Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

qəhrəmanı yerləşdirib oturdur və hər otuz səhifədən sonra bu canalıcı xanımı növbəti aşnasıyla bir 

yatağa salır. Yüz min tiraja söz yoxdur – təmin olunub! Hər üç cilddən sonra dövrü dəyişin.   

Bu reseptlər üzrə şedevrlər yox, sərvət yaradırlar. Gözəllik mənbələri çox dərinlərdən püskürür, onlar 

sirr pərdəsinə bürünüb. Həqiqi roman onu yaradanın daxili tələbatına cavab verir. Stendalın, Balzakın, 

sanki, onlara öz həyatlarını yenidən, başqa maska altında yaşamağa imkan verən əsərlər yaratmaq 

xoşuna gəlirdi. «Parm monastırı»ndakı yaraşıqlı gənc, italyan zadəganı Fabrisio – Stendalın özüdür; 

varlı bankirin övladı, gənc və gözəl leytenant    Lüsyen Leven – Stendalın özüdür. «Yazıçı taleyin 

ədalətsizliyinə görə imkan daxilində özünü mükafatlandırır». Bəzən maskanın altına boylanmaq çətin 

olur. «Madam Bovari – mənəm» – Flober deyirdi. Məhz buna görə də «Madam Bovari»    şedevrdir.   

Ona lazım olan süjetin tapıldığını yazıçı necə bilir, necə öyrənir? Bax bu cür: əgər süjet üzərində 

düşünərkən həyəcan keçirirsə. Əgər mövzu onun qəlbinin həssas tellərini titrədirsə, ürəyində əzablı, 

yaxud xumar xatirələr oyadırsa, onda yazıçının şansı var ki, yazacağı kitab əla olsun və bir də iki 

mütləq şərtə əməl olunmalıdır – hadisələrdən bir qədər kənara çəkilmək lazımdır, yaxud Balzakın 

dediyi kimi, lazımdır ki, hər şey yaxşıca durulsun. «Poeziya – elə bir həyəcandır ki, bu həyəcanları 

artıq sakit halda xatırlayırsan». Əgər siz sevgilinizi lap elə indicə itirmisinizsə, dərhal qolunuzu 

çırmayıb roman yazmağa girişməyin. Yara hələ qan verir; onu qurdalamaq yox, sarımaq lazımdır. Yara 

qaysaq bağlayanda siz ona toxunarkən bundan acı bir məmnunluq duyacaqsınız. Ağrı o qədər güclü 

olmayacaq ki, sizdən iniltilər qopsun, amma yara sizdə oxumaq    həvəsi oyatmaq üçün hələ kifayət 

qədər sızıltılı olacaq. «Oxumaq» sözü təkcə şair üçün deyil, romançı üçün də məqbuldur.   

İkinci şərt: romandakı hadisələrin dolayısı ilə sizin şəxsi həyatınıza münasibəti olmalıdır. Əgər siz, ey 

mənim füsunkar yad qadınım, roman yazmaq fikrinə düşsəniz, öz həyatınızın hadisələrini 

dəyişdirmədən şərh etməyin. Abır-həyanın məlum dərəcəsi sizi bundan çəkindirər, mən ən azından 

buna ümid bəsləyirəm. Sizin taleyinizə oxşar olan başqa bir taledən bəhs edin, – bu, sizə öz hisslərinizi 

söyləməyə imkan verəcək və eyni vaxtda illüziyalarınızı qoruyub saxlayacaq, sanki, sifətiniz maska ilə 

örtüləcək. Əgər uğur qazansanız, əlyazmanızı mənə göndərməyin. Mən, yəqin ki, onu itirərəm. Əlvida.   

 

TALEYİ MÜƏYYƏN EDƏN DƏQİQƏ HAQQINDA   



 

Gözəl yad qadın, doğru deyil ki, guya, bizlərdən hər birimizin həyatı bizim bu dünyaya doğulduğumuz 

ilk andan, yaxud hətta bir əsr öncədən nə dərk olunması, nə də məhv edilməsi mümkün olan bir qüvvə 

tərəfindən tam şəkildə və bütünlüklə müəyyən edilmişdir. Hansı dərəcədəsə bu, şübhəsiz ki, belədir. 

Səfeh kimi doğulsaydınız, sizin həyatınız da başqa cür olacaqdı, sizin gözəlliyiniz isə sizin təsir etmək 

gücünə malik olmadığınız valideynlərinizin xromosomlarının çulğaşmasının nəticəsidir. Bura onu da 

əlavə etmək lazımdır ki, bizim günlərimizdə cərrah sifəti yaxşıya tərəf dəyişdirə bilər, sima və ağıl 

insanları gözəlləşdirir və    mənəvi rahatlıq üzün cizgilərindən oxunur. Qırx yaşdan sonra hər kəsin öz 

simasına görə məsuliyyət daşıması fikri kimə məxsusdur? İnsanın «taleyə düzəliş vermək» qabiliyyəti 

hər şeydən öncə bizim hadisələrə necə reaksiya verməyimizə əsaslanır.   

Bu hadisələr öz ardıcıllığı ilə baş verir. Kimsə sizi sevir və sevgisini sizə etiraf edir. Amma müharibə 

onu sizdən oğurlayır; iqtisadi böhran onu müflis edir; onun həyatına başqa bir qadın daxil olur. Faktlar 

belədir. Lakin sizin bədbəxtliyinizin, yaxud xoşbəxtliyinizin səbəbləri təkcə bu çılpaq faktlarda deyil. 

Həmin hadisələrlə üzbəüz qalarkən sizin rəftarınız necə olacaq? Bax ən başlıca sual məhz budur! Əksər 

situasiyalarda həyatınızın sonrakı bütün gedişatının sizin tərəfinizdən qəbul ediləcək qərardan asılı 

olduğu belə bir dəqiqə – yeganə dəqiqə – mövcud olur. Mən onu taleyi müəyyən edən dəqiqə 

adlandırıram. Nəyə görə söhbət yalnız bircə dəqiqədən gedir? Dünya özü belə qurulub. Xoş təsadüfün 

iki dəfə təqdim olunması çox nadir hadisədir.   

Müharibədə məhz bu cür olur. Marnadakı döyüş müharibənin gedişatını dəyişmək üçün yeganə şans idi 

və onu bir anda, bir    göz qırpımında reallaşdırmaq lazım idi. Fon Kluk irəli çox sürətlə gedirdi. Joffr 

və Qalyeni bundan istifadə etməyi bacardılar. Həmin gün – baxmayaraq ki hələ heç kim bunu 

düşünmürdü – Almaniya müharibəni uduzdu. Eyni şey cinslərin «müharibəsində» də baş verir. Bir dəfə 




elə bir an çatır ki, kişi nazını çoxdan çəkdiyi qadının    gözlərində qəfildən hansısa bir acizlik, 

yumşaqlıq görür: bu – onun qələbəsinin nişanəsidir. Burada çox şey öz rolunu oynayıb: xoş təsadüf, 

kənar adamların yoxluğu, söhbətin ahəngi, oxunmuş kitab, hansısa jest. Bir sözlə, qadın onun 

ixtiyarındadır.   

Amma əgər bu yeganə, bu uğurlu axşam biz onun hələ daha münasib şəraitlərdə və dəfələrlə 

təkrarlanacağını düşünərək xoş təsadüfü əlimizdən buraxırıqsa, biz bəxtimizə düşən fürsət payını 

qaçırmış oluruq, özü də həmişəlik. Qadın ya qəfildən silkələnib ayılar, ya mümkün təhlükələri yadına 

salar, ya da qətiyyətsizliyə görə onun bizdən zəhləsi getməyə başlayar. Ən başlıcası isə – qadın onu 

güzəştə sövq etmiş, təslimçiliyə meyilləndirmiş qeyri-adi şəraitin təsiri altından çıxar. Bu gün qələbə 

səy tələb etmirdi, şübhə doğurmurdu; sabah isə o əlçatmaz olacaq.   

Mən dünən Mereditin çox gözəl bir əsərini – «Faciəvi məzhəkəçilər» romanını təkrar oxuyarkən taleyi 

müəyyən edən belə dəqiqə haqqında düşüncələrə daldım. Bu – kübar əsilli gənc bir qıza vurulmuş və 

artıq başqa birisinin nişanlısı olsa da, qızı öz gözəlliyi və talantı ilə fəth etməyi bacarmış alman 

mütəxəssisi və ictimai xadimi Ferdinand Lassalın həyatının təsviridir. Bir dəfə qız ona demişdi: 

«Mənim ailəmdə sizə ikrahla yanaşırlar; gəlin bir yerdə qaçaq!» O yubadırdı: «Nəyə görə sizin 

həyatınızı qalmaqalla korlayaq? Bir neçə ay səbir edək və biz sizin valideynlərinizin razılığı ilə 

evlənərik». O, beləcə heç zaman heç nə əldə etmədi – nə razılıq aldı, nə arvad; qızın nişanlısı tərəfindən 

dueldə öldürüldü, vəssalam. Ah, məğrurluq və ehtirasın əcaib oyunu! Bədbəxt Lassal öz şərəfini 

qoruyarkən çox səfeh şəkildə məhv oldu; sevgilisi ondan ötrü göz yaşları axıtdı, amma artıq çox gec idi; 

qız sonradan qatilə ərə getdi.   

Çox gec. Xanım, bu dəhşətli sözlərin qurbanlığına çevril mək dən özünüzü qoruyun. Mənə başqa bir 

oxşar hadisə də tanışdır: axırıncı müharibə vaxtı bir qadın onu sevən zabitdən ərə getmək təklifi almışdı. 

Qadın düşünmək üçün zabitdən yalnız bir gecəliyə möhlət istəmişdi və ertəsi gün zabitə yazmışdı ki, 

bəs bu təklifə razıdır. Lakin həmin gün – 1940-cı ilin 10 mayında almanların həmləsi başlandı və zabit 

cəbhəyə göndərildi; qadının məktubu it-bata düşüb ünvana çatmadı. İkiqat iflas ucbatından – öz 

ölkəsinə və öz hisslərinə görə ümidsizliyə düşən zabit ölümün nazını çəkməli oldu. Bu üzüyola xanım, 

bir qayda olaraq, öz kavalerlərini diqqətsiz buraxmır… Həmin qadının qismətinə acı peşmanlıq, təəssüf 

hissi düşdü. Çünki qadın bu nikahı çoxdan arzulayırdı, möhləti yalnız abır və ləyaqət hissinə görə xahiş 

etmişdi. Bəyəm elə həmin dəqiqə «hə» demək daha yaxşı olmazdımı?   

Nəsihət: mənə yubanmadan cavab verin. Əlvida.   

 

ÇILPAQLARI GEYİNDİRMƏLİ   



 

Görkəmli ingilis yazıçısı Corc Mur bir dəfə mənə danışmışdı ki, Amerika romançısı Henri Ceymsin 

kitabında «Mən çimərlikdə tamamilə soyunmuş bir qadın gördüm» cümləsini oxuyandan sonra ondan 

soruşub: «Henri, axı neyçün «soyunmuş»? Axı burada «çılpaq» sözü daha çox yerinə düşür. Çünki 

insan təbiətən çılpaqdır, paltar isə sonradan peyda olur». Qəliz və ciddi bir adam olan Ceyms bir qədər 

fikrə gedəndən sonra ona belə cavab verib: «Səhviniz var, Mur. Sivil ölkənin sakinləri üçün təbii 

vəziyyət – geyimli olmaqdır. Çılpaqlıq anormallıqdır».   

Eyni fikrə mən başqa bir yerdə də – Alen-Furnyenin, çox güman ki, artıq unudulmuş essesində rast 

gəlmişəm. Onun mühakimələrini sitat gətirirəm: «Hazırda qadın bədəni – Pyer Luinin Qədim 

Yunanıstanda qazıb üzə çıxartdığı həmin o dil kumiri, həmin o çılpaq getera deyil». Don, yubka, korsaj 

xristian oğlan uşaqları üçün düzəldilmişdi ki, bu barədə qadın bədəninin mahiyyətindən bəhs edən 

essedə deyilir: «Bütün qabıqlardan, örtüklərdən məhrum etməklə biz bu bədəni yaxşı öyrənə bilmərik; 

bax artıq neçə yüzilliklərdir bizim ölkəmizin iqlim şəraitinin təsiri altında onu paltara büküblər; erkən 

uşaqlıq çağlarımızdan biz qadın fiqurunu paltarda görməyə vərdiş eləmişik».   

Hətta çılpaq qadın bədəni də, Alen-Furnyenin fikrincə, paltardan, onun müxtəlif atributlarından 

ayrılıqda təsəvvür olunmur. «Orta əsrlərin vitrajlarındakı abırlı və ciddi örtüklər qadın bədəninə öz 

formasını verib; həmin libaslarda qadın bədəni buxovlanmış, incələşmiş, demək olar ki, cisimsiz kimi 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə