Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Doqquzuncu fəsil 
Biz ilahi dərgaha qovuşmağı 
yaşamaqdan üstün tutduq! 
Rəfiqələrimdən  biri  mənə  “Səndən  payım”  kitabını 
hədiyyə  etdi.  Kitab  bizim  kimi  bir  həyata  sahib  ər-arvad, 
daha  doğrusu,  şəhid  və  onun  həyat  yoldaşı  barədə  idi. 
Şəhid  Hacı  Səttarın  həyat  yoldaşı  ilə  evlilik  xatirələri,  ilk 
günlərində yoldaşının ondan utanması, şəhidin uzun-uzadı 
ezamiyyətləri,  ayrılıqlar,  bir  sözlə,  Həmidlə  yaşadığımız 
hər  şeyi  o  kitabda  görürdüm.  Kitabın  hər  səhifəsində 
ucadan ağlayırdım. Kitabın axırına yaxınlaşdıqca daha çox 
qorxurdum. Qorxurdum ki, birdən bizim həyatımızın sonu 
da kitabdakı kimi olar. 
Diqqətimi  kitaba  o  qədər  yönəltmişdim  ki,  hətta 
Həmidin  gəldiyini  belə  bilmədim.  Başımın  üstündə 
dayanıb  yaşlı  üzümə  tamaşa  edirdi.  Mənə  bu  qədər  təsir 


 
204 
etdiyini görüb kitabı əlimdən aldı, gizlədib dedi: “Kitabın 
qalan  hissəsini  oxumağa  icazən  yoxdur.  Bura  qədər 
oxudun, bəsdir”. Boğazımda qəhər dedim: “Kitabda sanki 
bizim  həyatımız  yazılıb.  Qorxuram  ki,  bizim  həyatımızın 
axırı da ayrılıqla bitsin”. 
O  qədər  kövrəlmişdim  ki,  bir  neçə  saat  danışa 
bilmədim.  Həmid  xarab  olmuş  şirəçəkəni  düzəldirdi.  Bu 
işləri bacarırdı. Evdə bir şey xarab olanda özü düzəltməyə 
çalışırdı,  çox  az  hallarda  təmirə  verirdi.  Mətbəxə  keçib 
başımı  qatmağa  çalışdım.  Kitabda  keçən  hadisələri 
zehnimdə canlandırıb, nişanlı vaxtlarımızda Həmidə “siz” 
deyə  müraciət  etdiyim  günləri  xatırlayırdım.  O  zaman 
adını belə deyə bilmirdim, indi isə hər şeyim olmuşdu və 
mən onsuz bir an belə qala bilmirdim. 
Telefonun  zənginə  diksindim.  Universitetin  Bəsic 
qrupunun sədri idi. Universitetə yeni qəbul olmuş tələbələr 
üçün nəzərdə tutulmuş səfərdə onunla getməyimi istəyirdi. 
Ürəyim  Həmiddə  qalmışdı,  onu  tək  qoymaq  istəmirdim. 
Ancaq  digər  tələbə  yoldaşlarımın  bu  səfərə  getmək 
imkanları  yox  idi.  Həmidin  razılığını  alandan  sonra 
oktyabrın  30-da  tələbələrlə  Ramsər  istiqamətinə  yola 
düşdük.  Səfərə  çıxmazdan  qabaq  Həmidə  yemək 
hazırladım.  Adətən,  səfərə  çıxanda  ona  iki-üç  dəfə  yeyə 
biləcəyi qədər yemək bişirirdim.  
Ramsərin  havası  buludlu  idi,  şiddətli  yağış  yağırdı. 
Birgünlük  dərsdən  sonra  tələbələri  sahil  kənarına 
apardılar.  Dəniz  tufanlı  idi.  Tələbələrlə  çoxlu  şəkil 
çəkdirdikdən  sonra  Pəhləvi  sarayı  muzeyinə  getdik. 
Portağal  və  naringi  fəsli  idi.  Bəzi  tələbələr  dəcəllik  edib 
muzeyin qarşısındakı ağaclardan meyvə dərirdilər. 
Həmidlə  danışanda  bildim  ki,  Qəzvin  vilayətinin  ilk 
hərəm  şəhidi  olan  Rəsul  Purmuradın  dəfnində  iştirak 


 
205 
etmək  üçün  Haşimxan  qəsəbəsinə  gedib.  Çox  danışa 
bilmədim.  Ona  tələbələrin  Pəhləvi  bağından  meyvə 
dərdiyini  söyləyəndə  dedi:  “Əzizim,  o  meyvələrə  dilini 
belə  vurma!  Dövlət  mülküdür.  Allah  bilir,  o  vaxt  şah  bu 
bağ-bostanı  hansı  yazığa  zülm  edərək,  kimin  malını  qəsb 
edərək  salıbdır.  Qəzvinə  qayıdanda  sənə  istədiyin  qədər 
portağal və naringi alacam. 
Külçə  sevdiyi  üçün  qayıdanda  Həmidə  külçə  aldım. 
Mən  evə  çatanda  idman  zalına  getmişdi.  Öz  paltarlarını 
yuyub  ipdən  asmışdı.  Onun  paltarlarını  yumağıma  razı 
deyildi.  Gəzmək  paltarından  tutmuş  idman  və  hərbi 
paltarlarına qədər hamısını özü yuyurdu. Aşağı mərtəbədə 
qalanda  mətbəxdə  paltaryuyan  maşını  üçün  kanalizasiya 
borusu  yox idi. İkinci mərtəbədə də mətbəx o qədər kiçik 
idi  ki,  paltaryuyanın  qapısını  belə  açmaq  olmurdu.  Buna 
görə də, cehiz gətirdiyim paltaryuyan maşınından heç vaxt 
istifadə  edə  bilmədim.  Məcbur  qalıb  paltarları  əllə 
yuyurduq. 
Bu  ikigünlük  ayrılıqdan  sonra  Həmidə  dadlı  bir  pizza 
bişirmək istəyirdim. Tez əşyalarımı yerbəyer edib mətbəxə 
keçdim. Kəlləpaça və qarından başqa yemədiyi yemək yox 
idi.  Dediyinə  görə,  subay  vaxtı  pizzadan  da  qaçırmış. 
Dostlarından  biriylə  yaxşı  bişməmiş  pizza  yemişdi,  elə  o 
gündən  pizzadan  qətiyyən  xoşu  gəlmirdi.  Ona  bişirdiyim 
ilk pizza  yadıma düşəndə məni gülmək tuturdu.  İlk tikəni 
gözlərini  yumaraq  yedi.  Ancaq  dadandan  sonra  xoşuna 
gəldi  və  daha  iştahla  yeməyə  başladı.  O  gündən  sonra 
pizza  barədə  fikri  tamam  dəyişdi.  Hərdən  belə  deyirdi: 
“Fərzanə,  axşama  pizza  bişir.  Bayırda  yediyimizlə  sənin 
bişirdiyin arasında yerlə-göy qədər fərq var”. 
Pizza üçün lazım olan ləvazimatları hazırlayanda çörək 
qabının  içində  iki-üç  kiloluq  xəmir  gördüm.  Diqqətlə 


 
206 
baxanda anladım ki, Həmid qurumuş lavaşları suya qoyub. 
Yəni lavaşa su səpmək əvəzinə suya salıb yumuş, sonra da 
qatlayıb çörək qabına qoymuşdu. 
Həmid  qapının  zəngini  basan  kimi  pilləkənlərin 
yarısına  qədər  düşdüm.  Bir  neçə  dəqiqə  gözləsəm  də 
yuxarı  çıxmadı.  Pəncərədən  boylananda  gördüm  ki,  ev 
sahibinin  oğluyla  söhbət  edir.  Tez  mətbəxə  keçdim,  ev 
sahibinə  vermək  üçün  bir  neçə  külçəni  boşqaba  qoydum. 
Pilləkəndən  qalxanda  həmişə  olduğu  kimi,  “ya  Allah” 
deməyə başladı. 
Hal-əhval  tutandan  sonra  səfər  barədə  danışdım.  Hər 
şeyi  danışandan  sonra  soruşdum:  “Ev  yiyəsinin  oğlu  nə 
deyirdi? Düzü, bir neçə külçəni boşqaba qoydum ki, aşağı 
aparasan”.  Əlində  tutduğu  kitabı  göstərib  dedi:  “Ev 
yiyəsinin  oğlu  əsgərlikdə  olanda  bu  kitabı  korpusun 
kitabxanasından  əmanət  götürüb,  ancaq  sonra  qaytarmaq 
yadından  çıxıb.  Mənə  verdi  ki,  aparıb  kitabxanaya 
qoyum”. 
Ayətullah  Dəstğeybin  “Böyük  günahlar”  kitabı  idi. 
Həmidə dedim: 
-Maraqlıdır,  bu  bizim  mağazalarda  axtardığımız  kitab 
deyil?!  İndi  ki  tapmışıq,  oturaq  ikimiz  də  başdan-ayağa 
oxuyaq. 
-Xanım,  bu  kitabı  oxuya  bilmərik.  Bunu  biz  əmanət 
götürməmişdik,  bizim  adımıza  yazılmayıb.  Deməli, 
oxumağa  haqqımız  çatmır.  Bu,  kitabxanaya  aiddir,  biz  o 
zaman  oxuya  bilərik  ki,  kitabxanadan  öz  adımıza 
götürmüş olaq. 
*** 
Telefonla  anamla  danışırdım.  Bizə  zabitlər  evində 
veriləcək ev barədə söhbət edirdik. Anam dedi: 


 
207 
-Yavaş-yavaş  yeni  ev  üçün  lazım  olan  əşyaları  almağa 
başlamalıyıq. 
Sağollaşanda atam dəstəyi alıb həmişəki zarafatlarından 
etdi, sonra dedi: 
-Bu  gün  Suriyaya  gedəcək  hərbçilərin  adlarını 
gətirdilər. Həmidin adının üstündən xətt çəkdim. Bunu ona 
elə de ki, narahat olmasın. 
Dəstəyi  qoyanda  Həmidin  sakitcə  ağlamaq  səsini 
eşitdim. Otağa girəndə gördüm ki, “Səndən payım” kitabı 
əlindədir.  Bildim  ki,  kitabda  keçən  xatirələrə  ağlayır. 
Mənim gəldiyimi görüb kitabı bağladı və dedi: 
-Düz  deyirmişsən.  Eynilə  bizim  həyatımıza  bənzəyir. 
Şəhid  xanımları  həqiqətən,  özlərini  fəda  ediblər.  Bir 
qadının  təkbaşına  o  qədər  yükü  daşıması  çox  çətindir. 
İstəyirəm  ki,  Suriyaya  gedəndən  sonra  mənə  şəhadət 
qismət  olsa,  sən  də  bu  şəhid  xanımı  kimi  səbirli  və 
mətanətli olasan. 
Dostları  Suriyaya  gedəndən  sonra  başqa  hərbçilərin  də 
getməsi  məsələsi  ortaya  çıxmışdı.  Həmidin  belə  getmək 
istəyini  görəndə  içim-içimi  yeyirdi  ki,  adının  siyahıdan 
silindiyini ona necə deyəcəm. 
Fikrə  daldığımı  görüb  səbəbini  soruşdu.  Bir  qədər 
mızıldayandan sonra dedim: 
-Atam  sənin  adını  siyahıdan  silib.  Mənə  dedi  ki,  sənə 
xəbər verim. 
Bunu eşidəndə çox narahat oldu. 
-Dayım  gərək  belə  bir  iş  tutmasın.  Mən  Suriyaya 
getməyi çox istəyirəm. 
Bir-iki  saat  bir  kəlmə  də  danışmadı.  Hətta  öncəki 
günlərdə olduğu kimi, istirahət belə etmədi. Axşam idman 
zalına  getmək  üçün  geyindi.  Evə  qayıdanda  atamla 
danışdığını  bildirdi.  Nə  danışdıqlarını  bir-bir  mənə  dedi. 


 
208 
Məşqdən sonra atama yaxınlaşıb demişdi: “Dayı can, əgər 
qismətimdə  şəhadət  varsa,  Qəzvində  də  şəhid  olaram. 
Buna görə də mane olmayın, icazə verin, mən də gedim”. 
Atam  razı  olmayıb  demişdi:  “Əgər  getmək  lazım  olsa, 
mənim  və  qardaşının  şəraiti  daha  münasibdir.  Sən  hələ 
cavansan,  nə  vaxt  mənim  və  ya  General  Həmədaninin 
yaşına çatsan, onda Suriyaya gedərsən”. 
Həmin  gecə  Həmidin  gözünə  yuxu  getmədi.  Bilirdim 
ki,  bu  dəfə  də  gedə  bilməsə,  ürəyi  partlayacaq.  Səhər 
Həmidi 
yola 
salandan 
sonra 
atamgilə 
getdim, 
valideynlərimlə  xeyli  söhbət  etdim,  atamdan  Həmidin 
adını siyahıya əlavə etməsini istədim. 
-Mən  Həmidin  Suriyaya  getməsinə  razıyam.  Qoy  nə 
xeyirdirsə, o da olsun. 
-Qızım, Həmid getsə, şəhid olacaq. 
Anam da mənim tək qalacağımdan narahat halda dedi: 
-Fərzanə, sənin göz yaşlarına dözməyə taqətim yoxdur. 
Allah eləməmiş, bir şey olsa, sən dözə bilməyəcəksən. 
-Dediklərinizin  hamısını  çox  yaxşı  başa  düşürəm. 
Əslində, mənim də ürəyimə damıb ki, getsə, şəhid olacaq. 
Ancaq  onun  xoşbəxt  olmasına  mane  ola  bilmərəm.  Xahiş 
edirəm,  siz  də  razılıq  verin.  Həmidin  tək  istəyi  hərəm 
müdafiəçisi olmaqdır. O, öz yolunu çoxdan seçib. 
Atam mənim israrımı görüb razılaşdı. Qərara gəldik ki, 
yeni siyahıya Həmidin adını da əlavə etsin. 
Şənbə  günü,  7  noyabr  saat  beşdə  universitetdən  evə 
qayıtdım.  Hava  buludlu  və  tutqun  idi.  Otağın  işıqları 
yanmırdı. Həmid sobanın yanında adyala bürünüb yuxuya 
getmişdi.  Barmaqlarımın  ucunda  mətbəxə  keçdim.  Bir 
qədər yeyəndən sonra Həmid oyandı, məni çağırıb dedi: 
-Nə vaxt çatdın, xanım? Yeməyini ye, gəl bura, səninlə 
işim var. 


 
209 
Danışıq  tərzindən  məsələnin  nə  olduğunu  anladım. 
Zarafata dedim: 
-Yenə  Suriyaya  getmək  istəyirsən,  yoxsa  Samirraya? 
Hara  getmək  istəyirsənsə,  get!  Biz  daha  səndən  əlimizi 
üzmüşük. 
Gülüb dedi: 
-Zarafatsız,  getməyimi  istəyirsən?  Səhər  tezdən  elan 
etdilər  ki,  Suriyaya  getmək  istəyənlər  qalsınlar.  Çoxları 
qaldı.  Kimlərin  pasportu  olduğunu  soruşdular.  Mən  əlimi 
qaldırdım. Sonra kimlərin tibbi təlim keçdiyini soruşdular. 
Yenə  əlimi  qaldırdım.  Sonra  kimlərin  topla  atəş  açmağı 
bacardığını soruşdular. Bu dəfə də əlimi qaldırdım. 
-Nə  lazımdırsa,  hamısını  eləmisən.  Bircə  bu  qalır  ki, 
mən  Quranı  tutum,  sən  də  altından  keçəsən.  Sənin  bu  əl 
qaldırmaların  bizim  axırımıza  çıxdı.  Məgər  öncəkilər 
qayıtdılar ki, siz gedirsiz? 
Adyalı qatlaya-qatlaya dedi: 
-Biz postu təhvil alıb yerləşən kimi qayıdacaqlar. 
Bir  neçə  ay  öncədən  universitetdən  adımızı  Kərbəla 
ziyarətinə  yazdırmışdıq.  Həmid  deyirdi:  “Bundan  əvvəl 
Kərbəlaya  gedəndə  sənə  çadra  ala  bilmədim.  Bu  dəfə 
birlikdə  gedək,  özün  seç,  al”.  Pasportumuzun  müddəti 
bitmək üzrə idi. Bir neçə gün sənəd işləri ilə məşğul olduq. 
Bütün  işləri  yerinə  yetirsək  də  pul  işi  düzəlmədi.  Sanki 
Həmidin  qismətinə  yazılmışdı  ki,  qardaşın  ziyarəti  üçün 
aldığı pasportla bacının hərəmini müdafiə etməyə getsin. 
Öncəki hərbçilərin getməsindən qırx gün keçirdi. Bunu 
mənə  şənbə  günü  dedi,  iki  gündən  sonra  da  özünün 
gedəcəyini  bildirdi.  Mən  nə  qədər  iztirab  keçirdimsə, 
Həmid bir o qədər sevinc içində idi. Güzgünün qarşısında 
dayanıb saqqalını daraya-daraya dedi: 


 
210 
-Dedilər  ki,  hərbçi  formasında  şəkil  çəkdirməliyəm. 
Gedim küçənin başında çəkdirim, qayıdıram. 
Evdən  çıxan  kimi  boğazımda  düyünlənmiş  qəhər  acı 
göz  yaşlarına  çevrildi.  Nə  edirdimsə,  qəlbimi  sakitləşdirə 
bilmirdim.  Həmidin  gedişi  mənimçün  bir  kabusa 
çevrilmişdi.  Bir  tərəfdə  imanım,  digər  tərəfdə  hisslərim 
dayanmışdı.  Bir  anın  içində  hisslərim  mənə  qalib  gəlib, 
“Qoyma getsin! Küs ondan! Qarşısını kəs! Tərslik et! Axı 
nə  mənası  var  ki,  yolumuzun  ilk  addımlarında  yoldaşın 
gedib şəhid olsun?!” -deyirdi. Bütün bu fikirlər xora kimi 
canıma  düşmüşdü.  Qəhərimi  boğub,  qiyamət  günü 
Əmirəlmömininin  (ə)  hüzurunda  əliboş  dayanacağımı 
təsəvvür  etdim;  bir  halda  ki,  bu  dünyada  heç  nəyə  nail 
olmamış, 
üstəlik, 
yoldaşımın 
getməsinin 
qarşısını 
almışam. 
Yerlə  göy  arasında  qalmışdım.  İxtiyarsız  göz  yaşı 
tökürdüm.  Qəribə  haldaydım.  Bir  tərəfdə  qəhər  və  göz 
yaşı,  digər  tərəfdə  isə  həvəs  və  eşq  vardı.  Sakitləşmək 
üçün bir neçə rəfiqəmə və qohumuma zəng vurdum, ancaq 
xeyri olmadı. Hətta bəziləri dedikləri sözlərlə  yarama duz 
səpdilər. Bəziləri belə nəticəyə gəlmişdilər ki, Həmid məni 
sevmədiyi  üçün  Suriyaya  gedir.  Onlar  deyirdilər:  “Sənin 
yerinə  olsaq,  onu  getməyə  qoymarıq.  Əgər  səni  sevirsə, 
qalacaq”. 
Onlar  bizim  bir-birimizi  nə  qədər  çox  sevdiyimizi,  əsl 
aşiqlər  olduğumuzu  bilmirdilər.  Düzdür,  mən  qərarsız 
idim,  qəlbimə  söz  keçirə  bilmirdim,  ancaq  bütün  bunlara 
rəğmən,  ərlərini  haqqın  müdafiəsinə  qoymayıb  tarixin 
nifrətini  qazanmış  qadınlardan  olmaq  istəmirdim;  həzrət 
Zeynəbin (ə) yanında xəcalətli olmaq istəmirdim. 
Yarım  saat  keçməmiş  qayıdıb  həvəslə  şəkillərini 
göstərdi.  Bu onun çəkdirdiyi son şəkil idi, hərbi formada, 


 
211 
3×4  ölçüsündə  çəkdirmişdi.  Şəkili  görəndə  özümü  güclə 
saxladım.  Onun  göz  yaşlarımı  görməsini  istəmirdim. 
İstəmirdim  ki,  yol  üstündə  narahat  olsun.  Dərindən  nəfəs 
alıb boğazımda düyünlənmiş qəhəri, gözümdə yığışan göz 
yaşlarını  boğmağa  çalışırdım.  Ancaq  qəlbində  tufanlar 
qopduğu halda özünü sakit göstərmək çox əzabvericidir! 
Həmid  gözlərimə  baxanda  ağladığımı  hiss  etdi. 
Mehriban əlləri ilə çənəmi qaldırıb soruşdu: 
-Əzizim, ağlamısan?! Axı danışmışdıq ki, mənə kömək 
edəcəksən. Bu göz yaşları məni çıxılmaz vəziyyətə salır. 
-Ciddi bir şey deyil. Televizorda şəhidlərlə bağlı veriliş 
gedirdi, ona baxıb ağladım. 
Təbəssüm edib dedim: 
-Mən  sənin  seçiminə  razıyam,  Həmid.  Get,  ata-ananla 
sağollaş.  Çünki  iki  ay  burda  olmayacaqsan,  onlardan 
gizlədə bilmərəm. 
Əlimdən tutub dedi: 
-Ağlamayacağına  söz  verirsən?  Çalışacam  yarım  saata 
gedib-qayıdım. 
-Tez  qayıtmana  ehtiyac  yoxdur.  Bir  neçə  saat  da  olsa, 
ata-ananın yanında qal.  
Evdən  çıxanda  saat  altı  olardı.  Gedən  kimi  başımı 
qarışdırmaq  üçün  mətbəxə  keçdim.  Çox  gec  gəldi.  Saat 
11-i  keçmişdi.  Bildim  ki,  bibim  çox  narahat  olub.  Evə 
girən kimi soruşdum: 
-Sağollaşdın? Bibi çox ağladı? Bəs, atan nə dedi? 
Sakitcə dedi: 
-Anam bir söz demədi. Ancaq ağladı. 
Bundan  öncə  ezam  olunanlar,  adətən,  getmələrini 
valideynlərinə  demirdilər.  Buna  görə  təəccübləndim. 
Bibimgil  Həmidin  Suriyaya  getmək  istədiyinə  inana 
bilmirdilər. 


 
212 
Ertəsi gün universitetə getmədim. Həmid işdən qayıdan 
kimi  dedi:  “Gedək,  sənin  valideynlərinlə  də  sağollaşaq”. 
Qapının  ağzında,  hələ  motosikletdən  düşməmiş  zəng 
vurub uçuşun ləğv olunduğunu söylədilər. Sevindiyimdən 
uçmağa  qalmışdım.  Xəbər  halımı  dəyişdi,  rahat  oturub, 
şam  yeməyi  yeyə  bildim.  Həmid  isə  yeməklə  oynayırdı. 
Xəbəri eşidəndən bəri çox narahat idi. 
Anam da mənim kimi sevinirdi. Zarafata dedi: 
-Həmid  can,  səfərin  baş  tutmasa  da,  nə  vaxt  Suriyaya 
getmək istəsən, əvvəl qızımı boşa, sonra get. 
Həmid  uçuşun  ləğv  olunduğuna  nə  qədər  narahat  olsa 
da, anamın bu sözünə gülüb dedi: 
-Birincisi,  bizim  getməyimizin  geci-tezi  ola  bilər, 
amma baş tutmaması ola bilməz. İkincisi də hardan bilmək 
olar  ki,  mən  sağ-salamat  qayıtmayacam.  Mən  təzə  bəy 
kimiyəm, gəlini əmanət qoyub cihada gedirəm. 
Kənarda  oturub  danışıqlarına  qulaq  asırdım.  Atama 
dedim: 
-Ata,  eşidirsən  nə  deyirlər?  Mən  hələ  ölməmişəm,  biri 
deyir təlaq ver, o biri də deyir vermirəm. Heç məni sayan 
yoxdur. 
Birinci gün işdən qayıdanda hərbi paltarını çıxarıb dedi: 
-Xanım,  zəhmət  olmasa,  bu  etiketləri  çıxar.  Suriyaya 
gedirik  deyə,  paltarımızda  korpus  etiketi  olmamalıdır. 
İŞİD  bizim  korpus  döyüşçüsü  olduğumuzu  bilsə,  heç 
ölümüzə də rəhm eləməz. 
Paltarları  götürüb  otağa  keçdim.  Etiketləri  bir-bir 
qopardım,  yerini  bir  neçə  dəfə  ütülədim  ki,  bilinməsin. 
Etiketləri götürüb dedim: 
-Bunlar  burda  qalır.  Söz  ver  ki,  sağ-salamat 
qayıdacaqsan, mən bunları yenidən paltarına tikəcəm. 
Paltarı alıb dedi: 


 
213 
-Yaxşı  bacarırsan  ha!  Zəhmət  olmasa,  köynəyin  üst 
düyməsini bir az yuxarıdan tik. Hərbi forma gərək boğazı 
da örtsün. 
Qara  sapla  düyməni  bir  az  yuxarıdan  tikdim.  Baxıb 
dedi: 
-Bəs niyə qara sapla tikdin? Gərək yaşıl sapla tikəydin. 
-Həmid  can,  çox  fikir  vermə!  Bu  köynək  paltarın 
altında qalacaq. Onsuz da görünmür. 
Hərbi  geyim  məsələsində  çox  diqqətli  idi.  Korpusun 
hərbi formasına xüsusi hörməti var idi. 
 Axşamçağı  qardaşı  bizə  sağollaşmağa  gəldi.  Həsənlə 
Suriyadakı  vəziyyət  barədə  söhbət  edirdilər.  Həmid 
qardaşı  üçün  nar  dənələdi,  ancaq  ağa  Həsən  heç  nə 
yemədi.  Qonağımız  gedəndən  sonra  evi  təmizləməyə 
başladım.  Həmin  gün  valideynlər,  bacılar  və  Səid  bizə 
gəlməli  idilər.  Qonaqlar  üçün  banan,  alma  almışdıq. 
Meyvələri  böyük  siniyə  düzmüşdüm  deyə,  qonaqların 
sayından az görünürdü. Həmid sinini görüb dedi: “Xanım, 
gedim, bir-iki kilo banan alım, az olmasın”. Dedim: “Yox, 
ehtiyac  yoxdur.  İnan,  hələ  bu  da  çoxdur.  Sini  böyükdür 
deyə,  belə  görünür”.  Bir  neçə  dəqiqə  sonra  yenə  israr 
etməyə başladı. O qədər qonaqpərvər idi ki, meyvələrin az 
olmasına laqeyd qala bilmirdi. Sonda dözə bilməyib dedi: 
“Xanım, mən o qədər həyəcan keçirdim ki, qarnım ağrıdı. 
Gedim, iki kilo banan alım”. 
Qayıdanda  o  qədər  bananı  nə  edəcəyimi  düşünürdüm. 
Sini  bananla  dolu  idi.  Düz  fikirləşmişdim.  Qonaqlar 
gedəndən sonra xeyli banan qaldı.  
Həmidə dedim: “Həmid can, sən bir-iki günə gedirsən. 
Mən  bu  qədər  bananı  nə  edim?!  Bu  qədər  bananla  bir 
qonaqlıq  vermək  olar”.  Çoxlu  banan  qaldığını  görsə  də, 
özünü  o  yerə  vurmayıb  dedi:  “Heç  nə  olmaz,  əzizim! 


 
214 
Özüm  qəsdən  çox  aldım.  Bananları  tök  çantana,  anangilə 
apar”. 
Boşqabları  yerləşdirdikdən  sonra  gözüm  paltarlardan 
çıxardığım etiketlərə sataşdı. Həmidin adı  yazılmış etiketi 
ovcumun  içində  sıxıb  gözucu  ona  baxdım.  Sakitcə  işini 
görürdü. Halım heç də  yaxşı deyildi. Gecənin sakitliyi və 
tənhalıq  dərdi  bütün  vücudumu  bürümüşdü.  Həmiddən 
ayrı qalmaq hissi hər an mənə əzab verirdi. 
Həmin  gecə qəribə həyəcan içində idim.  Bir neçə dəfə 
yuxudan  ayılıb  paltarlar  olan  tərəfə  getdim.  Gecənin 
qaranlığında  gözlərimi  bağlayıb  əlimi  Həmidin  hərbi 
formasına  sürtürdüm  ki,  tikiş  izlərinin  qalmadığına  əmin 
olum.  Özümü  düşmənin  yerinə  qoyur,  düşünürdüm  ki, 
düşmən paltara əlini çəksə, etiketin tikiş yerini anlayar, ya 
yox! Paltarı iyləyib, sakitcə ağlayırdım. Ürəyim bir an belə 
sakitləşmirdi. Quran ayələrini zümzümə etməyə başladım. 
Həmidimi qoruması üçün Allaha dua edirdim. 
Tənhalıq  hissi  ikinci  gün  mənə  daha  ağır  gəldi.  Cümə 
günü  axşamüstü  insana  hücum  edən  sıxıntı  kimi  bir  hiss 
keçirirdim.  Sanki  nə  əllərim  işləyirdi,  nə  ürəyim.  Bütün 
evə qəm çökmüşdü. Yeganə səs saatın tıqqıltısı idi. Saatın 
əqrəblərini  Həmidin  evə  gəldiyi  saata,  saat  üçün  yarsına 
çəkmək  istəyirdim.  Ancaq  əqrəblər  belə  mənimlə  tərslik 
edir,  yerindən  tərpənmək  bilmirdi.  Həmid  gec  gələcəyini 
bildirsə də, süfrəni hzırlamağa başladım. Süfrənin ortasına 
bir  ədəd  gül  qoydum.  İnanmaq  istəmirdim  ki,  bu  günlər 
Həmidlə  keçirdiyim  son  günlərdir.  Durmadan  gözlərimi 
yumub-açırdım  ki,  bəlkə  həyatımda  hər  şeyin  yolunda 
olduğunu görəcəyəm. Qəlbimdə əsən tufanların səbəbi yox 
idi. Digər ezamiyyətlər kimi, bu ezamiyyət də bir müddət 
ayrılıqdan  sonra  bitəcək,  Həmid  yenə  evimizə  dönəcəkdi. 
Öz-özümə təskinlik verirdim. Ancaq bir neçə dəqiqə sonra 


 
215 
sanki qəlbimin dərinliyindən kimsə hayqırıb deyirdi ki, bu 
gedişin  dönüşü  yoxdur.  Nə  qədər  ki  Həmid  evdə  deyil, 
doyunca  ağlamaq  istəyirdim.  Göz  yaşlarım  bitmək 
bilmirdi. 
Həmin gün çox gec gəldi. Evə gələndə artıq axşam idi. 
Hərbi  formada,  paltarı  toz-torpaqlı  idi.  Ezamiyyət  öncəsi 
təlimlərinə qoşulmuşdu. İş yerindəki bütün şəxsi əşyalarını 
gətirmişdi. Sanki ona ilham olunmuşdu. Ona dedim: 
-Niyə  bu  qədər  gec  gəldin?  Bunlar  nədir,  gətirmisən? 
Gedib-qayıdacaqsan  da!  Bütün  əşyalarını  gətirməyə  nə 
lüzum var idi? 
Əşyaları  etiketləri  qoyduğum  arakəsmənin  üstünə 
qoyub dedi: “Xanım, əmin ol ki, mən bir də hərbi hissəyə 
dönməyəcəm!  Mən  çox  yuxu  görmərəm,  ancaq  son 
günlərdə  bir  yuxunu  dəfələrlə  görmüşəm.  Yuxuda 
görürdüm ki, hansısa bir  yeri qoruyuram. Timsahlar məni 
əhatəyə  alıb  tikə-tikə  edirlər.  Ancaq  mən  sonuna  qədər 
oradan tərpənmirəm. Hiss edirəm ki, bu yuxunun yozumu 
xanım Zeynəbin (ə) hərəmini müdafiə etməkdir”. 
Bu  yuxunu  öncədən  mənə  danışmışdı.  İndi  danışanda 
isə  yorğun,  ancaq  həvəsli  gözləri  bir  başqa  olmuşdu.  Hər 
gün keçdikcə bu gözlər daha da əlçatmaz olurdu. 
-Nəsə  xəbər  var?  Gözlərin  tezliklə  gedəcəyini  deyir. 
Səfər barədə bir söz demirlər? 
Baxışlarını  məndən  çəkib  otağa  paltarını  dəyişməyə 
getdi. 
-Gərək  paltarlarımı  yuyum.  Ola  bilsin,  cümə  axşamı 
çıxdıq. 
Bunu deyən kimi ürəyim əsdi. Uçuşun ləğv olunduğunu 
eşidəndən sonra bir-iki gün də olsa, rahat nəfəs almışdım. 
Bu  xəbər  isə  məni  yenə  əzaba  saldı.  Soyduğum  kartofları 


 
216 
mətbəxə  qoyub,  otağa  keçdim.  Çətin  anlar  idi.  Durmadan 
ağlamaq istəyirdim. 
Paltarlarını yumağa güclə razı saldım. Yuduqca ürəyim 
daha  da  əzab  keçirirdi.  Həmidin  gözündən  uzaqda 
doyunca  ağladım.  Tez  qurusun  deyə,  paltarları  sobanın 
yanına  sərdim,  sonra  yemək  bişirməyə  başladım. 
Kartofları  hər  qarışdıranda  ruhum  bədənimdən  ayrılmaq 
istəyirdi. 
Həmidin  ruhi  vəziyyəti  də  yaxşı  deyildi.  Heç  nə 
demirdi,  ancaq  sükutunda  bir  dünya  söz  vardı.  O,  öz 
yolunu  seçmişdi.  Ancaq  sevən  qəlbi  sakit  etmək  olarmı?! 
Bu  ayrılığın  çətin  və  əzabverici  olduğunu  bilə-bilə  bir-
birimizdən  ayrılacaqdıq.  Bir  neçə  nəfərə  zəng  vurub 
halallıq  istədi.  Yarımçıq  işlərini  tələsik  bitirmək  istəməsi, 
dönüşü olmayan səfərə gedəcəyindən xəbər verirdi. Mənsə 
yaralı və aşiq qəlbimə heç bir məlhəm tapa bilmirdim. 
Bir  neçə  dəqiqədən  sonra  gəlib  mətbəxdə  oturdu. 
Yemək  bişirsəm  də,  onun  ağır  baxışlarını  hiss  edirdim. 
Qəhər  məni  boğurdu.  Özümü  həmişəki  kimi  sakit 
göstərməyə  çalışırdım,  ancaq  baxışlarımız  toqquşan  kimi 
özümü  saxlaya  bilmədim.  Mən  ağlayan  kimi  Həmidin  də 
gözlərindən yaş süzülməyə başladı. 
Əlimdən  tutdu,  gözlərimin  yaşını  silə-silə  titrək  və 
hüznlü  səslə  dedi:  “Fərzanə,  ürəyimi  titrətdin,  ancaq 
imanımı əsla titrədə bilməyəcəksən!” 
Bu  cümləni  deyən  kimi  yerimdə  donub  qaldım.  Öz-
özümə dedim: “Nə edirsən, Fərzanə?! Axı sən lənətlənmiş 
qadınlardan olmaq istəmirdin! Bəs niyə yoldaşının qəlbini 
incidirsən?!” 
Gözümü gözünə dikmişdim. Sakitcə əlimi çəkib dedim: 
-Həmid,  çox  çətindir.  Sənsiz  mənim  gecəm  sabah 
olmaz!  Ancaq  buna  rəğmən,  şeytanın  qulu  olmaq 


 
217 
istəmirəm. 
Səni 
İmam 
Mehdiyə 
(ə) 
tapşırıram. 
Aqibətimizin xeyirli olması üçün dua edəcəm. 
Dodaqlarına  təbəssüm  qondu.  Onun  təbəssümü  mənim 
yaralı qəlbimin məlhəmi idi. Kaş bu təbəssümü çərçivəyə 
salıb divardan asa biləydim, ruzigarın çətin günlərində ona 
baxaraq  imanımı  qoruyaydım!  Bu  sözlər  həm  Həmidi 
sakitləşdirdi,  həm  də  mənim  təlatümlər  içində  üzən 
gəmimi sahilə çatdırdı. Mənə dedi: 
-Nə tez yadından çıxdı! Sən həyatımızın ən şirin anında 
mənim şəhid olmağım üçün dua etmişdin. 
-Səninlə keçən hər anım şirin olub, hansını deyirsən? 
-Yadındadır,  əqd  süfrəsi  başında  dedim  ki,  dua  et, 
arzum  yerinə  yetsin.  Mən  orada  Allahdan  tezliklə  şəhid 
olmağı istəmişdim. Sən də dedin ki, nə duam varsa, Allah 
qəbul eləsin. 
Zaman maşını ilə keçmişə qayıdan adam kimi eşq dolu 
həmin  günlərə  getdim.  Söhbət  Həmidin  şəxsiyyət 
vəsiqəsini evdə unutduğu gündən gedirdi. Həmin gün çox 
gec gəlmişdi, indi isə çox tez getmək istəyirdi. Bilmirdim 
sevinməliyəm,  yoxsa  narahat  olmalı.  Görəsən,  həmin  gün 
onun  yanımda  olmaması  üçün  dua  etmişdim,  yoxsa 
göylərə çəkilib sevgilisinə qovuşması üçün?! 
Şam  yeməyini  yeyib  dedim:  “Əzizim,  yorğunsan,  get, 
duş  al!”  O,  hamamdan  çıxana  qədər  dediyi  söz  barədə 
fikirləşdim.  Bu  söz  məni  tamamən  alt-üst  etmişdi.  Əhli-
beyt  hərəmini  müdafiə  etmək  istəyən  birisinin  qəlbini 
bundan artıq narahat etmək istəmirdim. Qərara  gəldim ki, 
daha da möhkəm olacam. 
Həmid  mavi  rəngli  hamam  xalatını  geyinib  çıxdı. 
Fikirləşdiyim kimi, A4 ölçülü kağızı götürüb dedim: “Ağa 
can, sənin nə vaxt səfərə çıxacağın məlum deyil. Bəlkə də 


 
218 
sabah  getdin.  İndi  ki  hövsələn  var,  bir  neçə  sətir 
vəsiyyətini yaz”. 
Qərara  gəldik  ki,  ayrı-ayrılıqda  iki  vəsiyyət  yazsın. 
Birini  ümumi  olaraq,  dostlara,  iş  yoldaşlarına  və  xalqa, 
digərini  də  xüsusi  olaraq,  ata-ana,  bacı-qardaş  və 
qohumlara. 
Yazmağa  başladı.  Yaxşı  qələmi  vardı.  Hamamdan 
yenicə çıxdığı üçün üz-gözündən su damırdı. Dedim: 
-Həmid,  sən  Allah,  oxunaqlı  yaz,  çox  qarmaqarışıq 
yazma. Sadə yaz ki, hamı rahat oxuya bilsin. 
Başını qaldırıb güldü. Sonra da zarafata dedi: 
-Əksinə,  o  qədər  çətin  yazmaq  istəyirəm  ki,  oxuya 
bilməyəsən. Çünki çox bilikli olduğunu iddia edirsən. 
Vəsiyyətnaməsini 
heç 
bir 
səhvsiz, 
qaralamasız 
birdəfəyə  yazıb  bir  səhifəni  doldurdu,  mənə  verib  dedi: 
“Oxu, gör, necədir?” 
Yavaşca oxumağa başladım: 
“Məhəmməd  və  ali-Məhəmmədə  salam  olsun!  Mən 
Həmid Hişmətullah oğlu Siyahkali Muradi bir neçə sətirdə 
ürək sözlərimi yazmağı lazım bildim. İlk olaraq, bildirmək 
istəyirəm  ki,  həzrət  Zeynəbin  (ə)  hərəmini  qorumağı 
özümə  vacib  və  bu  pak  ailənin  yolunu  getməyi  səadət 
bilirəm. Allahdan bu yolda qədəmlərimi möhkəm etməsini 
təmənna edirəm...” 
Gözlərimdən  yaş  süzüldü.  Oxuduqca  daha  çox 
ağlayırdım.  
“...Bu məktubu oxuyan və ya eşidən hər kəsin  yanında 
xəcalətliyəm.  Çünki  İmam  Mehdi  (ə)  və  onun  haqq  naibi 
olan  İmam  Xamenei  yolunda  qurban  verməyə  cəmi  bircə 
canım vardı”. 
Göz yaşlarımı görüb dedi: “Olmadı ki, xanım! Ağlama. 
Sən  bu  vəsiyyətnaməni  möhkəm,  sarsılmaz  ruhiyyə  ilə 


 
219 
oxumalısan.  İndi  isə  qalx,  möhkəm  dayan!  İstəyirəm  ki, 
ucadan  oxuyasan.  Təsəvvür  et  ki,  insanların  qarşısında 
dayanıb şəhid vəsiyyətnaməsi oxuyursan”. 
Həmin  gecə  vəsiyyətnaməni  mənə  on  dəfə  ucadan 
oxutdurdu.  Oxuyub  bitirdikdən  sonra  şeir  dəftərini  istədi. 
Həmin ilin aşura günü üçün şeir yazmışdı. Onun üç beytini 
vəsiyyətnaməsinin axırına yazdı, sonda da tarixi qeyd etdi: 
“10.11.2015”.  Tarixin  altından  həmişə  işlətdiyi  cümləni 
yazdı: “Kəfa bil-hilmi nasirən”. (Kömək üçün səbir etmək 
kifayətdir!)  Həmişə  çətinlik  yarananda  və  ya  nədənsə 
narahat olanda bu cümləni deyib sakitləşirdi. 
Xüsusi  vəsiyyətnaməni  yazanda  dedim:  “Həmid,  ola 
bilsin,  mən  ana  oldum.  Bir  neçə  cümlə  də  uşağımızdan 
yaz! Uşağımıza ad qoymaq istəyirsənsə, onu da qeyd elə”. 
Həmişə söhbət uşaqdan düşəndə deyirdi: “Mən özüm əkiz 
dünyaya  gəldiyim  üçün  uşağım  da  əkiz  olacaq.  Fərzanə, 
çoxlu alma ye ki, əkizlərimiz gözəl olsunlar”. 
Vəsiyyətində  Allah  Rəsulunun  (s)  niyyətilə  iki  ad 
yazdı:  Məhəmmədhisam  və  Məhəmmədehsan.  Çox 
istəyirdi  ki,  övladı  olanda  məddahlığı  öyrənsin,  Quranı 
əzbərləsin.  Qız  üçün  də  Əsma  adını  seçdi.  O  deyirdi: 
“İstəyirəm  ki,  qiyamət  günü  qızımı  xanım  Fatimənin  (ə) 
kənizinin adıyla çağırsınlar”. Adları başqa bir vərəqə yazıb 
Quranın arasına qoydu. Arxasına da belə yazmışdı: “İlahi! 
Mənə saleh, sağlam, gözəl və zəkalı övlad nəsib et!” 
Vəsiyyətin  son  sətirlərinə  çatanda  dedim:  “Əzizim! 
Şəhid  xanımları,  adətən,  həyat  yoldaşlarını  doyunca  görə 
bilmədiklərindən  gileylənirlər.  Vəsiyyətnaməndə  yaz  ki, 
mənə  sənin  cənazənlə  yarım  saat  tək  qalmağa  icazə 
versinlər”. 
Özüm də inanmazdım ki, Həmidin şəhidlik məsələsi bu 
qədər ciddi olacaq və mən hətta bu kimi şeylərin də fikrini 


 
220 
çəkəcəyəm.  Bu  sözləri  dilimə  necə  gətirdiyimə  inana 
bilmirdim.  Sanki  bədənimə  başqa  bir  şəxs  girib  mənim 
dilimlə danışırdı. İş o yerə çatmışdı ki, hətta şəhadətindən 
sonrasını belə düşündürdüm. 
Xahişimi  qəbul  edib  vəsiyyətnamənin  sonunda  yazdı: 
“İcazə  verin,  həyat  yoldaşım  cənazəmin  başında  bir  neçə 
dəqiqə  tək  qalsın”.  Vəsiyyətnaməni  Quranın  arasına 
qoydu.  Qəlbisınıq  halda  dedim:  “Bunlar  məndə  əmanət 
qalacaq.  İnşallah,  sağ-salamat  qayıdıb  qoyduğun  yerdən 
özün götürərsən”. 
*** 
Üçüncü  gün  səhər  işə  gedəndə  bir  mən  qaldım,  bir  də 
Həmidin 
vəsiyyətnaməsi. 
Cümlə-cümlə 
oxuyub 
ağlayırdım.  Sona  çatanda  yenə  əvvəldən  oxumağa 
başlayırdım.  Cümlələrin  hər  biri  mənə  rövzə  kimi  idi. 
İşdən  qayıdanda  qəfəsdən  azad  olmaq  istəyən  quş  kimi 
sevinirdi. Dedi: 
-Bu  gün  bir  kağız  verib  dedilər  ki,  dəfn  olunacağımız 
yeri  və  şəhadət  xəbərinizi  elan  edəcək  şəxsin  adını  yazın. 
Yazdım  ki,  vəsiyyətnaməmi  xanımıma  vermişəm.  Dəfn 
yerimə  Nəcəfin  Vadiüssalam  məzarlığını  yazmışdım, 
ancaq  sənə  və  anama  verdiyim  söz  yadıma  düşdü. 
Düşündüm  ki,  məndən  uzaq  qalmağa  dözə  bilməzsiz. 
Üstündən xətt çəkib, “Qəzvinin şəhidlər xiyabanı” yazdım. 
Dərindən nəfəs alıb xırıltılı səslə dedim: 
-Yaxşı  elədin,  yoxsa  hər  şeyimi  satıb  sənin  yanında 
qalmaq üçün Nəcəfə köçəcəkdim. 
Mənim xahişimlə şəhadət xəbərini çatdıracaq şəxs kimi 
atamın adını yazdı. Bilirdim ki, bu xəbəri gətirən kim olsa, 
ona  həmişə  nifrət  edəcəkdim,  onu  hər  görəndə  bu  acı 
xəbər  yadıma  düşəcəkdi.  Atam  isə  başqaydı.  Onun  mənə 
olan məhəbbəti bütün bunların fövqündə dururdu.  


 
221 
Nahardan  sonra  istirahət  etmək  istəyəndə  dedi:  “Məni 
bir  az  tez  oyadarsan,  gedib  ailələrimizlə  sağollaşarıq”. 
Həmişə  olduğu  kimi,  qonaq  otağında,  sobanın  yanında 
uzanıb  yuxuya  getdi.  Çox  istəyirdim  ki,  başının  üstündə 
dayanıb saatlarla ona tamaşa edim; ancaq nə o günlər kimi 
ki,  saatın  əqrəblərini  irəli  çəkib  Həmidi  tez  görmək 
istəyirdim,  nə  də  bu  anlar  kimi  ki,  sanki  əqrəblər  bir-
biriylə  yarışa  girmişdi. Zaman olduqca tez keçirdi, mənsə 
hələ  Həmidlə  tanış  olduğum  günlərin  birinci  pilləsində 
qalmışdım... 
Evdən  çıxanda  birinci  atamgilə  getdik.  Evə  girən  kimi 
anam  ağlamağa  başladı.  Özümü  sakit  göstərmək  mənə 
dəhşətli  dərəcədə  çətin  gəlirdi.  Atama  Həmidin  adını 
siyahıya  daxil  etməsini  dediyim  gün  söz  vermişdim  ki, 
sakit olacam. Sağollaşanda atam Həmidi göz yaşları içində 
qucaqladı.  Atamın  dodaqaltı  belə  zümzümə  etdiyini 
eşidirdim:  “Bilirəm  ki,  getsə,  şəhid  olacaq.  Bilirəm  ki, 
getsə,  bir  də  qayıtmayacaq”.  Bunları  deyib  ağlayırdı. 
Atamın  zavallı  halını  görəndə  dözə  bilmədim.  Başımı 
Həmidin çiyninə qoyub səssizcə ağlamağa başladım. Hava 
soyumuşdu.  Ancaq  mənə  əzab  verən  havanın  soyuqluğu 
deyildi, Həmidin getməsinin sızıltısıydı. 
Oradan  qayınatamgilə  getdik.  Atamgildən  bibimgilə 
qədər  ağladım.  Üzümü  Həmidin  kürəyinə  yaslayıb 
ağlayırdım.  Həmid  dedi:  “Əzizim,  ağlama!  Üzün  islansa, 
soyuqdan  donacaqsan”.  Bibimgilə  çatanda  üzümü  yudum 
ki, kimsə ağladığımı bilməsin. 
Həmişəkindən  fərqli  olaraq,  Həmid  bu  dəfə  pilləkəni 
yavaşca  çıxdı.  Bütün  bacı-qardaşları  oradaydı.  Yalnız 
Həsən yox idi. Bibim bizi görən kimi dedi: “Axır ki gəlib 
çıxa  bildiz.  Çox  narahat  idim,  Həmid!”  Bibim  elə  bilirdi 
ki,  Həmidin  getmək  məsələsi  ləğv  olunub.  Buna  görə 


 
222 
sevinirdi.  Həmid  gözü  ilə  mənə  işarə  verdi  ki,  məsələni 
danışım.  Çadramı  çıxarıb  mətbəxə  keçdim.  Bibim  yemək 
bişirirdi.  Məni  görən  kimi  dedi:  “Bozbaş  bişirmişdim. 
Həmid boşbaşı sevmədiyi üçün ona kotlet bişirirəm”. 
Üz-üzə  oturmuşduq.  Göyərtiləri  təmizləyəndə  bibim 
gözlərimin qızardığını görüb narahat halda soruşdu: 
-Nə  olub,  Fərzanə  can,  ağlamısan?  Gözlərin  niyə 
qızarıb? 
Həmidin Suriyaya gedəcəyini söyləmək o qədər də asan 
deyildi.  Övlad  nə  qədər  böyük  olsa  da,  bir  ana  üçün 
həmişə  uşaqdır.  Analar  adi  hallarda  belə  övladlarına  görə 
narahatdırlar,  o  ki  qala  vətəndən  kilometrlərlə  uzağa 
düşmən  üzərinə  göndərəndə.  Həmiddən  ürək  qoparmaq 
mənə  nə  qədər  çətin  olsa  da,  bir  ana  üçün  min  dəfə  artıq 
çətin idi. 
Bütün  sözləri  ölçüb-biçdikdən  sonra  dedim:  “Düzünü 
desəm,  Həmid  sabah  gedir.  Biz  də  sağollaşmağa 
gəlmişik”. 
Bibim  bu  sözü  eşidən  kimi  ağlamağa  başladı.  Ona 
yazığım  gəlirdi.  Nə  qədər  sakitləşdirməyə  çalışsam  da, 
bacarmadım.  Bibim  ağlayanda  mən  sakitləşirdim,  mən 
ağlayanda da bibim məni sakitləşdirməyə çalışırdı. 
Həmid bir neçə dəqiqədən bir mətbəxə gəlib deyirdi ki, 
ağlamayın.  Bibim  ağlaya-ağlaya  Həmidə  dedi:  “Necə 
ürəyin  gəlir  hər  şeyi  qoyub  gedəsən?  Sən  həyatını  yeni 
qurmusan.  Bax,  gör  yoldaşın  nə  haldadır.  Sən  ki  onu  bu 
qədər sevirsən, necə tək qoyub gedə bilirsən?!” 
Həmid  yanımızda  oturdu.  Həmişə  olduğu  kimi, 
anasının alnından öpüb dedi: “Ay mənim mehriban anam! 
Sən ki Quran müəlliməsisən. Bu qədər Quran öyrətmisən, 
rövzə  məclislərində  olmusan.  Mən  oğlunam.  Deyirsən  ki, 
mənə  öyrətdiyin  hər  şeyi  görməzdən  gəlim?!  Məgər 


 
223 
həmişə  məclislərdə  həzrət  Zeynəb  (ə)  üçün  ağlamırıq?! 
Razı  olarsanmı,  həzrət  Zeynəbə  (ə),  həzrət  Rüqəyyəyə 
qarşı yenidən hörmətsizlik etsinlər?!” 
Bibim bu sözləri eşidəndə üzərinə su tökülən alov kimi 
sakit  oldu.  Yaxşı  bilirdim  ki,  ürəyində  fırtınalar  qopur, 
ancaq bir söz demir. 
Azan  səsi  gəldi.  Həmid  mətbəxdə  dəstəmaz  almağa 
başladı.  Nədənsə  bir-bir  bütün  hərəkətlərini  əzbərləmək 
istəyirdim.  İstəyirdim  ki,  saatlarla  vaxtım  olsun,  onun 
bütün sözlərini, rəftarlarını beynimə yazım. Həmin anlarda 
onun  mimikalarını,  üzünün  bütün  cizgilərini,  gözəl  və 
utancaq  gözlərini,  dağınıq  saçını,  daranmış  və  səliqəli 
saqqalını,  bir  sözlə,  hər  şeyini  dəqiqliklə  xatırlayıram. 
Namaz  vaxtı  səccadə  üzərində  oturmuşdum,  məhəbbətlə 
əlini başıma çəkib dedi: 
-Alllah qəbul etsin, xanım! 
Sonra  həmişə  olduğu  kimi,  zikrə  başladı.  Az  hallarda 
təsbehlə  zikr  edərdi.  Adətən,  barmaqlarıyla  sayardı. 
Fürsətdən  istifadə  edib  bunun  səbəbini  soruşdum. 
Barmaqlarını yaxınlaşdırıb dedi: 
-İstəyirəm bu barmaqlar qiyamət günü şahidlik etsin ki, 
mən bu dünyada Allahı çox zikr etmişəm. 
Zarafata dedim: 
-Bəsdir bu qədər zikr dedin! Mələklər yoruldular savab 
yazmaqdan. 
-Qiyamət  günü  hər  kəsin  bir  sandıqçası  olacaq.  Dediyi 
hər zikrə görə sandıqçaya bir huri qoyular, həmin huri də 
zikr edən üçün bağışlanmaq istəyər. 
Bu  sözü  eşidən  kimi  hirslənməyə  başladım.  Paltarını 
çəkib dedim: 
-Sən bu qədər hurini neyləyirsən belə?! Həmid, əgər  o 
biri  dünyada  huri  arxasınca  düşdüyünü  görsəm,  səni  öz 


 
224 
əllərimlə boğaram. Elə edəcəm ki, səni cənnətdən atsınlar 
bayıra! 
Dəcəlliyi tutmuşdu. 
-Biz  kişilər  cənnətə  də  getsək,  siz  arvadların  əlindən 
qurtula bilməyəcəyik. Sizin əlinizdən bizə orda da rahatlıq 
yoxdur. 
Bunu  deyən  kimi  qaşlarımı  çatıb,  küsərcəsinə  üzümü 
çevirdim. Həmid halımı görən kimi gülüb dedi: 
-Zarafat  elədim,  xanım!  Bilirsən  ki,  ər-arvad  arasında 
olan  küsülülük  çox  çəkməməlidir.  Çünki  Allah  bunu 
sevmir.  Söz  verirəm  ki,  orda  da  səni  seçəcəyəm.  Sən 
olmasan,  cənnətdə  rahatlığım  olmaz,  cənnət  mənə 
cəhənnəm olar. 
Həmid  həyəcanlı  olduğundan  doğru-düzgün  yemək 
yeyə  bilmədi.  Son  saatlarda  daha  da  sevincək  idi.  Ondan 
fərqli  olaraq,  mən  narahat  idim,  dua  edirdim  ki,  Həmidin 
telefonuna  zəng  vurub  səfərin  ləğv  olunduğunu  desinlər. 
Ancaq bu, baş vermədi. 
Ata-anasının  halı  yaxşı  olmadığından  tez  qalxdıq. 
Sağollaşanda  bibim  Həmidin  yoluna  bir  az  qoz  verdi. 
Həmid  onu  qapıya  qədər  ötürən  ata-anasını  qucaqladı. 
Qapıdan çıxanda arxamızca su tökdülər. Mən son bir neçə 
ildə  bu  işi  hər  səhər  görürdüm  ki,  Həmid  sağ-salamat 
qayıtsın. 
*** 
Çamadanını yığmaq çox vaxt apardı. Bütün paltarlarını 
bir-bir  qatlayıb  çamadana  yığdım.  Ancaq  Həmid  gələndə 
paltarlarının  çoxunu  çamadandan  götürüb  şkafa  qoydu. 
Ona  aldığım  şokoladları  da  çamadandan  götürüb, 
yarızarafat-yarıgerçək dedi: 
-Bu qədər paltar, yemək nəyə lazımdır?! İnan ki, sabah 
dostlarım  əllərində  bircə  paltarla  gələndə  məni  bu 


 
225 
çamadanla,  gözümdə  də  gün  eynəyi  ilə  görüb  mənə 
güləcəklər.  Mən  çamadanla  gedə  bilmərəm.  Əşyalarımı 
balaca əl çantasına yığ. 
Evdə cəmi bir əl çantası var idi, onu da idmana gedəndə 
aparırdı. Dedim: 
-Axı bu qədər əşyanı balaca çantaya necə sığdırım?! 
Nə  qədər  desəm  də,  axırda  çamadandan  əlimi  üzməyə 
məcbur  oldum.  Çanta  balaca  olsa  da,  şokoladdan  başqa 
bütün  əşyalarını  yerləşdirə  bildim.  Qoyduğum  bütün 
əşyaların içindən sadəcə cib Quranından xoşu gəldi. Dedi: 
-Bu Quran qoyduğun bütün əşyalara dəyər. 
Özümün  və  valideynlərimizin  telefon  nömrələrini 
kağıza  yazıb  əşyalarının  arasına  qoydum  ki,  lazım  olsa, 
əlaqə yarada bilsin. Ona qırmızı diş fırçası da qoymuşdum. 
Özünün  köhnə  yaşıl  fırçasını  zibil  qutusuna  atmaq 
istəyəndə  əlindən  tutub  dedim:  “Qoy  səndən  yadigar 
qalsın!”  Mənə  baxıb  güldü.  Sanki  ikimizin  də  ürəyinə 
nələrsə dammışdı. 
Çantanı hazırlayandan sonra xına düzəldib dedim: 
-Həmid, düzü, bilmirəm nə vaxt gedəcəksən və nə vaxt 
əməliyyatda  olacaqsan.  Ancaq  istəyirəm  ki,  əməliyyat 
gecəsi xına yaxan döyüşçülər kimi sənə də xına yaxaq. 
Təəccüblə soruşdu: 
-Xına niyə? 
-Əgər  sağ-salamat  qayıtsan,  heç,  ancaq  qismətində 
şəhid  olmaq  varsa,  indidən  xınayaxdı  edirəm  ki, 
şəhadətinin sabahısı toy günün olsun. Sənin xoşbəxtlik və 
xeyirli aqibət günün hər kimiz üçün ən gözəl gündür. 
Sobanın yanında, divanda oturdu. Üstünə ağ parça atıb 
ayağının  altına  qəzet  qoydum.  Niyyət  edib  saçına, 
saqqalına  və  ayaqlarına  xına  yaxdım.  Başı  xınalı-xınalı 
telefonun kamerasını açıb dedim: 


 
226 
-Həmid, mənimçün, valideynlərinçün danış. 
-Mən ata-anamın zəhmətlərinin əvəzini verə bilmərəm. 
Cümlə axtarırdı. Zarafata dedim: 
-Həmid, bir dəqiqə vaxtın var. Tez ol! 
-Sənin  ata-anan  da  mənə  çox  lütf  edib.  Ən  böyük 
lütfləri bu idi ki, öz qızlarını mənə verdilər. Sənin özün də 
qəlbimin  əzizisən.  İnşallah,  qayıdana  qədər,  səni 
valideynlərinin yanında əmanət qoyuram. 
Son günlərdə tez-tez deyirdi: 
-Dayımdan  çox  utanıram.  Çünki  mən  hər  ezamiyyətə 
gedəndə sən onlara getmək məcburiyyətində qalırsan. İndi 
də  deyəcəklər  ki,  bu  qız  gəlin  getdi,  ancaq  bütün  günü 
atası evindədir. 
Xına  yaxandan  sonra  başına  çalma  bağladım,  sonra 
doyunca selfi çəkdirdik. Dedi: 
-Fərzanə,  əgər  qayıtmasam,  xatirələrimizi  mütləq  bir 
yerə yazarsan. 
-Bilmirəm,  bəlkə  də.  Ancaq  həqiqətən  də  yazmağa 
hövsələm yoxdur. 
Üzünü  maqnitofonun  yanındakı  boş  kasetlərə  çevirib 
dedi: “Bu kasetlərə yazarsan”. Onları məktəb illərində şeir 
müsabiqəsində qazanmışdı. 
Özümdən  asılı  olmayaraq,  Hacı  Mahmud  Kəriminin  o 
günlərdə  dilimdən  düşməyən  mərsiyəsini  zümzümə 
etməyə başladım. Bu, həzrət Zeynəbin (ə) İmam Hüseynlə 
(ə) vida rövzəsi idi: 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə