Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

Üçüncü fəsil 
Sənin varlığınla varam! Bütün 
eşqim sənin olsun! 
Məhrəm  olduğumuz  andan  etibarən,  qəribə  bir  hiss 
bütün vücudumu bürümüşdü. Yavaş-yavaş eşqin qüdrətinə 
və aşiqcəsinə darıxmağın varlığına inanmağa başlayırdım. 
Bütün varlığımla ona bağlanmışdım. Hicran qəmi çox tez 
başlamış,  hər  şey  çox  tez  dəyişmişdi.  Həyat  dəftərimin 
yeni səhifəsini yazmağa başlamışdım. Orada Həmidlə mən 
təkcə  bibioğlu-dayıqızı  deyildik.  Oktyabr  ayının  5-i 
axşamüstü  saat  5-dən  etibarən  artıq  onunla  həyat  yoldaşı 
və ömür sirdaşı olmuşduq. 
Nişanın  ertəsi  gün  səhər  tezdən  dərsim  var  idi. 
Rəfiqələrimə  şirniyyat  və  dondurma  qonaqlığı  verdim. 
Üzüyüm 
əldən-ələ 
gəzirdi. 
Subaylar 
da 
üzüyü 
barmaqlarına  taxıb  gülə-gülə  deyirdilər:  “Fərzanənin  sağ 


 
53 
əli  bizim  başımıza!”  O  qədər  danışdılar  ki,  axırda 
müəllimələr də nişanlandığımı başa düşüb təbrik etdilər. 
Rəfiqələrimin  o  qədər  zarafat  etmələrinə,  mənimlə 
deyib-gülmələrinə  baxmayaraq,  darıxmaq  hissi  məni  tərk 
etmirdi.  O  gecədən  etibarən  Həmid  üçün  yaman 
darıxırdım.  Bu  üç  ayı  necə  başa  vuracağımı  bilmirdim. 
Öz-özümü  danlayıb  deyirdim  ki,  axı  niyə  belə  bir  iş 
tutdum. 
Nikah 
mərasimini 
ezamiyyətdən 
sonraya 
saxlasaydım, bu qədər həsrət çəkib kədərlənməzdim.  
Axşamüstü  saat  dörd  olardı,  dərsim  bitmək  üzrəydi. 
Bütün  fikrim-zikrim  Həmiddə  qalmışdı.  Müəllimənin 
dediklərindən  heç  nə  başa  düşmürdüm.  Öz-özümə 
hesablayıb  gördüm  ki,  Həmid  indilərdə  Həmədana 
çatmalıdır.  Yerimdəcə,  parta  arxasında  oturduğum  halda 
çantamdan 
telefonumu 
çıxardım. 
Həmidin 
çatıb-
çatmadığını  bilmək  istəyirdim.  İlk  dəfə  idi  ki,  ona  mesaj 
yazırdım. 
Həmidin  telefon  nömrəsini  görən  kimi  ürəyim  bərk 
döyünməyə  başladı.  Mesajı  bir  neçə  dəfə  yazıb,  sildim. 
Özümü əlinə ilk dəfə telefon alan adam kimi hiss edirdim. 
Barmaqlarım çaşıb qalmışdı. Söz seçməkdə niyə bu qədər 
qərarsız  olduğumu  anlaya  bilmirdim.  Bir  sətir  yazmaq 
üçün  on  beş  dəqiqə  vaxt  sərf  etdim  və  nəhayət,  yazdım: 
“Salam! Bağışlayın, səhərdən dərsdə olduğum üçün sizdən 
xəbər tuta bilməmişəm. Sağ-salamat çatdız?” 
Elə  bil,  Həmid  telefonu  əlində  tutub  mənim  mesajımı 
gözləyirmiş.  Üstündən  bircə  dəqiqə  keçməmiş  yazdı: 
“Salam.  Dərsin  saat  neçədə  qurtarır?”  Bu,  onun  mənə 
yazdığı  ilk  mesaj  idi.  Yazdım:  “Bir  neçə  dəqiqəyə 
qurtaracaq”.  Yazdı:  “Yoldayam,  universitetə  gəlirəm. 
Gözlə, evə birlikdə gedərik”. 


 
54 
Mən  onun  Həmədanda  olduğunu  düşünürdüm,  o  isə 
Qəzvində  olduğunu  və  arxamca  gəldiyini  yazırdı. 
Fikirləşdim  ki,  deyəsən,  yenə  şıltaqlığı  tutub.  Çünki  o, 
səhər tezdən Həmədana getməli idi. 
Universitetin  qapısından  çıxanda  heç  kimi  görmədim. 
Əmin oldum ki, zarafat edir. Çıxışdan təxminən 100 metr 
uzaqlaşmışdım  ki,  bir  motosikletin  siqnal  səsinə 
diksindim. Motosikletlə məni aparmağa gəlmişdi. 
-Ezamiyyətə getməmisiz? 
Kaskanı başından çıxarıb dedi: 
-Mənim bəxtimdən ezamiyyət ləğv olundu. 
Üz-gözündən  sevinc  yağırdı.  Mən  də  sevindiyimdən 
yerə-göyə  sığmırdım.  Düzü,  nişanın  ertəsi  günü  baş 
tutacaq üçaylıq ezamiyyətə dözməyə gücüm yox idi. Ötüb 
keçən bir neçə saat mənə bir neçə il kimi görünürdü.  
Motosikletin  tərkini  göstərib,  “min,  gedək”  deyəndə 
təəccübləndim. 
-Həmid ağa, mən qorxuram, bu vaxta qədər motosikletə 
minməmişəm.  Mənlik  deyil.  Sən  get,  mən  taksi  ilə 
gələrəm. 
Əl çəkmədi. 
-Əyləş.  İnşallah,  öyrəşəcəksən.  Yavaş  sürəcəm, 
qorxma. 
Bir neçə dəfə “Qul huvəllah” surəsini oxuyub oturdum. 
Bütün  yolboyu  qaranlıq  tunelə  girən  adam  kimi 
qorxumdan  gözlərimi  yumdum.  Yadıma  uşaq  vaxtı 
məhəlləmizdə nümayiş olunan sirk düşdü. Sirkdə bir nəfər 
motosikleti  düz  divarda  sürürdü.  Çatana  qədər  yarıcan 
oldum.  Dairəni  fırlanarkən  motosiklet  o  qədər  əyildi  ki, 
qorxudan “ya Zəhra” -deyə qışqırdım. Mənə elə gəlirdi ki, 
motosiklet aşacaq, yıxılıb maşının altına düşəcəyik. 


 
55 
Ezamiyyət  ləğv  olunduğuna  görə  qərara  gəldik  ki, 
analiz  və  nikah  üçün  nəzərdə  tutulan  kursda  iştirak  edək. 
Beləliklə,  Şəhid  Büləndi  tibb  müəssisəsinə  gedib 
qeydiyyatdan  keçdik.  Həmid  ikinci  günə  qədər  hər  gün 
axşamüstü gəlib məni evə aparırdı. Dəsrlərimin nə zaman 
qurtardığını  bilir,  vaxtında  özünü  yetirirdi.  Onun  bu 
dəqiqliyi  xoşuma  gəlirdi.  Məni  hər  gün  tərkinə  mindirib 
apardığı  Honda  markalı  mavi  motosikletlə  o  qədər  qəza 
törətmişdi ki, sağlam yeri qalmamışdı. 
Adətən, universitetin qapısından təxminən 50-100 metr 
aralıda  gözləyirdi.  Həftənin  birinci  günü  idi,  yorğunluq 
məni  əldən  salmışdı.  Universitetin  qapısından  çıxanda 
gördüm  ki,  yenə  aralıda  dayanıb  məni  gözləyir.  Ona 
çatanda dedim: 
-Bu  qədər  zəhmət  çəkib  arxamca  gəlirsiz,  olmaz  ki, 
universitetin  girişində  dayanasız,  mən  də  bu  qədər  yolu 
piyada gəlmək məcburiyyətində qalmayım? 
-Allahdan gizli deyil, səndən nə gizli. Qorxuram yaxın 
rəfiqələrin  motosikletlə  getdiyimizi  görəndə  xəcalət 
çəkəsən. Buna görə bir az uzaqda saxlayıram. 
-Bu  nə  sözdür?!  Başqalarının  nə  dediyi  mənə  qətiyyən 
önəmli  deyil.  Əksinə,  İmam  Mehdi  (ə)  yardımçısının 
miniyi  gərək  sadə  olsun.  Bundan  sonra  düz  qapının 
ağzında saxla. 
Sonrakı  günlərdə  elə  də  etdi.  Mən  də  rəfiqələrimlə 
sağollaşan kimi motosikletə otururdum. 
İkinci  gün  analiz  verdik,  sonra  da  ayrı-ayrılıqda  bizim 
üçün nəzərdə tutulmuş dərslərə başladıq. Bir saatlıq dərsdə 
bir  neçə  dəfə  mesaj  yazıb  soruşurdu:  “Halın  yaxşıdır? 
Susamamısan?  Ac  deyilsən?”  Hətta  yanımda  olmayanda 
belə  mənimlə  danışmağa  bir  bəhanə  axtarırdı.  Dərs 


 
56 
qurtaran kimi məni universitetə aparırdı. Günortadan sonra 
iki dərsim vardı. 
Həmidin  əmisi  oğlu  Mehdinin  toyu  idi.  Toydan  sonra 
bir-birimizi  görə  bilmədik.  Çünki  səhər  tezdən  analiz 
işləriylə  məşğul  idik.  Sonra  universitet,  unversitetdən 
sonra  da  toy  məni  yamanca  yormuşdu.  Evə  çatan  kimi 
yuxuya getdim. 
Səhər  tezdən  oyananda  telefonuma  baxdım.  Həmid 
çoxlu  mesaj  yazmışdı,  narahat  olduğunu,  məndən  cavab 
gözlədiyini 
bildirmişdi. 
Ancaq 
mən 
heç 
birini 
görməmişdim. Birincisində bir beyt şeir yazmışdı: 
Yaxşıların qəlbinə göz dikmək günah sayılsa, 
Nə olardı, yadların da bu günahı ayağıma yazılsa! 
Mənim  cavab  yazmadığımı  görəndə  belə  yazmışdı: 
“Qəlbimizdə  yeri  əbədi  olan,  qəlblərində  zərrə  qədər 
yerimiz  olmayanlar  sağ  olsun!”  Yatdığm  heç  ağlına  da 
gəlməmişdi. Bundan sonra belə yazmışdı: “Bizimlə qəlblə 
danışmaq  nə  qədər  çətindir,  heç  demə.  Elə  isə,  yaxşı 
olacaqsa, divarla danış”. 
Şeirə çox həvəsi var idi. Hərdən özü də şeir yazardı. Bu 
mesajların  bəzilərinin  öz  şeiri  olduğunu  bilirdim.  Ancaq 
mən  hisslərimi  dilimə  gətirə  bilmirdim.  Qəlbimdə  qorxu 
var  idi.  Aşiq  olmaqdan,  sonra  da  hər  şeyin  vaxtsız 
bitəcəyindən  qorxurdum.  Qəlbimdə  onun  üçün  ölürdüm, 
ancaq  bütün  aşiqanə  sözlərimi  üzbəüz  deməkdən 
çəkinirdim.  Bəzi  vaxtlar  sevgimi  inkar  edirdim,  bununla 
onu itirəcəyimdən qorxurdum. 
Həmidin 
bu 
qədər 
məhəbbət 
dolu 
mesajları 
müqabilində  sadəcə  rəsmi  bir  cavab  verərək  yazdım: 
“Yadımdasınız!  Yenicə  durmuşam,  kitab  oxuyuram”. 
Məncə, soyuq rəftarımı hiss edib belə yazdı: 
Eşq bəzən dərdli-qəmli ayrılıqdan yaxşıdır, 


 
57 
Eşqə saldı, söylədi döz, sabir olman yaxşıdır. 
Mən Quranda həzrət Yəqubdan öyrəndim bunu: 
Sevgilin yoxsa yanında, kor dolanman yaxşıdır. 
Dilimin qıflı açılana qədər xeyli çəkdi. Sonda hisslərimi 
büruzə  verməyi  və  Həmidlə  daha  səmimi  olmağı 
bacardım.  Birinci  həftə  başımda  hicab,  əynimdə  uzunqol 
köynək, ayağımda da corab olurdu, özümü çox səmimi edə 
bilmirdim. Sanki yepyeni bir dünyaya düşmüşdüm. 
Mən bu yadlığı ilk dəfə Həmidlə imamzadəyə gedəndə 
hiss  etdim.  Həmid  axırda  dilə  gəlib  gileylə  dedi:  “Sən 
məni  sevmirsən,  Fərzanə?  Niyə  bu  qədər  ciddi  və  quru 
davranırsan?  Buz  dağı  kimisən.  Mənimlə  danışmırsan, 
hisslərini söyləmirsən”. 
Bu nəticəyə gəlməkdə haqlı olsa da, bu sözləri eşidəndə 
yerimdə  donub  qaldım.  Dedim:  “Həmid  qətiyyən  dediyin 
kimi  deyil.  Mən  səni  bir  ömür  müştərək  həyat  üçün 
seçmişəm. Ancaq sən də mənə haqq qazandır. Mən səninlə 
səmimiləşmək üçün çox çalışıram. Ancaq bundan ötrü bir 
az zamana ehtiyacım var”. 
İmamzadəyə  daxil  olanda  necə  ziyarət  etdiyimi 
bilmədim.  Həmidin  sözləri  mənə  yaman  təsir  etmişdi. 
Ürəyimdə  fırtına  qopurdu  sanki.  Zərihin  kənarında 
oturdum, 
barmaqlarımı 
zərihin 
millərinə 
keçirib 
dayanmadan  ağladım.  Mən  onunla  belə  rəftar  etmək 
istəmirdim.  Allahdan  kömək  istədim.  Ağır  rəftarımın 
Həmidi zərrə qədər də incitməsini istəmirdim. 
İş  o  qədər  mürəkkəbləşdi  ki,  sonda  anam  da  məsələyə 
qarışmalı oldu. Biz evə çatanda mənə dedi: 
-Qızım,  nə  üçün  Həmidin  yanında  başını  bağlayırsan? 
Bir-birinizin  əlindən  tutun,  səmimi  davranın.  O,  sənin 
həyat yoldaşındır. 


 
58 
O, Həmidə qarşı utancaqlığımın getməsi üçün məsləhət 
gördü  ki,  onun  əllərinə  krem  sürtüm.  Həmid  rabitə 
şöbəsində  işlədiyi  üçün  tikanlı  və  hərbi  məftillərlə  çox 
təmasda  olurdu.  O,  qışın  soyuğunda  da  bu  kimi  işləri 
görmək məcburiyyətində idi. Buna görə də, əlində sağlam 
yer  yox  idi.  Onun  əllərinə  krem  sürtəndə  hər  ikimizin 
əlləri  əsirdi.  Həmid  məndən  də  çox  utanırdı.  Bir-birimizə 
məhrəm olduğumuzu qəbul etmək bir ay sürdü. 
*** 
Həmidə  aldığım  hədiyyənin  kağızını  bir  neçə  dəfə 
dəyişməli  oldum.  Çox  istəyirdim  ki,  ilk  hədiyyəm 
yaddaqalan olsun. Qapının zəngi çaldı. Yapışqanı, qayçını 
və  hədiyyə  kağızını  cəld  çəkməcəyə  qoydum.  Pilləkənin 
aşağısında məni gözləyirdi. Nə etdimsə, yuxarı çıxmadı. 
Hədiyyəni  çadramın  altında  gizlədib  aşağı  düşdüm. 
Həmid dedi: 
-Anam sizi ailəcə sabaha nahar yeməyinə dəvət edir. 
Təşəkkür edib dedim: 
-Həmid, gözlərini yum. 
Güldü. 
-Nədi, məni suyla islatmaq istəyirsən? 
-Sənin işin olmasın, gözlərini yum! 
Gözlərini  yumanda  dedim:  “Cığallıq  edib  açma  ha, 
yaxşı yum! Gözaltı da baxma!” 
Bir  neçə  saniyə  gözlətdim.  Hədiyyəni  çadramın 
altından çıxarandan sonra gözlərinin qarşısında tutdum. 
-İndi aça bilərsən. 
Gözləri  hədiyyəyə  sataşan  kimi  çox  sevindi.  Heç 
gözləmirdi.  Elə  oradaca  açmağa  başladı.  Hədiyyə  olaraq, 
qutunun  içinə  naməlum  bir  şəhid  məzarından  bir  ovuc 
torpaq  və  şəhid  kəfənindən  bir  parça  qoymuşdum.  Onları 


 
59 
döyüş  bölgələrinə  ekskursiya  zamanı  vermişdilər.  Mənə 
çox əziz idi. Bunlara baxanda rahatlaşırdım. 
Həmid  təşəkkür  edib  dedi:  “İlk  hədiyyəni  heç  vaxt 
unutmayacam”.  Sonra  torpağı  köynəyinin  cibinə  qoyub 
dedi:  “Çox  istəyirəm  ki,  bu  hədiyyəni  sevgimizin  əlaməti 
olaraq,  həmişə  üstümdə  gəzdirim.  Söz  verirəm  ki,  bunu 
heç vaxt özümdən ayırmayacam”. 
Həyətdə  güllərin  yanında  çənəmiz  qızışdı.  Hər  şeydən 
danışırdıq.  Həmid  sabahkı  qonaqlığa  çox  həssas  idi.  Mən 
bibimgilə ilk dəfə gəlin kimi gedəcəkdim. Həmid dedi: 
-Orda  məbada  oturasan  ha!  Bizdə  adətdir,  gəlinlər 
kömək edərlər. 
-Gözüm üstə! Sən narahat olma, özüm hər şeyi bilirəm, 
bu işlərin ustasıyam. 
Narın-narın  yağmağa  başlayan  payız  yağışı  bizi 
sağollaşmağa  məcbur  etdi.  Yağışın  damlaları  güllərin 
yarpaqları  üzərinə  qonur,  üzümüzü  isladırdı.  Həmid 
həyətimizdən  çıxandan  sonra,  hələ  qapını  örtməmiş, 
“Həmid,  səni  sevirəm!”  –  dedim,  sonra  da  bərk  örtüb 
qapıya  söykəndim.  Ürəyim  sərçə  ürəyi  kimi  döyünürdü. 
Gözlərimi  bağlamışdım.  Həmid  qapının  arxasından  dedi: 
“Fərzanə,  mən  də  səni  sevirəm”.  Utandığımdan  qaçaraq 
evə girdim. İlk dəfə idi ona “səni sevirəm” deyirdim. 
Ertəsi  gün  ailəcə  bibimgilə  getdik.  Axşamdan  bütün 
bədənimi  saran  həyəcan  bibim  qızları  və  eltilərimlə 
səmimi  söhbətlərdən,  zarafatlardan  sonra  yox  oldu. 
Müvəqqəti  nikah  oxunandan  sonra  “ata”  deyə  müraciət 
etdiyim qayınatam bizi mehriban qarşıladı. Bibim də məni 
tez-tez əzizləyirdi.  
Nahardan  sonra  söhbət  toy  vaxtından  düşdü.  Qərara 
gəldik  ki,  oktyabrın  17-si,  həzrət  Əli  (ə)  və  həzrət 


 
60 
Zəhranın  (ə)  evlilik  günündə  daimi  nikah  üçün  qeydiyyat 
şöbəsinə gedək. Ancaq Həmid dedi: 
-Əgər  mümkünsə,  nikahı  bir  az  gec  qeyd  etdirək.  Mən 
təqvimə  baxdım,  həmin  güc  ay  öz  əqrəbində  olacaq. 
Həmin gün kəbin kəsdirmək bəyənilməz işdir. 
Qonaqlıqdan  sonra  məni  universitetə  apardı,  özü  isə 
analizin  cavabını  almağa  getdi.  Mənim  bəxtimdən 
müəllim  gəlmədi,  dərs  olmadı.  Rəfiqələrimlə  söhbət 
etdiyim  yerdə  birdən  telefonumun  ekranında  “Əziz 
yoldaşım,  başımın  tacı  Həmid”  sözləri  göründü.  Mesajı 
görən  rəfiqələrimdən  biri  zarafata  dedi:  “Uşaqlar, 
Fərzanənin telefonuna baxın, yoldaşının adının yerinə inşa 
yazıb”. 
Həmid 
mənim 
xüsusi 
həmsöhbətim, 
həyatım, 
gələcəyim, bir sözlə, bütün varlığım idi. 
Yazmışdı  ki,  analizin  cavabını  almışam  və  hər  şey 
qaydasındadır.  Zarafata  yazdım:  “Hər  şeyin  qaydasında 
olduğuna  əminsən?  Mən  narkoman  deyiləm  ki?!”  Həmid 
dedi: “Çox şükür Allaha, hər ikimiz sağlamıq”. 
Bir  neçə  dəqiqə  sonra  yenə  mesaj  gəldi:  “Təyyarədən 
dispetçerə!  Sizin  qəlbinizə  enməyim  üçün  yer  varmı, 
yoxsa  yenə  başınıza  dolanım?”  Mən  də  yazdım:  “Hələlik 
bir  dövrə  vur,  sonrasına  baxarıq”.  Onu  incitməyə  ürəyim 
gəlmədi,  dərhal  yazdım:  “Təşrif  buyurun,  mənim  qəlbim 
sizə  məxsusdur.  Ancaq  gələndə  əl-ayağınızı  yuyun, 
ogünkü kimi yağlı olmasın”. 
Tibb  universitetində  oxuduğuma,  həm  də  təmizliyə 
həssas  olduğuma  görə  mənə  “Təmizkar  xanım”  deyirdi. 
Düzdür,  özü  də  təmizliyə  riayət  edirdi,  ancaq  “təmizkar 
xanım” qədər yox. 


 
61 
Analizin  cavabını  alandan  sonra  qərara  gəldik  ki,  iki 
gün sonra nikaha gedək. Ancaq bu dəfə də qismət olmadı. 
Anasıgil Sünbülabada getmişdilər, işləri xeyli uzanmışdı. 
Analiz yalnız bir ay müddətində etibarlı olduğuna görə 
Həmid  bu  gecikmələrin  məni  narahat  edəcəyindən 
qorxurdu. Bir mesaj yazıb dedi: “Əzizim, qətiyyən narahat 
olma,  tezliklə  gedib  kəbin  məsələsini  həll  edəcəyik”. 
Həmin  an  təqvimə  baxıb  yazdım:  “Oktyabrın  31-i  İmam 
Hadinin (ə) doğum günüdür. Sənin fikrin nədir, bəlkə elə o 
günə  salaq?”  Həmid  cavab  yazdı:  “Çox  gözəl!  Elə  indi 
ata-anamla danışacam ki, qəti olsun”. 
Cümə  axşamı  idi,  paltarlarımı  ütüləyirdim.  Birdən 
qapının zəngi çaldı. Bir az sonra anam otağıma gəlib dedi: 
“Həmid  qapıdadır,  əzadarlığa  getmək  istəyir  deyə,  yuxarı 
çıxmadı.  Deyəsən,  səninlə  işi  var”.  Çadramı  başıma 
keçirib  bir  stəkan  şərbət  götürdüm  və  həyətə  düşdüm. 
Əncir  ağacının  altında  dayanmışdı.  Məni  görən  kimi 
yaxınlaşdı.  Hal-əhval  tutandan  sonra  şərbəti  ona  uzatdım. 
İçəndən  sonra  təşəkkür  edib  dedi:  “Allah  sənə  Kərbəla 
ziyarəti qismət etsin!” Sonra da əlimə bir qutu verib dedi: 
“Anam sənə xüsusi hədiyyə göndərib”. 
Təşəkkür edib dedim: 
-Kəbin üçün bir şey edə bildin? 
Başını yellədi. 
-Bu gün getdim, ayın 31-nə növbə aldım. 
-Bəs niyə yuxarı gəlmirsən? 
-Əzadarlığa  gedirəm.  Bilirsən  də,  hər  həftənin  cümə 
axşamı günləri məclislərimiz olur. 
Sonra  tərəddüd  edərək  dedi:  “Bir  söz  desəm,  “yox” 
deməzsən?” 
Təəccübləndim. 
-Nə olub, Həmid? Nəsə baş verib? 


 
62 
-Olar  ki,  əzadarlığa  birlikdə  gedək?  İnan,  ora  gələnlər 
çox səmimi və mehribandırlar. Düzü, səninlə getmək üçün 
dostum  Bəhramın  maşınını  da  almışam.  Bu  dəfə  gəl, 
xoşun gəlməsə, bir də gəlməzsən. 
Bundan  əvvəl  bir-iki  dəfə  də  məclisə  gədəndə  məndən 
gəlməyimi  istəmişdi.  Ancaq  getməyə  utanır,  hər  dəfə  bir 
bəhanə 
gətirirdim. 
Onun 
əza 
dəstələri 
barədə 
dediklərindən 
düşünürdüm 
ki, 
məclisləri 
olduqca 
mehriban  və  səmimi  keçir,  mən  özümü  onların  arasında 
yad hiss edərəm. 
Bu  səfər  də  dəvət  edəndə  sözünü  yerə  salmağa  üzüm 
gəlmədi  və  onunla  birlikdə  dəstəyə  yollandım.  Orada  heç 
kimi tanımadığımdan yolda Həmidə dedim: “Həmid, məni 
evə  qaytar,  özün  get,  tez  qayıt”.  Ancaq  Həmid  nə  olursa-
olsun, məni də aparmaqda israrlı idi. 
Məclisin  əvvəlində  özümü  yad  hiss  edirdim.  Bir 
kənarda  oturmuşdum.  Ancaq  məclisdəkilərin  rəftarı 
özümü  onlardan  biri  kimi  hiss  etməyimə  səbəb  oldu.  Heç 
kimi  tanımasam  da,  yavaş-yavaş  bütün  xanımlarla 
dostlaşdım.  Çox  gözəl  ab-havası  var  idi.  Səmimi  bir 
məclis keçdi. 
Ertəsi  gün  universitetdə  dərsim  var  idi.  Həmid  həmişə 
olduğu  kimi  motosikletlə  arxamca  gəlmişdi.  Ancaq  bu 
dəfə  əlində  gözəl  bir  gül  dəstəsi  də  vardı.  Güllər  payızın 
qürubunda  günəş  şüaları  altında  işıldayırdı.  Salamlaşıb 
xoş-beş  etdikdən  sonra  gülləri  mənə  uzatdı.  Təşəkkür 
etdim,  gülləri  iyləyib  dedim:  “Minnətdaram,  Həmid  can, 
məni çox sevindirdin. Bu gözəl gülləri nəyə borcluyuq?” 
-Bu  güllər  mənimlə  məclisə  getdiyin  üçün  bir 
təşəkkürdür. 
Allahdan gizli deyil, sizdən nə gizli! Mənim o məclisə 
getməyimin tək səbəbi bu idi ki, Həmid məndən əl çəksin. 


 
63 
Ancaq onun bu rəftarı həmin gecənin sonsuzadək yadımda 
qalmasına  səbəb  oldu.  O  gündən  etibarən  mən  də 
“Xeymeyi-Abbas”  əza  dəstəsinin  məclislərinə  getməyə 
başladım. Həmid bu kimi rəftarlarıyla çoxlarını məclis əhli 
etmişdi. 
*** 
Bir-birimizlə  daha  da  səmimi  olmuşduq.  Ona  öz 
zövqümə  uyğun  paltar  almaq  istəyirdim.  Səhər  tezdən 
mesaj  yazdım  ki,  bir  az  tez  gəl,  bazara  gedib  sənə  paltar 
alaq. 
Mesajın göndərildiyi tarixi telefonun ekranında görəndə 
ürəyim  əsdi.  Sən  demə,  bu  gün  idarəyə  gedib  nikah 
oxutdurmalıydıq.  Oktyabrın  31-i,  İmam  Hadinin  (ə) 
mövlud  günü  idi.  Yerə-göyə  sığmırdım.  Kəbinkəsən 
demişdi  ki,  saat  4-də  bura  gəlin  ki,  birinci  sizin  əqdinizi 
oxuyum. 
Həmid nahar yeməyində bizdə idi. Tez-tələsik makaron 
yeyib  evdən  çıxdıq,  peykana  minib  bazara  yollandıq. 
Vaxtımız az idi. Tez qayıdıb idarəyə çatmalı idik. Öncəki 
kimi ailələrimizi və kəbinkəsəni gözlətmək istəmirdik.  
Həmidin  pencəyi  var  idi  deyə,  ona  qəhvəyi  zolaqlı  bir 
ağ köynək və bir də şalvar aldıq. Hava getdikcə soyuduğu 
üçün  bir  toxuma  poliver  də  aldıq.  Saat  dördün  yarısına 
kimi bazarda olduq. Həmid məni evə apardı ki,  öz anam-
atamla gedim, o da gedib valideynlərini aparsın. 
Evə  çatanda  tələskənlikdən  maşını  kanalın  dibində 
saxladı, danışa-danışa maşından düşəndə düz kanalın içinə 
düşdüm.  Həmid  bərkdən  gülüb  dedi:  “Halal  olsun  mənə! 
Gördün  necə  sürücüyəm?!  Sənin  şərəfinə  Şumaxer  kimi 
park eləmişəm”. 
Heç vaxt söz altda qalmazdı. Necə olursa-olsun, söz və 
rəftarıyla vəziyyətdən çıxırdı. 


 
64 
Fələstin  küçəsində,  Məhəmməd  Rəsulullah  (s)  məscidi 
ilə  üzbəüz  yerləşən  125  saylı  qeydiyyat  şöbəsinə  ata-
anamla  birgə  düz  saat  dörddə  yetişdik.  Həmidin  ata-anası 
və  qardaşı  Səid  yarım  saatdan  sonra  gəldilər.  Onlarla 
salamlaşandan  sonra  gözüm  qapıda  idi,  ancaq  Həmiddən 
xəbər  yox  idi.  Yerimdə  quruyub  qalmışdım.  Bu  qədər 
adam gəlmişdi, ancaq səbəbkar ortada yox idi. 
Maraqlananda 
bildim 
ki, 
öncəki 
hadisə 
yenə 
təkrarlanıb. Yolun yarısında cənabın yadına düşüb ki, yenə 
vəsiqəni evdə unudub. O gələnə qədər saat beşi keçmişdi. 
Atam  hərbçi  olduğu  üçün  vaxta  qarşı  çox  həssas  idi. 
Onun  üçün  saat  dördlə  beşə  bəş  dəqiqə  işləmiş  arasında 
böyük fərq vardı. Biz də belə böyümüşdük. Onun bu qədər 
gecikdiyinə  görə  elə  hirsləndim  ki,  çırtma  vursaydın, 
məndən qan çıxardı. 
Həmid ata-anasıyla otağın bir tərəfində əyləşmişdi, mən 
də öz ata-anamla düz onlarla üzbəüz. Kəbinkəsən dedi ki, 
gec  gəldiyimizdən  dolayı,  öncədən  növbə  alanların  işi 
bitənə  qədər  gözləməliyik.  Bizim  əqdimizi  ən  sonda 
oxuyacaqmış.  Gəlin  və  bəylər  bir-bir  içəri  əqd 
oxutdurmağa keçirdilər. Biz də tamaşaçı olmuşduq. 
Həmid  narahat  olduğumu  görəndə  mesaj  yazdı:  “Ay 
mənim  darlinqim!  Narahat  olma,  vəsiqəmi  iki  dəfə  evdə 
unutmağımın mütləq bir hikməti var”. 
Hirsli  olduğum  zaman  mənə  Darlinq  deyərdi.  İngilis 
dilində  “əzizim”  deməkdir.  Boş  vaxtlarında  ingilis  dilini 
öyrənməyə  gedərdi.  Bu  dili  öyrənməyi  həddən  artıq 
sevirdi.  Deyirdi  ki,  bir  gün  ehtiyacımız  ola  bilər.  Bəzən 
belə sözlərdən istifadə edirdi. 
Mesajı  oxusam  da  cavab  yazmadım.  Həqiqətən,  çox 
narahat  idim.  Telefonumdan  yenə  bildiriş  səsi  gəldi.  Bu 
dəfə  lətifə  göndərmişdi.  Gülməyimin  qarşısını  ala 


 
65 
bilmədim.  Mənim  güldüyümü  görəndə  özü  də  təbəssüm 
etdi.  Həmişə  bu  şəkildə  bir-birimizin  ürəyini  almağı 
bacarırdıq. Əgər bir narahatlıq və  ya mübahisəmiz olanda 
çox tez həll olurdu, çox tez! 
Həmid açıq qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli 
şalvar  və  bazardan  aldığım  köynəyi  geyinmişdi. 
Soruşdum: “Köynək əyninə oldu? Bəyəndin?” 
Bibim sözümü eşidən kimi Həmidə baxıb güldü. Anam 
soruşdu:  “Bacı,  gülürsən!  Nəsə  olub?”  Bibim  dedi: 
“Həmid  evdə  çatanda  dedim  ki,  köynəyini  ütüləmişəm, 
hazırdır, geyin, gec olmamış gedək. Razı olmadı. Dedi ki, 
mən  yeni  aldığım  köynəyi  geyinmək  istəyirəm.  Nə  qədər 
desəm  də,  razı  olmadı.  Təzə  aldığı  köynəyi  ütüləyənə 
qədər bir xeyli vaxt keçdi”. 
Zövqümün  ona  bu  qədər  dəyərli  olduğuna  görə  çox 
sevindim. 
Bizdən əvvəl düz yeddi gəlinlə bəyin nikahı oxunurdu. 
İdarəni  gözəl  bəzəmişdilər.  Gəlinlə  bəyin  oturduğu 
stulların hər iki tərəfi krem rəngli pərdələrlə bəzədilmişdi. 
Nikah süfrəsinin üstündən narıncı tüllər asılmışdı. 
Növbəmiz  çatanda  içəri  girib  süfrənin  kənarında 
oturduq.  Kəbinkəsən  soruşdu:  “Gəlin  qızımız,  olar  ki, 
mehri  bağışlayasız,  mən  müvəqqəti  kəbini  batil  edim?” 
Məndən  öncəki  yeddi  gəlin  də  müvəqqəti  əqd  mehrlərini 
bağışlamışdılar. 
Həmidə 
baxıb 
dedim:”Xeyr, 
mən 
bağışlamıram”. 
Hamının  təəccüb  dolu  baxışları  mənə  çevrildi.  Mat-
məəttəl  qalmışdılar.  Atam  soruşdu:  “Qızım,  mehri  almaq 
istəyirsən?”  Dedim:  “Bəli,  alıram”.  Həmid  gülərək  dedi: 
”Baş üstə, verərəm. Elə indicə nağd ödəməyə hazıram”. 
Kəbinkəsən  təbəssümlə  dedi:  “Elə  isə  mehr  bəyimizin 
boynuna”.  Müvəqqəti  nikahı  batil  edəndən  sonra 


 
66 
müqəddimə  olaraq  dua  oxudu.  İstədim  istixarə  olaraq, 
Quranı  açım,  ancaq  Həmid  Yasin  surəsini  açmağımı 
tövsiyə etdi. 
Əqd  xütbəsi  oxunanda  Həmid  dedi:  “Fərzanə,  dua  elə! 
Allahdan  istə  ki,  mənim  qəlbimdəki  diləyi  versin”. 
Həmidin  üzünə  baxdım.  Belə  bir  anda  Allahdan  nə 
istədiyini bilmək istəyirdim. Mən də  Allahdan istədim ki, 
diləyi nədirsə, əgər ona xeyirlidirsə, qəbul olsun”. 
Kəbinkəsən  ruhani  bizim  tərəfimizdən  vəkil  olmaq 
üçün  üç  dəfə  icazə  istədi.  Gül  dərib,  gülab  gətirdikdən 
sonra 
dedim: 
“Əuzu 
billahi 
minəş-şeytanir-rəcim. 
Bismillahir-Rəhmanir-Rəhim.  İmam  Mehdinin  (ə)  və  ata-
anamın  icazəsilə,  bəli,  razılıq  verirəm”.  Həmid  də  eynilə 
mənim  dediyim  cümləni  dedi.  Kəbinkəsənin  çox  xoşuna 
gəldi. Bizə dedi: “Bura çoxları gəlib əqd oxutdurub, ancaq 
heç  biri  nə  Bismillah  deyib,  nə  də  İmam  Mehdidən  (ə) 
icazə alıb”. 
Bu  dəfə  də  mən  “bəli”  deyən  kimi  şam  azanı  verildi. 
Həmid gülərək əlimi tutub dedi: “Gördün, sənə demişdim, 
bir  hikməti  var.  Qismətimiz  budur  ki,  sən  “bəli”lərini 
mənə azan vaxtı deyəsən”. 
Bibimlə  və  anamla  görüşüb-öpüşdüm.  Mənə  bilərzik 
almışdılar,  ancaq  qoluma  balaca  gəldiyindən  dəyişib 
başqasını  almaq  qərarına  gəldilər.  Bir  çamadan  dolu 
müxtəlif  əşyalar  da  gətirmişdilər:  Quran,  namaz  çadrası, 
üzərlik, diş fırçası və çox gözəl ətirlər. Hamısını da Həmid 
öz zövqünə uyğun almışdı. 
Şöbədən çıxanda Həmid dedi: 
-Kərbəlaya  gedəndə  sənə  gəlin  çadrası  almaq 
istəyirdim.  Ancaq  dedilər  ki,  ola  bilsin,  sənin  zövqüncə 
olmasın.  İnşallah,  nə  zaman  Kərbəlaya  getsək,  sənə  öz 
zövqünə uyğun gəlin çadrası alarıq. 


 
67 
Məclis bitdikdən sonra özü nişanlı olan Səid dedi: “Siz 
indi  nikah  oxutdurmusuz.  Yaxşı  olar  ki,  bizim  maşınla 
gedib, birlikdə şam yeyəsiniz”. 
Səid  polis  idi,  işi  ilə  əlaqədar  olaraq,  ya  da  təlim 
məqsədilə  tez-tez  Sistan-Bəlucistan  vilayətinə  gedirdi, 
Qəzvində  çox  az  olurdu.  Bizim  nişanımızda,  bütün 
qohum-əqrəbanın  gəlməsinə  baxmayaraq,  o,  Zahidanda 
idi. 
Həmid  dedi:  “Yox,  qardaş,  ezamiyyətdən  təzə 
gəlmisən,  yaxşı  olar  ki,  sən  nişanlınla  bir  yerə  gedəsən. 
Biz piyada gəzməyi xoşlayırıq”. 
Hamıyla  sağollaşıb,  məsciddə  namaz  qılandan  sonra 
bazara 
yollandıq. 
Həmidin 
Şumaxer 
sayağı 
sürücülüyündən,  o  şəkildə  park  etməsindən  və  mənim 
kanala  düşməyimdən  fürsət  tapıb  özümə  corab  ala 
bilməmişdim, tələm-tələsik, bir cüt ağ corab geyinmişdim. 
Həmidə  dedim:  “Bu  ağ  corablar  məni  çox  incidir.  Gərək 
qarşımıza çıxan ilk mağazadan bir cüt qara corab alaq”. 
Ədl  dördyolundan  Xərrazi  küçəsinə  keçdik.  İlk 
gördüyümüz dükana girdik. Satıcı dedi: “Sizin üçün nazik 
corab  verim,  yoxsa  qalın?”  Dedim:  “Fərqi  yoxdur,  ancaq 
qara  olsun”.  Həmid  dərhal  dedi:  “Yox,  xanım,  qalın  olsa, 
yaxşıdır”.  Məni  gülmək  tutdu.  Onun  bu  kimi  rəftarları 
həqiqətən  də  çox  ürəyimcəydi.  Hər  yerdə  məni 
düşündüyünü hiss etmək mənə xoş təsir bağışlayırdı. 
Səbzəmeydana çatanda restorana girdik. Həmişə olduğu 
kimi  lüləkabab  sifariş  verdi.  Yemək  hazır  olana  qədər  on 
beş min tümən sayıb əlimə verdi. 
-Bu da sizin mehriniz, xanım. 
Pulu alıb dedim: 
-İcazə verin, sayım. Birdən az olar. 
Güldü. 


 
68 
-Say, bəklə bir tümən artıq oldu. 
Pulu saymadan Həmidin başına fırlatdım, sonra oradakı 
sədəqə qutusuna atıb dedim: “Yoldaşımın salamatlığı üçün 
nəzir olsun!” 
*** 
Şirin nişanlılıq günlərimiz payızla qışın soyuq havasına 
düşdü.  Ürəkaçan  zamanlar  idi.  Bir  xoşagəlməz  tərəfi  var 
idi  ki,  günlər  qısa  idi.  Havanın  soyuq  olması  bizi, 
vaxtımızı daha çox evdə keçirməyə məcbur edirdi. 
Nikahın ertəsi günü Həmidi şam yeməyinə dəvət etdik. 
Küküləri  bişirməyə  yenicə  başlamışdıq  ki,  qapının  zəngi 
çaldı.  Həmidin  yenə  tez  gəldiyini  düşündüm.  Məhrəm 
olduğumuz  gündən  onu  hər  dəfə  yeməyə  çağıranda  tez 
gələr, özü də kömək etmək istəyərdi. 
Hamıyla  salamlaşandan  sonra  mənimlə  birgə  mətbəxə 
keçdi. 
-Bəh-bəh! Gör baş aşpaz nələr bişirib! 
-Yox,  əşi!  Bütün  kükülərin  zəhmətini  anam  çəkib. 
Mənə düşən sadəcə qızartmaqdı. 
Yağ  yaxşı  qızandan  sonra  küküləri  qızartmağa 
başladım. 
Həmid dedi: 
-Əlimdən bir kömək gəlirsə, çəkinmə, de. 
-Toyuq  təmizləməyi  bacarırsan?  Atam  bir-iki  toyuq 
alıb, indi təmizləmək istəyirdim. 
Oturduğu stulda bir az sağa-sola tərpənib dedi: 
-Doğrusu,  həm  öyrənmək,  həm  də  sənə  kömək  etmək 
istəyirəm. 
Gülüb dedim: 
-Görünür!  Bibim  kimi  bacarıqlı  bir  xanımın  və  bibim 
qızlarının  olduğu  evdə  oğlanların  bu  işləri  bacarmaması 
normaldır. 


 
69 
-Dediyin  kimi  də  deyil,  Fərzanə  xanım.  O  biri 
qardaşlarıma baxanda yenə mən bişir-düşür işlərini az-çox 
bacarıram.  Sünbülabada  gedəndə  özüm  yemək  bişirirəm. 
Ordakılar da zarafata mənə Yanqom deyirlər. 
Başım 
Həmidlə 
söhbətə 
qarışmışdı. 
Küküləri 
qızardanda  əlimə  yağ  sıçradı.  Həmid  əlimin  yandığını 
görüb dedi: 
-Gəl, otur burda, qalanını mən qızardaram. Gərək sənə 
uzunqol əlcək alaq. 
Oturub  dedim:  “Onda  sən  küküləri  qızart,  mən  də 
toyuqları  təmizləyim.  Amma  əlimə  bax,  öyrən  ki,  öz 
evimizə gedəndə toyuqları təmizləməyə kömək edərsən”. 
Mənə kömək etməyi çox istədiyi üçün tez stulun birini 
çəkib  yanımda  oturdu,  telefonun  kamerasını  açıb  dedi: 
“Dəqiq  öyrənmək  üçün  gərək  necə  təmizlədiyini  çəkim”. 
Dedim: “Aman sənin əlindən, ay Həmid!” 
Toyuqları  təmizləməyə  başladım.  İş  görə-görə  izah 
edirdim: 
-Birinci gərək buranı kəsəsən. Diqqətli olmaq lazımdır, 
gərək  toyuğun  dərisini  belə  ayırasan.  Bax,  toyuğun  bu 
hissəsi də kababa yaxşıdır…” 
Öyrədici videolar kimi düz otuz dəfə baxdı, işin bütün 
incəliyini  öyrəndi,  digər  toyuqları  məndən  də  tez  və 
mükəmməl doğradı. 
Şam  yeməyini  yeyəndən  sonra  həmişə  olduğu  kimi, 
boşqabları  anamın  yumasına  razı  olmayıb  dedi:  “Fərzanə 
ilə yuyarıq. Həm də qab yuya-yuya söhbət edərik”. 
Mən  qabları  qab  pastasıyla  yuyurdum,  Həmid  də  suya 
çəkirdi.  Ancaq  yenə  də  şıltaqlığından  əl  çəkmir,  hərdən 
üz-başıma su səpirdi. Ona dedim: 
-Bilirsən, mənim nişanlılıq dövrümün arzusu nədir? 
Gülərək dedi: 


 
70 
-Nədir? Yoxsa o altı milyon tümənə plan cızmısan? 
-Ona  plan  cızmağa  ehtiyac  yoxdu  ki.  Həmid  ağanın 
nəyi  varsa,  mənimdir,  mənim  də  nəyim  varsa,  Həmid 
ağanın. 
-Yaxşı, de görüm, nədir arzun? Maraqlı gəldi. 
-Birinci arzum budur ki, universitetdən evə kimi səninlə 
piyada  gedim.  İkinci  arzum  budur  ki,  səninlə  Mildar 
dağının başına çıxaq. Yadımdadır, mən uşaq idim, bir dəfə 
dayımla  dağın  ətəyinə  kimi  getdik,  ancaq  başına  çıxa 
bilmədik. 
-Qane  insanlardan  xoşum  gəlir.  Sadə  aruzların  var. 
Universitetdən  evə  kimi  piyada  getməyə  varam,  ancaq 
dağın  başını  söz  vermirəm.  Çünki  ora  artıq  bizim 
bazamızın  bir  hissəsi  olub.  Ora  çıxmağa  çətin  icazə 
verələr. 
Həyətdə  Həmidlə  sağollaşmağım  yarım  saat  çəkdi.  O 
dedi: 
-Sabah Sünbülabada getmək üçün icazə almışam. Gilas 
bağımızı  belləmək  istəyirik.  Atam  təkdir,  kömək 
etməliyəm. 
-Sən  Allah,  ehtiyatlı  ol.  Mən  Ələmut  yolundan  həmişə 
qorxmuşam.  Asta  sürməyə  çalış.  Çatanda  da  mənə  zəng 
elə. 
Səhər  saat  10-da  dərslərimi  yenicə  təkrarlamağa 
başlamışdım  ki,  mesaj  yazdı:  “Albalı  ətirli  sabahın  xeyir 
olsun!”  Bildim  ki,  Sünbülabaddan,  albalı  ağaclarının 
yanından yazır. Sünbülabada kimi yetmiş kilometr yol var 
idi.  Bu  kənd  Ələmut  bölgəsində,  uca  dağların  əhatəsində, 
yaşıllıq  içində  yerləşirdi.  Bəzən  də  dağlar  dumanların 
arasında  gözdən  itirdi.  Həmidin  atasının  evi  kəndin 
içərilərində səfalı bir çayın kənarında idi. 


 
71 
Zəng  edəndə  bildim  ki,  həqiqətən  də  bağdadır.  Hal-
əhval tutandan sonra dedi: 
-Bax,  komandir!  Yanında  dayandığım  bu  böyük  albalı 
ağacı sənindir. Heç kim buna yaxınlaşa bilməz. 
Mənə  müxtəlif  adlar  qoşardı.  Mənsə  onu  başqalarının 
yanında  Həmid,  tək  olanda  Həmidim  səsləyərdim. 
İstəyirdim ki, onun yalnız özünə aid olmadığını ona qəbul 
etdirim.  O,  həm  də  mənə  məxsus  idi.  Zarafata  başlayıb 
dedim: 
-Sünbülabadlı oğlan, nə vaxtdan komandir olmuşam? 
Gülüb dedi: 
-Sən çoxdan komandirsən, hələ xəbərin yoxdu? 
İlk danışığımız 57 dəqiqə çəkdi. Telefondan qardaşının 
onu  ələ  saldığını  eşidirdim.  Qardaşı  zarafata  deyirdi: 
“Həmid,  yaman  arvad  sözüylə  oturub-duran  olmusan  ha. 
Bizi  biabır  eləmisən”.  Həmid  böyük  qardaşının  hörmətini 
saxlayırdı, ağa Həsənə bir söz demirdi. Ancaq mənə dedi: 
“Mən arvad sözüylə oturub-durmaram, mən arvadım üçün 
şəhid  olaram”.  Bu  sözləri  deməklə,  “Mələklər  birlikdə 
gələrlər”  filmindəki  bu  dialoqu  canlandırmaq  istəyirdi: 
“Kişi arvadının və uşaqlarının nökəri olmalıdır!” 
*** 
Sünbülabaddan  qayıdanda  özüylə  xeyli  qoz-fındıq 
gətirmişdi. Mətbəxin ortasına böyük bir parça salıb qozları 
sındıra-sındıra dedim: 
-Əzizim, bir söz desəm, narahat olmazsan? 
-Əlbəttə yox! Rahat ol. 
-Olar ki, bu dəfə bərbərə gedəndə saqqalını mən deyən 
kimi 
qırxdırasan? 
Saç-saqqal 
modelini 
dəyişməni 
istəyirəm. 
-Necə bir şey istəyirsən? Saç maşınını gətir, özün necə 
istəyirsən, elə də düzəlt! 


 
72 
-Həmid,  istəmədim.  Bir  söz  idi,  dedim.  Özüm 
bacarmıram axı. 
-Sənə  maşınla  işləməyi  öyrədərəm.  Uzağı,  saçım 
korlanacaq, mən də gedib keçəl qırxdıracam. 
-Həmid, mən indiyə qədər belə bir iş görməmişəm. 
-Eybi  yox,  öyrənərsən.  İnsanın  zahiri  görünüşü  həyat 
yoldaşının zövqünə uyğun olmalıdır. 
O  qədər  israr  etdi  ki,  razılaşdım.  Maşından  istifadə 
tərzini özü öyrətdi. Saç-saqqalını qaydasına saldım. Yalan 
olmasın,  pis  alınmadı,  demək  olar  ki,  mən  istəyən  kimi 
oldu.  O  gündən  etibarən  otağa  parça  və  ya  sellofan  sərib, 
saç-saqqalını özüm istədiyim formada düzəldirdim. 
Təxminən  hər  gün  bir-birimizi  görürdük,  bir-birimizə 
çox  bağlanmışdıq.  Ya  Həmid  bizə  gəlirdi,  ya  mən 
bibimgilə gedirdim, ya da birlikdə harasa gedirdik. 
Bir  dəfə  yenə  günbatana  yaxın  evdən  çıxdıq.  Görüş 
yerimiz  Dörd  peyğəmbər  məqbərəsi  idi.  Dörd  peyğəmbər 
və  bir  imamzadənin  dəfn  olunduğu  məqbərə  Qəzvin 
şəhərinin mərkəzində yerləşirdi. Ora o qədər getmişdik ki, 
ayaqqabıları  təhvil  alan  adam  bizi  tanıyırdı.  Həmişə 
ayaqqabılarımızı  bir  yerdə  qoyurdu,  nömrə  də  vermirdi. 
İllər öncə Həmidin ayağı əməliyyat olunduğu üçün həmişə 
tibbi  ayaqqabı  geyinirdi.  Ziyarətdən  sonra  motosikletə 
minəndə dedim: 
-Bu dəfə ildırım sürətilə gedək. 
Adətən,  motosikletdə  nə  isə  yeyərdik.  Çox  vaxt 
qarğıdalı  çipsi  yeyirdik.  Bu  dəfə  də  onun  bir  neçəsini 
Həmidə verdim. Həmid çipsləri yeyəndən sonra dedi: 
-Fərzanə,  bu  saqqalımla  motosikletdə  çips  yediyimi 
kim görsə, biabır olaram ha. 
-Hamıyla  ol,  amma  heç  kimlə  olma.  Rahat  ol,  Həmid! 
Bir də bu qarğıdalıdan əlinə düşməyəcək. 


 
73 
Həmişə  gəldiyimiz  yolu,  yəni  Korpus  küçəsindən 
şəhidlər  xiyabanına  kimi  motosikletlə  getdik.  Şəhidlər 
xiyabanının  ətrafında,  mədəniyyət  məhsulları  satılan 
mağaza açılmışdı. Həmidin təklifi ilə ora baş çəkdik. Onun 
üçün  mağazanın  ən  maraqlı  bölməsi  kitab  satılan  bölmə 
idi. Mən də tablolar olan bölməyə getdim. 
Həmid  yeni  çapdan  çıxmış  bir  kitabı  götürüb  satıcıdan 
soruşdu: 
-Siz  bu  kitabı  oxumusuz?  Hansı  mövzudan  bəhs 
etdiyini bilirsiz? 
-Deyəsən,  qiyamətin  isbatı  haqdadır.  Girişini  oxusaz, 
məlum olar. 
-Kitabın pulunu vermədiyimə görə, girişini də oxumağa 
haqqım  çatmır.  Kitabı  yalnız  o  zaman  oxuya  bilərəm  ki, 
onu  almış  olum.  Vallah,  hətta  bir  səhifəsini  belə  oxumaq 
şəriət cəhətindən problemlidir. Ola bilsin, kitabın müəllifi, 
ya da naşiri razı olmasın. 
Satıcı onun bu sözlərinə məndən də çox təəccüb etdi. 
Həmidə dedim: 
-Evimizə tablo alaq? 
Tablolara baxıb dedi: 
-Yaxşı, məsləhətdir. Nə  qədər ki,  fürsətimiz var,  gərək 
evimizi fikirləşək. 
Bütün  tablolara  baxandan  sonda  İmam  Xameneinin 
təbəssüm  etdiyi  halda  çəkilmiş  tablosunu  seçdik.  Həmid 
pulunu ödəyəndə gözü üzük vitrininə sataşdı. 
-Dürr-Nəcəf qaşlı üzüyünüz var? 
-Sifariş vermişik, gətirməlidirlər. 
Mağazadan çıxanda əlini gözümə yaxınlaşdırıb dedi: 
-Bu  üzüyü  görürsən,  xanım?  Qaşı  dürr-Nəcəfdir. 
Həmişə  barmağımdadır.  Eşitmişəm  ki,  barmağına  bu 
üzüyü taxanlar qiyamət günü həsrət çəkməyəcəklər. Gərək 


 
74 
bunun qaşını ikiyə bölək, yarısı ilə sənə üzük düzəltdirək. 
Sənin qiyamətdə həsrət çəkməyinə dözə bilmərəm. 
Şam namazına yarım saat qalırdı. Şəhidlərin qəbirlərinə 
çatanda  məndən  bir-iki  addım  irəlidə  gedirdi.  Yeganə 
sevmədiyi  şey  şəhidlərin  məzarı  yanında  çiyin-çiyinə 
gəzmək  idi.  Deyirdi:  “Ola  bilsin,  hansısa  şəhidin  yoldaşı, 
hətta  qoca  olsa  belə,  bizi  çiyin-çiyinə  gedən  halda  görər, 
şəhid  yoldaşıyla  birlikdə  olduqları  gün  yadına  düşər  və  o 
günlər  üçün  darıxar.  Yaxşı  olar  ki,  bu  şeylərə  riayət  edək 
və bir-birimizdən bir az aralı gəzək”. 
İlk  öncə  Həmidin  uzaq  qohumlarından  olan,  məzarı 
birincı  sırada  yerləşən  Şəhid  Baratəli  Siyahkalinin 
məzarını  ziyarət  etdik.  Sonra  onuncu  cərgəyə  getdik.  Ora 
Həmidin  həmişəki  görüş  yeri,  Şəhid  Həsən  Hüseynpurun 
məzarı idi. Bu şəhid, Həmidin dostu və hərbçi yoldaşı idi. 
Doxsanıncı  illərdə  keçirilmiş  Pejak  əməliyyatında  şəhid 
olmuşdu. Həmid onunla dostluğuna çox sadiq idi. 
Məzarı başına çatanda dedi: “Fatihə oxuyub qutarandan 
sonra  get,  başqa  şəhidləri  ziyarət  elə.  Mənim  Həsənə 
sözüm  var”.  Bir  az  aralanan  kimi  şəhidlə  dərdləşməyə 
başladı.  Ən  mühüm  sözü  də  bu  idi:  “Bəs  məni  nə  vaxt 
yanına aparacaqsan?” 
Azan  veriləndə  İmamzadə  Hüseyn  hüseyniyyəsinin 
ortasındaydım. Həmidlə münasibətimizin hər gün daha da 
yaxşılaşdığına  görə  çox sevinirdim. Əvvəllər ora gedəndə 
Həmidlə  rahat  danışa  bilmədiyim  üçün  xeyli  ağlamışdım. 
İndi  isə  nə  qədər  danışsaq  da,  sözümüz  bitmək  bilmirdi. 
Bir-birimizə hədsiz dərəcədə bağlanmışdıq. 
*** 
Bir  gecə  hava  çox  soyuq  idi.  Küçələrdə  bircə  quş  belə 
uçmurdu.  Həmid  zəng  edib  danışmalı  olduğumuzu 
bildirdi. Tutqun səsimdən anladı ki, halım o qədər də yaxşı 


 
75 
deyil.  Ancaq  gecənin  o  vaxtında  onu  narahat  etmək 
istəmirdim.  O  qədər  israr  etdi  ki,  axırda  dedim:  “Halım 
yaxşı  deyil,  qarnım  yaman  ağrıyır.  Sən  narahat  olma.  İsti 
nabat  içərəm,  keçər”.  Güclü  qarınağrısına  tutulmuşdum. 
Öz-özümə  təlqin  edirdim  ki,  sadə  ağrıdır,  keçib-gedər, 
ancaq düzəlmək bilmirdi. 
Həmid  telefonun  arxasında  çox  nigaran  qaldı. 
Sağollaşmağımızdan  heç  15  dəqiqə  keçməmiş  qapının 
zəngi çaldı. Həmid idi. İçəri girən kimi dedi: 
-Qalx, xəstəxanaya gedirik. 
-Həmid can, ciddi bir şey deyil, narahat olma. 
Ancaq xeyri olmadı. Belə vaxtlarda bir yerdə qərar tuta 
bilmirdi. Sağlamlığıma qarşı çox həssas idi. 
Hazırlaşıb  xəstəxanaya  yollandıq.  İlk  müayinədə 
apendisit  tutması  olduğunu  söylədilər,  qoluma  çoxlu 
venadaxili  kateter  saldılar.  Qolumdan  çoxlu  qan  gəldi, 
bütün  paltarlarım  və  ayaqqabım  qana  boyandı.  Həmid 
islanmış  bandajla  qollarımı  və  ayaqqabılarımı  təmizlədi. 
Pərvanə kimi başıma dolanırdı. 
UZİ üçün Şəhid Rəcai xəstəxanasına getməli idik. Tibb 
bacılarından heç kim bizimlə gəlmədi. Həmidlə ambulansa 
mindik.  Maşında  sadəcə  ikimiz  idik.  Halım  nisbətən 
yaxşılaşmışdı, ancaq bir yerdə dura bilmirdim. İlk dəfə idi 
ambulansa minirdim. Həyəcandan ağrılarımı unutmuşdum. 
Ambulansın  pəncərəsindən  bayıra  baxırdım.  O  qədər 
dəcəllik  etdim  ki,  axırda  Həmid  dilə  gəlib  dedi:  “Otur, 
Fərzanə,  başın  fırlanar.  Biabır  olduq,  elə  bil,  xəstə 
deyilsən”.  Gecə  saat  11  idi.  Maşında  o  qədər  atılıb-
düşdüm ki, xəstəlik yadımdan çıxdı. 
UZİ həkimi dedi ki, ciddi bir şey yoxdur, amma bu gün 
həkim  nəzarətində  olsa,  yaxşı  olar.  Birinci  xəstəxanaya 
qayıtdıq,  zəng  vurub  vəziyyətim  barədə  evə  məlumat 


 
76 
verdik. Həmid yanımda qaldı. Cümə axşamı idi, hər həftə 
olduğu kimi, bu axşam da əza məclisinə getməli idi, mənə 
görə  qaldı.  Çarpayımın  yanından  tərpənmirdi.  Üzümə 
baxıb  dedi:  “Düz  deyirlər  ki,  nənəyə  oxşayırsan”. 
Təbəssüm  etdim.  Çox  yorğun  idim.  Dərmanlar  yavaş-
yavaş  təsirini  göstərməyə  başlamışdı.  Onunla  danışa 
bilmirdim.  Necə  yuxuya  getdiyimin  fərqinə  belə 
varmadım.  Gecənin  yarısından  sonra  Həmidin  ağlamaq 
səsinə oyandım. Əlimdən tutub ağlayırdı. 
-Niyə ağlayırsan? Narahat olma, ciddi bir şey yoxdur. 
-Sənə  bir  şey  olacağından  qorxuram.  Sən  yuxuda  ikən 
ancaq  bunu  düşünürdüm  ki,  bir  gün  ölüm  bizi  ayırsa, 
gərək  birinci  mən  ölüm.  Yoxsa  sənsizliyə  dözməyə 
taqətim çatmaz. 
Səhərə  qədər  işi  çarpayımın  yanında  namaz  qılmaq 
oldu, gözlərini bir an belə yummadı. Deyəsən, səhərə kimi 
məfatihül-cinan  kitabının  seçilmiş  dualarının  hamısını 
oxuyub bitirdi. Tibb bacısı Həmidin namaz qıldığını görüb 
dedi:  “Namazxanamız  var.  İstəsəniz,  orda  namaz  qıla 
bilərsiz”.  Həmid  razılaşmayıb  dedi:  “Xanımımın  yanında 
qalmaq istəyirəm”. 
Həmidin  rəftarı  hətta  tibb  bacılarına  da  qeyri-adi 
gəlirdi.  Bizim  neçə  ildir  evli  olduğumuzu  düşünürdülər. 
Onlara  bir  neçə  aydır  nişanlandığımızı  söyləyəndə 
təəccübdən  donub  qalırdılar.  Tibb  bacılarından  biri  mənə 
dedi:  “Siz  artıq  eşqin  qülləsinə  çatmısız.  Mənim  ərim 
olsaydı,  saat  bir  olmamış  başını  atıb  yatardı”.  O  gecə, 
2012-ci  ilin  28  noyabrında  Həmid  qətiyyən  yatmadı.  Düz 
üç  ildən  sonra,  2015-ci  ilin  28  noyabrında  isə  mən 
Həmidin başı üstəydim və gözlərimə yuxu getmirdi. 
Dəfələrlə diksinib oyandım. Bir dəfə oyananda gördüm 
ki,  Həmidin  dostları  zəng  vurublar.  Həmişə  əzadarlığa 


 
77 
gedərdi,  bunu  bir  dəfə  də  tərk  etməmişdi.  Başını  verərdi, 
amma məclisləri əldən verməzdi. O axşam isə getməmişdi 
və  dostları  çox  nigaran  qalmışdılar.  Həmidin  telefonu 
şəbəkə  xaricində  olduğuna  görə  bütün  polis  bölmələrini, 
xəstəxanaları  gəzmişdilər.  Qorxularından  ailəsi  ilə  əlaqə 
saxlamamışdılar.  Öz-özümə  dedim  ki,  dostlarına  xəbər 
verməməsi onun boynuna bir qonaqlıq borcu qoydu. 
Ac olmağıma baxmayaraq, səhər yeməyinə meylim yox 
idi.  Həmid  icazə  aldı  və  işə  getmədi.  Tək  istədiyim  şey 
darıxdırıcı  xəstəxanadan  çıxmaq  idi.  Həmidin  telefonunu 
götürdüm.  Onda  çox  xoşladığım  maraqlı  bir  pinqvin 
oyunu  var  idi.  Bir  az  başımı  qarışdırdım.  Sonra  birlikdə 
telefonundakı  şəkillərə  baxdıq.  Çəkdiyi  hər  şəklin 
özünəməxsus  xatirəsi  vardı.  Bir  çoxlarını  müxtəlif 
ezamiyyyətlərdə  çəkmişdi.  Bəzi  şəkillərindən  çox  xoşu 
gəlirdi,  görəndə  gülüb  deyirdi:  “Bax,  bu  şəkillər  əsl 
şəhadətlik  şəkildir”.  İsrarla  məndən  hansı  şəklin  şəhadət 
posterinə daha uyğun olduğunu soruşurdu. 
Sözlərini çox da ciddiyə almır, gülərək şəkilləri bir-bir 
çevirirdim.  Hələ  axırıncı  şəklə  çatmamış  maraqdan 
soruşdum: 
-Mənim  adımı  telefonunda  necə  qeyd  etdiyini 
deməyəcəksən? 
-Yaxşı  bir  ad  yazmışam.  Özün  axtar,  görüm  tapa 
biləcəksən? 
Zirənglik  edib  son  zənglərə  baxdım.  Adımı  “Mənim 
Kərbəlam” kimi qeyd etmişdi. 
Gülümsədim. 
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad? 
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən. 
Birgünlük  xəstəlikdən  sonra  ilk  dəfə  idi  ucadan 
gülürdüm. 


 
78 
-Onda  bundan  sonra  səndən  nə  soruşsam,  cavabında 
“Kərbəla”  deyərsən:  Həmid,  hara  gedirsən?  Kərbəla! 
Ziyarətə? Kərbəla! Gedək parka? Kərbəla! 
O gündən sonra bəzən baş-başa qalanda məni “Mənim 
Kərbəlam” deyə çağırardı. Bəzən belə sadə məhəbbət daha 
gözəl olur. 
Anam  səhər  saat  doqquzda  məni  görməyə  gəldi.  Hələ 
də çarpayıda uzanmışdım. Saat ondan sonra rəfiqələrim və 
qrup  yoldaşlarım  bir-bir  gəlməyə  başladılar.  Əllərinə 
havayı xəstə keçmişdi. Biri təzyiqölçənlə, biri termometrlə 
canıma  düşdü.  Cana  yığıldım,  əlacsız  qalıb  dedim: 
“Məndən  əl  çəkin!  İnanın,  heç  bir  şeyim  yoxdur.  Bir  az 
qarnım  ağrıyırdı,  o  da  keçib-getdi.  İcazə  verin,  evə 
gedim”.  Heç  kim  qulaq  asmırdı.  Nəhayət,  saat  dörddə 
xeyli  analiz  verəndən  sonra  dostlarımdan  ayrılıb  evə 
yollandım. 
*** 
Nişanlı  olduğumuz  günlərdə  hər  yerə  gedirdik, 
imamzadələri,  parkları,  restoranları,  bir  sözlə,  bütün 
Qəzvini  gəzmişdik.  Ancaq  şəhidlər  xiyabanı  bizim  daimi 
məkanımız idi. İki-üç gündən bir mütləq ora baş çəkirdik. 
Yelda  gecəsinə  bir  həftə  qalmış  şəhidlər  xiyabanına 
getdik.  Həmid  cibindən  dəsmal  çıxarıb  şəhidlərin 
şəkillərini silməyə başladı. 
-Bəlkə  də  bu  şəhidin  ata-anası  dünyadan  köçüb,  ya  da 
qocalıb. Heç olmasa, biz bu çərçivələri təmizləyək. 
Maşınla  gələndə  həmişə  özüylə  boya  gətirər,  hansı 
şəhidin  məzar  daşının  yazıları  oxunmurdusa,  rəngləyərdi. 
Bu işi görməyi çox sevirdi. 
Şəhidlər  xiyabanından  bazara  kimi  piyada  getdik. 
Yelda  gecəsi  üçün  mənə  öz  zövqümə  uyğun  hədiyyə 
almaq  istəyirdi.  Bazarın  girəcəyindən  qara  çadra  aldıq. 


 
79 
Saat  da  almaq  istəyəndə  bibim  zəng  vurub  bizi  şam 
yeməyinə dəvət etdi. 
Alış-verişimiz  bitəndən  sonra  bibimgilə  getdik. 
Həmidin  bacısı  Fatimə  xanım  da  oradaydı.  Həmidlə  bir-
birimizə  hədsiz  məhəbbət  bəsləsək,  çox  səmimi  olsaq  da, 
xüsusən  böyüklərin  yanında  bir  az  soyuq  rəftar  edərdik, 
bir-birimizin  yanında  oturmazdıq,  onların  hörmətini 
saxlayardıq.  Bu  rəftarımız  o  qədər  qəribə  idi  ki,  hətta 
Fatimə xanım da təəccüb edirdi. Qayıdanda Həmid dedi: 
-Bilirsən Fatimə mənə nə dedi?! Soruşdu ki, Fərzanəylə 
küsülüsüz? Niyə yan-yana oturmursuz? 
-Düzü, mən də baxışlarından anladım. Bəs sən nə cavab 
verdin? 
-Bacıma  dedim  ki,  bəzi  şeylər  var,  gərək  hörmətini 
saxlayasan. Fərzanə ilə olduqca rahatıq, ancaq bu o demək 
deyil  ki,  həmişə  yanaşı  oturmalıyıq.  Mən  ata-anamın 
evində daha çox anamla oturmağı sevirəm. 
Öz  aramızda  bir-birimizi  “əzizim”,  “ömrüm”,  “eşqim” 
deyə  səsləsək  də, 
başqalarının 
yanında  adımızla 
çağırardıq.  Həmid  mənə  “xanım”,  mən  də  ona  “Həmid 
ağa” deyərdim. İstəmirdim ki, başqaları bizim həyatımızın 
onların həyatından fərqli olduğunu düşünsünlər. 
Sağollaşandan  sonra  piyada  bizim  evə  yola  düşdük. 
Adətən,  çox  vaxt  hara  gedirdiksə,  yorulana  qədər  piyada 
gedirdik.  Gecənin  o  vaxtında  küçələr  boş  idi.  Mən 
bördürün  üzərində  gedirdim,  Həmid  də  yıxılmayım  deyə, 
əlimdən  tutmuşdu.  Bütün  yolu  söhbətləşə-söhbətləşə 
getdik.  O  qədər  söhbətə  dalmışdıq  ki,  yolun  uzunluğunu 
tamam unutmuşduq.  
Həyətə girdik. Sağollaşanda dedim: 


 
80 
-Yelda  gecəsi  atam  növbətçi  komandir  kimi  hərbi 
hissədə  qalacaq.  İstəsən,  bizə  gələrsən,  gecəni  birlikdə 
oyaq qalarıq. 
Nişanlı  günlərimizdə  həyətdə  sağollaşmağımız  bir  saat 
çəkirdi.  Bəzən  sağollaşmağımız  Həmidin  bizə  gəlmə 
səbəbindən  də  uzun  olurdu.  Bunu  rəfiqələrim  də 
anlamışdılar.  Nə  vaxt  zəng  edirdilərsə,  anam  onlara 
deyirdi:  “Fərzanə  həyətdə  nişanlısıyla  danışır,  yarım 
saatdan  sonra  zəng  vurun”.  Yarım  saatdan  sonra  zəng 
vururdular,  bizsə  hələ  də  həyətdə  söhbət  edirdik.  Elə  bil, 
evi  əlimizdən  almışdılar.  Sağollaşmaq  istəyəndə  yeni  bir 
söz  yadımıza  düşürdü.  Ancaq  sağollaşmaqla  da  məsələ 
bitmirdi.  Ondan  sonra  telefonu  götürüb  mesajlaşır, 
zəngləşirdik.  Həmid  mesaj  yazanda  yazardı.  Mən  də 
Hafizin şeirlərini ona göndərərdim. 
Bir  dəfə  Həmidlə  xeyli  mesajlaşandan  sonra  yazdım: 
“Nədənsə birdən-birə ürəyim çipslə sarımsaqlı qatıq istədi. 
Sabah  bizə  gəlsən,  alarsan”.  Cavab  yazmadı.  Düşündüm 
ki,  yorğunluqdan  yuxuya  gedib.  Yenə  yazdım:  “İlahi! 
Eşqimin  yuxusunu  şirinləşdir!  Gecən  xeyrə  qalsın, 
Həmidim!” 
Yuxum gəlmirdi. Dərslərimi oxumağa başladım. Birdən 
Həmid zəng vurdu. Təəccüb elədim, telefonu açıb dedim: 
-Mən elə bildim, yatmısan, Həmid can. Nəsə işin var? 
-Səninlə nişanlanandan bəri gec yatmağa adət etmişəm. 
Qapıya gələ bilərsən? Aşağıdayam”. 
-Axı biz çoxdan sağollaşmışdıq, burda neyləyirsən?  
Çadramı  başıma  atıb,  aşağı  düşdüm.  Çoxlu  çipsi  və 
qatıq  almış,  qışın  soyuğunda  motosikletlə  gəlmişdi. 
Yerimdə donub qalmışdım. 


 
81 
-Həmid  can,  qışın  soyuğunda  sənə  zəhmət  olmasını 
istəməzdim.  Bilsəydim  bu  qədər  tez  alacaqsan,  başqa 
şeylər də tapşırardım. 
Güldü. Aldıqlarını verib motosikletə mindi. Dedim: 
-Bura  qədər  gəlmisən,  evə  gəl,  bir  az  isin,  sonra 
gedərsən. 
-Yox, əzizim, gecdir. Bunları verməyə gəlmişdim. 
Təbəssüm edib dedim: 
-Həqiqətən,  məni  utandırdın,  Həmid.  İndi  mən  çipsi 
yeyim, yoxsa xəcalət çəkim?! 
Payızın  son  günü  –  yelda  axşamı  anamla  şam  yeməyi 
hazırlayırdıq.  Həmid  mesaj  yazdı:  “Xanım,  əgər  dərsin, 
imtahanın  yoxdursa,  indidən  gələ  bilərəm?”  Həmişə 
gəlmək  istəyəndə  əvvəlcədən  mesaj  yazardı.  Mən  də 
zarafata yazdım: “Görüm vaxtım varmı?!” Yazdı: “Lütfən 
katibənizə  deyin,  mənə  randevü  versin.  Ürəyim  yaman 
darıxıb”.  Dedim:  “Həmid  ağa,  buyurun!  Biz  də  görüşünə 
müştaqıq. Nə vaxt gəlsəz, qədəmləriz gözüm üstə!” 
Sanki  küçənin  başından  yazmışdı.  Mən  axırıncı mesajı 
yazandan iki dəqiqə keçməmiş qapının zəngi çaldı. Bizim 
ilk  Yelda  gecəmiz  idi.  Şam  yeyib,  çilə  süfrəsini  sərdik, 
sonra  da  qarpızı  ortaya  qoyduq.  Bacım  Fatimə  sapla  fala 
baxırdı.  Əlimdən  tutub  dedi:  “İstəyirəm  Həmid  ağanın 
yanında sizin həyatınızın falına baxım”. 
Həmidlə  mən  bu  kimi  şeylərə  inanmırdıq.  Ancaq 
əyləncə məqsədilə yanında oturduq. Bacım hər şeyi əksinə 
deməyə başladı. Mən də tərs-tərs Həmidə baxırdım. Bacım 
əlimin içindəki xətləri izah edəndə gülərək Həmidə dedim: 
“Gördün,  sən  məni  sevmirsən!  Falda  da  belə  çıxdı. 
Əllərinə  sağlıq!  Gör  nə  yaxşı  ər  seçmişəm  mən!”  Hər 
ikimiz ucadan güldük. Həmid bacıma dedi: “Dayıqızı, gör 
bu gecə dava sala bilirsənmi?!” 


 
82 
Gecənin yarsına kimi Həmidlə deyib-güldük. Buna adət 
etmişdik,  hər  dəfə  gələndə  gecə  saat  12-yə,  1-ə  kimi 
oturub söhbət edirdik. Ancaq gecəni qalmırdı. 
Bu  dəfə  də  sağollaşanda  pilləkəndən  ağzımız  söhbətə 
qızışdı. Anam söhbətimizin uzun çəkdiyini görüb bizə çay 
və  qarpız  gətirdi.  Elə  oradaca  çay  içir,  söhbət  edirdik, 
havanın soyuqluğunu və zamanın necə keçdiyini qətiyyən 
hiss etmirdik. 
Həmid dəhlizin qapısını açıb çıxmaq istəyəndə gördüm 
ki, hər tərəfi qar örtüb. Həyətimiz başdan-ayağa ağarmışdı. 
Həmid  yeriyib  qarın  üstündən  keçdi,  əl  yelləyib  getdi. 
Onun ayaq izləri, insanı məqsədinə doğru aparan nişanlara 
oxşayırdı,  uzun  müddət  gözlərim  önündən  getmədi.  Heyf 
ki, o gecə tək getdi və o ayaq izləri çox az təkrarlandı. 
Ertəsi  gün  Həmidin  aldığı  çadralığı  ölçüb-biçdik.  O 
günlərdə çadramı önə dartmağı və daha hicablı görünməyi 
xoşlayırdım.  O  çadra  da  mənim  bu  şəkildə  geyinməyimə 
bir  bəhanə  oldu.  Universitetə  gedəndə  qrup  yoldaşlarım 
təəccübləndilər.  Səbəbini  soruşanda  bəhanə  gətirdim  ki, 
başörtüyü  bu  cür  tikilib.  Ancaq  belə  çadra  geyinməyim 
getdikcə adiləşdi. Həmid məni ilk dəfə bu tərzdə görəndə 
bəyənib  dedi:  “Düzü,  belə  örtünmək  sənə  daha  çox 
yaraşır”. 


 
83 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə