Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

düşüncələrə qərq olmuş halda baş sındırırdınız.   

«Görəsən, indi onlar bir yerdəmi nahar edirlər? Görəsən, nə barədə danışırlar? Görəsən, dünən özümü 

bilmədən vay-şivən salmaqla, nalə-fəryad qoparmaqla çıxardığım hoqqalar barədə ərim o qadına 

danışırmı və görəsən, o qadın mənim ərim üçün rahatlığın, dincliyin, xoşbəxtliyin hökm sürdüyü 

sığınacaq rolunu oynamırmı?.. Dünən mən o qadının barəsində düşündüyüm pis şeylərin hamısını dilə 

gətirdim; özümlə tək qalanda isə, gərək    düzünü etiraf edim ki, mənim sözlərimdə nə obyektivlik vardı, 

nə də ədalət. Mən onu ağlı başında olan sağlamdüşüncəli bir qadın kimi yox, rəqib kimi mühakimə 

etdim. Araşdırmağa çalışaram… Hərgah mən bu qadını mənim səadətimi məhv etmək iqtidarında olan 

bir düşmən gözündə görməsəydim, görəsən, onun haqqında nə fikirləşərdim?»   

Onda siz özünüzü ələ almaq və faktların gözünə düz baxmaq üçün böyük səy göstərdiniz; əriniz axşam 

evə qayıdanda sizi tamamilə sakitləşmiş görüb heyrətləndi və rahat nəfəs aldı. Siz ondan heç nə 

soruşmadınız, ona bircə sual da vermədiniz. O özü – öz iradəsi və istəyi ilə – mütəəssircəsinə etiraf etdi 

ki, bu gün Başqa qadınla tam təsadüfən rəsm sərgisində rastlaşıb. Siz ərinizdən soruşmadınız ki, 

incəsənətdən bu qədər uzaq olduğu halda rəsm sərgisinə o, necə gedib çıxıb – gün haradan doğub belə? 

Əksinə, siz dediniz ki, əgər bu cütlük bu tezliklə onunçün belə əziz olubsa, pis olmazdı ki, həm qadını, 

həm də kişini nahar, yaxud şam yeməyinə evə dəvət eləsin. O, sizin bu sözlərinizdən heyrətə gəldi, 

hətta narazılıq etməyə başladı.   

– Sən belə hesab edirsən? – o, şübhəli şəkildə soruşdu. – Amma onun əri çox cansıxıcı adamdır! 

Əlbəttə, o, yaxşı qadındır, amma səndən bir az ayrı cürdür. Axı o, sənin xoşuna gəlməmişdi. Mən onun 

çevrəsini sənə zorla calamaq istəməzdim.   

Siz onu səhv etdiyinə inandırmağa çalışdınız: dünən axşam yorğunluq sizdə qıcıq doğurmuşdu, əslində 

isə mahiyyətcə sizin Başqa qadına heç bir iradınız yoxdur və onun əleyhinə deyilsiniz; siz dəvət 

məsələsində israr göstərdiniz və gərgin mübarizədən sonra üstünlük qazandınız. Bu, ikiqat çevik və 

səriştəli addım idi. Bu cütlüyü öz evinizə gətirməklə siz çox məntiqlə fikirləşirdiniz ki, öz rəqibinizi 

sirrin cazibə və sehrindən, yasaq meyvənin ləzzət və şirinliyindən məhrum edirsiniz. Başlıcası isə siz 

onunla təzədən görüşmək istəyirdiniz, ona diqqətlə baxmaq və bu qadında sizin ərinizi məhz nəyin cəlb 

etdiyini anlamağa çalışırdınız. Əlvida.   

 

BAŞQA QADIN HAQQINDA   



Üçüncü məktub   

 

Beləliklə, Başqa qadın sizə qonaq gəldi; siz onu son dərəcə iltifatla, hörmət-izzətlə qarşıladınız, ona 



yaxşı-yaxşı nəzər yetirib, necə lazımdırsa baxdınız, kənar, yaxud aşiq birisi bu qadını necə 

qiymətləndirə bilərdisə, siz də eynən o cür qiymətləndirməyə çalışaraq qonağınıza diqqətlə qulaq 

asdınız. Sınaq üzücü olsa da, faydalı sınaq idi. Siz bu qadınla birinci görüşdə nəzərinizdən qaçmış xeyli 

cizgi aşkar etdiniz. O gedəndən sonra, ərinizin artıq yatmış olduğu gecənin səssizliyində siz özünüz 

üçün həmin axşamın yekun hesabatını apardınız.   

«O, məndən çox da yaxşı görsənmir, amma öz gözəlliyindən kifayət qədər bacarıqla istifadə edir. Onun 

əla zövqü var; bej rəngli yun paltarı, qırmızı kəməri, bereti – hamısı çox diqqətlə, zövqlə seçilib, hamısı 

olduqca qəşəng və qüsursuzdur… Bəlkə, iş puldadır? Amma yox, onun nə paltarı, nə də bereti bahalı 

mağazalardan alınmayıb. Sadəcə, hamısı ustalıqla, zövqlə seçilib. Dərhal görünür ki, bu qadın özünü 

xalis sənət əsərinə çevirməyə can atır. Açıq danışaq: bir çox halda o, buna nail olub.   

Bir iş də var: mən bu qadının Jakı özünə nəylə cəlb etdiyini, deyəsən, anlamağa başlayıram. Mən özüm 

xasiyyətcə utancaq və susqunam. Kəskin nifrət, yaxud böyük xoşbəxtlik duyduğum – belə vəziyyətdə 

mən heç özüm özümü tanımıram – dəqiqələrdən başqa, mən nadir hallarda öz hisslərimi büruzə 

verirəm. Bu, mənim günahım deyil. Sərt adamlar olan valideynlərim məni belə tərbiyə ediblər. Mənim 

görkəmim həmişə ifrat dərəcədə ciddidir, elə özüm də beləyəm. Başqa qadın isə – təbiiliyin özüdür. 

Ərim onun yanında Stendalın sözlərini misal çəkdi (Jak Stendaldan sitat gətirir! Hərçənd məzəli 

görünsə də… amma bu, məni qorxudur!): «Mən bütün təbii şeyləri elə sevirəm ki, hətta küçədə ayaq 



saxlayıb itin sümüyü necə gəmirməsinə tamaşa edirəm». Başqa qadın dərhal ona cavab verdi: «Çox 

dəqiq deyilib!» O özü yeməkdən və içməkdən ləzzət aldığını gizlətmir, bunu aşkar məmnunluqla edir. 

Çiçəklər və meyvələr haqqında o, son dərəcə canlı surətdə danışır. Heç demə, cismaniliyi böyük 

incəliklə ifadə etmək olarmış. Mən bunu Başqa qadına baxarkən anladım. Onun çox duzlu, bəlağətli 

danışığı var, söhbətin odunu heç vaxt sönməyə qoymur, mən isə, əksinə, həmişə düşünürəm ki, nə 

deyim, nə danışım».   

Siz təzədən tək qalanda xeyli müddət ağladınız. İndi bu göz yaşları nifrətdən axmırdı, hətta qısqanclıq 

səbəbindən də deyildi. Yox, siz öz şəxsi cılızlığınıza, miskinliyinizə görə ağlayırdınız. Qəfildən 

ağlınıza gəldi ki, siz öz ərinizə qətiyyən layiq deyilsiniz: «O daha şux və daha cazibədar qadına bənd 

olub; bəyəm bu cinayətdir?» Sizin təbiətiniz elədir ki, göz yaşları qəlbinizdə baş verən təbəddülatı, 

daxilinizdəki boşluğu, sınıqlığı, adətən, yaxşılığa doğru dəyişir. Siz özünüzlə bacardınız və göz 

yaşlarınızı sildiniz. Sizdə Başqa qadına qarşı onun şəxsi silahıyla döyüşmək qətiyyəti baş qaldırdı. O 

şəndirmi? Lap yaxşı, siz ondan da şən olacaqsınız. O, öz söhbətləriylə adamı cəzb edir? Eybi yox, siz 

kitab oxumaqla, maraqlı adamlarla daha tez-tez görüşməklə öz danışığınızı daha məzmunlu etməyi 

sınaqdan keçirərsiniz. O, sizin ərinizi rəsm sərgisinə, kinofilmlərə baxmağa aparıb? Burada nə çətin şey 

var – bəyəm bu hər hansı qadının, xüsusən də sizin qüvvəniz xaricində olan bir işdir?   

Bu qərarın qəbulundan sonrakı mərhələnin dəhşətli xatirəsi sizin uzun müddət yadınızdan çıxmayacaq. 

Nə qədər ki Başqa qadın qalib vəziyyətdə idi, siz onun kimi olmağa qərar vermişdiniz.    Ah! Siz tam üç 

ay çalışdınız və öz başınıza o qədər iş açdınız ki! Bütün varlığınızla səy göstərməklə siz bu uğura layiq 

idiniz! Lakin bu, necə bir iflasla başa çatdı! Siz qəhrəmanlıq məzhəkəsini böyük hünərlə oynadınız. 

Qəlbiniz ümidsizlikdən parçalandığı halda, siz özünüzü qayğısız kimi göstərdiniz. Ərinizi razı 

salmaqdan, qane etməkdən ötrü siz şənbə və bazar günləri yorulmaq bilmədən cürbəcür əyləncələr 

düşünürdünüz. Əvvəl o, buna yalnız təəccüblə baxırdı. «Sənə nə olub belə? – əriniz deyirdi. – Sən dəli 

olmusan! Mən sevinirdim ki, heç olmasa, bazar günü sakitcə uzanıb dincələcəyəm, sənsə məni 

muzeylərə qaçmağa məcbur edirsən!.. Sağ ol, payın artıq olsun!» Ayrı bir dəfə dedi: «Sən xalis naqqala 

çevrilmisən. Səni susdurmaq, dayandırmaq mümkün deyil, bütün günü danışırsan, çərənləyirsən, ağzını 

yummaq bilmirsən. Düzünü desəm, sən məni yamanca yorursan».   

Hələ özünüzə o ingilis kostyumunu seçdiyiniz gün nə qədər göz yaşı axıtmalı oldunuz. Bu kostyumu, 

sizin fikrinizcə, yəqin ki, Başqa qadın da bəyənərdi və siz o kostyumda qürurla ərinizin qarşısına 

çıxdınız. Əvvəlcə o, heç nə görmədi. Nəhayət, siz ondan soruşdunuz:   

– Jak, sən heç bir söz demirsən… De görüm, kostyumum necədir?   

– Kostyum çox yaxşıdır! – o cavab verdi.   

Həmin anda siz düşündünüz ki, hər şey itirilib. Mübarizəni dayandırmaq və Başqa qadının qələbəsini 

etiraf etmək qalırdı. Lakin rəfiqələrinizdən – onu Üçüncü adlandıraq – birinin nümunəsi öz səhvlərinizə 

gözlərinizi açmaqla sizi xilas etdi.   

Siz Anabella ilə uşaqlıqdan tanış idiniz. Hələ o uzaq illərdə Anabella öz xaraktersizliyi ilə hamını 

heyrətə gətirirdi. Bir sözlə, pis qız deyildi, amma çox xeyirxah idi və ətrafdakıların təsiri altına çox 

asanlıqla düşürdü. Ən çox da sizin təsirinizə. Vaxt vardı ki, Anabella saçlarını sizin kimi düzəltməklə, 

ev tapşırıqlarını sizdən köçürtməklə sizə oxşamaq istəyirdi. Sonradan siz onunla yenidən görüşdünüz – 

Anabella hələ də qabağına birinci çıxanın sözüylə oturub-durmağa, çaldığı havaya oynamağa hazır idi. 

Görəndə ki dostları hansısa sarışına heyranlıqla baxırlar, o da cəld saçlarını boyatdırmağa qaçırdı; 

yaxud dəbdə olan kinoulduzların, sanki, ilahi memarın həkkak qələmindən çıxan böyük ustalıqla 

yonulmuş qısa burunlarını görəndə eynən bu cür buruna sahib olmaq arzusu qəlbinə hakim kəsilirdi və 

dərhal cərrah-kosmetoloqun üstünə yüyürürdü. Sizinçün ən çətin məqamda təsadüf onu yenidən sizinlə 

rastlaşdırdı. Siz incəliklə yonulmuş burunun da, bir çəngə gümüşü telin də, yalançı şuxluğun da bu 

bədbəxti nə dərəcədə eybəcərləşdirdiyini gördünüz və sanki, yuxudan ayıldınız.   

«Sadəcə, təbii yox, öz tərzində, öz biçimində təbii olmaq lazımdır», – siz özünüzə dediniz.   

Həmin gündən etibarən siz Başqa qadına bənzəmək, onun oxşarı olmaq niyyətindən əl çəkdiniz. Siz 

onu öz dostunuza çevirməyə cəhd göstərdiniz və buna asanlıqla nail oldunuz. Buna şübhə eləmədən siz 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə