Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

hörmətli metr, amma razılaşın ki, belədir… Yox, bizim tərəflərdə başqa mövzularda mühazirələri 

xoşlayırlar; məsələn, «1900-cü ilin mahnıları» mühazirəsinin vallarla dinlənilməsi, yaxud deyək ki, 

«Türkiyədə məhəbbət»… Lakin mən şübhə etmirəm ki, hər şey yaxşı olacaq və mühazirəyə gələnlər 

peşman olmayacaqlar… Bircə o pisdir ki, bizim üçün bu, bir qədər bahadır, axı bizim cəmiyyət elə də 

varlı deyil.   

– Mən çox dilxoram… Sözün düzü, sizin dəvət blankınızda oxuyanda ki, bəs özünüzü ədəbi-bədii 

cəmiyyət adlandırırsınız, fikirləşdim və belə qərara gəldim ki, Stendal…   

– İndi mən sizə hamısını izah edərəm… Ədəbi cəmiyyət – mənim rəhbərlik etdiyim bir qrup dostdan 

ibarətdir; hər bir mühazirə bizə məşhur bir adamla… yaxud tanınmış şəxslə daha yaxından tanış 

olmağa münasib imkan yaradır… Məsələn, bu axşam, lap əgər mühazirə xüsusi uğur qazanmasa da, biz 

sizinlə birgə şam yeməyindən, sadəcə, məmnun olacağıq…   

– Necə ki? Hələ şam yeməyi də olacaq?   

– Bəli, hörmətli metr, saat səkkizin yarısında.   

– Amma mən mühazirədən qabaq heç vaxt yemək yemirəm.   

– Öz işinizə baxın, cənab metr, necə xətrinizdir… Biz yeyərik, siz də danışarsınız…   

– Şam yeməyi səkkizin yarısındadır?.. Axı artıq saat yeddidir! Mən, heç olmasa, yol paltarında qala 

bilərəmmi?   

– Cəmiyyətimizin üzvləri kostyumda olacaqlar, amma lektor smokinq geyinməlidir… Burada qayda 

belədir… Amma vaxtımız kifayət qədərdir… Mühazirənin vaxtı saat doqquzun yarısına təyin edilib, 

bizdə isə camaat elə də dəqiq deyil… Əgər biz mühazirəni ona on beş dəqiqə işləmiş başlasaq, sizin 

dinləyicilərin əksəriyyəti, onsuz da, yenə gecikəcək.   

– Deməli, mən saat on birə on beş dəqiqə işləmiş boşalacağam?   

– Bəli, amma mühazirə başa çatandan sonra, yəqin ki, kitablarına avtoqraf yazdırmaq xahişi ilə sizə bir 

xeyli yaxınlaşanlar olacaq… Sonra isə saat on birdə cənab Perş sizə bir-iki qədəh şampan təklif etməyə 

hazırlaşıb.   

– Kimdir ki, bu cənab Perş?   

– Necə yəni, hörmətli metr, siz bəyəm cənab Perşlə tanış deyilsiniz? O, bizə deyib ki, siz uşaqlıq 

dostusunuz. Guya, siz altıncı sinifdə birgə oxumusunuz.   

– Əgər belə deyibsə, deməli, belə də var… Amma sizdən xahiş edirəm cənab Perşi dilə tutasınız ki, 

bizim köhnə dostluğumuzun xətrinə özünün bu səmimi niyyətindən imtina etsin… Mən dincəlməyə 

ehtiyac duyuram.   

– Mümkün deyil, hörmətli metr… Cənab Perş bizim mesenatlardan biridir… Bax, bu da zal… Yox, bu 

afişa kinofilmin afişasıdır…   

 

Etiraf etməliyəm ki, querida, mən bu həftə mühazirə oxumağa getmişdim və tamamilə yorğun və üzgün 



halda geri qayıtdım. Əlvida.   

 

SUBAYLAR HAQQINDA   



 

Bir vaxtlar mən qocaman bir nazirlə tanış idim və onun məmnuniyyətlə təkrarladığı fikirlərdən biri belə 

idi ki, işgüzar adam gərək heç bir halda evlənməsin. «Faktları təhlil edin, – o, mənə deyirdi. – Nəyə 

görə mən çətin siyasi karyeranın gedişatında öz sakitliyimi və fikir aydınlığını qoruya bildim? Ona görə 

ki, bütöv bir    mübarizə günündən sonrakı axşam mənim imkanım olurdu ki, kitabı açım və bütün 

gərginliyi yaddan çıxarım; ona görə ki, mənim böyrümdə həmkarlarımın uğurlarını xatırlatmağa, yaxud 

haqqımda yüksək təbəqənin qonaq otaqlarında danışılan yaramaz söhbətləri təkrarlamağa daim hazır 

olan şöhrətpərəst və qırsaqqız arvadım yox idi… Yalqız kişi bəxtiyardır».   

Amma neyləsə də, o, məni inandıra bilmədi. Mən yaxşı başa düşürəm ki, subay adamın çiyinləri əlavə 

yüklə yüklənməyib. O, gündəlik məişət qayğılarından, ailə çəkişmələrindən azaddır. Özü üçün həlledici 

məqamda uşağın xəstələnməsi, yaxud hansısa ailə mübahisəsi nəticəsində qəfildən sıradan çıxmaq 



təhlükəsi onu gözləmir. Ancaq subay adam qadın şıltaqlıqlarından bəyəm bu dərəcədəmi azaddır? Əgər 

o, müqəddəs adam deyilsə, onun həyatında mütləq hansısa bir qadın peyda olacaq, məşuqə isə qanuni 

arvaddan daha təhlükəlidir.   

Qanuni arvadın, heç olmasa, öz əri ilə aralarında ümumi maraqları mövcuddur; o, əri ilə bir yerdə 

qocalır və onu başa düşməyi öyrənir. Cavanlığına və gözəlliyinə görə seçilmiş məşuqə isə yaşlaşanda 

ciddi həyəcan doğuracaq. Aydındır ki, istisnasız qaydalar yoxdur. Görkəmli Amerika aktrisası Rut 

Dreyper çox incə bir məzhəkədə işgüzar kişi həyatının zəhlətökən arvadın, işgüzar katibənin və ona 

sığal çəkib sakitləşdirən məşuqənin arasında necə qurulduğunu nümayiş etdirdi. Həyatda hər şey olur 

və qanuni arvad da hərdən daimi qıcıqlandırıcıya çevrilir. Amma həqiqətdə bu çox nadir hallarda baş 

verir. Tarixə nəzər salın. İngiltərədə, demək olar ki, bütün görkəmli dövlət xadimləri evli olublar. Ledi 

Pil, ledi Bikonsfild, missis Qladston əla arvadlar olublar. Fransada Gizo, Tyer, Puankare, bir sözlə, 

bütün «vacib» dövlət xadimləri də evli idilər. Düzdür, Qambetta və Brian evli deyildilər, ancaq nə 

bilmək olar, bəlkə, Qambetta da, Brian da evlənsəydilər, onlar daha vacib rol oynayardılar?   

Subay adama həmişə hansısa natamamlıq xasdır: onun bəşər cinsinin digər yarısına qarşı baxışları ya 

romantik, ya da tənqidi olacaq. Bunun üstünə onu da əlavə edin ki, onun uşaqları heç zaman yaxından 

izləmək, onların tərbiyəsinə nəzarət etmək, onları anlamaq, başa düşmək imkanı olmayacaq.    Elə isə 

subay adamı tamamilə bitkin birisi saymaq olarmı? Monterlan özünün çox gözəl «Subaylar» romanında 

qeyri-adi bir məharətlə, demək olar ki, hər bir subay adama xas real həyatdan bixəbərliyi təsvir edib: 

onun dünyası sünilikdən yaranıb və hansı tərəfə sıçrasa da, axırda yenə həmin yerə, həmişə eyni 

nöqtəyə qayıdan rezin topu xatırladır. Bu fikrə etiraz etmək mümkündür ki, Balzak həyatının böyük 

hissəsini subay keçirib, bununla belə, ailə həyatının səhnələrini ondan yaxşı heç kəs təsvir edə bilməyib. 

Bu doğrudur, ancaq o, Balzakdır – ona onca kəlmə kifayət idi ki, ər-arvad cütlüyünün həyat mühitini 

yaratsın. Adi adam üçünsə təkcə elə bir qadını – öz arvadını axıradək dərk etməyə əlli il güclə çatar. 

Əlvida.   

 

ROMANLAR HAQQINDA   



 

Siz məndən soruşursunuz ki, romanlar necə yazılır? Əgər mən bunu bilsəydim, xanım, onda mən onları 

yazmazdım. Bu, qətiyyən zarafat deyil, sözlərimi qeyri-ciddi qəbul etməyin. Mən belə güman edirəm ki, 

öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı günahkardır.     

İşlənmiş, necə deyərlər, qurulmuş romanlar da mövcuddur. Belə romanlarda yazıçı müəyyən tezisi 

təsdiq etməyə can atır. Hansısa personaj Şəri təcəssüm etdirir (melodramda xəyanətkar yaramaz, 

ekzistensialist romanda «əclaf»); digər personajlar – Ləyaqəti, Azadlığı, İnamı, yaxud İnqilabı 

(qəhrəmanların xarakteri dövrə görə dəyişir). Sonda Xeyir bu və ya digər şəkildə qələbə qazanır, zəfər 

çalır, romançı isə məğlubiyyətə məruz qalır.   

Başqa bir yazıçı yalnız «firma» reseptlərindən istifadə edir: «Gənc qızların ən gözəlini götürün. Böyük 

müsibət və əzablardan sonra ona öz adaxlısını qarşılamaq imkanı verin. Qıza rəqib qismində məşum bir 

qadın seçin. Uzunsürən mübarizə. Saysız-hesabsız gözlənilməz dəyişikliklər. Son anda paklığın, 

bəkarətin təntənəsi. Oxucu kütləsinin zövqünü yaddan çıxartmadan bütün bunları həssaslıqla müxtəlif 

dozalarda bir-birinə qatın. Bütün ömrünüz boyu bu resepti işlədin. İyirminci variantda sizin rifahınız 

yaxşılaşacaq və möhkəmlənəcək».   

Üçüncü bir müəllif tarixi mövzunu seçir, bir qayda olaraq, tragizm və mənəviyyat azadlığı ilə dolu 

dövrləri. (Fransa inqilabı dövrünün zindanlarını – hərəkət üçün xüsusi münasib fon: sevgi əhvalatları 

gilyotinlə qonşuluqdadır; Napoleon imperiya sının müharibələri də işə yarayar – burada düşmən 

üzərində qazanılan qələbələrlə qadın üzərində qazanılan qələbələr bir-birini əvəz edir; digər dövrlər də 

yaxşı materiallar verir: İngiltərədə Bərpaçılıq əxlaqsızlıqla müşayiət olundu, XV Lüdovikin 

hökmranlığı, yaxud səltənət dövrü Maral parkı və dar çevrədə şam yeməkləri ilə məşhurdur, İkinci 

imperiya kurti zan kalarla ad-san çıxarmışdı.) Hadisələrin cərəyan etdiyi dövrü müəyyənləşdirəndən 

sonra müəllif öz kitabında eyni dərəcədə ədəbsiz və amansız, eyni dərəcədə qarşısıalınmaz qadın 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə