Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

Beşinci fəsil 
Min şeir oxumuşam, qafiyəsi sən 
olmusan! 
Ramazan ayında gözəl ab-havadaydıq. Ya biz bibimgilə 
gedirdik,  ya  da  Həmid  bizə  gəlirdi.  Bəzi  günlər  iftarımızı 
götürüb  şəhidlər  xiyabanına  gedirdik.  Bir  gün  bibimgil 
bizə iftara gələndə söhbət toydan düşdü. Həmid dedi: 
-Biz Səiddən sonra nişanlandığımıza görə yaxşı olar ki, 
birinci onlar toy günlərini müəyyən etsinlər. 
Bibim gülüb dedi: 
-Vallah,  mənim  yadımdadır,  siz  dünyaya  gələndə  biz 
elə  bilirdik  ki,  bir  uşaq  doğulacaq.  Ancaq  birinci  sən 
dünyaya  gəldin,  beş  dəqiqə  sonra  da  Səid.  Əgər  böyük-
kiçik  məsələsini  nəzərə  alsaq,  gərək  birinci  Həmidə  toy 
edək. 


 
102 
Ancaq Həmid qəbul etmədi. O bu kimi məsələlərə qarşı 
çox həssas idi. 
Səidin  toy  günü  qətiləşdikdən  sonra  biz  də  toy 
günümüzü  24  oktyabra  təyin  etdik.  Ramazan  ayından 
dərhal sonra toy işləri ilə məşğul olmağa başladıq, restoran 
danışdıq. Danışdığımız kimi, soyuducu, televizor, xalça və 
paltaryuyan maşınını Həmidgil aldılar. 
Digər  cehizləri  alanda  Həmid  də  bizimlə  gəldi  və 
birlikdə  aldıq.  Doğrusu,  bahalı  əşyalar  axtarmırdıq,  İran 
istehsalı  olan  məhsullardan  almağa  çalışırdıq.  Hər  ikimiz 
bu fikirdəydik ki, gələcək həyatımızı təmin edəcək əşyalar 
imkan daxilində yerli mal olsun. 
Həmid alış-verişin birinci günü dedi: “Həzrət ağa yerli 
istehsala dəstək verməyin lazım olduğunu buyurubsa, bizə 
düşən onun sözünə qulaq asıb İran malı almaqdır”. 
Səidin  toyu  sentyabrın  yeddisində  oldu.  Həmidin  halı 
çox  da  yaxşı  deyildi,  gözlərindən  narahatlıq  sezilirdi. 
Toydan  sonra  onu  restoranın  qapısı  önündə  gözləyirdim, 
ancaq  o  qədər  fikirli  idi  ki,  məni  unudub  getdi.  Bir  az 
gedəndən  sonra  yadına  düşdüm.  Mən  bir  az  narahat  olub 
ona bir-iki atmaca atdım: “Maşallah, Həmid ağa! Bəh-bəh! 
Gör  biz  kimlərlə  piknikə  gedirik!  Gör  kimin  divarına 
xatirələr  yazırıq!  Kim  yoldaşını  unudar  axı,  ay  Həmid?!” 
Belə  yerlərdə  birinin  üstünə  beşini  də  qoyurdum  ki, 
sözlərimi ciddiyə alsın. 
Unutqanlığına  görə  xəcalət  çəkib,  çox  üzrxahlıq  etdi. 
Doğrusu,  ona  haqq  verirdim.  Uzun  illər  bir  yerdə 
böyüdüyü qardaşıyla həyat  yolları ayrılırdı və bu ona çox 
çətin gəlirdi. Gülüb dedim: 
-Bəli,  haqqın  var,  Həmid  can.  Əgər  mənim  də  əkiz 
bacım evlənsəydi, sənin kimi edərdim. 


 
103 
Səidin  toyundan  sonra  hara  gedirdiksə,  toyumuzun 
vaxtı  barədə  soruşurdular.  Toya  çox  qalmamışdı.  Ən 
mühüm  işimiz  kirayə  ev  tapmaq  idi.  Həmid  böyük  ev 
tutmaq  istəyirdi.  Mənə  hər  şeyin  yaxşısını  əldə  etməyə 
çalışırdı.  İlk  gördüyümüz  ev  təxminən  120  kv.  metr 
böyüklüyündə ürəkaçan ev idi. Alqı-satqı ofisində deyilən 
qiymət Həmidin əlində olanla eyni idi. 
Demək  olar  ki,  hər  ikimiz  bəyəndik.  Sevincli  halda 
evdən  çıxdıq.  Hələ  motosikletə  minməmiş  dostlarından 
biri  zəng  vurdu.  Söhbətləri  bitən  kimi  Həmid  fikrə  daldı. 
Nə 
olduğunu 
soruşanda 
dedi: 
“Xanım, 
səninlə 
məsləhətləşmək 
istəyirəm. 
Gör 
razı 
olacaqsan? 
Dostlarımdan biri indicə dedi ki, ev tutmağa pulu yoxdur. 
Əgər  razısansa,  pulumuzun  bir  hissəsini  ona  borc  verək, 
qalan  pulla  bir  az  kiçik  ev  tutaq.  Əlimizə  pul  gələn  kimi 
daha böyük ev tutarıq”. 
Bu  sözləri  eşidəndə  yerimdə  donub  qaldım.  Çünki 
əlimizdə qalan pulla çox da yaxşı ev tapa bilməyəcəyimizə 
əmin idim. Fikirləşdim ki, bir az şəhərdən uzaqda ucuz və 
yaxşı bir ev tapıb yaşamaq olar. Bu kimi şeylər mənə çox 
da  əhəmiyyətli  olmadığına  görə  asanlıqla  qəbul  etdim. 
Bilirdim  ki,  toy  və  kirayə  xərclərinin  çoxu  Həmidin 
boynuna  düşəcək.  Onun  həyatımızın  ilk  günlərindən 
çətinliyə düşməsini istəmirdim. 
Əlimizdə  qalan  pulla  bir  neçə  alqı-satqı  ofisinə 
müraciət  etdik.  O  pula  ev  tapmaq  həqiqətən,  çətin  idi. 
Şəhid Hüseynpur dairəsində yerləşən ofisdən bizə Nəvvab 
küçəsində  bir  evin  ünvanını  verdilər.  Həmidlə  yola 
düşdük.  Küçədə  bir  evin  qarşısında  stulda  oturmuş  bir 
qocadan  Keşavərzin  evini  soruşduq.  Qocanın  baxışından 
və cavabından unutqanlıq xəstəsi olduğunu anladıq. Bir az 
da  getdikdən  sonra  evi  tapa  bildik.  Bu  ev,  pulumuz 


 
104 
azalandan sonra baxdığımız ilk ev idi. İkimərtəbəli ev idi. 
İlk baxışdan köhnə və balaca görünürdü. 
Qapını başı çadralı qoca bir qadın açdı. Salamlaşandan 
sonra  Həmid  evə  baxmağa  icazə  istədi.  Evdə  başqa  bir 
kirəçi olduğu üçün Həmid içəri girmədi.  
Mən  qonaq  otağını,  mətbəxi  görüb  bəyəndim.  Ev 
birinci  mərtəbədə  yerləşirdi,  olduqca  ürəkaçan  idi.  Ev 
yiyəsi  də  ikinci  mərtəbədə  yaşayırdı.  Giriş  qapısı  20  kv. 
metrlik  qonaq  otağına  açılırdı.  17  kv.  metr  olan  yataq 
otağını  qonaq  otağından  taxta  arakəsmə  ilə  ayırmışdılar. 
12  kv.  metr  olan  mətbəxə  giriş  qonaq  otağından  idi. 
Mətbəxin  kiçik  bir  həyəti  də  vardı.  Ayaqyolu  həmin 
həyətdə  yerləşirdi.  Həyətdə  bir  neçə  gözoxşayan  gül 
dibçəkləri  qoyulmuşdu.  Əlimizdəki  pula  görə,  bu  ev 
başlanğıc  üçün  olduqca  münasib  idi.  Evdən  çıxan  kimi 
Həmidə dedim: “Elə bura qəşəngdir, mən bəyəndim”. 
Ertəsi  gün  ev  yiyəsi  zəng  vurub  kirəçinin  evi 
boşaltdığını  xəbər  verəndən  sonra  Həmidlə  evə  əl 
gəzdirməyə  getdik.  İlk  apardığımız  əşyalar  içində  güzgü, 
Quran  və  İmam  Xameneinin  şəkli  var  idi.  Bu  şəkil 
Həmidlə  birlikdə  dini  mağazadan  aldığımız  tablo  idi. 
Həmid dedi: 
-Gərək evimizi hamıdan qabaq həzrət ağa görsün. 
Quranı taxçanın ortasına qoyduq, bir tərəfinə güzgünü, 
digər  tərəfinə  də  ağanın  şəklini  yerləşdirdik.  Həmid 
taxçadan  bir-iki  addım  aralıda  dayanıb  gözlərini  rəhbərin 
şəklinə dikdi. 
-Görürsən  ağa  necə  məhəbbət  dolu  və  nuranidir?! 
Bunların  hamısı  imanının  çoxluğuna  görədir.  Hazıram 
canımı  verim,  ancaq  ağamın  çöhrəsindən  bir  an  elə 
təbəssüm əskik olmasın. 


 
105 
Evin  təmizliyə  ehtiyacı  var  idi.  Ləyəndən  tutmuş 
dəsmala,  sabuna,  şüşə  silənə  qədər  lazım  olan  hər  şeyi 
almışdıq. Bir neçə gün işimiz ancaq təmizlik oldu. Həmid 
işdən gələn kimi birlikdə evi təmizləməyə gedirdik. Bu iş, 
mənə qəribə hisslər bağışlayırdı.  
İkinci  gün  pəncərələri  təmizləyəndə  qapının  zəngi 
çaldı.  Pəncərədən  baxanda  gördüm  ki,  bibim  əlində  bir 
qutu şirniyyat həyətə girdi. Ev o qədər kiçik və köhnə idi 
ki,  bibim  görəndə  dedi:  “Fərzanə,  sən  buranı  necə 
bəyəndin axı? Ağlını Həmidə tapşırmışdın?!” Təzə gəlinin 
belə bir yeri bəyəndiyinə təəccüb edirdi. 
-Yazıq  Həmidin  heç  bir  təqsiri  yoxdur.  Mən  özüm 
görüb bəyəndim. 
Başqaları  da  irad  bildirirdilər,  ancaq  mən  heç  birinin 
sözünə əhəmiyyət verməyərək deyirdim: 
-Biz hətta burda da ən gözəl həyatı qura bilərik. 
Məsələnin  nə  yerdə  olduğundan,  pulumuzun  yarısını 
borc  verdiyimizdən  heç  kimin  xəbəri  olmadı.  Həmidə  də 
demişdim  ki,  kim  bu  evi  tutduğumuzun  səbəbini  soruşsa, 
de  ki,  Fərzanə  bəyəndi;  buranı  seçməyimizin  bütün 
məsuliyyətini öz üzərimə götürürəm. 
Həmid  toyumuza  bir  həftə  qalmış  təlimlərə  başladı. 
Çox  da  vaxtımız  qalmamışdı.  Ancaq  yenə  də  çalışırdı  ki, 
bütün işlərdə yanımda olsun. 
Həmidlə  bazara  toy  alış-verişinə  getdik.  Hansı 
mağazaya  girirdiksə,  gəlin-bəylərin  alış-verişlə  məşğul 
olduqlarını  görürdük.  Görünür,  bizim  kimi  onlar  da  toy 
günlərini Qədir-Xum bayramına salmışdılar. 
Həmidə  gümüş  üzük  aldım.  Onu  həmişə  barmağına 
taxardı.  Qəhvəyi  rəngli  kostyum  da  aldıq.  Ancaq  onu 
yalnız bir dəfə -bəy çıxanda geyindi. Həmid də mənə qızıl 
dəsti  aldı.  Bəxtimdən,  aldığı  heç  bir  şeydə  xəsislik 


 
106 
etməzdi. Seçdiklərinə söz ola bilməzdi. Elə şeylər seçərdi 
ki,  heç  ağlımdan  belə  keçməzdi.  Ona  görə  də,  həmişə  bir 
şey  alarkən  onun  seçməyini  istəyirdim.  Bilirdim  ki,  çox 
gözəl zövqü var. 
Həmin həftə mənim də universitetdə xeyli işim var idi. 
Naməlum  şəhidin  universitetimizdə  dəfn  olunması  üçün 
imza toplayırdıq. Çox istəyirdim ki, başqa universitetlərdə 
olduğu  kimi,  bizim  universitetimizin  həyətində  də  şəhid 
məqbərəsi  olsun.  Toya  bir  neçə  gün  qalmasına 
baxmayaraq, imza toplamaq üçün fakültə-fakültə gəzirdik. 
Günortadan  sonra  Həmidlə  birgə  evi  səliqəyə  salmağa 
gedirdik. 
Çox səmimi rəfiqələrimdən biri zarafata dedi: 
-Sən necə gəlinsən?! Get, toy işləri ilə məşğul ol. Sənin 
yerinə  kim  olsaydı,  indi  fikirləşərdi  ki,  hansı  gözəllik 
salonuna gedim, hansı paltarı alım. Sənsə burda naməlum 
şəhid məqbərəsi üçün imza toplayırsan. 
Gülüb dedim: 
-Sən  narahat  olma.  Ərim  bunların  hamısına  razıdır. 
Əlimdən  gələn  qədər  imza  toplayacam,  qalanı  da  sizin 
boynuza. 
Nəhayət,  Tibb  universitetində  iki  naməlum  şəhidi  dəfn 
etdilər.  Həmid  həmişə  deyirdi:  “Universitetinizdə  dəfn 
olunmuş  şəhidləri  mütləq  ziyarət  edin.  İnsafdan  deyil  ki, 
onları çağırasız, sonra da ziyarət etməyəsiz”. 
Cehizlər  daşınanda  həm  həvəsli,  həm  də  həyəcanlı 
idim.  Bütün  yaxın  qohumlarım  bizdə  idilər.  Əşyaları 
bağlayanda  Həmid  yanımda  oturdu,  mənə  bir  qədər 
Kərbəla torpağı verib dedi:  “Bu torpağı cehizlərin arasına 
qoy.  İstəyirəm  bütün  həyatımızdan  Əhli-beytin,  İmam 
Hüseynin (ə) ətri gəlsin”. 


 
107 
Evimiz bütün cehizlərə yer olmayacaq qədər balacaydı. 
Ona  görə  də,  yemək  stolu,  telefon  masası  və  başqa  bəzi 
əşyalar  anamgildə  qaldı.  Etirazların  cavabında  deyirdim: 
“İnşallah, nə vaxt böyük ev tutsaq, bunları da apararıq”. 
Əşyaları  kişilər  əlbəəl  ötürərək  maşına  yığdılar.  Evdən 
çıxanda hər əşyanın evimizdəki yerini təsəvvür edirdim. 
Həyətdən  gələn  uca  səs  məni  qorxutdu.  Pəncərədən 
baxanda  gördüm  ki,  qaz  sobası  kişilərin  əlindən  düşüb, 
qabaq  şüşəsi  sınıb.  Toya  bir  neçə  gün  qalmış  işimiz  şüşə 
axtarmaq oldu. Ancaq təəssüf ki, tapa bilmədik. 
Son 
günlərdə 
əşyaları 
yerbəyer 
etmək 
üçün 
universitetdən  birbaş  evə  gedirdim.  Həmid  də  mənə 
kömək  etmək  üçün  işdən  birbaş  ora  gəlirdi.  Ev  balaca 
olduğundan,  əşyaları  yerləşdirmək  həm  vaxt,  həm  də 
enerji  tələb  edirdi.  Həmid  yataq  otağının  döşəməsini 
kartonla  döşəyəndə  dedi:  ”Xanım,  bəlkə  bayırdan  yemək 
sifariş  verməyək,  elə  bu  sobada  sadə  bir  şey  bişirək”. 
Bişirdiyim  ilk  yemək  yumurtalı  kartof  qızartması  oldu. 
Bişəndən  sonra  dedim:  “Buyurun  süfrəyə.  Bu  da  baş 
aşpazın əl işi!” 
Qərara  gəldik  ki,  bəzi  əşyaları  qutudan  çıxartmayaq. 
Çünki mətbəx mebelinin yalnız dörd çəkməcəsi vardı. 
20  kv.  metrlik  qonaq  otağının  bir  tərəfinə  altımetrlik 
xalça  sərdik.  Divan-kreslonu  da  bir  neçə  dəfə  yer 
dəyişdirdikdən  sonra  otağın  kənarlarına  düzdük.  Qonaq 
otağının ortasında dirək  var idi. Əşyaları elə düzməli idik 
ki,  dirək  daha  az  yer  tutmuş  olsun.  Ev  yiyəsinin  nəvəsi 
dirəyi  görəndə  deyirdi:  “Biz  aşağıda  yaşayanda  bu 
dirəkdən yuxarı dırmaşır, əlimizi tavana vururduq”. 
Həmidin  təlimi,  mənim  naməlum  şəhid  üçün  imza 
toplamam və əşyaları düzmək işi bizi  yaman  yorurdu. Bu 
qədər  işin  arasında  universitetdən  zəng  vurub  dedilər  ki, 


 
108 
ölkə  üzrə  tibb  universitetləri  tələbələrinin  karate  yarışı 
keçiriləcək.  Yarışın  bizim  toyumuzdan  düz  bir  gün  əvvəl 
Sari şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. 
Mən  karateni  sarı  kəmərə  qədər  atamın  yanında 
öyrənmişdim.  Sonra  idman  klubuna  gedib  qara  kəmər 
aldım.  Yarışın  dəqiq  vaxtı  öncədən  elan  olunmamışdı. 
Demişdilər  ki,  böyük  ehtimalla,  dekabrda  olacaq.  Buna 
görə də, arxayın idim, yarışa qədər toy edəcəyimizi, hətta 
bal  ayını  da  keçirəcəyimizi  düşünürdüm.  Ancaq  birdən 
xəbər verdilər ki, yarış oktyabrın 23-də baş tutacaq. 
Gedib-getməmək  arasında  qalmışdım.  Altı  ay  zəhmət 
çəkıb  ağır  məşqlər  etmişdim.  Bu  yarış  mənə  olduqca 
mühüm  idi.  Karate  müəllimimə  dedim:  “Yarışa  mən  də 
gələcəm, ancaq məni hamıdan tez Qəzvinə yola salmalısız 
ki, toy işlərinə çata bilim”. 
Müəllim  toyumun  vaxtını  biləndə  gülüb  dedi:  “Heç 
bilirsən  nə  danışırsan,  qızım?!  Yarışda  halva  paylamırlar 
ki! Birdən üzünə zərbə dəysə, üzün qaralsa, necə olacaq?! 
Camaat da deyəcək ki, bəy toyqabağı gəlini döyüb”. 
Ucadan  gülüb  dedim:  “Həmid  ağanın  özü  karate 
müəllimi olsa da, vuran əli yoxdur. Hətta yarışlarda da elə 
vurmağa çalışır ki, rəqibinə zərər dəyməsin”. 
Ancaq  müəllimim  mənim  yarışa  qatılmağıma  icazə 
vermədi.  
*** 
24.10.13  Tarixi  bizim  toy  günümüz  oldu.  Həmidlə 
birlikdə  toyumuzda  heç  bir  günah  baş  verməsin  deyə  üç 
gün  oruc  tutmağı  nəzir  etdik.  Dəvətnamələri  yazanda 
Həmidin  əlində  bütün  dostlarının  siyahısı  vardı.  Hamını 
çağırmaq istəyirdi. Dostları olduqca çox idi. İş  yoldaşları, 
əza  dəstəsindəki  yoldaşları,  idman  yoldaşları,  qonşuları, 
qohumları,  bir  sözlə,  hamıyla  get-gəli  var  idi,  hamıya 


 
109 
qaynayıb-qarışmağı  bacarırdı.  Ancaq  dostbaz  da  deyildi. 
Yəni  bu  qədər  dostu  bizi  bir-birimizlə  vaxt  keçirməkdən 
saxlaya  bilmirdi.  Dostlarının  siyahısını  görəndə  zarafata 
dedim:  “Qorxuram  toy  günü  bu  qədər  dostuna  vaxt 
ayırasan, məni də unudasan”. 
Həmid  ailəsinin  toy  edən  altıncı  övladı  idi.  Bu 
baxımdan, onlar üçün toy məsələsi yeni bir şey deyildi və 
adiləşmişdi.  Ancaq  mən  evimizin  ailə  quran  ilk  övladı 
idim.  Toy  günü  səhər  tezdən  gözəllik  salonuna  gedəndə 
anamla  atam  arxamca  xeyli  ağladılar.  Özüm  də  bir  neçə 
gün  idi  qəribə  hisslər  keçirirdim,  gözümə  yuxu  getmirdi. 
Bu  qədər  təşviş  və  həyəcanı  görəndə  çarəni  təvəssül  və 
təvəkküldə gördüm. Balaca kağız götürüb, yazdım: “İlahi! 
Mən  müştərək  həyata  başlamaqdan  çox  qorxuram.  Mənə 
kömək  et  ki,  ən  gözəl  həyatı  yaşaya  bilim!”  Kağızı 
Quranın arasına qoydum. Bu, məni sakitləşdirdi. 
Həmid  axşamüstü  saat  altıda  məni  götürməyə  gəldi. 
Qızılgül  və  məryəm  güllərini  sevdiyimi  bilirdi.  Mənə  on 
ədəd qızılgül, altı ədəd  məryəm  gülündən ibarət gözəl bir 
gül  dəstəsi  bükdürmüşdü.  Həmin  gün  birlikdə  aldığımız 
kostyumu  geyinmişdi.  Həmişəkindən  daha  yaraşıqlı  və 
sevimli  görünürdü.  Gəlin  maşınımız  kiçik  bir  pride  idi, 
olduqca 
sadə 
bəzədilmişdi. 
Fotoatelyeyə 
mənim 
israrımdan  sonra  getməyə  razılıq  verdi.  Şəkillərimizi 
çəkən xanımın hicabı düzgün deyildi. Həmid o qədər ağır 
rəftar etdi ki, axırda öz geyimini tamamilə dəyişdirdi. 
Toy  çox  gözəl  keçdi.  Toydan  razı  qaldığımı  həmişə 
Həmidin özünə də deyirdim. Həm  günahsız, həm də sadə 
toy oldu. Heç bir qanıqaralıq yaranmadı. Bir çox toylarda, 
xüsusən  qohum  toylarında  adi  məsələlərdən  ötrü 
arzuolunmaz hallar yaşanırdı. Bizim toyumuzsa çox gözəl 
keçdi. 


 
110 
Həmid  mənə  çox  kömək  edir,  toydan  razı  qalmağım 
üçün  əlindən  gələni  əsirgəmir,  hər  bir  məsələdə  fikrimi 
soruşurdu.  Toyun  günahsız  keçməsinə  də  çox  çalışırdı. 
Yeməyə bir cür salat, plov və lülə kabab sifariş vermişdik. 
Həmid  yeməyin qədərincə olmasını və israf edilməməsini 
istəyirdi. 
Restorandan çıxandan sonra prospektlərdən dövrə vura-
vura  evə  yola  düşdük.  Həmidin  dostları  o  gecə  çox 
zarafatlar  etdilər.  Gəlin  maşınının  qabağını  kəsib,  ön 
şüşəsini təmizləyir, bəxşiş istəyib deyirdilər: 
-Belə yaraşıqlı bəy bizə şirinlik verməlidir! 
Həmid  dostlarının  zarafatlarına  adət  etdiyindən,  bəzən 
pul  verirdi,  bəzən  də  qaza  basıb  “salavat  deyin”  qışqırıb 
uzaqlaşırdı.  Mənə  dedi:  “Bunlar  restoranda  da  oyun 
çıxarır, dəqiqəbaşı saçımı qarışdırırdılar”. 
Evə  çatandan  sonra  qohum-əqrəbayla  sağollaşıb  ilk 
öncə  Quran  oxuduq.  Həmid  səccadəni  sərib  namaz  qıldı, 
sonra  həzrət  Məsuməyə  təşəkkür  etdi.  Ona  təvəssül 
etməyin  nəticəsinə  çox  inanırdı,  hər  namazdan  sonra  bu 
vüsala  yardımçı  olduğu  üçün  ona  təşəkkür  edirdi.  Bəzən 
sadə təvəssül etməyin özü də bir gözəllikdir! 
*** 
Cümə axşamı toy etdik, bazar ertəsi də qatarla Məşhədə 
bal  ayına  yola  düşdük.  Güclü  yağış  yağırdı.  İlk  dəfə  idi 
birlikdə  Məşhədə  gedirdik.  Qatara  qalxanda  hər  ikimiz 
islanmışdıq.  Karvan  başçısının  göstərişi  ilə  kupemizə 
girdik.  Karvanbaşı  Həmidə  dedi:  “Ağa  Siyahkali,  sizə  bir 
zəhmət  verəcəm.  Sizdən  başqa  karvandakıların  hamısı 
yaşlı  adamlardır.  Olarmı  səfər  boyu  onlara  yardım 
edəsiz?”  Elə  də  oldu.  Həmid  bütün  səfər  boyu  onların 
qulluğunda dayandı. Harada lazım olsa, yardım edirdi. 


 
111 
Qatarda olduğumuz müddətin çoxunu koridorda bayıra 
tamaşa  edə-edə  söhbətləşdik.  Danışmağa  söz  olmayanda 
da  sakitcə  baxırdıq.  Sözlərimizi  buxarlaşmış  pəncərəyə 
yazırdıq. Yol sanki bir göz qırpımında sona çatdı. Həmidlə 
danışmaq  o  qədər  şirin  idi  ki,  vaxtın  necə  keçdiyini 
bilmədim. Əmin idim ki, çıxdığım bu yol Həmid olmadan 
bir  yerə  varmayacaqdır.  Əmin  idim  ki,  o,  həmişə  var 
olacaqdır. O mənimçün dağlar qədər möhkəm bir dayaq və 
bütün bağlı qapıları asanlıqla açacaq sonsuz eşq idi. İmam 
Rzanın  (ə)  kölgəsi  altında  keçən  bal  ayımız  həyatımızın 
başlanğıcı  oldu.  O  anlar  mənim  üçün  unudulmaz  və  əziz 
anlar idi. 
Qatardan  düşən  kimi  otelə  yola  düşdük.  Məşhədin 
havası  yağışlı  idi.  İmam  Rzanın  (ə)  hərəmi  yanında 
aşiqanə  payız  ətirli  hava  həddən  artıq  ürəkaçan  idi. 
Əşyalarımızı  otağımıza  yerləşdirib  hərəmə  getdik.  Qəribə 
hisslər  keçirirdim.  İmam  Rzanın  (ə)  qızıl  günbəzini 
uzaqdan  görən  kimi  ikimizin  də  gözlərindən  yaş  axmağa 
başladı.  Fəvvarəyə  çatanda  Həmid  əlini  sinəsinə  qoyub 
salam verdi: “Əssəlamu ələykə ya Əli ibn Musər-Rza!” 
Hərəmin  həyətinə  çatanda  daha  irəliləyə  bilmədik.  Elə 
oradaca,  günbəzlə  üzbəüz  dayanıb  ağlamağa  başladım. 
Əlimdə  deyildi.  Həmid  mənim  halımı  görüb  zarafata 
başladı: 
-Əzizim,  bu  qədər  narahatlıq  nə  üçündür  axı?  İndi  biri 
keçsə, elə biləcək ki, uşağımız olmur. 
Onun  bu  sözünü  eşidəndə  gülümsədim,  sakitləşməyə 
çalışdım. Ancaq nədənsə sanki qəlbimdə qiyamət qopurdu. 
Hiss  edirdim  ki,  bu,  Həmidlə  gəldiyim  ilk  və  son  ziyarət 
səfərimdir. 
Vaxtımızın  çoxunu  hərəmdə  keçirirdik.  Yalnız  yemək 
və  istirahət  etmək  üçün  otelə  gedirdik.  Hər  dəfə  hərəmin 


 
112 
həyətində  xəlvət  bir  yer  tapıb  günbəzlə  üz-üzə  otururduq. 
Nə  zaman  ziyarətə  gedirdimsə,  öz  xoşbəxtliyimiz  və 
aqibətimizin  xeyirli  olması  üçün  dua  edirdim.  İmam 
Rzadan (ə), nə qədər ki sağam, Həmidin  yanımda olması, 
qoşa  qarımamız  və  hər  il  birlikdə  onun  ziyarətinə 
gəlməyimiz  üçün  dua  etməsini  istəyirdim.  Ancaq  nə  qoşa 
qarıya,  nə  də  İmam  Rzanı  (ə)  bir  də  birlikdə  ziyarət  edə 
bildik. 
Səfərimizin  son  iki  günündə,  halım  əsla  yaxşı  deyildi. 
Başım  dözülməz  həddə  ağrıyırdı.  Hərəmdən  otelə  yenicə 
qayıtmışdıq ki, Həmidə dedim: 
-Bu  başağrısı  məni  çox  incidir.  Zəhmət  olmasa, 
aptekdən bir ağrıkəsici al. 
Halım  o  qədər  pis  idi  ki,  aldığı  dərmanın  adına  belə 
baxmadan içdim. Ancaq halım daha da pisləşdi. Öz-özümə 
dedim ki, hanı keçmiş dərmanlar! Ancaq Qəzvinə çatanda 
məsələnin  nə  yerdə  olduğunu  anladım.  Sən  demə,  əczaçı 
Həmidə  ağrıkəsici  yerinə,  yanlışlıqla  başqa  dərman 
vermişdi. 
*** 
Evimizin  yerləşdiyi  küçənin  başı  Nəvvab,  axırı  da 
Hadiabad  prospektinə  birləşirdi.  Evlərin  çoxu  bir-iki 
mərtəbəli idi. Qədim evlərdən ibarət bu küçədə nahar vaxtı 
yol  getsəydin,  evlərdən  səbziplovdan  tutmuş  bozbaşa 
qədər  bütün  xörəklərin  ətrini  duyardın.  Yeməklərin  iyi  o 
qədər gözəl idi ki, adamın ağlını başından alırdı. 
Həmid  küçədə  yaşayan  yeganə  bəsici  idi.  Buna  görə 
təkidlə  deyirdi  ki,  söz  və  hərəkətlərimizə  çox  fikir 
verməliyik.  O  bizim  bəsici  olaraq,  digərlərinə  nümunə 
olduğumuzu düşünür, deyirdi: “Məbada ucadan danışasan 
və  kimsə  pəncərədən  səsini  eşidə.  Qapının  zənginə  cavab 
verəndə  astadan  danış.  Əsəbiləşəndə  hirsini  mənə 


 
113 
baxışlarınla 
çatdır, 
kimsə 
səsini 
eşitməsin”. 
Televizorumuzun  səsi  həmişə  aşağı  olurdu.  Evdə  o  qədər 
sakit  danışırdıq  ki,  ev  yiyəsi  bəzən  bizim  evdə 
olmadığımızı düşünürdü. 
Məşhəd  səfərindən  qayıdıb  əşyalarımızı  yerbəyer 
edəndə pilləkənin başından ev sahibəsininin səsini eşitdim: 
-Fərzanə, anam, səni bir dəqiqə olar? 
“Anam”  sözünə  həm  təəccüb  etdim,  həm  də  məni 
gülmək tutdu. Mənə bir boşqab yemək gətirmişdi. 
-Anam, yol yorğunusuz, dedim sizə yemək gətirim. 
Təşəkkür  edib,  yeməklə  birlikdə  evə  girdim.  Həmidə 
dedim: 
-Eşitdin  hacıxanım  məni  necə  çağırdı?  Bugünkü 
yeməyimiz də gəldi. 
Həmid barmağını yeməyə batıra-batıra dedi: 
-Bəli,  eşitdim,  sənə  “anam”  dedi.  Düzü,  çox  xoşuma 
gəldi. Bu onu göstərir ki, ev sahibləri bizə hörmət edirlər. 
Fikirləşirdim  ki,  görəsən  sənə  “anam”  deyən  kimdir.  Axı 
sən özün hələ uşaqsan! 
Süfrə  başında  oturanda  yadıma  toydan  sonra  öz 
evimizdə  bişirdiyim  zirincli  toyuqplov  düşdü.  Bir  neçə 
gün  restorandan  gətirdiyimiz  artıq  yeməkləri  yeyirdik  ki, 
israf  olmasın.  Bişir-düşür  cəhətindən  bir  az  narahat  idim. 
Hərçənd,  nişanlı  vaxtlarımda  aşpazlığa  çox  meyl 
salmışdım,  yavaş-yavaş  əlim  alışırdı,  ancaq  yenə  də  bu 
işdə  bir  az  geri  qaldığımı  hiss  edirdim.  Həmiddən 
soruşdum: 
-Nahara ev sahibinə qonaq olduq, bəs şam yeməyinə nə 
bişirək? 
Qaşıqla bir neçə dəfə boşqabına vurub dedi: 


 
114 
-Bilirsən  mən  hansı  yeməyi  sevirəm,  ancaq  qorxuram 
zəhmətə  düşərsən.  Hələ  bir  de  görüm,  ərinin  sevdiyi 
yeməyi bişirməyi bacarırsanmı? 
Cavab vermədən bilirdim ki, sevdiyi yemək fisincandır. 
Ondan  ötrü  sinov  gedirdi.  Əlində  olsaydı,  hətta  səhər 
yeməyinə də, fisincan yeyərdi. Yeganə  yemək idi ki, həm 
çörəklə, həm düyü ilə, həm də qazmaqla yeyirdi. 
Saat  üçdə  fisincanı  bişirməyə  başladım.  Yemək 
bişirməyə  vaxt  sərf  etməkdən  həzz  alırdım.  Ancaq 
qorxurdum  ki,  yemək  Həmid  istəyən  kimi  olmasın.  O 
qədər  həyəcanlıydım  ki,  hətta  yeməyin  dadına  baxmağa 
belə qorxurdum. Həmid yataq otağının pərdələrini taxırdı. 
Axşam saat səkkizdə süfrəni sərdim. Süfrənin ortasına bir 
tək  gül  qoydum.  Düyünü  çəkib,  fisincanı  kasaya  tökdüm. 
Süfrəyə  oturan  kimi  zəhmət  çəkdiyim  üçün  təşəkkür  etdi. 
Mənimlə  elə  rəftar  etdirdi  ki,  biş-düşə  daha  çox  vaxt 
ayırmağa  həvəslənirdim.  İlk  loğmanı  ağzına  qoyanda  elə 
təriflədi  ki,  sanki  məşhur  bir  restoranın  baş  aşpazı 
bişirmişdi. 
*** 
Həyatımız  çox  gözəl  şəkildə  davam  edirdi.  Hər  şey 
istədiyimiz  kimi  gedirdi,  bir-birimizin  yanında  olmaqdan 
xoşbəxtlik  duyurduq.  Toydan  sonra  birinci  gün  idi  ki,  işə 
getməyə hazırlaşırdı. Yuxudan oyatdım ki, namazını qılsın 
və  birlikdə  səhər  yeməyi  yeyək.  Adətən,  gecə  namazı  ilə 
sübh  namazını  bir-birinin  ardınca  qılırdı.  Səhər  yeməyi 
süfrəsini səliqə ilə açıb onu gözləməyə başladım. Ancaq o, 
sübh namazının dualarını o qədər uzatdı ki, yemək yeməyə 
vaxtı qalmadı. Bir neçə dəfə səslədim, dedim ki, bir az tez 
gəlib  süfrəyə  əyləşsin,  ancaq  ibadətdən  əl  çəkmirdi. 
Səccadə  üzərində  oturub  namazın  müstəhəb  əməllərini 
yerinə  yetirirdi.  Gəlmədiyini  görüb  paltarına  su  çilədim, 


 
115 
sonra  da  telefonla  çəkməyə  başladım.  İş  o  yerə  çatdı  ki, 
gülməyini güclə saxlayıb məni qonaq otağına göndərdi və 
qapını bağladı.  
Bir neçə dəqiqədən sonra səccadədən qalxdı və birlikdə 
səhər  yeməyi  yedik.  Saat  yeddiyə  iyirmi  beş  dəqiqə 
işləmiş  paltarlarını  geyinib  işə  getdi.  Getməzdən  qabaq 
onun üçün dodaqaltı Ayətül-kürsi oxudum, həyət qapısına 
qədər  yola  salıb  dedim:  “Həmid  can,  çatanda  xəbər  ver, 
mən də rahat olum”. Yola düşdüyü andan, iş yerinə çatana 
qədər, yəni təxminən saat yeddiyə qədər salavat çevirdim. 
Təxminən  saat  9  radələrində  zəng  elədi,  halımı  soruşub 
zarafata  dedi:  “Bu  qədər  yatdın,  bəsdir,  dur,  mənə  nahar 
hazırla!” 
Eyni  hadisə  o  biri  günlərdə  də  təkrarlandı.  Hər  gün 
namazdan  sonra  səhər  yeməyi  hazırlayıb  Həmidi 
gözləyirdim  ki,  gəlsin,  birlikdə  yeyək.  Bir-iki  loğma 
yedikdən  sonra  işə  yola  salırdım.  Saat  üçün  yarısı  olan 
kimi  qulağım  qapının  zəngində  olurdu.  Süfrəni  hazır 
saxlayırdım ki, gələn kimi xörək çəkim. Adətən, saat üçün 
yarısı  olan  kimi  gəlirdi.  Düzdür,  bəzi  günlər  gecikirdi, 
hətta  bəzən  saat  dörddən  sonra  gəlirdi.  Qayıdanda  onu 
qarşılamağımı  çox  istəyirdi.  Qapının  zəngini  basanda  tez 
gedib pilləkənin ağzında onu gözləyirdim. Onu görən kimi 
üzüm gülürdü. 
Üçüncü  gün  Həmid  yenə  zəng  vurub  yemək  sifariş 
verəndə 
lüləkabab 
bişirmək 
üçün 
lazım 
olanları 
hazırlamağa  başladım.  Bütün  ləvazimatları  süfrəyə  düzüb 
gözlədim.  Həmid  gələndə  əti  şişə  çəkdi,  sonra  qazın 
üstündə  bişirməyə  başladım.  Mən  şişləri  çevirəndə  o, 
qazın  digər  gözündə  üzərlik  yandırmağa  başladı.  Kabab 
bişənə qədər üzərliyin tüstüsü bütün evi bürüdü. Dedim: 


 
116 
-Həmidim, kabablar onsuz da evi tüstüyə qərq edib, sən 
də lap betər eləmə! 
-Əgər  kabab  iyi  bayıra  getsə  və  kiminsə  ürəyi  istəsə, 
günahkar  olarıq.  Üzərlik  yandırdım  ki,  kababın  iyi 
bilinməsin. 
*** 
Həmid  divanda  oturub  “Difa  əz  təşəyyö”  (Şiəliyi 
müdafiə)  kitabını  oxuyurdu.  Əlini  saqqalına  qoyub  dərin 
fikrə dalmışdı. O qədər  özünə qapılmışdı ki, hətta mənim 
ona meyvə şirəsi gətirdiyimin fərqinə belə varmadı. İki-üç 
dəfə çağırandan sonra məni gördü, üzünü çevirib dedi: 
-Xanım, nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki, 
ömrümüz  əyləncə  içində  keçirməyə  dəyməyəcək  qədər 
qısadır.  Gəl,  həyatımızı  elə  tənzim  edək  ki,  evli 
həyatımızla subay həyatımız fərqlənsin. 
Məsləhət  gördü  ki,  həm  səhərlər,  həm  də  axşamlar  bir 
səhifə  Quran  oxuyaq.  Bu,  gündəlik  işimiz  oldu.  Hər  gün 
sübh  namazından  və  Əhd  duasından  sonra  hərəmiz  bir 
səhifə  Quran  oxuyurduq.  Çalışırdıq  ki,  ayələri  tərcüməsi 
ilə  birgə  oxuyaq.  Yan-yana  otururduq;  birimiz  oxuyur, 
digərimiz də qulaq asırdı. 
Həmidin bu məsləhətini eşidəndə cehizlərimin içindəki 
maqnitofon  yadıma  düşdü.  Öz  evimizdə  qədim  bir 
maqnitofonumuz  var  idi.  Mən  beş  cüz  Quranı  ona  qulaq 
asa-asa əzbərləmişdim. Quran əzbərləməyi davam etdirim 
deyə,  gəlin  köçəndə  anam  cehiz  olaraq,  maqnitofon  da 
almışdı. 
Rəfiqələrimdən, 
qohumlarımdan 
kim 
maqnitofonu görürdüsə, deyirdi: “Məgər bu dövrdə kimsə 
cehizdə maqnitofon verir?!” 
Evlənəndən  sonra  Quran  dərslərində  iştirak  etməyə 
imkan  olmadı.  Ancaq  bunu  çox  istəyirdim.  Həmid  evdə 
olmayanda 
yemək 
bişirəndə, 
evi 
təmizləyəndə 


 
117 
maqnitofonu  açıb  Ustad  Pərhizkarın  oxuduğu  ayələri 
təkrar edirdim. Bəzən öz səsimi yazırdım, sonra qulaq asıb 
səhvlərimi 
düzəldirdim. 
Əzbərlədiyim 
surələri 
də 
təkrarlayırdım. 
Beləliklə, 
tədricən 
bütün 
Quranı 
əzbərləməyi bacardım. 
Həmid  mənim  Quran  əzbərləməyimə  çox  əhəmiyyətli 
yanaşırdı,  həmişə  bunu  davam  etdirməyə  həvəsləndirib 
soruşurdu:  “Əzbərlədiyin  ayələri  təkrar  edə  bildin?  Bu 
həftə  hara  qədər  əzbərləyə  bildin?  Bil  ki,  mən  ev  işlərinə 
görə, Qurandan geri qalmağına razı deyiləm”. 
Yavaş-yavaş Həmid də Quranı əzbərləməyə başladı. İlk 
əzbərlədiyi  surə  Cümə  surəsi  oldu.  Bir-birimizdən  sual-
cavab  edərdik.  İkimiz  də  evdə  olanda  əzbərlədiyimiz 
ayələri bir-birimizə oxumağa çalışırdıq. Həmid qısa zaman 
ərzində Quranın beş cüzünü əzbərləyə bildi. 
Toyumuzdan  bir  ay  sonra  Həmidin  qardaşı  Həsən  bizi 
evinə  dəvət  etdi.  Getməyə  hazırlaşanda  birdən  gözüm 
Həmidə  sataşdı.  Həmişə  olduğu  kimi,  səbirlə  hazırlaşırdı. 
Bizim  bayıra  çıxmağımız  əsl  müsibət  idi.  Həmidin 
hazırlaşmağı xeyli vaxt aparırdı. Hər şeyi mərhələ-mərhələ 
yerinə  yetirməyə  adət  etmişdi.  Əvvəl  saqqalını  dəfələrlə 
darayırdı. Hətta corab geyinməyi də uzun zaman aparırdı. 
Bir  neçə  corabı  geyinib-çıxarır,  köynək  və  pencəyinin 
rəngi  ilə  uyğunlaşdırmağa  çalışırdı.  Axırda  da  üst-başına 
bir şüşə ətir boşaldırdı. 
Divanda  oturub  hazırlanmasını  gözlədim.  Bir  az  sonra 
soruşdu: 
-Xanım, necə görünürəm? Vurduğum ətir xoşuna gəlir? 
-Öldürdün  məni  bu  bəzənməyinlə,  yaraşıqlı  cənab. 
Daha gedək, gec oldu. 


 
118 
Ancaq  müsibət  hələ  davam  edirdi.  Pencəyini  dəfələrlə 
geyinib-çıxardı,  şalvarını  havada  möhkəm  çırpdı.  Bu 
hərəkətini görən kimi səsimi ucaltdım: 
-Həmid ağa, toz qaldırma, geyin, gedək! 
Buna bənzər hadisələr tez-tez baş verirdi. Sonda qərara 
gəldik ki, nə zaman bayıra çıxmaq istəsək, Həmid məndən 
yarım  saat  tez  hazırlaşmağa  başlasın.  Ancaq  yenə  də 
evdən  çıxmaq  istəyəndə  nəyisə  unutduğunu  xatırlayırdı; 
gah  motosikletin  açarını,  gah  sənədlərini.  Evə  qayıdıb 
yaddan  çıxardığı  əşyanı  götürəndə  də  yenidən  güzgüyə 
baxır, üz-başına əl gəzdirirdi. 
 Qonaqlıqdan  sonra  bibim  fisincan  bişirmək  üçün  min 
ədəd  yeni  qoz  verdi.  Evə  çatanda  qozları  qurutmaq  üçün 
mətbəxin  yerinə  sərdim.  Ancaq  onlar  quruyana  qədər 
Həmid  yüzdən  çoxunu  yedi.  Qonaq  otağında  televizorun 
qarşısında oturmuşdu, qozları duzlayıb yeyirdi. 
Çərşənbə  axşamı  universitetdə  tədbirimiz  var  idi. 
Sərgiyə  görə  sübhdən  ancaq  ayaq  üstə  idim.  Saat  on  iki 
olardı,  Həmid  zəng  edib  dedi  ki,  bankda  işi  olduğu  üçün 
işdən  icazə  alıb  və  artıq  evdədir.  Nahara  gəlib-
gəlməyəcəyimi soruşanda dedim: 
-Həmid can, bizim sərgimiz var, ola bilsin, gec gəldim. 
Sən yeməyini ye, istirahət elə. 
Evə  saat  beşdə  çatdım.  Həmid  həmişəki  kimi  qapıya 
məni qarşılamağa gəldi. İçəri girən kimi dedim: 
-O qədər yorğunam ki, bir dəqiqə belə ayaq üstə dayana 
bilmirəm. 
Sonra  elə  oradaca,  qapının  ağzında  yerə  uzandım.  Bir 
az özümə gələndən sonra Həmidə dedim: 
-Bağışla,  bu  gün  tədbirimiz  var  idi  deyə,  gec  gəldim. 
Yəqin, bekarçılıqdan ürəyin sıxılıb. 


 
119 
-O 
qədər 
də 
bekar 
deyildim. 
Mətbəxə 
bax, 
anlayacaqsan. 
Düşündüm  ki,  yəqin,  mənə  yemək  hazırlayıb,  ya  da 
axşama  nəsə  bişirib.  Ancaq  mətbəxə  keçən  kimi  yerimdə 
donub  qaldım.  Bütün  qozları  ləpələmişdi,  cəmi  bir  neçəsi 
qalırdı.  Həmişə  belə  idi.  Hövsələsi  olan  kimi  elə  işlər 
görürdü ki, adam lap çaş-baş qalırdı. Dedim: 
-Həmid  can,  Allah  səndən  razı  olsun!  Bu  qədər  dərslə 
onları necə sındıracağımı düşünürdüm. 
Həmid  sevincək,  siniyə  yığdığı  qoz  ləpələrini  əliylə 
qarışdıraraq dedi: 
-Fərzanə!  Gör  burda  nə  qədər  qoz  var!  Bu  o  deməkdir 
ki, sən hər gün mənə fisincan bişirə bilərsən. 
*** 
2014-cü  ilin  yanvarı  idi.  Həmid  evdə  yox  idi,  iyirmi 
günlüyə  başqa  şəhərə  ezam  olunmuşdu.  İmtahanlarıma 
çox  az  qalırdı.  Həmiddən  uzaq  olduğuma  görə  darıxır, 
diqqətimi  cəmləyə  bilmirdim.  İlk  on  günü  atamgildə 
qaldım. On birinci gün axşamçağı evimizə qayıtdım. Həm 
evə  əl  gəzdirmək  istəyirdim,  həm  də  Həmidlə  qaldığım 
evimizdə daha az darıxacağıma ümid edirdim. 
Evdə  hər  şey  yerində  idi,  amma  hər  yerə  toz-torpaq 
qonmuşdu.  Bilirdim  ki,  Həmid  gələndə  evi  təmizləməyə 
kömək  edəcək.  Ev  Həmidsiz  mənə  zindan  kimi  gəlirdi. 
Güllərə  su  verəndə  mətbəxin  divarında  bir  kərtənkələ 
görüb  çox  qorxdum,  tez  divanın  üstünə  atıldım.  Nə 
edəcəyimi  bilmirdim.  Kərtənkələ  diqqətlə  mənə  baxırdı, 
qətiyyən  tərpənmirdi.  Əvvəl  ev  sahibəsini  çağırmaq 
istədim,  sonra  fikirləşdim  ki,  qoca  qadını  boşuna  narahat 
etməyim.  Kərtənkələnin  şərindən  qurtulmaq  üçün  bir  yol 
tapmalıydım.  Qorxuma  qalib  gəlib  divandan  qalxdım. 
Başmağımın  bir  tayını  götürüb,  min  bir  müsibətlə 


 
120 
kərtənkələni  öldürdüm,  sonra  da  durmadan  ağlamağa 
başladım.  Ağlamağımın  səbəbi  bəlkə  də  tək  olmağım  idi. 
Təklik mənə əzab verirdi. Həmiddən uzaq qalmağım, onun 
bu  qədər  çox  ezamiyyətə  getməsi  bir  tərəfdən,  bu  kimi 
şeylərə dözmək də digər tərəfdən mənə əziyyət edirdi. Öz-
özümə dedim: “Mən bu həyatda kişi olacam!” 
İyirmi  gün  bütün  çətinlikləri  ilə  geridə  qaldı.  Səhər 
tezdən  evə  lazım  olan  şeyləri  yazdım,  alış-verişdən  sonra 
özümü  çətinliklə  evə  çatdırdım.  Nahara  fisincan  bişirdim. 
Adətən,  ezamiyyətdən  qayıdanda  sevdiyi  yeməkləri 
bişirirdim.  Dişlərini  yenicə  düzəltdirdiyinə  görə  mədəsi 
həssas  olmuşdu,  hər  yeməyi,  xüsusən  də  acılı  xörəkləri 
yeyə  bilmirdi.  Mən  özüm  acı  yeməyi  sevsəm  də,  Həmidə 
görə istiotdan istifadə etmirdim. 
Hər  ezamiyyətdən  sonra  evə  birinci  gül  dəstəsi  tutmuş 
əllər  girirdi.  Həmişə  təbii  güllər  alırdı.  O  qədər  çox  gül 
almışdı  ki,  axırda  dedim:  “Əzizim!  Sən  özün  elə  gülsən. 
Bütün  bu  məhəbbətlərin  üçün  minnətdaram.  Ancaq  təbii 
gül yerinə, süni güllər al ki, evdə saxlaya bilək. Evdə çox 
yer yoxdur, bu qədər gülü qurutmaq olmur”.  
Əl-üzünü  yuyub  süfrəyə  əyləşəndə  ilk  işi  süfrənin 
şəklini  çəkmək  və  təşəkkür  etmək  oldu.  Paltarını 
dəyişmədən  süfrəyə  oturdu  və  həmişəki  kimi  iştahla 
yeməyə  başladı.  Yeməyin  ortasında  birdən  gözü  mətbəxə 
sataşdı.  Ətrafına  sellofan  çəkdiyim  plastik  qutunu  görüb 
dedi: 
-Bu nə üçündür? Göyərçin yuvası düzəltmisən? 
-Yox,  ağa  can!  Qış  gəlir.  Həyətdəki  ayaqqabılarımızı 
bunun altına qoyarıq, islanmaz. 
Təbəssümlə dedi: 
-Biz  ki  bu  tezliyə  ev  ala  bilməyəcəyik.  İnşallah, 
növbəmiz çatsın, gedib zabitlər binasında yaşayarıq. Orada 


 
121 
ayaqyoluna getmək üçün qışın soyuğunda həyətə çıxmağa 
məcbur olmayacağıq. 
-Balaca və köhnə olsa, arada-sırada kərtənkələ görünsə 
də, mən bu evi çox sevdim. Çox səfalı evdir,  yəni ruhsuz 
deyil. Üstəlik, ev sahibləri həmişə mənə qayğı göstərirlər. 
Sən  olmadığın  günlərdə  tez-tez  soruşurdular  ki,  oğlumuz 
hardadır? 
-Düzdür,  həqiqətən  də  çox  qayğı  göstərirlər,  bizi  öz 
övladları kimi istəyirlər. 
Sonra soruşdu: 
-Hə,  yaxşı  yadıma  düşdü,  mən  olmayanda  kirayə 
pulunu vermisənmi? 
-Axı bizim kirayə günümüz hər ayın onudur. 
-Doğrudur, ancaq müqaviləmizə daha yaxşı əməl etmək 
üçün  kirayəni  bir  neçə  gün  qabaqcadan  versək,  yaxşıdır. 
Yadında  qalsın,  qaz,  su  və  işıq  qəbzlərini  diqqətlə 
hesablamaq lazımdır ki, bizə düşən hissəni vaxtında ödəyə 
bilək. 
Yeməkdən sonra bir az istirahət etdi, sonra dedi: 
-Şəhidlər xiyabanından ötrü çox darıxmışam. 
-Əgər 
yorulmamısansa, 
gedək! 
Mən 
də 
gedə 
bilməmişəm. 
Geyinib  yola  düşdük.  Hava  soyuq  olduğundan 
motosikletlə getmədik. Şəhidlər xiyabanına çatanda Şəhid 
Hüseynpurun məzarı başında bir neçə xanımın dayandığını 
gördük. Həmid məzara yaxınlaşmadı. Dedim: 
-Biz  bu  xanımların  kim  olduğunu  bilmirik.  Gedək 
başqaları kimi Fatihə oxuyaq. 
-Yox, xanım, yəqin, şəhidin ailə üzvləridir, şəhidlə baş-
başa  qalmaq  istəyirlər.  Biz  getsək,  narahat  etmiş  olarıq. 
Elə  buradan  ziyarət  niyyətini  elə,  onsuz  da  şəhid  bizi 
görür, mütləq məzarı üstə getməyə ehtiyac yoxdur. 


 
122 
Onda  Həmidin  bu  sözlərini  yaxşı  başa  düşmədim, 
ancaq  sonradan  məzar  yanında  tək  qalmağın  nə  demək 
olduğunu öyrəndim. 
Şəhidlər  xiyabanından  birbaşa  bibimgilə  getdik.  Bir 
ananın  övladı  üçün  darıxmağının  sonu  yoxdur.  Həmid 
həmişə  olduğu  kimi,  anasının  alnından  öpdü.  Bibimin 
israrı  ilə  şam  yeməyinə  onlarda  qaldıq.  Şam  süfrəsini 
yenicə  yığışdırandan  sonra  televizordan  rəhbərin  çıxışı 
başladı.  Qum  əhalisi  19  Dey  (9  Yanvar)  yürüşlərinin 
ildönümü münasibəti ilə onunla görüşə getmişdi. 
Həmid  tez  televizorun  qarşısında  oturub  ağanın 
söhbətinə  qulaq  asmağa  başladı.  Müharibə  illərinin 
könüllülərindən  olmuş  atası  da  əvvəldən-axıra  kimi  qulaq 
asdı. Həmid ağanın bütün çıxışlarına qulaq asırdı. Hansına 
qulaq  asa  bilməsəydi,  sonradan  internetdən  yükləyib 
dinləyir  və  mühüm  məqamları  yazırdı.  Dinlədiyi  bütün 
çıxışlarda  belə  edirdi.  Haradasa  bir  çıxışı  dinləməyə 
gedəndə 
dəftər-qələm 
götürərdi. 
Dəftəri 
yanında 
olmayanda  ən  kiçik  kağızdan,  hətta  alış-veriş  qəbzindən 
belə  istifadə  edirdi.  Sonra  həmin  məsələləri  əza 
dəstəsindəki dostları və ya əsgərləri ilə bölüşürdü. 
*** 
Universitetə  getdiyim  günlərdə  günorta  yeməyin 
xuruşunu  axşamdan  bişirirdim,  plovu  isə  səhər  tezdən 
süzürdüm. Bu proqramla hər gün nahar və şam yeməyimiz 
hazır  olurdu,  təhsilim  mənim  ev  işlərimə  mane  olmurdu. 
Əgər  günortaya  kotlet  və  ya  makaron  yesəydik,  axşama 
plov  bişirərdim.  Evə  tez  çatanda  yeməyi  qızdırırdım, 
Həmid məndən öncə gəlsəydi, özü qızdırıb yeyirdi. Hər bir 
halda,  bir-birimizi  ən  azı  bir-iki  saat  gözləyirdik  ki, 
yeməyi  bir  yerdə  yeyək.  Bəzən  mənim  işlərim  iki-üç  saat 
uzanırdı, Həmid də heç nə yeməyib məni gözləyirdi. 


 
123 
Birinci  günlər  həm  səhərlər,  həm  də  günortalar  dərsim 
olduğundan  səhərki  dərslərdən  sonra  evə  qayıdır,  birlikdə 
yemək yedikdən sonra yenidən universitetə gedirdim. 
Bir  dəfə  saat  birdə  dərsim  bitəndən  sonra  yenə  tez 
taksiyə  oturub  evə  gəldim,  yeməyi  qızdırıb,  süfrəni 
düzdüm.  Hər  şeyi  hazırladım  ki,  Həmid  gələn  kimi 
birlikdə yeyək, sonra da universitetə gedim. Ancaq Həmid 
gəlib-çıxmadı,  zəng  edəndə  dedi  ki,  bir  az  gec  gələcək. 
Məcbur  qalıb  süfrədə  tək  oturdum,  bir  qədər  yeyib 
universitetə hazırlaşdım. 
Hələ  qapıdan  çıxmamış  Həmid  gəldi.  Əlləri  və 
paltarları  qanın  içindəydi.  Onu  bu  halda  görüb  əl-ayağım 
tutuldu. Tez dedi: 
-Qorxma, xanım, heç nə olmayıb. 
-Bəs, bu halın nədir belə?! Ağlıma min cür fikir gəldi. 
-Motosikletlə  işdən  qayıdanda  birdən  əsgərlərin  biri 
maşının  arxasından  yerə  yıxıldı.  Yarası  dərin  deyildi, 
ancaq  yazıq  çox  qorxurdu.  Qucağıma  götürüb  bir  kənara 
apardım,  təcili  yardım  maşını  gələnə  qədər  yanında  qalıb 
başını qatdım. 
Rahat nəfəs aldım. 
-Allaha  şükürlər  olsun!  Bəs  o  əsgərə  nə  oldu?  Yəqin, 
yazığın ata-anası çox narahatdır. 
-Allaha  şükür,  yaxşı  qurtardı.  Xəstəxanaya  göndərdilər 
ki, rentgen lazım olsa, çəksinlər. 
-Səni  bu  halda  görəndə  çox  qorxdum.  Elə  bildim  ki, 
Allah  eləməmiş,  özün  motosikletdən  yıxılmısan.  Nahar 
hazırdır. Mən dərsə gedirəm. 
-Gözlə, paltarımı dəyişim, səni aparım. 
-Sən hələ yemək yeməmisən. 
-Qayıdanda  yeyərəm.  Onsuz  da  ordan  idman  zalına 
getməliyəm. 


 
124 
Tez hazırlaşıb yola düşdük. Küçənin başına çatan kimi 
əliylə təkər təmirini göstərərək dedi: 
-Əzizim,  mən  bunlara  500  tümən  borcluyam. 
Motosikletin  təkərinə  hava  vurmuşdular.  Xırda  pulum 
olmadığı üçün verə bilmədim. İndi də bağlıdır. Qayıdanda 
mütləq yadıma sal, borcumu verim. 
-Gözüm  üstə!  Bir  vərəqə  yazıb  o  birilərin  yanına 
qoyaram. 
Kiçik  borclarına  qarşı  bu  qədər  həssas  idi.  Mən 
olmayanda  borclarını  balaca  kağıza  yazıb  kompüterin 
monitoruna  yapışdırırdı  ki,  ömür  vəfa  etməsə,  mən  görüb 
ödəyim. 
Universitetə çatanda Həmidə dedim: 
-İnşallah,  bu  il  “Nur  yolçuları”  səfərində  varsan?! 
Dostlarım universitetlə danışıq aparırlar. Onlara dedim ki, 
mən yoldaşımla gedəcəm. 
-Görək, şəhidlər necə istəyir! Keçən il tək getmisən, bu 
il çalışacam birlikdə gedək. 
2014-cü  il,  martın  ortalarında  Tibb  universitetinin 
karvanı cənuba yolda düşdü. Həmid avtobusda məsul şəxs 
kimi gələn yeganə kişi idi. Bu qədər qadınla yol getməyin 
ona necə çətin olduğunu çox yaxşı başa düşürdüm. Ancaq 
mən  şəhidlərin  ziyarətinə  onunla  birlikdə  getdiyimə  görə 
çox  sevinirdim.  Təxminən  saat  onda  avtobusdan  düşdük. 
Həmid  çantasını  götürüb  kişilər  üçün  nəzərdə  tutulmuş 
çadıra  yollandı.  Mən  də  bizimlə  gəlmiş  tələbələri 
qalacaqları  yerlərə  yerləşdirməli  idim.  Həmid  təxminən 
saat on ikidə iki dəfə mənə zəng vurmuşdu, ancaq mən heç 
birini  eşitməmişdim.  Ona  bir  neçə  dəfə  zəng  vurdum, 
telefonu  açmadı.  Nigaran  qalmışdım.  Səhər  tezdən 
qaldığımız  yerdən  çıxanda  da  onu  görməmişdim.  Bir  saat 
sonra özü zəng vurub dedi: 


 
125 
-Gecə  zəng  vurdum,  açmadın.  Mən  Meracüs-şühədaya 
gəlmişəm. Gecədən burdayam. Bu gün xanımların növbəsi 
olduğuna  görə  daha  düşərgəyə  qayıtmadım.  Burda  səni 
gözləyirəm. 
Biz  Meracüş-şühədaya  çatanda  Həmid  girişdə  bizi 
gözləyirdi.  Şəhidlərlə  bir  gecə  bir  yerdə  qalması  öz  işini 
görmüşdü. Gözlərindən bilinirdi ki, bütün gecəni yatmayıb 
şəhidlərlə doyunca dərdləşib.  


 
126 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə