan məşq edilməmiş həqiqi söhbətdir – bir fincan 

qəhvə süfrəsi arxasında beş dostun elədiyi söhbətə bənzər təbii söhbət. Şəxsən mən özüm bu söhbətdən 

həzz alıram və öz müsahiblərimlə mikrofon arxasında hər dəfə sevinclə görüşürəm. Alen deyirdi ki, 

dostluğu çox vaxt şərait yaradır: liseydə, alayda və s. Bu zəruri görüşlər də bizi dostlaşdırmışdı.   

Bu günlərdə Klod Moriak bir tezis irəli sürüb. Mənim fikrimcə, bu çox doğru tezisdir. O, belə deyirdi: 

«Cəngavər romanlarında təsvir olunan kurtuaz məhəbbəti bir oyundur – orta əsrlər dövrünün məhəbbət 

haqqındakı yozumlarından üzü bəri qaydaları dəyişdirilməmiş özünəməxsus bir oyun. Bu oyunlar XVII 

əsrdə – «Astreya»da da belə idi, «Klev şahzadəsi»ndə də; onlar hətta romantiklərin əsərlərində də bu 

cürdür, hərçənd orada daha böyük pafosla ifadə olunmuşdu; Marsel Prustun Svanının davranış və 

nitqini müəyyən edən də odur. Bu ənənə tələb edir ki, sevgililər təkcə bir-birinin bədəninə deyil, 

niyyətlərinə də qısqanclıqla yanaşsınlar; sevgilinin alnındakı kiçik bir bulud kölgəsi də həyəcan 

doğursun; sevgili varlığın istənilən kəlməsi diqqətlə düşünülüb öyrənilsin, onun istənilən hərəkəti izah 

olunsun; xəyanət barədə fikirdən, təkcə elə fikirdən adamın rəngi ağarsın. Molyer hisslərin bu cür 

ifadəsini ələ salırdı; Prustun əzabkeşlərə yazığı gəlirdi; lakin tam bir neçə əsrin müddətində nə yazıçılar, 

nə də oxucu kütləsi oyun qaydalarının özünü şübhəyə məruz qoymamışdılar. Bizim günlərimizdə yeni 

təsir yaranıb: gənc müəlliflər köhnə oyun qaydalarını qəbul etmirlər; bu, o demək deyil ki, onlar bu 

mövzuya marağı itiriblər, sadəcə, onlar qaydaların məcmusunu dəyişdiriblər. Qadın bədəni 

çimərliklərdə hamının nəzərləri üçün açıqdırsa, hansı qısqanclıqdan söhbət gedə bilər…»   

Bu yerdə mən Moriakın sözünü kəsdim ki, Viktor Hüqonun bizim günlərimizdə həqiqətən yazıla 

bilməyəcək nişanlı qıza məktubundan sitat gətirim. Bu məktubda yazıçı həmin qızı kəskin tərzdə 

qınayır, ona görə ki, qız küçədə gedərkən bulaşmasın deyə paltarın ətəyini bir azca yuxarı qaldırmışdı 

və bu vaxt istər-istəməz topuqları çılpaq qalmışdı. Bu hərəkət Hüqonu elə qəzəbləndirmişdi ki, o, qızın 

ağ corablarına nəzər yetirən hər hansı təsadüfi yolçunu    öldürə bilər, yaxud özünə qəsd edərdi. Gənc 

yazıçılar üçün oyun qaydaları, deyəsən, belədir ki, onlar hər hansı qısqanclığı büsbütün istisna edirlər 

və sevdikləri personajların aşiqanə macəraları barədə ədəbsizcəsinə mühakimə yürütməyi özlərinə rəva 

bilirlər. Bütün bunlar kurtuaz məhəbbəti ilə heç cür bir araya sığışmır. Çünki telefonçuların ifadə etdiyi 

kimi, yalnız «iki abunəçi arasında» mümkün olan bu təkrarsız hiss ancaq iki nəfərin qismətidir.   

Müasir romanın ikinci yarısında bir qayda olaraq aşiqlər özləri üçün məhəbbət kəşf edirlər. Onlar vəfa 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə