Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

ibarət kütlə ora-bura vurnuxur, qaçışır, var-gəl edir: kimisi zavoda tələsir, kimisi banka, kimisi metroya, 

kimisi də qatara; ən qıraqda dayanmış Amur isə içi oxla dolu oxqabını qəmli-qəmli süzərək təqvimi 

vərəqləyib dərindən köks ötürür: «Ah! Kaş bu iyul, avqust tez gələydi!..»   

O biri zalda başqa plafon görmək mümkündür: «Amur məzuniyyət vaxtı». Bu plafonda başdan-başa 

sevgili cütlüklər təsvir olunub: bir neçəsi soyunaraq günəşli çimərlikdə uzanıb, digərləri yaşıl 

çəmənlikdə, yaxud meşədə, ağacların kölgəsində dincəlirlər, başqaları da qol-boyun olaraq dağ 

cığırlarıyla yuxarı qalxırlar. Bu adamların hamısından yüksəkdə isə ehtiras oduyla çırpınan məmnun 

Erot uçur – onun oxları artıq tükənməkdədir, buna görə də balaca kupidonların2 qatarı onun ardınca 

gəlir və yorulmaq bilmədən Erotu sursatla təmin edirlər. Və həqiqətən də, axı məzuniyyət vaxtı 

qadınların nazını çəkməyib, başqa nə işlə məşğul olasan? Sevgi macəraları üçün daha bundan da 

münasib hansı vaxt ola bilər ki? Nə kişilərin, nə də qadınların elə bir vacib, təxirəsalınmaz işləri yoxdur; 

səyahətlər və kurort həyatı isə onları istənilən görüşləri mümkün edən bayram burulğanlarına cəlb edir.   

İlin on bir ayını, deyək ki, Bellakda yaşayan cavan adam yalnız oradakı qızları görür. Həmin qızları o, 

uşaqlıqdan tanıyır; ola bilər ki, onların arasında onun arzuladığı qadın tapılacaq. Onda şəhərlərin ən 

yaxşısı olan bu şəhərdə, deməli, hər şey yaxşılığa doğrudur. Amma çox vaxt bu baş vermir. 

Məzuniyyət isə həmin cavana imkan verir ki, lap Fransanın otuz altı min kommunasından olan qızlarla 

tanışlıq edə bilsin, özü də romantik məhəbbətlər üçün xoş olan bir şəraitdə – arxayın etiraflar üçün 

kefin istəyən qədər asudə vaxt və ikilikdə gəzdikləri, tək qaldıqları xoş saatların hər cür imkanları onun 

xidmətindədir. Don Juan üçün məzuniyyət – «ovun» başlanğıcıdır; donna Anna qumlu çimərlikdə təkcə 

uzanıb özünü günə verir, özü də o vaxt ki, Komandor ya krevet tutmağa gedib, ya da bakkara 

oynayaraq müflisləşir. Öz arvadını ürəkdən sevən təzə evlənmiş ər üçün məzuniyyət – sevdiyi qadını 

daha    yaxşı tanımaq üçün çoxdan gözlədiyi fürsətdir.   

Çünki ər-arvad üçün məzuniyyəti keçirməyin iki cür imkanı var: birlikdə və ayrılıqda. Xoşbəxt 

cütlüklər üçün məzuniyyəti bir yerdə keçirmək – arzuların son həddidir. Nəhayət ki, bir-birinə doyunca 

nəzər salmaq, yaxın adamın əvvəllər qayğı və yorğunluq pərdəsi    altında gizlənmiş həqiqi simasını 

görmək mümkündür. Ən başlıcası isə bu, sevgini ekzotika haləsinə bürümüş yeni haşiyə, yeni 

çərçivədir. Xoşbəxt o adamdır ki, öz arvadına musiqi və poeziya festivalında iki gözəl həftə keçirməyi 

təklif edə bilsin: o, Motsart, yaxud Müssenin canlandırdığı xoş emosiyaları birbaşa öz xeyrinə 

yönəltmiş olur. Amma təkcə təbiət də kifayətdir. Okean – sirdaşlar arasında ən yaxşısıdır. Çəmənlik və 

düzlərin dinclik və gözəlliyi isə ər-arvad sevgisini əsl idilliyaya çevirə bilər. Təbiətin qoynunda 

şəhərlilər yenidən torpağın ilkinliyini və öz gəncliklərini əldə etmiş olurlar.   

Məzuniyyəti yalnız o halda ayrılıqda keçirmək lazımdır ki, bu zərurət ya uşaqların maraqları 

baxımından irəli gəlsin, ya da ərlə arvaddan birinin səhhəti naminə olsun. Şübhəsiz ki, ayrılıqdan 

qorxmayan mehriban, bir-birini sevən cütlüklər mövcuddur. Bu halda tətil dövründəki ürək qətiyyən 

yeri tutulmamış, boş qalmış    ürək deyil; ikisi də bir-birini elə sevir ki, heç biri ötəri şirnikdiriciliyə 

məruz qalmaz. Amma hər necə olsa, unutmaq lazım deyil ki, şirnikdirici şey – labüd və təhlükəlidir. 

Məzuniyyəti təklikdə keçirən və subayların, yaxud evli kişilərin brakonyerliyinin hədəfinə çevrilən 

gözəl qadına özünü hansısa dəniz kənarındakı kurort yerində qorumaq balaca şəhərdəki öz evində 

qorumaqdan qat-qat çətin başa gəlir – burada onun hər addımına ailə üzvləri, həmçinin bağlı pəncərələr 

arxasında pusquda dayanmış sözgəzdirənlər tərəfindən göz qoyulur. Belə xəbərçi qadınlar istirahət 

yerlərində də kifayət qədərdir və heç də yatmayıblar: istənilən qalmaqal onlar üçün qocalıqda təsəllidir. 

Amma bunlar – kənar qeybətçilərdir və onların qeybətləri az adamın vecinədir. Beləliklə, kurortdakı 

ictimai fikrin əyləci o qədər də effektli deyil. Üstəlik də, tənhalıq qeyri-təbii vəziyyətdir və burada 

darıxdırıcılıq aradüzəldən rolunda çıxış edir. Gete deyirdi: «Bizi kurort şəhərciklərinin dözülməz 

cansıxıcılığı ilə yalnız eşqbazlıq barışdıra bilər». Amma əgər adamlar səhərdən axşamacan bir yerdə 

görüşürlərsə, onda bu eşqbazlıq, bu sevgi intriqaları çox tezliklə məhəbbətə çevrilir.   

Belə ki, öz gözəlliyi olan qısa ayrılıq təhlükə ilə nəticələnir. Əgər nikah hələ məzuniyyətə qədər 

laxlayıbsa, çat veribsə, onda bu təhlükənin xüsusi əhəmiyyəti yoxdur. Yox, əgər nikah xoşbəxt nikah 

idisə, yay epizodu ər-arvad münasibətində çox təəssüfedici bir əngələ çevriləcək. Sevgidə ilk qəzanın 



dəyəri pulla ölçülmür – onun dəyəri xoşbəxtlikdir. Ayrılıq müddətində ailəni qorumağın, ayrılmamağın 

əsas vasitələrindən biri hər gün yola salınan incə və uzun məktublarla əlaqəni qoruyub saxlamaqdır. 

Mənə deyə bilərlər ki, hazırda ümumiyyətlə məktublar az yazılır, başlıcası isə – sevgi ismarışlarının 

sayı xeyli azalıb. Mən buna əmin deyiləm. Yox əgər bu, həqiqətən belədirsə, onda çox təəssüf. Bu, son 

dərəcə kədərli şeydir. Çünki məktubda o qədər gözəl və zərif duyğuları ifadə etmək mümkündür ki, 

sevdiyin adam böyründə olarkən həmin hisslərin dilə gətirilməsi çətin başa gəlir, utancaqlıq buna mane 

olur. Məktublar həmçinin münasibətlərin mübahisəsiz aydın laşdırılmasına imkan verir. «Amma 

əvəzində həm də barışıq əldə olunmayacaq», –çiynimin üstündən boylanaraq bu sətirləri oxuyan cavan 

bir qadın mənə bildirir. Amma niyə? Barışıq görüş vaxtı baş verəcək. «Məktublaşmanın gözəlliyi – 

yazıçının uydurmasıdır», – qadın israr edir. Mən bu cür fikirləşmirəm. Bütün sevgi məktubları onların 

ünvanlandığı kişilərin və qadınların gözündə gözəldir. Sevgi məktublarının üslubu – sevdiyin həmin   

adamdır (həmin kişi, yaxud həmin qadındır), querida. Əlvida.   

 

SEVMƏYİN İKİ FƏRQLİ MANERASI   



 

Bir dəfə Viktor Hüqonun yanında həyat barədə və həyatda ən çox nəyin vacib olmasına dair söhbət 

düşəndə yazıçı demişdi ki, onun fikrincə, həyatda həqiqətən qiymətli olan şey nə şöhrətdir, nə sərvətdir, 

nə də talant; ən vacibi – sevmək və sevilmək,    sevimli olmaq imkanıdır. Və o, haqlı idi. O şeyi ki, bizi 

sevən, bizə qəlbən bağlı olan adamla bölüşməyimiz mümkün deyil, deməli, həmin şey bizimçün heç bir 

dəyər kəsb etmir; əgər biz ona qarşılıqlı cavab vermiriksə, onda bu sevgi də bizə çox az sevinc 

gətirəcək. Qətiyyən zərurət yoxdur ki, bizi sevən adamların sayı lap çox olsun. Mən daim o fikirdə 

olmuşam ki, ən kiçik şəhərcikdə də özünü xoşbəxt hiss edə bilərsən; əgər yanında iki-üç sadiq dostun 

olsa, onda bu xoşbəxtlik hətta haradasa, Saxara vadisində də mümkündür. Yaxud əksinə, hər hansı 

dövlət başçısı, yaxud dünya şöhrətli bir artist çətin ki xoşbəxtliyi dərk etsin – əgər yanlarında maskanı 

çıxarıb atmağın mümkün olduğu ən azından bircə canlı məxluq, bircə ürək sirdaşları yoxdursa. Bax elə 

buna görə də görkəmli adamların həyatında onların dostlarının, arvadlarının, sevgililərinin oynadıqları 

rol bu qədər böyükdür.   

«Mən elə yalqızam ki», – müşayiətçilərin bütöv bir dəstəsi ilə əhatə olunmuş, bütün dünyanın tanıdığı 

məşhur bir adam mənə şikayətlənirdi. Sevgi – oğul sevgisi, ər-arvad sevgisi, yaxud dostluqdan 

yaranmış sevgi tənhalığın buxovlarını qırır.   

Lakin sevməyin iki fərqli manerası mövcuddur. Birincisi – sevdiklərini özün üçün sevirsən, ayrı cür 

desək, başqa adamlara onların sənə verdiyi sevginin əvəzində bağlılıq hiss edirsən. Elə qadınlar var ki, 

öz ərlərini son dərəcə səmimi məhəbbətlə sevirlər, çünki ərləri onların ətrafında etibarlı ab-hava yaradır, 

onları qayğı ilə əhatə edir və onlara sevinc gətirir. Lakin qadınlar onu yalnız ona görə sevir ki, onsuz 

necə yaşayacaqlarını təsəvvür etmirlər. Belə ər onlar üçün zəruridir; onların özlərinin də, uşaqlarının da 

xoşbəxtliyinin qayğısını çəkir; o – onların həyatının başlıca dayağı, əsas sütunudur. Lakin ərin öz 

həyatı onları çox az məşğul edir; onlar heç vaxt özlərinə sual vermirlər ki, onun ayrı istəkləri, başqa   

ehtiyacları varmı; onun öz qısa ömrünü onların səadəti üçün xərcləməsinə təbii yanaşırlar.   

Bu cür ərlər və sevgililər də həmçinin kifayət qədərdir: onlar qadını ondan ötrü sevirlər ki, qadın onlar 

üçün heç nəyi əsirgəmir və onlar hətta qadının ürəyinə boylanmağa heç vaxt cəhd də göstərmirlər. 

Uşaqlar, demək olar ki, öz valideynlərini məhz bu cür sevirlər. Onlar üçün ata o adamdır ki, ona həmişə 

arxayın ola bilərsən; ana – daim mərhəmətli və sadiq məsləhətçidir. Amma valideynlərin qayğı yükünü 

yüngülləşdirmək barədə ciddi düşünən çoxmu uşaq var? Bax mən özü üçün, özündən ötrü sevgi 

deyəndə bunu nəzərdə tuturam.   

Başqasını onun özündən ötrü sevmək – ondan nə aldığın barədə yox, ona nə verdiyin barədə 

düşünməkdir. Bundan ötrü öz ömrünü onun ömrü ilə elə sıx bağlamalısınız ki, onun hisslərini elə 

ürəkdən bölüşməlisiniz ki, onun xoşbəxtliyi həm də sizinki olsun. Elə düşünməyin ki, belə sevgi nadir 

şeydir. Bir çox valideynlər öz uğurlarından daha çox uşaqlarının uğurlarına sevinirlər. Mən ərlə arvadın 

bir-biri üçün yaşadığı çoxlu cütlüklər tanıyırdım. Ən yüksək dostluğa aid çoxlu nümunə var. Belə bir 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə