Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Yadında-qalsın-nahayi

Altıncı fəsil 
Dəli-divanəyə dönmüşük! 
Məcnun və yorğun düşmüşük! 
2014-cü ilin novruzunda şam yeməyinə atamgildə idik. 
Evliliyimizin  ilk  novruzunda  mənə  bir  gül  və  bir  ətir 
almışdı.  Həmin  ətiri  illərlə  saxladım,  işlətməyə  ürəyim 
gəlmirdi.  Novruz  bayramı  Fatimiyyə  günlərinə  təsadüf 
edirdi.  Həzrət  Zəhranın  hörmətinə  görə  şirniyyat 
bişirməmişdik.  Gələn  qonaqlara  meyvə  və  çayla  qulluq 
etdik.  Balaca  olduğumuza  görə  öncə  biz  qohum-əqrəbanı 
ziyarət  etdik.  Təzə  bəy-gəlin  olduğumuz  üçün  getdiyimiz 
hər evdə bizə xüsusi diqqət göstərirdilər. Bayramın üçüncü 
günündən etibarən bizə durmadan zəng gəlirdi. Qohumlar 
zəng  vurub  qonaq  gəlmək  üçün  evimizin  ünvanını 
soruşurdular. 


 
127 
Həmid  çox  öncədən  Punək  məhəlləsində  bir  məscidin 
tikintisi ilə məşğul olur, bənna işlərini görürdü.  Əvvəldən 
özü  məscidin  işlərini  üzərinə  götürmüşdü.  Məhəllə 
camaatından,  tanış  və  qohumlardan  imza  toplayır, 
məscidin tikintisi üçün icazə almağa çalışırdı. 
Məhəllə camaatı və Həmidin dostları arasında məscidin 
adı  üstündə  fikir  ayrılığı  var  idi.  Bəziləri  məscidin 
“Əmirəlmöminin  (ə)  məscidi”,  bəziləri  də  “Həzrət  Abbas 
məscidi”  adlanmasını  istəyirdilər.  Həmid  deyirdi  ki,  əgər 
həzrət  Abbasın  özü  olsaydı,  məscidə  atasının  adının 
verilməsini istəyərdi. Axırda məscidin adını “Həzrət Əmir 
məscidi”  qoydular.  Həmid,  bütün  tətil  boyu  məscidin 
tikintisinə  kömək  etdiyi  üçün  evdə  olmurdu.  Tətillərdən 
istifadə  edib  məscidin  tikintisinin  irəliləməsinə  kömək 
etmək  istəyirdi.  O  ərəfədə  yaxın  qohumlardan  başqa  heç 
kimi ziyarət edə bilmədik. 
Tətil  günlərinin  birində  kənddə  yaşayan  qohumları 
ziyarət  etmək  üçün  Sünbülabad  kəndinə  getdik.  Həmid 
doğrudan  da  yaxşı  yol  yoldaşı  idi,  orada  olduğumuz 
müddətdə  mənim  hər  şeydən  razı  qalmamı  istəyirdi. 
Birlikdə bulağın yanındakı təpənin başına çıxıb çoxlu şəkil 
çəkdirdik.  Təpənin  zirvəsində  əlimi  bərk  tuturdu.  Belə 
yerlərdə  onun  varlığını  bütün  vücudumla  hiss  edirdim. 
Sonra qərara gəldik ki, bibim qızları və bibim oğlanları ilə 
piknikə  gedək.  Ancaq  Həmid  bizimlə  gələ  bilmədi.  Onun 
yoxluğu mənə qəribə gəlirdi. Piknikə gedəndə mənə dedi: 
-Əgər  çata  bilsəm,  heç,  ancaq  çata  bilməsəm,  çayın 
kənarından  yeddi  ədəd  daş  götür,  qayıdanda  yeddidaş 
oynayaq. 
-Məni köhnə günlərə  apardın. Nə  gözəl günlərimiz var 
idi. Sənin bacılarınla bir  yerə  yığışar, səhərə qədər deyib-
gülər  və  yeddidaş  oynayardıq.  Bəzən  nənə  bizə  şeir 


 
128 
deyərdi, qədim nağıllardan “Əmir Aslan”, “Əziz və Nigar” 
nağıllarını danışardı. 
Həmid gülüb dedi: 
-İndi  də  yığışıb  oynayaq.  Ancaq  bil  ki,  mən  bu  oyunu 
əla bacarıram. 
Həqiqətən  də  çox  gözəl  bacarırdı.  Mən  həmişə 
uduzacağımı bilirdim. 
Ayda  iki  dəfə  növbətçi  kimi  hərbi  hissədə  qalır,  evə 
gəlmirdi.  Mən  də  evdə  tək  qalmamaq  üçün  atamgilə 
gedirdim.  Evləndikdən  sonra  yalnız  bir  gecə  öz  evimizdə 
tək qaldım. Həmin gün də hər 15 dəqiqədən bir zəng edib 
halımı soruşurdu. Səhər evə gələndə çox narahat idi. Dedi: 
-Axı  niyə  evdə  tək  qaldın?  Səhərə  qədər  ancaq 
düşünmüşəm ki, birdən qorxarsan, ya da başına bir hadisə 
gələr. Bir yerdə qərar tuta bilmirdim. 
Bir  gün  Həmid  yenə  növbətçi  idi.  Hava  yaxşı 
olduğundan  işə  motosikletlə  gedirdi.  Səhər  yeməyini 
yeyəndən  sonra  onu  yola  saldım.  Həmişə  olduğu  kimi, 
motosikleti  küçənin  başına  qədər  əli  ilə  itələyib-aparır, 
orada işə salıb gedirdi. Qonşu haqqına qarşı çox həssas idi. 
Səhər  tezdən  motosikletin  səsinin  qonşuları  incitməsini 
istəmirdi.  Gecələr  gec  gələndə  də  küçənin  başında 
söndürüb, evə kimi əlində gətirirdi. 
Həmid növbətçi olanda və ya ezamiyyətə gedəndə alış-
verişi mən edirdim. Lazım olanları bir kağıza yazıb evdən 
çıxdım. O qədər ləzavimatı almaq, yerbəyer etmək, özü də 
bütün  bunları  maşın  olmadan  etmək  mənə  çox  çətin  idi. 
Subay  ikən  belə  bir  təcrübəmin  olmamasına  baxmayaraq, 
istəmirdim  ki,  Həmid  ezamiyyətdən  yorğun  qayıdanda 
evdə  çatışmayan  bir  şey  olsun  və  o,  yorğun  halıyla 
mağazaya getsin. Alış-verişdən sonra atamgilə getməzdən 
öncə  bacım  Fatimə  bizə  gəldi.  Həmidlə  evdə  tək  olanda 


 
129 
adətən,  kitab  oxuyardıq.  Buna  görə  də,  evə  hakim  olan 
sükut  bacıma  olduqca  qəribə  gəldi.  Hövsələsi  çatmırdı. 
Darıxdığı aydınca sezilən bir səs tonu ilə dedi: 
-Dur, bir az televizora baxaq. Ürəyim sıxıldı. 
-Biz adətən, televizoru işlətmirik. Baxanda da xəbərlərə 
və ya uşaq verilişlərinə baxırıq. 
Həqiqətən də belə idi. Çox az hallarda hansısa verilişə 
baxardıq.  Qərara  gəlmişdik  ki,  gözümüz  hər  şeyə 
baxmasın və qulağımız hər şeyi eşitməsin. 
Bayram  ziyarətləri  azalan  kimi  qərara  gəldik  ki,  yaxın 
qohumları  nahara  və  ya  şama  dəvət  edək.  Əslində, 
hamının  bir  yerə  yığışmasını  istəyirdik,  ancaq  evimiz 
balaca olduğu üçün məcbur qalıb növbə ilə çağırdıq. Ev o 
qədər  balaca  idi  ki,  hətta  Həmidin  qardaşlarını  belə 
birlikdə çağıra bilmədik. 
Həmid  çox  istəyirdi  ki,  hər  gecə  qonağımız  olsun, 
hamıyla get-gəl edək. O deyirdi: 
-Qonaq  Allahın  dostudur.  Bu  gediş-gəlişlər  məhəbbət 
yaradır. Qapımız hər kəsin üzünə açıqdır. 
Bu  qonaqpərvərlik  o  həddə  çatdı  ki,  bəzən  iki-üç  gün 
ard-arda  qonağımız  olurdu,  həm  nahar,  həm  şam  yeməyi 
bişirirdik.  Universitetə  getdiyim  üçün  bütün  bunlar  mənə 
olduqca  çətin  idi.  Mən  hər  iki  həftədən  bir,  uzaqbaşı 
həftədə  bir  dəfə  qonaq  gəlməsini  istəyirdim.  Dəfələrlə 
olurdu ki, Həmid zəng edib qonağımız gələcəyini bildirir, 
mən  də  deyirdim:  “Həmid  can,  sən  meyvəni  hazırla,  çayı 
qoy, mən də gələndə xörək bişirərəm”. 
Bəzən  dərslərim  günbatana  qədər  uzanırdı  və  qonaqlar 
evə  məndən  qabaq  çatırdılar.  O  qədər  vaxt  azlığı  ilə 
qarşılaşırdım  ki,  hətta  universitet  paltarımı  dəyişməyə 
macal  tapmırdım.  Qonaqlarla  salamlaşandan  sonra  birbaş 
mətbəxə  keçib  yemək  bişirməyə  başlayırdım.  Hətta  adicə 


 
130 
çadramı  dəyişməyə  də  vaxt  tapmırdım,  qara  çadrayla 
işləyirdim. Həmid bu halımı görəndə deyirdi: 
-Əzizim,  həqiqətən,  sənə  minnətdaram.  Evlənməzdən 
qabaq  elə  bilirdim  ki,  sən  yalnız  oxumağı  bacarırsan, 
yemək bişirməyi də sonra öyrənəcəksən. Ancaq sən bütün 
bu işləri təkbaşına görürsən. 
Hansısa  bir  iş  görəndə  və  ya  qonaq  qəbul  edəndə 
mütləq  təşəkkür  edərdi.  Onun  belə  münasibətindən  sonra 
yorğunluğum çıxardı.  
Qonaqları  yola  salandan  sonra  mən  qabları  yuyurdum, 
Həmid  də  ya  tozsoranla  evi  təmizləyirdi,  ya  da  yuyulmuş 
qabları  dəsmalla  silirdi.  Əksər  vaxtlarda  qabları  tək 
yumağa qoymazdı. Deyirdim: 
-Həmid,  sabah  tezdən  işə  getməlisən,  get  yat,  özüm 
yuyaram. 
Əlimdən tutub stulda oturdur, deyirdi: 
-Ya  birlikdə  yuyacağıq,  ya  da  sən  oturacaqsan,  mən 
yuyacam.  Sən  məndə  əmanətsən,  əllərinin  qab  yumaqdan 
kobudlaşmasını istəmirəm. 
Həmidin  “sən  məndə  əmanətsən”  sözünü  eşidəndə 
evliliyimizin  ilk  günü  yadıma  düşdü.  Divanda  oturduğum 
yerdən Həmidə dedim: 
-Həzrət Zəhradan (ə) nəql olunub ki, hər bir qadının üç 
evi  vardır:  atasının  evi,  ərinin  evi,  qəbir  evi.  Mən  hər  iki 
evdə  xoşbəxtəm.  Ümidvaram  ki,  üçüncü  evə  də  üzüağ 
gedərəm. 
-Ümidvaram  ki,  ikinci  evdə  sənə  yaxşı  həyat  yoldaşı 
olaram və üçüncü evə xeyirli aqibətlə daxil olarıq. 
*** 
2014-cü  ilin  baharı  öncə  mənə  qəribə  gəldi.  Həmidin 
halı çox dəyişmişdi, namazın səcdələrini daha da uzadırdı. 
O  vaxta  qədər  mənim  yanımda  ağladığını  görməmişdim, 


 
131 
ancaq apreldən bəri bəzən gözlərindən süzülən yaşa şahid 
olurdum.  Qaranlıq  otağa  girib  səssizcə  ağlayır,  gecə 
namazını qılanda yanıqlı halda “İlahi, əl-əfv” deyirdi. Hər 
üzünə  baxanda  müsbət  enerji  və  hüzur  alırdım.  Gözləri 
çox  gözəl  idi,  ancaq  olduqca  gözəlləşmişdi.  Öz-özümə 
deyirdim  ki,  yəqin  onu  çox  sevdiyimdən  belə  görürəm. 
Lakin  yalnız  mənim  baxışım  belə  deyildi,  arabir  dostları 
da zarafata deyirdilər: “Həmid, yenə nur saçırsan”. 
Bu hisslərim səbəbsiz deyildi. Həmid həqiqətən də çox 
mənəvi  auraya  girmişdi.  Bəlkə  də  buna  görə  bir  ay 
keçmədən  yenə  şəhidlərə  xidmət  etmək  səadətinə  nail 
olduq.  Həmişə  olduğu  kimi,  yenə  də  Hacı  Səbbağianla 
əlaqə  saxladı  və  aprelin  altısında  Dokuhəyə  yola  düşdük. 
Düşərgənin qapısından içəri girən kimi sanki tikililər belə 
bizə  “xoş  gəldiniz”  deyirdi.  O  tikililər  şəhidlərin  yanında 
gözəl  günlərə  şahid  olmuşdular,  indi  də  ziyarətçilərə  ev 
sahibliyi  edirdilər.  Onların  üzərindən  asılmış  şəkillər 
danışmasa  da,  bir  kitablıq  sözləri  vardı.  Onlar  Kumeyl, 
Miqdad,  Əbuzər  və  Malik  briqadalarını  hələ  də 
unutmamışdılar. 
Hacı  İbrahim  Himmət  hüseyniyyəsinin  önünə  çatanda 
Həmid dedi: 
-Bir  gün  Dokuhə  sübhündə  döyüşçülərin  səsi  ətrafı 
bürüyürdü.  Şəhid  Gülüstaninin  oxuduğu  duadan  sonra 
gimnastika edərək deyirdilər: “Bir, iki, üç, şəhid!” İndi isə 
Dokuhə sükuta qərq olubdur, intizardadır. Gözləyir ki, bir 
gün  bu  şəhidlər  kimi  biriləri  gələcək  və  buralar  yenidən 
nəfəs alacaqdır. 
Bir  neçə  gün  xidmətçi  kimi  Dokuhədə  qaldıq.  Həmidi 
bəzən  maşınla  keçərkən,  ya  da  ziyarətçilərə  kömək 
edərkən  görürdüm.  Dokuhədə  olduğumuz  üçüncü  gün 
Tehrandan  bir  karvan  gəldi.  Onlar  minaçı  briqadanın 


 
132 
hüseyniyyəsinə  getmək  istəyirdilər.  Bu  hüseyniyyə 
Dokuhə  düşərgəsinin  mərkəzindən  2  kilometr  aralıda 
yerləşirdi. Minaçı briqadanın döyüşçüləri oranı təlimlər və 
gecə ibadətləri üçün seçmişdilər. Hava isti olduğundan ora 
piyada  getmək  mümkün  deyildi.  Axırda  məsul  şəxslər 
qərara  gəldilər  ki,  ziyarətçiləri  hüseyniyyəyə  maşınlarla 
aparsınlar. Mən də onlarla getdim. 
Yolda Dokuhəyə ilk dəfə gəlmiş xanımlara dedim: 
-Bura uçuş zolağı kimidir. Bir çox şəhidlər elə buradan, 
bu tikililərdən yüksəlməyə başladılar və sonra başqa-başqa 
bölgələrdə  şəhadətə  qovuşdular.  Burada  olduğunuz  bir 
neçə saatın qədrini bilin! 
Bir  neçə  dəqiqə  çəkmədən  hüseyniyyəyə  yetişdik.  Ora 
heç bir şəraiti olmayan, döyüşçülərin mənəvi inkişaf üçün 
istifadə  etdikləri  çox  sakit  yer  idi.  Döyüşçülərin  özləri 
üçün  qazdıqları,  gecələr  içərisində  uzanaraq  Allahla  raz-
niyat  etdikləri  qəbirlər  necə  var  idisə,  elə  də  qalmışdı. 
Hüseyniyyə  haqqında  məlumat  veriləndən  və  rövzə 
oxunandan sonra yenə maşınlara minib geri qayıtdıq. 
Miqdad  binasındakı  istirahət  yerimizə  çatmamış 
telefonumun  hüseyniyyədə  qaldığını  bildim.  Hüseyniyyə 
yoluna  qayıtdım,  ancaq  məni  ora  aparacaq  bir  maşın  belə 
yox  idi.  Bilirdim  ki,  Həmid  və  ya  anamgil  mənə  zəng 
etsələr,  nigaran  qalacaqlar.  Başqa  yol  yox  idi;  piyada 
hüseyniyyəyə  yola  düşdüm.  Yüz  metr  getməmiş  bir 
maşının  sürətlə  hüseyniyyə  tərəfə  getdiyini  gördüm, 
sevindim  ki,  yəqin,  məni  də  aparar.  Dayananda  Həmidi 
gördüm, yanında bir əsgər də vardı. Təəccüblə soruşdu:  
-Xanım, bu istidə təkbaşına hara gedirsən? 
Olan-bitənləri danışıb dedim: 
-Telefonu  hüseyniyyədə  unutmuşam  deyə,  qayıtmağa 
məcbur oldum. 


 
133 
-Mənim  təcili  işim  var,  həm  də  işin  şəxsi  olduğu  üçün 
səni hərbi maşınla apara bilmərəm. 
Bunu dedi və sağollaşıb getdi. Xasiyyətinə bələd idim; 
başını  verərdi,  ancaq  dövlət  mülkündən  şəxsi  işləri  üçün 
istifadə etməzdi. 
Yenidən  piyada  yola  düzəldim.  Yandırıcı  günəşin 
istiliyi başımın içinə qədər girirdi. Hüseyniyyəyə çatmağa 
az  qalmış  uzaqdan  bir  nəfərin  qaça-qaça  mənə  tərəf 
gəldiyini  gördüm.  Düşündüm  ki,  yəqin,  nəzarətçidir, 
mənim  belə  tək-tənha  gəlməyim  onda  şübhə  doğurub. 
Yaxınlaşanda  gördüm  ki,  Həmiddir.  Onu  görüb  sanki 
enerji aldım. Çatan kimi dedi: 
-İşlərimi  sahmana  salıb,  maşını  əsgərə  verdim  ki, 
aparsın. Gəldim ki, tək qalmayasan. 
Qalan  yolu  birlikdə  getdik.  Telefonu  hüseyniyyədə 
tapdım. Yaman yorulmuşdum. Bir neçə dəqiqə oturdum. 
Hüseyniyyənin hər tərəfinə lampa qoymuşdular. Həmid 
dedi: 
-Buranın  gecələri  çox  gözəl  olur.  Qaranlıqda  bu  yolla 
gəlib  hüseyniyyəyə  çatanda  bərzəx  aləmindən  cənnətə 
girdiyini  hiss  edirsən.  Allah  nəsib  etsin,  həzrət  Əzrail 
canımızı alanda bizim qəbir evimiz də belə işıqlı olsun. 
Söhbət  cənnət-cəhənnəmdən  düşəndə  ölüm  mələyini 
son  dərəcə  hörmətlə  yad  edər,  ona  istisnasız  olaraq, 
həmişə “həzrət Əzrail” deyərdi. 
Qayıdanda  həddən  artıq  yorğun  idim.  İki  kilometr 
getmişdim,  iki  kilometr  də  qayıtmalıydım.  Yağış 
yağdığından və bahar fəsli olduğundan yolun kənarlarında 
sarı  çiçəklər  açmışdı.  Həmid  başımı  qarışdırmaq  üçün 
mənə  gül  dərirdi.  O  qədər  məhəbbət  göstərdi  ki,  dörd 
kilometrlik yolun yorğunluğunu tamam unutdum. 
*** 


 
134 
Həmid  əza  dəstəsini  çox  sevirdi.  Hər  cümə  axşamı 
məclislərində  iştirak  edirdi.  İşlərini  elə  nizamlayırdı  ki, 
cümə  axşamı  mütləq  məclisə  getsin.  Mən  də  nişanlı 
vaxtlarımızdan oranı sevməyə başlamışdım. Deyirdi ki, ən 
gözəl  tərbiyə  səngəri  elə  buradır.  Dəstələrinin  adı 
“Xeymətül-Abbas”,  yəni  Abbas  çadırı  idi.  Həmidin  özü 
onun təsisçilərindən idi. 
Əvvəllər  məhərrəm  ayının  ilk  on  günündə  böyük  bir 
çadır qurur, məclislərini orada keçirirdilər. Ancaq həftəlik 
məclisləri dostlarından birinin evinin birinci mərtəbəsində 
keçirilirdi.  Oranı  hüseyniyyəyə  çevirmişdilər.  Hər  həftə 
cümə  axşamları  orada  Kumeyl  duası  və  Aşura 
ziyarətnaməsi oxunurdu. 
Bütün bunlarla yanaşı, məclisdən evə gec gəlməsi məni 
çox incidirdi. Ora gedəndə zamanı və məkanı unudurdu. 
Bir  dəfə  çox  yorğun  olduğum  üçün  Həmidlə  gedə 
bilmədim.  Demişdi  ki,  saat  on  ikinin  yarsı  qayıdacaq. 
Yarım  saat,  bir  saat,  iki  saat  keçdi,  amma  ondan  xəbər 
çıxmadı.  Həqiqətən,  narahat  oldum.  Nə  qədər  zəng 
edirdimsə, telefona da cavab vermirdi. Gecə saat iki oldu. 
Ürəyim  çırpınırdı.  Telefonu  götürüb,  dostlarından  birinin 
xanımına  zəng  vurdum.  Öyrəndim  ki,  dəstə  üzvləri 
toplantı keçirirlər deyə, işləri bu qədər uzanıb. 
Çox 
keçmədən 
qapının 
zəngini 
basdı. 
Çox 
hirslənmişdim,  ancaq  xətrinə  dəymək  istəmirdim.  Dəstəyi 
götürüb dedim: 
-Bu gecə vaxtı kimdir narahat edən? 
-Mənəm, xanım. Həmiddir, Fərzanənin həyat yoldaşı! 
-Tanımıram! 
Gecənin  o  vaxtı  Qəzvinin  havası  çox  soyuq  idi.  Onu 
qapı  arxasında  bundan  çox  saxlamağa  ürəyim  gəlmədi. 


 
135 
Qapını  açdım,  dəhlizə  girdi.  Evin  qapısını  bir  az  aralı 
saxladım, qapıya çatanda dedim: 
-Əvvəlcə  barmaqlarını  göstər,  görüm,  Həmidsən,  ya 
yox?! 
Yazıq tabe olmağa məcbur idi, bilirdi ki, tərs damarım 
tutsa,  gərək  səhərə  qədər  nazımı  çəksin.  Barmaqlarını 
qapıdan  içəri  saldı.  Barmaqları  donmuşdu.  Boynunu 
büküb  özünü  məzlum  göstərirdi.  Belə  hallarda  gözləri 
yumrulanır, daha da şirin görünürdü. Dedim: 
-Bu vaxta qədər hardaydın? Gecə saat ikidir. 
-Heyətdəydim. 
Zirzəmiyə 
yığışmışdıq, 
telefonun 
şəbəkəsi  itmişdi.  Gələcək  proqramlarımızı  müzakirə 
edirdik.  O  qədər  başım  qarışmışdı  ki,  zamanın  necə 
keçdiyini bilməmişəm. Bağışla! 
-İndi ki belədir, hardan gəlmisən, ora da get! Axı hansı 
kişi öz arvadını gecə saat ikiyə kimi evdə tək qoyar?! 
Xahişlə, zarafatla danışır, məni də gülmək tuturdu. Mən 
də zarafata dedim: 
-Adyalla yastıq verəcəm, həyətdə yatarsan. 
İşi  uzun  çəkəndə  zəng  vurub  xəbər  vermədiyinə  görə 
çox  incimişdim.  Xülasə,  o  qədər  üzrxahlıq  etdi  ki,  axırda 
bağışladım. 
Ertəsi  gün  televizorun  qarşısında  oturmuşduq.  Həmid 
dedi: 
-Kaş  biləydin,  həzrət  Məsumənin  hərəmi  üçün  necə 
darıxıram!  Bəlkə  bu  həftəsonu  Quma  gedək?  Keçən  dəfə 
hərəmdə  o  qədər  sıxlıq  vardı  ki,  necə  ziyarət  etdiyimizi 
bilmədik. Bu dəfə gedək, sakit halda ziyarət edib qayıdaq. 
Cənub səfərindən yenicə qayıtmışdıq deyə, dedim: 
-Mən 
də 
getmək 
istəyirəm, 
ancaq 
qorxuram 
dərslərimdən geri qalam. Sən istəyirsənsə, iş yoldaşlarınla 
gedə bilərsən. 


 
136 
-Yaxşı  məsləhətdir.  Çoxdandadır  dostlarla  bir  yerə 
getmirik. 
Telefonu  götürüb  dostlarından  üçünə  zəng  vurdu, 
üçgünlük  Quma  getməyi  təklif  etdi.  Qərara  gəldilər  ki, 
səhər tezdən çıxsınlar. Getməyi dəqiqləşəndə dedi: 
-Gərək anamgilə də baş çəkək. 
-Olar, ancaq evə tez qayıdaq, yoluna yemək bişirim. 
Tez  hazırlaşıb  motosikletlə  yola  düşdük.  Bibimgilə  iki 
yol gedirdi: biri asfalt idi, biri torpaq. Yolayrıcına çatanda 
dedi: 
-Xanım, gəl bu dəfə torpaq yolla gedək. Adam o yolda 
özünü motosiklet yarışındakı kimi hiss edir. 
Motosikleti  torpaq  yola  sürdü.  Mənim  içalatım  ağzıma 
gəldi,  ancaq  o,  motosiklet  yarışçılarının  keçirdiyi  hissləri 
yaşayırdı.  Bu  dəcəllik  onda  uşaqlığından  var  idi.  Çatanda 
tez üst-başımızın tozunu çırpdıq evə elə girməyək. 
Bir saat oturduq, şam yeməyinə qalmadıq. Sağollaşanda 
hamı Həmiddən onların əvəzinə də ziyarət etməsini istədi. 
Evə  çatan  kimi  tez  mətbəxə  keçdim.  Yoluna  kotlet 
bişirmək  qərarına  gəldim.  Yemək  dolu  çanta  hazırladım. 
İçində  xiyar  turşusundan  tutmuş  toyuq  ətinə,  şişə,  yağa 
kimi hər şey var idi. 
Həmid  mətbəxdə  əyləşmişdi.  Birdən  gülmək  səsini 
eşitdim. Dedi: 
-Bilirsən, iş yoldaşım nə yazıb? 
-De görüm, nə yazıb ki, gülməkdən qəşş elədin. 
-Mən  yazdım  ki,  yola  nahar  yeməyini  mən  gətirəcəm. 
Xanım zəhmət çəkib bizə kotlet bişirib. O da cavab yazdı 
ki, xoş sənin halına! Yoldaşımın yemək bişirməsi bir yana, 
mən  getməyə  razı  sala  bilmişəmsə,  özü  böyük  şeydir, 
gərək papağımı atım-tutum. 


 
137 
-Mən  sənin  dostların  sarıdan  arxayınam.  Bu  kimi 
səfərlər  də  çox  faydalıdır.  İnsanın  ruhiyyəsinə  çox  təsiri 
var.  Adam  dostlarıyla  birlikdə  olanda  hər  şey  maraqlı 
keçir, əhval-ruhiyyəsi evə də təsir edir. 
-Elədir,  ancaq  bəzi  xanımlar  yoldaşlarını  çox  sıxırlar. 
Sənsə  çox  fərqlisən.  Özün  öz  əllərinlə  səfər  üçün  hər  şey 
hazırladın. 
-Bəli,  sənə  hər  şey  qoymuşam.  Bircə  mayonez  qaldı, 
onu da zəhmət deyilsə,  get, küçənin başından al, gəl. Sən 
gələnə  qədər,  mən  şam  yeməyini  hazırlayaram.  Elə  bu 
kotletlərdən bir-ikisini şama yeyərik. 
Stuldan qalxıb dedi: 
-Düz deyirsən, özüm də mayonezi sevirəm. Mayonezsiz 
kotletin dadı olmur. 
Tez  paltarlarını  geyinib  getdi.  Mən  də  süfrəni 
hazırladım. Bir neçə dəqiqə keçməmiş gəldi. Mayonez ala 
bilməmişdi. 
-Bəs 
niyə 
əliboş 
qayıtdın? 
Mayonezsiz 
dadlı 
olmayacaq. 
-Qonşunun mağazası bağlıdır, sabah gedəndə alaram. 
-Axı indi də lazımdır. 
-Burda  mağaza  açmış  qonşunun  ilk  ümid  yeri  biz 
qonşularıq.  Mümkün  olduğu  qədər  oradan  alış-veriş 
etməyə çalışmalıyıq. 
Onun  bu  rəftarları  müqabilində  sadəcə  sükut  edirdim. 
Nə  demək  istədiyini  anlamam  üçün  bir  neçə  dəqiqə  vaxt 
lazım idi. Bu qədər diqqətcil olmaq, bu qədər riayət etmək 
böyük  ruh  istəyirdi.  Bəzən  düşünürdüm  ki,  mən  Həmidlə 
çiyin-çiyinə addımlamağı bacarmayacağam. 
Gecə  saat  birə  qədər  kotletlərin  hamısını  qızartdım, 
sonra  yemək  çantasını  hazırlayıb  qonaq  otağının  qapısı 
ağzına qoydum. Yorğunluqdan elə oradaca uzanıb yuxuya 


 
138 
getdim.  Həmid  dəstəmaz  alıb  Quran  oxuyurdu.  Mənim 
qonaq otağında yatdığımı görüb dedi: 
-Tənbəl olma, dur, dəstəmaz al, rahat yat. 
Bərk  yuxuya  getmişdim.  Gözlərimi  bir  az  açdım. 
Həmid  Quranı  oxuyub  taxçaya  qoydu,  başımın  üstündə 
dayanıb dedi: 
-Hədisdə  var  ki,  kim  dəstəmaz  almadan  yatsa,  yatağı 
qəbri  kimi  olar.  Ancaq  kim  dəstəmazlı  halda  yatarsa, 
yatağı məscid olar və səhərə kimi ona savab yazılar. 
Zarafat və gülüşləriylə məni qaldırmaq istəyirdi. 
-Öz  xeyrinədir.  Əgər  tez  durub  dəstəmaz  alsan,  rahat 
yatarsan.  Yoxsa  rahat  yata  bilməyəcəksən,  çünki  mənim 
kimi  bir  bəlan  var.  Bilmək  olmaz,  bəlkə  də  yuxunu 
büsbütün qaçırmaq üçün başına bir stəkan su tökdüm. 
Səs-küy salırdı ki, dəstəmaz almadan yatmayım. 
İki  gün  Qumda  qaldı.  Qayıdanda  hərəmin  ətrafından 
mənə gözəl bir paltar almışdı. Hədiyyəni verəndə dedi: 
-Qumda  hər  an  səni  düşünürdüm.  Kumeyl  duasının 
ortasında ikimiz üçün çoxlu dua etdim. Bütün günü nişanlı 
vaxtı Quma getdiyimiz anlar yadıma düşürdü. 
*** 
Özünəməxsus  aşpazlığı  var  idi,  yeniyetmə  çağından 
öyrənmişdi.  Atası  və  qardaşı  Həmidlə  Sünbülabada 
gedəndə  bibim  arxayın  olurdu  ac  qalmayacaqlar.  Həmid 
özündən  uyudurduğu  yeməkləri  yazsaydı,  “Həmid  üsulu 
aşpazlıq” adlı kitab yaza bilərdi. Elə şeylər icad edirdi ki, 
heç cinlilərin də ağlına gəlməzdi. 
Axşam  saat  beş  idi.  Çox  yorğun  idim.  Dərsin  son 
dəqiqələrində  telefonu  açıb  Həmidə  yazdım:  “Salam, 
başımın tacı! Məşqdən gəlmisən? Əgər tez çatsan, zəhmət 
olmasa,  mən  gələnə  qədər  plovu  hazırla”.  Evə  çatanda 
plovun ətri hər yanı bürümüşdü. 


 
139 
Yorğun olduğumdan saat yeddi olmamış şam süfrəsinə 
oturduq.  Həmişəkindən  fərqli  olaraq,  Həmid  bu  dəfə 
qeyri-adi  bir  şey  bişirməmişdi.  Plovu  dediyim  kimi 
hazırlamışdı.  Ancaq  rəngi  başqa  cür  idi,  sarıya  çalırdı. 
Fərqli bir dadı da yox idi. Düşündüm ki, yəqin, duz yerinə 
sarıkök  vurub.  Ancaq  sarıkök  dadı  vermirdi.  Yeməyi 
axırıncı qaşığına kimi yedik. Süfrəni yığanda soruşdum: 
-Həmid, xörək niyə bu qədər sarı idi? 
-Bilmirəm, 
mənə 
də 
qəribə 
gəldi. 
Düyünü 
təmizləyəndən  sonra  duz  və  yağ  vurub  qazın  üstünə 
qoymuşam. 
Bunu deyən kimi tez gedib qazana baxdım. 
-Yəni düyünü qaynatmazdan qabaq yumadın? 
Süfrəni toplaya-toplaya dedi: 
-Məgər dünən özün demədin ki, düyünü islatmayaq?! 
Birdən  yadıma  düşdü  ki,  dünən  qonağımız  var  idi. 
Həmid  bir  neçə  saat  qabaqcadan  düyünü  islanmağa 
qoymuşdu. O zaman ona demişdim: “Həmid can, kaş belə 
etməzdin! Çünki bir neçə saat suda qalan düyü yaxşı dəm 
almır”.  O  da  elə  başa  düşmüşdü  ki,  düyünü  yumaq  lazım 
deyil. Beləliklə, bizə toz-torpaqlı düyü yedirtmişdi. 
Şam yeməyindən sonra dedi: 
-Dostlar həzrət Ümmül-bəninin vəfatı münasibətilə əza 
məclisi təşkil ediblər. Mən gedim, tez qayıdacam. 
Saat  on  bir  olmamış  qayıtdı.  Tez  gəldiyinə 
təəccübləndim.  Qapının  zənginə  cavab  verəndə  pərdənin 
əyildiyini  gördüm.  O  gələnə  qədər  düzəltməyə  başladım. 
Həmid  içəri  girəndə  əlində  yemək  var  idi.  Mənim  pərdə 
düzəltdiyimi görüb dedi: 
-Mən gedəndən pəncərə arxasında qalmısan, Fərzanə?! 


 
140 
Xanımın  pərdə  arxasından  bayıra  baxmasını  heç 
xoşlamazdı.  Adətən,  sözünü  bu  cür  zarafatlarla  çatdırırdı. 
Əmrlə danışıb adamın qəlbini qırmazdı. 
-Yox,  əzizim,  pərdə  əyilmişdi,  onu  düzəldirdim.  Nə 
yaxşı, bu gün tez qayıtmısan! 
-Məclisin  axırında  ehsan  verirdilər.  Mən  də  götürüb 
gəldim ki, ehsandan sənə də qismət olsun. Yoxsa gecə saat 
ikiyə kimi məni gözləməli olacaqdın. 
-Ağa  can,  belə  eləmə!  Mən  sənin  əziyyət  çəkməyinə 
razı deyiləm. 
-Əksinə,  mən  bu  işi  qəsdən  görürəm  ki,  digərləri  də 
baxıb  öyrənsinlər.  Xoşuma  gəlmir  ki,  kişi  bayırda  nəsə 
yesin, ancaq xanımı evdə ondan məhrum qalsın. 
İstəyirdi  ki,  başqaları  da  öz  yoldaşlarına  bu  şəkildə 
sevgi göstərsinlər. Əzadarlıqda verilən ehsanı yemirdi, evə 
gətirirdi  ki,  birlikdə  yeyək.  Bəzən  ehsan  çox  olanda  uca 
səslə  deyərdi:  “O  yeməkdən  birini  də  verin,  xanımıma 
aparım”. 
Paltarlarını  dəyişəndə  köynəyinin  yaş  olduğunu  görüb 
dedim: 
-Məgər bayırda yağış yağır? Paltarın niyə yaşdır? 
-Yox,  əzizim,  yağış  yağmır.  Tennis  stolu  almışdıq. 
Məclisdən sonra dostlarla bir  az tennis oynadıq,  tərlədim. 
Bəziləri  tennis  oynamağa  gəlsə  də,  ən  azından  ayaqları 
məclisə dəyir. 
Aprelin  24-ü  Həmidin  doğum  günü  idi.  Həmin  gün 
axşama  qədər  dərsim  vardı.  Universitetdən  çıxan  kimi 
birbaş ətir mağazasına getdim, sonra sifariş verdiyim tortu 
alıb  evə  yollandım.  Yaşıl  rəngli,  ürək  şəklində  tort  idi, 
üstünə “Həmid can! Doğum günün mübarək!” yazılmışdı. 
Mən evə çatanda Həmid qonaq otağının yerinə adyal sərib 
yatmışdı. 


 
141 
Tortu  stolun  üstünə  qoyub  işığı  yandırdım.  Gözlərim 
qalın  kabellərlə  işləməkdən  qabaq-qabar  və  qupquru 
olmuş  əllərinə  sataşdı.  Korpusun  Rabitə  şöbəsində 
işlədiyindən,  bütün  işi  qalın  hərbi  məftillərlə  və  yüksək 
təzyiqli  kabellərlə  idi.  Adətən,  iş  vaxtının  çoxunu  günəş 
altında olurdu, üzü yanmışdı. Evə çatanda o qədər yorğun 
olurdu  ki,  nahar  yeməyini  yedikdən  sonra  ayaq  üstə 
dayanmağa taqəti qalmırdı. Əl-ayağını o vəziyyətdə görüb 
yazığım  gəldi.  Qəzet  gətirib  ayağının  altına  sərdim.  Elə 
yatdığı  yerdə  əl-ayağına  krem  vurdum,  üzünə  qatıq-xiyar 
maskası  çəkdim  ki,  günəş  yanğısını  aparsın.  O  qədər 
yorğun idi ki, heç nə anlamadı. Krem vurmaqdan heç xoşu 
gəlməzdi. Həmişə deyirdi: “Krem kişi üçün deyil. Kişinin 
kremi  palçıq  olmalıdır”.  Ancaq  mən  həmişə  əl-ayağına 
krem vurardım. 
Bir az sonra yuxudan oyandı, tortu görüb çox sevindi. 
-Səhər tezdən bankdan təbrik mesajı gələndə öz-özümə 
dedim  ki,  yəqin  Fərzanənin  yadından  çıxıb,  yoxsa  təbrik 
edərdi. 
Kiçik  məclisimizin  şəklini  çəkməyə  imkan  vermədi. 
Tortu  görən  kimi  tez  böyük  bir  dilim  kəsib  yedi,  sonra 
bıçağı tortun üstünə qoyub dedi: “Elə təsəvvür elə ki, mən 
bu  torta  əl  vurmamışam.  İndi  nə  qədər  istəsən,  şəkil  çəkə 
bilərsən”. 
Gecəni  Həmidin  iş  yoldaşı  Meysəmgilə  getdik. 
Uşaqları  dünyaya  gələndən  getməyə  vaxt  tapmamışdıq. 
Həmidin başı söhbətə elə qarışmışdı ki, elə bil, iş  yoldaşı 
deyillər  və  hər  gün  bir-birlərini  görmürlər.  Biz  də  digər 
otaqda  uşaqdan,  ana  olmaqdan  danışırdıq.  Əbülfəzi 
qucağıma  götürən  kimi  içdiyi  südü  çadrama  qaytardı. 
Çadram çox bulaşdı. Məcbur qalıb Meysəmin yoldaşından 
evə  getməyə  bir  çadra  aldım.  Təxminən  saat  on  birdə 


 
142 
onlardan  çıxdıq.  Öz  çadramı  torbaya  qoydum,  əmanət 
çadranı  da  başıma  saldım.  Motosiklet  sürəndə  Həmid 
ucadan zikr deyirdi. Onun “Hüseyn-Hüseyn” deməsini çox 
xoşlayırdım. Dedim: 
-Astadan zikr elə, gecənin bu vaxtı kimsə eşidər. 
-Problem  yoxdur,  qoy  hamı  desin  ki,  Həmid  İmam 
Hüseyn (ə) dəlisidir. Motosiklet sürmək halal bir əməldir; 
nə  vacibdir,  nə  də  müstəhəb.  Qoy  zikr  deməklə  bizim  bu 
işimiz müstəhəb olsun. Hər ikimizə savab yazılar. 
Evə  çatan  kimi  hər  iki  çadranı  əlimdə  yuyub,  sobanın 
üzərində qurutdum. Sonra əmanət aldığım çadranı ütüləyib 
Həmidin əşyalarının yanına qoydum. 
-Əzizim,  sabah  işə  gedəndə  bu  çadranı  Meysəmə 
verərsən. Birdən xanımının ehtiyacı olar. 
Səhər  oyananda  hava  yağmurlu  idi.  Həmişə  olduğu 
kimi,  ona  səhər  yeməyi  hazırlamışdım.  Həmid  süfrəyə 
oturan  kimi  dedi:  “İş  yoldaşlarım  deyirlər  ki,  xanımlar 
ancaq evliliyin birinci ili səhər yeməyi hazırlayırlar. Sonra 
səhər yeməyindən xəbər-ətər olmur. Ancaq məncə, sən bu 
işi həmişə davam edəcəksən. 
Gülüb dedim: 
-Nə qədər ki mən varam, sən bu evdən yemək yemədən 
çıxmayacaqsan.  Hətta  bazar  və  çərşənbə  axşamı  günləri 
dostlarınla  dağa  səhər  yeməyinə  gedəndə  də  gərək  evdə 
səhər yeməyini yeyib gedəsən. 
Saata  baxdım.  Həmid  həmişəkinin  əksinə  olaraq,  bu 
gün tələsmədən yemək yeyirdi. Dedim: 
-Bir  neçə  dəqiqə  vaxtın  qalıb  ha!  İndi  servis  maşını 
gələcək. Fikrin hardadır belə? 
-Bu gün iş yoldaşıma çadra aparmalıyam deyə, servislə 
gedə bilməyəcəm. Çadranın ağırlığı qədər olsa belə, şəxsi 
işlərimi korpusun servisi ilə görə bilmərəm.  


 
143 
Dövlət  əmlakına  bu  qədər  diqqətindən  təəccüblü  halda 
ona  məcun  hazırlamağa  başladım.  İdman  zalında  və  iş 
yerində dizləri ağrıdığı üçün hər gün səhər tezdən ona ilıq 
su,  bal  və  darçın  tozu  qarışığından  ibarət  məcun 
hazırlayırdım.  Bunu  klassik  təbabətdən  öyrənmişdim. 
Yeniyetmə  çağımdan  klassik  təbabət  və  islami  qidalanma 
ilə maraqlanırdım. O məcunu içəndən dizi yaxşılaşırdı. 
Sağollaşanda dedim: 
-İndi ki servislə  getmirsən, ən  azı, çətir  götür ki,  yağış 
altda qalmayasan. 
-Sən universitetə götürərsən, mənim islanmağım çox da 
problem deyil. 
Həmin gün universitetin Bəsicində şura  üzvləri ilə  yay 
üçün  nəzərdə  tutulmuş  səfərin  müzakirəsi  üçün  bir  araya 
gəlmişdik.  Söhbətin  uzandığını  görəndə  Həmidə  mesaj 
yazıb  dedim  ki,  günortaya  çoban  salatı  hazırlasın.  İclas 
bitəndən  sonra  tez  taksiyə  minib  evə  yollandım.  Çox 
yorulmuşdum.  Həmidin  hazırladığı  salatı  görəndə  iştahım 
da  qaçdı.  Salatın  rəngi  sarıya  çalırdı,  bütün  xiyar-
pomidorlar əzilmişdi. Həmidə dedim: 
-Mən  bu  salatı  yemirəm.  Bu,  salatdan  başqa  hər  şeyə 
oxşayır. De görüm, niyə belə olub? 
Həmidin  aşpazlıq  məharəti  mənə  məlum  idi.  Yaxşı 
xörəklər  bişirirdi.  Ancaq  özünün  icad  etdiyi  xörəklər 
bəzən bizi zəhərlənmək həddinə də çatdırırdı. 
Yeməyə  dilimi  vurmadığımı  görəndə  olan-bitəni 
danışmağa başladı: 
-Birinci  salata  duz  vurdum,  sonra  yoxlamaq  üçün 
darçın, istiot və sarıkök əlavə etdim. İstəyirdim elə bir şey 
hazırlayım ki, içində bütün dadlardan olsun. 
Bir  sözlə,  evdə  olan  bütün  ədviyyatları  salata 
boşaltmışdı. Dedim: 


 
144 
-Bu dediklərini salata  rəng qatmaq üçün  etmisənsə, bir 
söz demirəm. Bəs xiyar-pomidor niyə bu haldadır? 
Məzlum görkəm alıb dedi: 
-Canım sənə desin ki, sonra limon suyu qatdım. Düzü, 
çaşıb limon suyunu o qədər çox vurdum ki, xiyar-pomidor 
su  içində  yox  oldu.  Belə  olduğunu  görüb  bütün  salatı 
süzgəcə  tökdüm,  iki-üç  dəfə  yudum.  Gördüyün  sarı  rəng 
də  onun  düzəlmiş  halıdır.  Ancaq  qorxusuz  yeyə  bilərsən, 
heç bir təhlükəsi yoxdur. 
Elə  bir  salat  hazırlamışdı  ki,  özünün  də  yeməyə  meyli 
yox  idi.  Çoban  salatını  çox  sevməyimə  baxmayaraq, 
ondan sonra bir müddət heç bir salat yeyə bilmədim. 
*** 
2014-cü  ilin  baharında  ailəmdən  uzaqda  ilk  ramazan 
ayını  yaşadım.  Ramazan  ayında  gecələr  daha  çox  oyaq 
qalırdım. Bəzən gecə saat ikiyə qədər kitab oxuyur, söhbət 
edirdik.  Mübarək  ramazan  ayının  ilk  gecəsi  Həmid 
evimizdəki  kitablar  arasından  “Müntəhəl-amal”  kitabını 
seçdi.  Elə  ilk  gündən  onu  oxumağa  başladıq.  Kitab  on 
dörd  məsumun  həyatı  barədə  idi.  Hər  gün  imamlardan 
birinin həyatını oxuyurduq. Cümə axşamı İmam Mehdinin 
(ə)  həyatını  oxuyaraq  kitabı  bitirdik.  O  bitən  kimi  Həmid 
iş yerindən 30 kiçik kitabça gətirdi. Qərara gəldik ki, kim 
birini  oxuyub  qurtarsa,  xülasəsini  digərinə  danışsın.  Daha 
çox etiqadi kitablara maraq  göstərir, dostlarıyla  və  ya əza 
dəstəsində  əqidə  mövzusunda  söhbətləşəndə  yeni  sözlərlə 
cavab vermək istəyirdi. 
Ramazan  ayında  günorta  saat  üçün  yarısına  kimi  işdə 
olurdu.  Evə  gələndə  bir-iki  saat  istirahət  edirdi.  Cüt 
günlərdə  istirahətdən  sonra  idmana  gedirdi.  Evdə  olduğu 
günlərdə  isə  birlikdə  kitab  oxuyur,  fikirlərimizi  bir-
birimizlə  bölüşürdük.  Fikirlərimiz  hər  zaman  üst-üstə 


 
145 
düşmür, bəzən haçalanırdı. Günün mövzularından tutmuş, 
əqidə məsələlərinə kimi hər şey barədə danışırdıq. İftardan 
sonra  da  kitab  oxuyurduq.  Çətin  terminli  kitabları 
oxumaqdan  həzz  alırdı.  Mənasını  bilmədiyi  sözlə 
qarşılaşanda lüğətə baxırdı. 
Bir  gün  yenə  ağır  məzmunlu  kitab  oxuyurdu,  mən  də 
mətbəxdə obaşdana  yemək hazırlayırdım. Başımın  yemək 
bişirməyə qarışdığını görüb ucadan oxumağa başladı. Bir-
iki səhifə oxuyandan sonra dedim: 
-Əzizim,  zəhmət  çəkmə,  onsuz  da  oxuduqlarından  heç 
nə  anlamadım.  Kitab,  mənasını  bilmədiyim  sözlərlə 
doludur. 
-Başa  düşməməyin  özü  də  yaxşı  bir  şeydir.  Məcbur 
olub  sözlərin  mənasını  axtarırıq.  Bu  kimi  kitablar 
məlumatımızı  çoxaltmaqdan  əlavə,  söz  ehtiyatımızın 
çoxalmasına da kömək edir. 
Ramazan  ayında  ən  çox  qarpız  yeyirdi.  Qarpızın 
yarısını  iftarda,  yarısını  da  obaşdanda  yeyirdi.  Buna  görə 
də, çox qarpız alırdı. 
Ramazan  ayının  12-si  idi.  Qapını  açıb  Həmidi 
qarşılayanda əlində iki qarpız vardı. Salam verəndən sonra 
yanımdan  keçib  mətbəxə  getdi.  Qapını  örtmək  istəyəndə 
dedi: “Gözlə, hələ bir neçəsi qalıb”. 
Yenidən  bayıra  çıxıb  ikisini  də  gətirdi.  Mat-məəttəl 
qalmışdım.  Bir  neçə  dəfə  bayıra  çıxıb,  əlində  iki  qarpızla 
qayıtdı. Ondan çox qarpız almışdı. Təəccüblə dedim: 
-Həmid,  bu  qədər  qarpızı  neyləyirsən?  Deyəsən, 
bostana girib, əlinə keçəni yığıb gətirmisən. 
Güldü. 
-Qarpız xarab olan şey deyil. Qoyarıq mətbəxə, bir-bir 
kəsib yeyərik. 


 
146 
Mətbəximiz  balaca  idi.  Yemək  bişirən  kimi  havası 
qızırdı.  Qarpızları  almasından  bir  neçə  gün  keçməmiş 
gördüm  ki,  qəribə  iy  gəlir.  Əvvəl  fikirləşdim  ki,  yəqin 
qarpızlar  çoxdur  deyə,  iyi  məxtbəxə  yayılıb.  Ancaq  bir 
neçə  gün  sonra  anladım  ki,  yerə  dəyən  hissələri  xarab 
olub.  Üstündən  aylar  keçməsinə  baxmayaraq,  mətbəxdən 
həmin iy kəsilmirdi. İyi duyan kimi ürəyim ağzıma gəlirdi. 
O hadisədən sonra Həmid bir müddət qarpız almadı. 
Bəzi  günlər  iftarı  bayırda  yeyirdik.  Ən  çox  getdiyimiz 
yer  şəhidlər  xiyabanı  idi.  Evdə  bişən  həlimi  o  qədər  də 
sevməzdi,  amma  yeməkxanada  bişəndən  xoşu  gələrdi. 
Şənbə günü Bəhram və yoldaşı ilə şəhəri gəzməyə çıxdıq. 
Çox  keçməmiş  Bəhram  və  Həmid  yollarını  sendviç 
dükanına  sarı  dəyişdilər.  Qızardılmış  kartof,  göbələk, 
sendviç, pizza və meyvə şirəsi aldılar. Bizim  yeməyə  çox 
da  meylimiz  yox  idi,  oturub  heyrətlə  onlara  baxırdıq. 
Həmidlə dostu doyunca yedilər. Həmid yeməyin ortasında 
məndən  soruşdu:  “Siz  də  yeyirsiz?  Utanmayın,  bir  şey 
istəyirsizsə,  deyin,  sifariş  verim”.  Təəccüblə  dedik: 
“İftardan  sonra  bu  qədər  yesək,  mədəmiz  partlayar. 
Fikirləşirik ki, siz onları necə yeyə bilirsiz!” 
*** 
Ramazan  ayının  günləri  bir-birinin  ardınca  keçirdi. 
Müştərək həyatımızın ilk qədr gecəsinin həyəcanını bütün 
vücudumla  hiss  edirdim.  Rəzməndeqan  (Döyüşçülər) 
heyətinin  hüseyniyyəsi  bizə  yaxın  olduğu  üçün  əhya 
gecələrində  piyada  oraya  gedirdik.  Öncəki  ildə,  nişanlı 
vaxtımızda Həmid öz əza dəstələrinin məclislərinə gedirdi. 
Bu il həmin məclisləri parka salmışdılar.  
Əhya  gecələrində  Həmidin  halı  qəribə  olurdu,  ürəyi 
əsirdi.  Onu,  dəyərli  bir  şeyini  itirmiş,  Qədr  gecələrində 
göz 
yaşları 
və 
təvəssüllə 
axtaran 
və 
qəlbinin 


 
147 
dərinliklərində  gizlətdiyi  arzusuna  çatmaq  istəyən  biri 
kimi görürdüm. O deyirdi: 
-Fərzanə,  bu  bərəkətli  gecə  və  gündüzləri  asanlıqla 
əldən  vermək  heyfdir.  Heç  kim  bilmir  ki,  gələn  ramazan 
ayına  sağ  çıxacağıq,  ya  yox.  Səndən  istəyim  budur  ki,  nə 
zaman hüzur tapsan, məni də xatırla, dua et ki, mən də öz 
arzuma çata bilim. 
Söhbət  arzudan  düşəndə  və  ya  “mənim  üçün  dua  et” 
deyəndə  nikahımızın  ilk  günü  İmamzadə  İsmayıl 
Baracinin  məqbərəsi  yanında  dediyi  sözlər  yadıma 
düşürdü: 
-Məni  şəhidlər  xiyabanına  aparacaqlar.  Mənim  ən 
böyük  arzum  şəhadətdir.  Dua  et,  sənə  qovuşduğum  kimi 
şəhadətə də qovuşum. 
Ramazan  ayının  son  cüməsinə  bir  neçə  gün  qalmış 
televizorda,  Qüds  günü  münasibətilə  Fələstinlə  bağlı 
veriliş  yayımlanırdı.  Fələstinli  uşaqların  ata-analarının 
qucağında  öldürülməsi  adamın  ürəyini  parçalayırdı. 
Həmid  deyirdi:  “Düzdür,  hələ  ata  olmamışam,  övladının 
cansız  bədənini  qucaqlayıb,  sığınmağa  yer  axtaran  atanın 
keçirdiyi hissləri dərk edə bilmirəm, ancaq bilirəm ki, belə 
müsibətlər bir kişinin belini çox rahatlıqla bükə bilər”. 
Yürüşlərə həmişə birlikdə gedirdik. Həmin il hava çox 
isti  idi,  sanki  göydən  od  yağırdı.  Susuzluqdan  əziyyət 
çəkirdik.  Oruc  halda  yürüş  bütün  taqətimi  tükətmişdi. 
Yürüş  bitən  kimi  tez  evə  qayıtdıq.  Həyətə  girəndə 
Həmidin  şıltaqlığı  tutdu.  Su  ilə  bütün  üz-gözümü  islatdı, 
nə qədər yayınmaq istəsəm də, xeyri olmadı. Mən də kranı 
açıb  onu  başdan-ayağa  islatdım.  Suya  düşmüş  siçan  kimi 
çabalayırdı.  Günəş  şüaları  islanmış  çöhrəsinə  saçanda 
daha  da  sevimli  olurdu.  Ürəyim  istəyirdi  ki,  saatlarla 


 
148 
günəşin  altında  dayanıb  ona  baxım,  gözlərindən  saçan 
həya məni yerdən-yerə vursun… 
*** 
Yayda  günortadan  sonra  uşaqlara  fərdi  müdafiə 
fəndlərini  öyrədirdi.  Mənim  qara  kəmərim  var  idi,  ancaq 
fərdi  müdafiə  dərslərində  iştirak  etməmişdim.  Bir  gün 
israrımdan sonra mənə də bir neçə fənd öyrətməyə başladı. 
Deyirdi ki, məsələn, kimsə yaxamdan tutsa, nə etməliyəm, 
qolumu  bursa,  nə  etməliyəm  və  sair.  Öyrəndiklərimi 
göstərmək  istəyəndə  hər  şeyi  əksinə  etdim.  O  qədər 
gülməli  oldu  ki,  yerə  uzanıb  ucadan  güldü.  Elə  güldü  ki, 
ev  yiyəsi  bizim  ağladığımızı  düşünüb  məni  səslədi. 
Qapıdan çıxanda pilləkənin başından dedi: 
-Anam, Fərzanə, nəsə olub? Niyə ağlayırsız? 
Utandığımdan yerə girdim. 
-Yox,  hacı  xanım,  bir  şey  olmayıb,  sadəcə,  gülürdük. 
Bağışlayın, bir az ucadan güldük. 
Gülüb dedi: 
-Heç vaxt dodağınızdan gülüş əskik olmasın, anam! 
Bu  dərsimiz  gülüş  içində  axşama  qədər  davam  etdi. 
Axşam atamgilə getdik. Atama dedim: 
-Ata can, bax, gör qızın bu gün hansı fəndləri öyrənib. 
İstəyirəm qiymət verəsən. 
Qardaşımı çağırıb dedim: 
-Burda möhkəm dayan, fəndi göstərim. 
Elə  birinci  fəndi  başdan-ayağa  səhv  yerinə  yetirdim. 
Atam  gülərək  bir  neçə  dəfə  Həmidin  kürəyindən  vurub 
dedi: 
-Halal  olsun  belə  müəllimə,  bütün  müəllimlərin  üzünü 
ağ elədi! 
Qardaşım dedi: 


 
149 
-Fərzanə,  indi  sən  dayan,  mən  göstərim,  gör  müdafiə 
necə olur. 
Qardaşım  bunu  deyən  kimi  Həmid  yerindən  qalxdı, 
əlimdən tutub məni divanda oturtdu. Dedi: 
-Yox, sən Allah, Fərzanəyə bir şey olar. Ümumiyyətlə, 
yaddan  çıxar,  Fərzanə  heç  nə  bilmir,  bilməsi  lazım  da 
deyil. 
Mənə qarşı çox həssas idi. Mən də ona qarşı beləydim. 
Zərrə qədər də zərər görməyinə və ya xəstələnməyinə dözə 
bilmirdim.  Bir  dəfə  anam  ona  evin  lampasını  dəyişməyi 
tapşıranda  bir  saat  deyindim  ki,  niyə  Həmidi  dördayağın 
üstünə çıxarmısız, birdən yıxılsa, baxın işinizə”. Bir hadisə 
baş verəcək deyə, narahat idim. Həmişə Həmidə deyirdim: 
“Sən  Allah,  diqqətli  ol!  Bil  ki,  sənə  bir  şey  olsa,  mən 
ölərəm”.  Əvvəldən  axıra  kimi  aşağıda  dayanıb  dördayağı 
ikiəlli  tutdum.  Bütün  ailəmiz  Həmidə  qarşı  belə 
davranırdı.  Atam  ona  bir  bacıoğludan,  yeznədən  çox 
məhəbbət  göstərir,  gözünün  üstə  saxlayırdı.  Anam  ona 
“Həmid  can”  deyə  müraciət  edir,  bəzən  də  “yaraşıqlı 
oğlum”  deyərdi.  O,  Həmidlə  əkiz  qardaşını  elə  əvvəldən 
çox  sevirdi.  Uşaq  vaxtı  bibimin  vaxtı  olmayanda  hər 
ikisinə  anam  baxırdı.  Onlarla  oynayır,  nağıl  danışırdı. 
Evlənəndən  sonra  hər  dəfə  atamgilə  gedəndə  anam 
deyirdi:  “Həmidin  yeri  baş  tərəfdədir”.  Nə  bişirirdisə, 
deyirdi ki, birinci  Həmid  yeyəcək.  Bütün bunlar  Həmidin 
rəftarına görə idi. Gözəl xasiyyətlərinə görə hamı onu çox 
sevirdi. 
*** 
Universitetdən  çıxanda  evə  qayıtmaq  üçün  avtobusa 
mindim.  Təxminən  saat  üç  olardı.  Avtobus  boş  idi. 
Rəfiqəm  çantasından  alça  çıxarıb  mənə  verdi.  Birini 


 
150 
götürüb  təşəkkür  etdim.  Bir  az  keçəndən  sonra  rəfiqəm 
dedi: 
-Orucsan,  Fərzanə?  Alçanı  hələ  yeməmisən.  Xoşuna 
gəlmədi? 
-Yox, oruc deyiləm, ancaq belə şeylər boğazımdan tək 
keçmir.  Nə  olsa,  çantama  qoyub  aparıram  evə  ki, 
yoldaşımla birlikdə yeyim. 
Mən bunu deyəndə Həmid zəng vurdu. Dedim: 
-Adını çək, qulağını bur! İndicə səndən danışırdım. 
-Mən  evə  çatmışam.  Səni  gözləyirəm.  Gəl,  birlikdə 
yemək yeyək. Sonra zala getməliyəm. 
-Bir neçə dəqiqəyə çatıram. 
Əlimdə  alça  qapının  zəngini  basdım.  Həmid  qapını 
açdı. Dedim: 
-Həmid ağa, bu gün tez gəlmisən evə. 
-Dostumgilə  gedib  akvarium  düzəltməyə  kömək 
etməliyəm. 
Bu  cümləni  həsrətlə  dedi.  O,  akvariumu  çox  sevirdi. 
Şüşələri  bir-birinə  yapışdırıb  akvarium  düzəltməyi  də 
bacarırdı.  Ancaq  mənim  əsla  xoşum  gəlmirdi,  hər  bir 
heyvandan qorxurdum, xüsusən də balıqdan. Həmidin belə 
həsrətlə danışdığını görəndə çox narahat oldum. 
-Mən  akvariumu  sevməsəm  də,  nə  vaxt  böyük  ev 
tutsaq, problem yoxdur, özümüzə də düzəldərsən. 
Bu sözü deyən kimi ürəkdən sevindi. 
-İndi  ki  razısan,  onda  get,  soyuducuya  bax.  Mütləq 
sevinəcəksən. 
-Albalı şirəsi? 
-Özün bax, görəcəksən! 
Hər dəfə dostuyla  görüşəndə meyvə şirəsi içməyə adət 
etmişdi.  Həmişə  bir  stəkan  da  mənə  alırdı;  xüsusən  də 


 
151 
albalı  şirəsi.  Onu  çox  sevdiyimi  bilirdi.  Onun  bu  kimi 
rəftarlarından çox həzz alırdım. Dedim: 
-Həmid  can,  mən  soyuducuya  çatana  qədər  alçanın 
yarısını  ye,  yarsını  da  mənə  saxla.  Tək  yeməyə  ürəyim 
gəlmədi. 
Mətbəxə girəndə gördüm ki, balaca bir kağız parçasını 
maqnitlə  soyuducuya  yapışdırıb.  Bir  tərəfinə  həftənin 
günlərini, yuxarısına da “nahar” və “şam” yazmışdı. Bütün 
boş xanalara da bir imamın adını yazmışdı. Dedim: 
-Həmid can, bu nədir? 
-Bundan  sonra  bişirdiyimiz  hər  yeməyi  imamlardan 
birinə  nəzir  edək.  Hər  günün  yeməyini  həmin  günün 
imamını  niyyət  edib,  bişirək.  Beləliklə,  hər  gün  imamlara 
nəzir  edilmiş  ehsan  yeyərik,  ruhumuza  da  müsbət  təsir 
edər.  Soyuducuya  yapışdırdım  ki,  gözümüzün  önündə 
olsun. 
Bu  təklif  o  qədər  xoşuma  gəldi  ki,  soyuducuda  olan 
albalı şirəsini tamam unutdum. 
O  gündən  etibarən  hər  dəfə  xörək  qarışdıranda  həmin 
günün zikrini deyir, həmin günün imamını niyyət edirdim. 
Anamın  xoşuna  gəldiyini  bilib  onlara  da  belə  bir  cədvəl 
düzəltdi. İstəyirdi ki, gördüyü bütün işlər imamların adı ilə 
bağlı olsun. 
Nahardan  sonra  akvarium  düzəltməyə  getdi.  Həmişə 
olduğu  kimi,  bu  dəfə  də  məhəllənin  uşaqları  başına 
toplaşdılar. Gözəl əxlaqına görə, hətta bir neçə dəqiqə olsa 
da,  hamısı  onunla  oynamaq  istəyirdi.  Motosikletinin 
siqnalını  basır,  təriyində  otururdular.  Həmid  bu  işləri  çox 
sevir.  Səbir  və  hövsələ  ilə  hamısını  razı  salır,  sonra 
gedirdi. 
Akvarium  düzəltməyi  üç-dörd  saat  vaxt  apardı.  Evə 
çatanda dedi: 


 
152 
-Həftəsonuna proqramımız nədir, xanım? Bəhram deyir 
ki, şimala gedək. 
-Mən  razı!  Birgünlük  səfər  üçün  çox  yaxşı  fürsətdir. 
Ab-havamızı dəyişək. 
Cümə  günü,  Bəhramgillə  birlikdə  şimala  yollandıq. 
Dəniz  kənarında  bir  neçə  saat  qalıb  gecə  qayıtmaq 
istəyirdik.  Biz  Qəzvindən  uzaqlaşmamış  yağış  başladı. 
Yollarda o qədər tıxac var idi ki, Məncildən o tərəfə gedə 
bilmədik. Elə orada, Məncil bəndinin yanında sendviç alıb 
yedik. Həmid dedi: 
-Boğaz dedikləri  yer bura olmalıdır. Hər şeyin qiyməti 
boğaza  çatır.  Yığışın,  pulumuz  qurtarmamış  tez  evə 
qayıdaq. 
Elə  oradan  dönüb  Qəzvinə  qayıtdıq.  Gecə  evə  çatdıq, 
toyuq kababı bişirib yedik.  


 
153 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə