Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

iki kişi bir dəfə də olsun başlarını qaldırıb ora baxmadı. Onlar əllərində karandaş bütün diqqətlərini 

krossvordun üzərində cəmləmişdilər.   

– Baş verməməsi mümkün ola bilən şey… – kişilərdən biri mızıldanır.   

– Ehtimal, – o biri cavab verir.   

– Düz gəlir! – birinci kişi sevinclə bildirir.   

Mən mat-məəttəl qalıb, onların bu inadcıl həşirini bir qədər təəccüblə müşahidə edirəm. Hərçənd bəlkə 

də, haqlı deyiləm. Kilsə qabaqcadan tədbirli və ehtiyatkar tərpənib dindarlara təsbeh çevirməyi 

məsləhət gördüyü kimi, qəzetlər də müdrikcəsinə öz oxucularına krossvordla baş qatmağı təklif edir. 

Bu da, o da – yəni həm təsbeh, həm də krossvord insanı üzücü fikirlərdən, ağır düşüncələrdən, 

işgəncələrin ən betəri olan refleksiyalardan xilas etməyə kömək göstərən əla dərmandır.   

Gözəl yad qadın, bizim beynimizi dəlib-deşən və oradakı digər    bütün ayrı düşüncələri məhv edərək 

yaxamızdan əl çəkməyən bu üzücü fikirlər mənim kimi, elə bizim hamımız kimi sizə də çox yaxşı 

tanışdır. Bu üzücü fikirlər nə barədədir? Variantların sayı-hesabı yoxdur. Tutaq ki, əriniz sizə xalis 

qısqanclıq tamaşası düzəldib və göründüyü kimi, çox acıqlıdır; yaxud siz ehtiyatsızlıq ucbatından şirin 

dilə aldanmısınız və indi bilmirsiniz ki, alış-verişin qəfil ortaya çıxmış məsrəflərini necə ödəyəsiniz; 

özünüzə dost saydığınız qadınla bağlı sizə məkrli və sərt sözlər çatdırıblar. Bütün bunlar o qədər də 

faciəvi şey deyil, bir aydan sonra bu həyəcanlar sizə gülməli görsənəcək. Amma hazırda siz onlardan 

xilas ola bilmirsiniz. Zəhlətökən ideyalar yaxanızdan əl çəkmir, sizi didib-dağıdır və siz, az qala, 

xəstələnirsiniz. Dərman zəruridir.   

Bəs dərmanı harada axtarmalı? Heyhat, bizim düşüncələrimiz iradəmizə tabe deyil. Siz xoşagəlməz 

fikri özünüzdən uzaqlaşdırmağa çalışırsınız, amma zəhmətiniz hədər gedir. O, adamın zəhləsini tökən 

ağcaqanad kimi geri qayıdır. Amma hər necə olsa, əgər siz ondan xilas olmaq iqtidarında deyilsinizsə, 

onda beyninizi başqa fikirlərlə məşğul etməklə, yaxud mexaniki olaraq sizi bütövlükdə öz ağuşuna alıb 

udan məşğuliyyətin dərinliyinə qərq olmaqla onu yatızdırmağa çalışın. Krossvord, toxuculuq, bric, 

kanasta, gərgin diqqət tələb edən istənilən oyun, baş qatan istənilən iş – bütün bunlar dərman rolunu 

oynayır. Beyninizə zəhlətökən ideyalar girərkən siz öz ağlınızı aldatmalısınız. Siz ara vermədən 

nəyləsə onu məşğul edin. Onda beyninizdəki dözülməz vibrasiya yavaş-yavaş zəifləyib səngiyəcək, 

tədricən çəkilib uzaqlaşacaq. Əgər qidalandırmasan, heç bir fikir zamanın qarşısında duruş gətirə 

bilməz. Bir az səbir, bir az inadkarlıq – və başınızı qatdığınız yayındırıcı vasitələr üstün gələcək. Sağ ol 

səni, krossvord!   

Bircə təhlükə qalır – gecə. Mən sizin eynən sudan çıxarılmış balıq kimi qıc olmuş halda yataqda o 

üz-bu üzə çevrilməyinizi və əbəs yerə yuxunu köməyə çağırdığınızı görürəm. Qaranlıqda zəli fikir 

yaxadan əl çəkməyən vahiməyə, qarabasmaya çevrilir. Belə dəqiqələrdə bizim dərmanımızın artıq heç 

bir təsiri yoxdur. Nəsə oxumaqmı? Amma fikri cəmləşdirmək, hadisələrin gedişatını izləməyi 

bacarmaq lazımdır… Gözlərini yumub təsəvvüründə canlandırdığın qoyunları saymaqmı? Bu yalnız 

ingilislərə kömək edir, özü də, ola bilsin ki, yalnız çobanlara.   

Mənim özümdə yuxusuzluq əleyhinə üç resept var. Birinci resept – uşaqlıq, yaxud yeniyetməlik 

çağlarımla bağlı müxtəlif xatirələrimdir. Onlar beyinə girmiş qarayaxa ideyanı oradan qovub çıxarır, 

çünki onu doğuran hadisələr mənim öz yaddaşımda diriltmək istədiklərimdən sonra baş verib və 

keçmişin hüdudlarına, çərçivələrinə sığışmır. Amma bütün diqqəti bu epizodlara bənd etmək üçün 

böyük inadkarlıq lazımdır.   

İkinci üsul – kirpiklərini bir-birinə sıxan kimi həmişə gözlərin qabağında yaranan parlaq işıq ləkələrini 

diqqətlə müşahidə etmək və onların cizgisində adamları, yaxud əşyaları tanımağa çalışmaq. Hansısa 

müddətdən sonra bu obrazlar yuxu gətirir. Bax beləcə, siz ölü nöqtədən tərpənmiş olursunuz.   

Üçüncü və ən asan üsul – həkimdən yuxugətirici dərman xahiş etmək. Yuxu həbi yuxusuzluqdan az 

təhlükəlidir. Bir sözlə, heç vaxt özünüzü qarayaxa ideyanın ixtiyarına verməyin, ona yaxa tanıtmayın. 

Yoxsa o, sizi dəli edər.   

Bu isə bərk təəssüf doğurar, adamı yandırardı! Əlvida.   

 



 

NİKBİNLİK HAQQINDA   

 

Querdia, siz məni nikbinliyimə görə məzəmmət edirsiniz. Hə, mən nikbin adamam. Mən hər şeyin 



yaxşı olacağını düşünməyə meyilliyəm. «Əgər sən uçuruma yuvarlansan, – müharibədə mənə 

yoldaşlarımdan biri deyirdi, – yəqin, elə düşünərsən ki, yarğanın dibində səninçün yumşaq 

yorğan-döşək salınıb və sən, yəqin ki, ağır zərbəni hiss edənə qədər nisbətən sakit olardın».   

Mübaliğədir! Volterdəki Panqlos kimi mən yaxşıların yaxşısı olan bizim dünyamızda hər şeyin heç də 

yaxşılığa doğru getdiyini düşünmürəm. Həyatın dəhşətli sifəti, işgəncə və zülmü mənə yaxşı məlumdur, 

mən onlardan kənarda qalmamışam.   

Lakin əvvəla, mən həyatın tamamilə, büsbütün pis olması fikrində deyiləm. Bu heç də belə deyil. Mən 

insan mövcudluğunun «dəhşətli» sayılması şərtlərindən imtina edirəm. Düzdür, onlar son dərəcə 

qeyri-adidir; düzdür, biz niyəsini çox da dərindən dərk etmədən sonsuz məkandakı bir topa çirkin 

üzərində fırlanırıq; orası da düzdür ki, biz günlərin bir günü mütləq ölüb gedəsiyik. Gerçəkliyin həqiqi 

vəziyyəti belədir və onu mərdanə şəkildə qəbul etmək lazımdır. Bəli, biz bir ovuc çirkli torpağın 

üzərində fırlanırıq. Problem başqa şeydədir: bəs biz onun üzərində olarkən həmin    müddətdə nə edə 

bilirik və nə etməliyik?   

İkincisi, mən nikbin adamam, çünki yer üzündə nəsə etməyi, öz şəxsi həyatımı və – daha geniş mənada 

götürəndə – insan nəslinin həyatını yaxşılaşdırmağı mümkün sayıram. Mən belə hesab edirəm ki, artıq 

nəhəng tərəqqiyə nail olunub. İnsan böyük ölçüdə təbiəti fəth edib. İnsanın cisimlər dünyası üzərindəki 

ağalığı müqayisəlunmaz dərəcədə artıb. Əlbəttə, bədbin adam etiraz edib razılaşmayacaq: «Elədir, lakin 

bütün bu böyük kəşflər yalnız hərbi məqsədlərdən ötrü istifadə edilir və bəşəriyyət məhvolmanın bir 

addımlığındadır». Düşünmürəm ki, bu, qaçılmaz olsun. Hansısa dərəcədə bu, bizim özümüzdən asılıdır 

və son nəticədə mənim nikbinliyim insan təbiətinə inam üzərində qərarlaşır. Mən bilirəm ki, insana 

böyüklük xasdır; bilirəm ki, bizim hər birimizdə həmin yaxşı şeyi oyatmaq mümkündür. Bir sözlə, 

insanın köləliyi barədə danışmaqdansa, onun azadlığı barədə danışmaq daha yaxşıdır.   

Üçüncüsü, etiraf edirəm ki, üzbəüz qaldığım hər hansı hadisə qarşısında mənim ilk edəcəyim – onun 

mahiyyətindəki pisi deyil, yaxşını dərk etmək cəhdim olacaq; misal üçün: şərait belə gətirdi ki, mən 

çox nüfuzlu bir adamla mübahisə etməli oldum. Bədbin dərhal belə düşünərdi: «Nə pis oldu! Bu, 

mənim karyerama pis təsir göstərəcək». Mənsə özümə deyirəm: «Nə yaxşı oldu! Mən bu qanmazdan 

canımı qurtardım». Bax mənim nisbi nikbinliyimin mahiyyəti bundan ibarətdir. Biz hər ikimiz – Alen, 

onun ardınca da mən – bütün ömrümüz boyu nikbin olaraq qalacağımıza and içimişik, ona görə ki, öz 

qarşına nəyin bahasına olur-olsun, nikbin olmaq qaydasını məqsəd qoymasan, həmin dəqiqə ən 

qara-qura bədbinlik özünə dərhal bəraət qazanacaq; ona görə ki, əgər adam ümidsizliyə qapılırsa, 

yaxud pis ovqata köklənirsə, onda bu, onu mütləq pisliklərə və uğursuzluqlara aparıb çıxaracaq. Əgər 

mən yıxılmaqdan qorxuramsa, mütləq yıxılasıyam; bu, başgicəllənmə adlanır və bütöv xalqlara xas 

olduğu kimi, ayrı-ayrı adamlara da xasdır. Əgər mən belə hesab edirəmsə ki, öz ölkəmin işlərində heç 

nəyi dəyişə bilmərəm, onda, doğrudan da, heç nəyi dəyişməyi bacarmayacağam. Məsələ ondan 

ibarətdir ki, ilk növbədə, özüm üçün, həmçinin də ətrafımdakılardan ötrü yaxşı havanı da, pis havanı da 

mən özüm yaradıram. Bədbinlik yoluxucudur. Əgər mən qonşumun düzgün adam olmadığını fikirləşir 

və ona daim inamsız münasibət bəsləyirəmsə, mənim günahım ucbatından o, belə də olacaq. 

Adamlarda qorxu yox, inam yaratmaq – antik dövrün müdriklərinin sirri bundadır. Bizim cağdaş 

müdriklərimiz isə, əksinə, insanların ürəyinə ümidsizlik toxumu səpirlər; amma mən onların 

müdrikliyinə inanmıram.   

– Belə de! – bədbin adam razılaşmır. – Siz hesab edirsiniz ki, həyata, insanlara inam müdriklikdir? 

Görəsən, bu inam sizinçün dəhşətli peşmançılıqların səbəbi olmayıbmı? Adına həyat deyilən bitməz 

döyüşdə bəyəm bu inam sizinçün zəiflik mənbəyinə çevrilməyibmi? Bədxah saymaqdan uzun müddət 

imtina etdiyiniz    şər adamların qurbanlığına çevrilməyiniz olmayıbmı?   

Bəli, etiraf edirəm ki, mənim amansız peşmançılıq keçirdiyim vaxtlarım heç də az olmayıb. Xüsusən də 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə