Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Yadında-qalsın-nahayi

Min dənə yaqut,  
Yanaşı düzülüb. 
Səliqə-sahmanla, 
Bir yerdə əyləşib... 
 
Dodağımda  gülüş  şeir  oxuya-oxuya  Həmidə  nar 
dənələməkdən  ləzzət  alırdım.  Dənələnmiş  nara  duz  vurub 
soyuducuya  qoyurdum.  Evə  gələndə  də  yeməyə  macal 
vermirdi. Turş olduğundan, mən bir-iki qaşıqdan çox yeyə 
bilmirdim,  ancaq  Həmid  o  qədər  narı  birnəfəsə  yeyib 
bitirirdi.  


 
158 
Şam  yeməyindən  sonra  Xeymətül-Abbas  dəstəsinə 
getməyə  hazırlaşdıq.  Səidlə  yoldaşı  da  bizimlə  gəldilər. 
Adətən,  hər  həftə  şam  yeməyindən  sonra  dördümüz 
birlikdə  əzadarlığa  gedirdik.  Məclisdən  sonra  digər 
xanımlarla  ehsan  süfrəsini  hazırlayırdıq.  Məclisdən 
sonrakı  dostyana  söhbətlərimiz  bir  dünyaya  bərabər  idi. 
Xanımlar ikinci mərtəbədə, kişilər də hüseyniyyə şəklində 
düzəltdikləri  birinci  mərtəbədə  olurdular.  Məclisdən 
qayıdana qədər gecənin yarısı olurdu. 
Həmin gün yorğunluqdan evə tez qayıtmaq istədim. Biz 
küçəyə  çatanda  altsheymer  xəstəsi  olan  yaşlı  qonşumuz 
həmişəki kimi qapının ağzında oturmuşdu. Onun gündəlik 
işi qapının ağzına stul qoyub oturmaqdan ibarət idi. Həmid 
hər dəfə  yanından keçəndə hörmətlə salam verirdi. Bəzən 
motosikletini saxlayıb hal-əhval tutur, sonra yoluna davam 
edirdi. 
O gün də qocaya çox səmimi şəkildə salam verib, hal-
əhval  tutdu.  Ondan  bir  neçə  addım  uzaqlaşandan  sonra 
dedim: 
-Həmid can, bu qocaya hər dəfə salam verməyə ehtiyac 
yoxdur.  O,  ümumiyyətlə,  heç  nə  anlamır.  Əqli  problemi 
olduğuna görə, yadında heç nə qalmır. 
-Əzizim,  o  anlamır,  mən  ki  anlayıram.  Əmin  ol  ki,  bir 
gün bu qocaya hörmətimin nəticəsini görəcəksən. 
Həqiqətən  də  dediyi  kimi  oldu.  Bir  gün  bu  hörmətin 
cavabını çox gözəl şəkildə gördüm. 
*** 
Mayda  tələbələrlə  birgə  universitetdən  Məşhədə 
yollandıq.  Onsuz  səfərə  çıxanda  heç  birimizə  problem 
olmurdu.  Çünki  bir-birimizin  dostlarını  çox  yaxşı 
tanıyırdıq.  Hər  dəfə  hərəmə  girəndə  bal  ayı  səfərimiz 
yadıma  düşürdü.  O  səfərin  bütün  göz  yaşları  və  gülüşləri 


 
159 
əbədiyyətə  qədər  yadımda  qalacaq.  Həmidlə  birlikdə 
keçmiş  o  ziyarətin  şirinliyi  mənimçün  bir  də  heç  vaxt 
təkrarlanmadı. 
Elə  birinci  ziyarətimdən  sonra  hərəmin  Came  Rəzəvi 
həyətindən  Həmidə  zəng  etdim.  Onun  üçün  çox 
darıxmışdım.  Söhbətimiz  eşqlə  aşıb-daşırdı.  Sağollaşanda 
dedim: 
-Həmid, bu gün cümədir, cümə namazını unutmayasan. 
Evdə qalma. Cüməyə getsən, həm savab qazanarsan, həm 
də vaxt tez keçər, təklik səni sıxmaz. 
Gülüb dedi: 
-Deməli,  xəbərin  yoxdu.  Biz  indi  dostlarla  dəniz 
kənarındayıq.  Çox  üzüb,  suya  kəllə  vurduq.  Namazı  da 
qılmışıq. İndi yeməyə gedirik. 
Məni qatara mindirən kimi dostlarıyla şimala getmişdi. 
Öncədən  planlaşdırılmamış  belə  birgünlük  səfərlərə  çox 
gedirdi.  Axşam  saat  səkkizə  kimi  dəniz  kənarında  qaldı. 
Mən  həyəcan  keçirir,  hər  dəfə  zəng  edəndə  deyirdim: 
“Həmid,  dəniz  təhlükəlidir,  yollarda  da  tıxac  var.  Evə  tez 
qayıt!” 
Səfərimin  axırıncı  günü  vida  ziyarətindən  sonra 
rəfiqələrimlə  bazara  hədiyyə  almağa  getdim.  Həmidə 
gözəl bir hədiyyə almaq istəyirdim. Xeyli axtarışdan sonra 
mağazanın 
vitrinindəki 
mavi 
dama-dama 
köynək 
diqqətimi cəlb etdi. Elə onu da aldım. 
Məşhəddən  qayıdanda  məni  qarşılamağa  gəldi.  Rəftar 
və  danışığından  aydın  görünürdü  ki,  bu  bir  neçə  gündə 
mənimçün  çox  darıxıb.  Özüm  də  ondan  geri  qalmırdım. 
Ev səliqəli idi. Nahara makaron bişirmişdi, ancaq çəkilmiş 
ət yerinə tikə ətlərlə. Dedi: 
-Fərzanə  xanımın  mübarək  gəlişi  münasibətilə  şahlara 
layiq yemək bişirmişəm. Çəkilmiş ət nədir -xırda-xırda! 


 
160 
Köynəyi  qutudan  çıxaran  kimi  geyindi.  Əyninə  böyük 
gəldi. Dedim: 
-Həmid  can,  bəxtin  yoxdur.  Bütün  bazarı  gəzib  çox 
həvəslə bu köynəyi almışdım; heyf, böyük gəldi. 
-Sən  almısan  deyə,  mənimçün  çox  gözəldir.  Sabahdan 
bunu geyinəcəm. 
Min  bir  zəhmətlə  köynəyi  əynindən  çıxarmağa  nail 
oldum.  Onun  bu  köynəkdən  asanlıqla  əl  çəkməyəcəyini 
bildiyim  üçün  ev  yiyəsi  Keşavərzin  yanına  getdim.  O, 
dərzi  idi.  Həmidin  əyninə  kiçiltməsi  üçün  köynəyi  ona 
verdim. 
Həmid gəzmək təklifini edəndə  yol  yorğunu olmağıma 
baxmayaraq, “yox” deyə bilmədim. Yayın son günlərində, 
bir  neçə  günlük  ayrılıqdan  sonra  onunla  birlikdə 
addımlamağın  başqa  bir  ləzzəti  var  idi.  Uzun  bir 
axşamçağı  idi,  hava  soyumağa  başlayırdı.  Hər  tərəfdən 
payız  qoxusu  gəlirdi.  Çinar  ağaclarının  yarpaqları  yavaş-
yavaş  saralırdı.  Həmidin  və  ayaqlarımızın  altında 
xışıldayan yarpaqların səsi, həqiqətən, çox ürəkaçan idi. 
Yolun  ortasında  dondurma  mağazasına  girdik.  Həmid 
iki  ədəd  böyük  dondurma  aldı.  Əslində,  hər  ikisini  özü 
üçün  aldı.  Mən  adətən,  bir-iki  qaşıq  yeyəndən  sonra 
şirinliyi iştahımı vururdu, qalanını ona verirdim. Ancaq bu 
dəfə  iştaha  gəlib,  Həmidlə  bərabər  bütün  dondurmanı 
yedim.  Beş-altı qaşıq  yeyəndən sonra Həmid  götürdüyüm 
hər  qaşığa  gözünü  dikirdi.  Dondurmanı  bitirdikdən  sonra 
mənim boş qalmış dondurma qabıma baxanda planının baş 
tutmadığını anladı. 
-Axıra kimi yedin? İştahını vurmadı? Yəni bir qaşıq da 
saxlamadın? 
Gülərək dedim: 


 
161 
-Bağışla,  əzizim,  məgər  mənə  almamışdın?!  Düzü, 
haçan  idi,  səni  görmürdüm.  İndi  ki  qayıtmışam,  iştahım 
açılıb. Bu dəfə axıra kimi yemək istədim. 
Təbəssüm edib ayağa durdu və özü üçün bir dondurma 
da sifariş verdi. 
İki-üç  gündən  sonra  köynək  hazır  oldu.  Xanım 
Keşavərz  həmişə  olduğu  kimi,  bu  dəfə  də  şirin  dillə 
“Anam, Fərzanə!” -deyə məni səslədi, köynəyi verib dedi: 
-Qızım,  keçən  il  məhərrəm  ayında  nəzir  eləmişdik, 
buna  görə,  sizi  əziyyətə  salırdıq.  Ehsan  yeməyini 
hazırlamaq  üçün  həyətdə  işləmək  məcburiyyətində  idik. 
Yoldaşım  dedi  ki,  razısınızsa,  siz  ikinci  mərtəbəyə  çıxın, 
biz düşək birinci mərtəbəyə. 
Evləri  dəyişmək  məsələsini  Həmidə  söylədim.  O,  razı 
idi. 
-Bir cəhətdən də ev sahiblərinə kömək olar, hər gün bu 
qədər  pilləni  çıxıb-düşmək  məcburiyyətində  qalmazlar. 
Ancaq  yaxşı  olar  ki,  evləri  karate  üzrə  respublika 
çempionatından sonra dəyişək. 
*** 
Həmid silahlı qüvvələrin ölkə üzrə karate çempionatına 
gedəndə özümü ağlıma gələn hər şeylə məşğul edirdim ki, 
mümkün  olduğu  qədər  az  darıxım.  Namazda  qələbə 
qazanması üçün dua edirdim. Yerə-göyə sığmırdım. Yarış 
üç  gün  çəkdi.  Həmidin  tez  qayıtmasını  istəyirdim.  Yarış 
günü nə etdimsə, nəticəni mənə demədi. 
Günbatana yaxın qapının zəngi çaldı. Həvəslə düyməyə 
basıb  qapını  açdım.  Axsayırdı.  Diqqətlə  baxanda  gördüm 
ki,  üst  dodağı  da  yarılıb.  Bunu  görmək  mənə  o  qədər 
əzabverici idi ki, gətirdiyi medalı belə görmədim. Üçüncü 
yeri tutmuşdu. Elə ilk andan deyinməyə başladım. 


 
162 
-Niyə  rəqibin  diqqətli  deyildi?  Bu  necə  yarışdır  axı?! 
Bəs hakim hara baxırdı?! 
Medalı mənə verdi, gülərək dedi: 
-Yarış  dediyin  belə  olar.  Sən  özün  də  bu  işlərin 
içindəsən. Bilirsən ki, yarışda belə hallar çox olur. Mən də 
rəqibimi  çox  vurdum.  Necə  lazımdırsa,  xəcalətindən 
çıxdım. Sən narahat olma! 
Bilirdim ki, bu sözləri məni sakitləşdirmək üçün deyir. 
Hətta  yarışda  belə,  rəqibinə  ağır  zərbə  vuracaq  əxlaqa 
sahib  deyildi.  Ayaq  barmaqlarından  ikisi  xəsarət  almışdı. 
Hər  ikisini  yapışqanla  bağlayıb,  bintlə  sarıdım.  Yarılmış 
dodağını  da  bir  neçə  dəfə  təmizlədim.  İstəyirdim  ki, 
qardaşının övladı dünyaya gələnə qədər vəziyyəti düzəlsin 
və üzündə iz qalmasın. 
Məhərrəm  ayına  bir  neçə  gün  qalırdı.  Oktyabrın 
axırlarında ikinci mərtəbəyə köçdük. Müştərək həyatımıza 
başladığımız mühiti hətta bu həddə dəyişmək də mənə çox 
çətin  idi.  O  evin  hər  guşəsindən  xatirələr  var  idi.  Evimiz 
kiçik olsa da, həyatımın ən gözəl günlərinə şahid olmuşdu. 
Əşyaları  bir  neçə  gün  öncədən  qutulara  yığmışdım. 
Köçən  gün  universitetdə  dərsim  var  idi.  Qayıdanda 
gördüm  ki,  Həmid  ev  yiyəsi  və  oğlu  ilə  təxminən  bütün 
əşyaları  daşıyıb.  Ev  köhnə  olduğundan  pilləkəni  dar  və 
yöndəmsiz  idi.  Əşyaları  min  bir  əziyyətlə  daşımışdılar. 
Həmid  adətən,  bütün  işlərini  özü  görmək  istəyirdi,  heç 
kimə  əziyyət  vermək  istəmirdi.  Buna  görə  də,  heç  kimi 
köməyə çağırmamışdı. 
Yuxarı  mərtəbə  də  balaca  idi.  Fərqləri  bundaydı  ki, 
ikinci mərtəbənin qonaq otağı böyük, əvəzində yataq otağı 
kiçik idi. Evə on beş pillə qalxırdı. Giriş qapısı köhnə idi, 
ortası  şüşə  ilə  bəzədilmişdi.  Otaqların  heç  birinin  yerinə 
metlax döşənməmişdi, hamısı gipsdən idi. 


 
163 
Həmidlə  bütün  evi  süpürdük,  sonra  da  silib  qurutduq. 
Təmizlik işi bitəndən sonra yerə karton sərdik. Kartonların 
da üzərinə xalça sərib əşyaları düzdük. Qonaq otağına iki 
ədəd  altımetrlik  xalça  sərdik,  on  iki  metrlik  xalçamızı 
sərməyə isə yer olmadı. 
İkinci mərtəbənin mətbəxi nisbətən kiçik idi, yalnız bir-
iki çəkməcəsi vardı. Buna görə də, boşqab dəsti kimi bəzi 
əşyalarımı  kartona  qoyub,  dama  çıxan  pilləkənə  düzdüm. 
Qonaq  otağı  böyük  olduğu  üçün  atamgildə  qalmış  yemək 
və  telefon  masası  kimi  bəzi  əşyalarımızı  gətirdik.  Giriş 
qapısının  ağzında  köhnə  taxça  var  idi.  Həmidin  mənim 
doğum  günündə  aldığı  gülü,  rəhbərin  şəklinin  yanına 
qoydum.  Sadə  ev,  eyni  zamanda  məhəbbət  və  sevinclə 
dolu idi. Bəzən sadəliyin özü də bir gözəllikdir! 
O gündən sonra Həmid nə zaman pilləkəndən qalxmaq 
və ya düşmək istəyirdisə, bir neçə dəfə “ya Allah” deyirdi 
ki,  birinci  mərtəbədə  qapı  açıq  olsa,  Həmidin  gəldiyini 
bilsinlər. Qapının girəcəyinə  İmam Baqirdən (ə)  bir hədis 
yapışdırmışdı. Hər səhər evdən çıxanda onu oxuyur, sonra 
gedirdi. 
Hər iki mərtəbənin ortaq nöqtəsi gün boyunca bayırdan 
gələn  uşaqların  səsi  idi.  Bizim  evimiz  Qəzvinin  hərəkətli 
məhəllələrindən  olan  Nəvvab  prospektində  yerləşirdi. 
Küçədən 
heç 
vaxt  məhəllə 
uşaqlarının 
səs-küyü 
kəsilmirdi. 
İmtahanlar  yenicə  başlamışdı.  Evdə  oturub  dərsləri 
təkrarlayırdım. O qədər səs-küy var idi ki, bir səhifəni beş 
dəfə  oxuyurdum,  ancaq  yenə  də  anlamırdım.  Uşaqların 
səsi  diqqətimi  yayındırırdı.  Kitabları  kənara  atıb  doyunca 
ağladım.  Öz-özümə  dedim  ki,  bura  qətiyyən  dərs  oxunası 
yer deyil. Subay vaxtı da bu qədər həssas idim. İmtahana 


 
164 
hazırlaşdığım  zaman  bəzən  evə  qonaq  gələndə  dərslərimi 
zirzəmidə oxuyurdum. 
Bu  kimi  vəziyyətlərdə  Həmid  sakitləşdirici  rolunu 
oynayırdı. Deyirdi: 
-Xanım,  uşaqların  bu  cür  sevinc  içində  oynamaları 
yaxşıdır,  yoxsa  Allah  eləməmiş,  xəstələnib  yatağa 
düşmələri?!  Bu  cür  hərəkətli  olmaları  yaxşıdır,  yoxsa 
kompüter və ya telefon oyunları oynamaları?! Sabah bizim 
uşaqlarımız oynamaq istəyəndə də belə edəcəksən?! 
Sözləri  ilə  təskinlik  tapırdım.  Sonda  anladım  ki,  dərs 
oxumaq  üçün  ən  yaxşı  vaxt  gecə  saatlarıdır.  İmtahanım 
olanda  gecə  saat  on  ikidən  sonra  dərs  oxumağa 
başlayırdım. Bu saatlarda küçədə səs-küy olmurdu. 
Bu  metodla  ilk  imtahanım  üçün  lazım  olan  400 
səhifəlik kitabı təkrarlaya bildim. İmtahanda əksər suallara 
doğru  cavab  verdiyim  üçün  sevinclə  evə  döndüm.  Evə 
çatanda  gördüm  ki,  bütün  otaqlar  tüstü  içindədir.  Öz-
özümə  dedim  ki,  yəqin,  Həmid  üzərlik  yandırıb.  Ancaq 
üzərlik  tüstüsünə  də  oxşamırdı.  Mətbəxə  keçəndə 
gözlərimə  inanmadım.  Xalçanın  bir  tərəfi  yanmışdı. 
Soruşdum: 
-Həmid, bu tüstü nədir belə? Xalça niyə yanıb? 
-İstədim  sən  gələnə  qədər  üzərlik  yandırım,  ancaq 
qəfildən qab əlimdən düşdü, xalçanın bir tərəfi yandı. 
Bizim  davalarımız  daha  çox  zarafata  bənzəyirdi. 
Dedim: 
-Gözüm  aydın!  Mənim  cehizimi  yandırdın.  Gərək 
eynilə bu xalçadan alasan. 
Xalçanın  yanması bir tərəfə, iki  gün əlimə dəsmal alıb 
pəncərələrin  tüstüsünü  silməklə  məşğul  oldum.  Bizə  kim 
gəlirdisə, elə bilirdi ki, evimiz yanıb. 


 
165 
Məhərrəm  ayında  hava  soyuq  olsa  da,  əzadarlığa 
motosikletlə  gedirdik.  Tasua  gecəsi  hava  olduqca  soyuq 
idi.  Ancaq  yenə  də  motosikletlə  yola  düşdük.  Həmid 
zarafata dedi: 
-Bu  vaxt  camaatı  dəyənəklə  döysələr  də,  bayıra 
çıxmazlar. Biz də motosikletlə əzadarlığa gedirik. 
Əlini dizimə qoyub əlavə etdi: 
-Fərzanə,  ayaqların  donub?!  Dərd  çəkmə,  sənə  maşın 
alacam, daha əziyyət çəkməyəcəksən. 
Əllərimi Həmidin gödəkçəsinin cibinə saldım. O da bir 
əlini  əlimin  üstünə  qoydu.  Qəzvinin  kəsici  payız 
soyuğunda qəlbimi isidən yeganə şey onun məhəbbət dolu 
əlləri idi. 
Digər  gecələrdə  olduğu  kimi,  onda  da  çox  sinə 
vurmuşdu.  Məclisdən  çıxanda  səsi  tutulmuş,  gözləri 
qızarmışdı.  Tutqun  səslə  ilk  dediyi  bu  oldu:  “Allah  qəbul 
etsin!” 
Gözlərinin  qızartısını  hiss  etməyim  deyə,  gözlərimin 
içinə  baxmamağa  çalışırdı.  Şur  sinəzənlə,  yuxarı-aşağı 
atılmaqla  arası  yox  idi,  ancaq  həddən  artıq  sinə  vururdu. 
Ağa  Mütiinin  sinəzənlərini  daha  çox  sevirdi.  Əza 
dəstələrində  yeniyetmələrə  məddahlıq  dərsi  keçiləndə 
müəllimə demişdi: “Bunlara şur sinəzənlər öyrətmə, rövzə 
oxumağı öyrət ki, məclisdə insanları ağlatsınlar”. 
Həzrət Abbas (ə) gecəsi Həmid üçün xüsusi əhəmiyyət 
kəsb  edirdi.  Qayıdanda  motosikletə  minərkən  dedi:  “Çox 
istəyirəm  ki,  həzrət  Abbas  (ə)  kimi  hərəm  müdafiəçisi 
olum, əl-ayağımı həzrət Zeynəbə (ə) fəda edim”. 
Onun çox sinə vurduğunu bilib dedim: 
-Həmid,  az  sinə  vur,  ya  da  bir  az  sakit  vur.  Özünü  bu 
qədər əziyyətə salmağa ehtiyac yoxdur. 
Cavabı çox maraqlı idi. 


 
166 
-Fərzanə,  bu  sinə,  vurmaqla  heç  vaxt  yanmaz;  nə  bu 
dünyada, nə o biri dünyada. 
Bu sözünü dəfələrlə təkrarladı və mən sonralar səbəbini 
anladım. 
*** 
Bir  müddətdən  sonra  Həmidə  telefonla  mesaj  yazmaq 
ürəyimə  yatmırdı.  İstəyirdim  ki,  öz  əlimlə,  öz  xəttimlə 
məktub  yazım.  Kiçik  məktublar  yazırdım.  Həmid  adətən, 
işə  məndən  tez  gedir,  tez  də  gəlirdi.  Əlimə  keçən  hər 
kağıza  bir  şey  yazıb  evə  qoyurdum.  Nə  vaxt  dərsimin 
bitəcəyini,  naharı  necə  qızdırmalı  olduğunu,  özündən 
muğayat  olmasını  yazırdım.  Sevgimi  bu  şəkildə  bildirir, 
sadəcə  “salam”  yazmaqla  olsa  belə,  hər  gün  nəsə  yazıb 
güzgünün  qarşısına  qoyurdum.  Bu,  çox  xoşuna  gəlirdi, 
deyirdi  ki,  yazıların  qısa  olsa  da,  bütün  yorğunluğumu 
çıxarır.  Deyirdi  ki,  gün  gələcək,  səni  bu  kağızlarla  qəfil 
haqlayacağam. 
Universitetdən  bir  günlüyə  Tehrana  gedəsi  oldum. 
Nahara  lobyaplov  hazırlamışdım.  Balaca  bir  kağıza 
yazdım:  “Əzizim  Həmid!  Bu  gün  Tehrana  gedirəm. 
Yeməyi  qızdıranda  özündən  muğayat  ol.  Özünə  mənim 
bol-bol salamımı çatdır”. 
Kağızı soyuducunun qapısına  yapışdırıb evdən çıxdım. 
Tehran  səfəri  dedikləri  vaxtdan  tez  qurtardı.  Təxminən 
saat  altıda  küçəmizə  çatdım.  Uşaqlar  futbol  oynayırdılar. 
Yaşlı  qonşumuz,  həmişə  olduğu  kimi,  qapının  ağzında 
stulda  oturmuşdu.  Yanından  keçmək  istəyəndə  Həmidin 
sözü  yadıma  düşdü,  qocaya  salam  verib  halını  soruşdum. 
Qapıya  çatanda  düşündüm  ki,  yəqin,  Həmid  yatıb.  Ona 
görə  qapının  zəngini  basmadım,  açarla  açıb  yuxarı 
qalxdım.  Qapını  açanda  evdən  gələn  tüstü  üzümə  vurdu. 
Boğulmaq 
üzrəydim. 
Göz-gözü 
görmürdü. 
Payız 


 
167 
olduğundan  hava  tez  qaralmışdı.  Gördüyüm  yeganə  şey 
kompüterin işıqlı ekranı idi. 
Otağa  girəndə  Həmidi  kompuretin  arxasında  oturan 
gördüm.  Məni  görən  kimi  başını  qaldırdı  və  evə  tüstü 
dolduğunu onda anladı. Dedim: 
-Həmid,  burda  nə  baş  verir?  Diqqətin  hardadır?  Bu 
tüstü nədir belə? Yemək yemisən? 
-Yox,  yeməmişəm  –  dedi,  sonra  birdən  “vay,  yemək 
yandı!”  qışqıraraq  mətbəxə  qaçdı.  Saat  üçün  yarısından 
yeməyi qızmağa qoymuş, sonra kompüterin arxasına keçib 
diplom  işi  üzərində  işləməyə  başlamışdı.  Başı  o  qədər 
qarışmışdı  ki,  qazın  üstündə  yemək  olduğunu  tamam 
unutmuşdu. Yemək kül olmuş, üstəlik, qazan da yanmışdı. 
Bəxtimiz  gətirdi,  ev  yanmadı.  Bilirdim  ki,  yemək 
lobyaplov  olduğu  üçün  unutmuşdu,  əgər  fisincan  olsaydı, 
heç qızmağa da imkan verməz, qazın üstündəcə yeyərdi. 
*** 
2014-cü ilin payızında hər ikimiz universitetə gedirdik. 
Həmid  adətən,  axşamüstü  olanda  kompüter  arxasında 
oturub  universitet  işləri  ilə  məşğul  olurdu.  Yarım  saat 
olardı ki, kompüterin arxasındaydı. Otağa girib onu bir az 
incitdim.  Yarım  saatdan  sonra  yenə  gəldim,  gözlərini 
bağlayaraq  dedim:  “Daha  bəsdir,  Həmid,  gəl,  otur.  Belə 
davam  etsən,  tez  yorularsan”.  Zarafat  və  gülüşlə  dərsini 
asanlaşdırmaq istəyirdim. 
Mən  də  kompüter  arxasına  keçəndə  eyni  hadisə 
təkrarlanırdı.  Həmid  hər  yarım  saatdan  bir  qonaq 
otağından  səslənirdi:  “Əzizim,  gəl,  meyvə  yeyək.  Sənin 
üçün  darıxdım“.  Bir  az  gecikən  kimi  gəlib  kompüteri 
söndürürdü,  mən  də  onu  qabağıma  qatırdım.  Gedib 
dəhlizdə  gizlənir,  deyirdi:  “Axı  mən  nə  edim?!  Nə  qədər 
çağırdım, “sənin üçün darıxıram” dedim, gəlmədin”. 


 
168 
Mühasibat  ixtisasının  axırıncı  semestrini  oxuyurdu. 
Demək  olar  ki,  bir-birimizin  dərslərini  əzbərləmişdik. 
Həmidin  mənim  dərslərimdən  xoşu  gəlirdi,  bəzən 
kitablarımı  götürüb  oxuyurdu.  Mənim  riyaziyyatım  yaxşı 
idi.  Hərdən  riyazi  məsələləri  həll  edib  mənə  göstərirdi, 
səhvlərini yoxlayırdım. 
Axırıncı  semestrdə  yazdığı  diplom  işinin  mövzusu 
“Maliyyə  auditində  özəlləşdirmənin  rolu”  idi.  Mən 
dissertasiya  yazmaq  kursu  keçdiyim  üçün  bacardığım 
qədər 
kömək 
etməyə 
çalışırdım. 
İşləri 
aramızda 
bölmüşdük:  sahə  işləri,  araşdırma,  anket  işləri  Həmidin 
boynuna,  kompüterdə  yığmaq,  tərtib  etmək  də  mənim 
boynumaydı. Gecə-gündüz çəkilən zəhmətlərdən sonra işi 
müəllimimizə  göstərdik,  nöqsanları  aradan  qaldırdıq. 
Həmid  diplom  işini  20  qiymətlə  müdafiə  etdi.  Aldığı 
qiymət həqiqətən də haqqı idi. 
Həmidin 
müdafiəsinin 
ertəsi 
gün 
hər 
ikimiz 
xəstələndik. Burnumuz axırdı, öskürək bizdən əl çəkmirdi. 
Həkim bizim üçün nüsxə yazdı. Dərmanları alandan sonra 
taksiyə  mindik.  Sürücü  rövzə  kaseti  qoymuşdu.  Bizim  də 
halımız  yaxşı  deyildi;  durmadan  ya  öskürür,  ya  da 
burnumuzu  çəkirdik.  Sürücü  elə  bildi  ki,  rövzəyə  görə 
ağlayırıq. 
Küçənin  başına  çatanda  Həmid  əlini  cibinə  salıb  pulu 
vermək istədi. Sürücü dedi: 
-Ağa  seyid,  məlumdur  ki,  rövzə  əhlisiniz.  Pul 
istəmirəm, mənim üçün dua edin! 
O,  bir  söz  söyləməmizi  gözləmədən  qaza  basıb 
uzaqlaşdı.  Həmidlə  birgə  yolun  kənarında  oturub  yarım 
saat  güldük.  Özümüzü  saxlaya  bilmirdik.  Həmid  zarafata 
deyirdi: “Eh, hacıxanım, az ağla da!” Bu sözü deyən kimi 
sürücünün  sözü  yadımıza  düşürdü,  yenidən  gülməyə 


 
169 
başlayırdıq.  Həmidin  zahiri  görünüşü  və  rəftarı  elə  idi  ki, 
bəzən  onun  hövzə  tələbəsi  olduğunu  düşünürdülər. 
Bəziləri  ona  ”ağa  seyid”  deyə  müraciət  edirdi.  Əlbəttə, 
Həmid  həmişə  mənə  seyid  olduğunu  deyirdi.  Onun  ata 
tərəfindən nənəsi seyid idi. 
2014-cü  ilin  sonlarında  Həmidin  qardaşı  uşaqları 
dünyaya gəldi. Noyabrın 29-da böyük qardaşı Həsənin qızı 
Kövsər, dekabrın 13-də düz ərbəin gecəsində əkiz qardaşı 
Səidin qızı Nərgiz doğuldu. Hüseynin oğlu Məhəmmədrza 
da 26.02.15 tarixində dünyaya gəldi. 
Bir  yerə  yığışanda  uşaqların  səsi  kəsilmirdi.  Biri 
dayanan  kimi  o  biri  ağlamağa  başlayırdı.  Həmid  o  vaxta 
qədər uşaq barədə bir söz demirdi. Ancaq qardaşı uşaqları 
dünyaya  gələndən  sonra  çox  istəyirdi  ki,  bizim  də 
övladımız  olsun.  Onun  uşağa  qarşı  böyük  həvəsi  məni 
ümidləndirirdi. Düşünürdüm ki, həyatımız torpağa əkilmiş 
bir  fidandır,  böyüyüb  qol-budaq  açmaq  istəyir  və  beləcə, 
illərlə bir-birimizin yanında yaşayacağıq. 
Nərgiz  dünyaya  gələndən  bir  gün  sonra  Həmid  Loşan 
bölgəsinə  on  beş  günlük  ezamiyyətə  getdi.  Ezamiyyətləri 
barədə  çox  sual  verməzdim,  ümumi  məlumatları 
soruşurdum ki, bu bir neçə gündə nə  yaşadıqlarını öyrənə 
bilim.  Onu  da  zarafat  və  gülüşlərlə  öyrənirdim.  O,  qıdığa 
çox həssas idi. Ona deyirdim: 
-Həmid,  sən  İŞİD-in  əlinə  keçsən,  qıdığa  qarşı  həssas 
olduğunu  bilsələr,  bəsdir,  elə  ilk  andaca  hər  şeyi  açıb-
tökərsən. 
Loşandan  qayıdandan  sonra  onu  qıdıqlaya-qıdıqlaya 
sorğu-sual  etməyə  başladım.  Əlbəttə,  o  da  zirənglik  etdi. 
Onu  qıdıqlayıb  soruşanda  ki,  komandiriniz  kimdir,  dedi: 
“Tağı Muradi”. Dedim: “Kəşfiyyat komandiriniz kimdir?” 
Dedi:  ”Tağı  Muradi”.  Nə  soruşurdumsa,  atamın  ad-


 
170 
soyadını  deyirdi.  Gülərək  dedim:  “Atam  da  özünə  yeznə 
seçib!  Sən  gərək  qayınatanın  adını  ən  axırda  çəkəsən”. 
Gülüb dedi: “Səhərə qədər qıdıqlasan da, ancaq onun adını 
deyəcəm”. 
Bəzən  keçdiyi  təlimlər  və  ya  yeni  öyrəndiyi  şeylər 
barədə  danışırdı.  Loşan  təlimlərində  onlara  demişdilər: 
“Əgər  bir  inəyin  hansısa  istiqamətə  doğru  getdiyini 
görsəniz,  bilin  ki,  orada  şübhəli  nəsə  var.  Çünki  inək  hər 
şeylə maraqlanır. Hansı tərəfə hərəkət edirsə, orada mütləq 
bir  şey  var.  Ancaq  inəkdən  fərqli  olaraq,  qoyun  haradan 
qaçırsa,  orada  mütləq  şübhəli  bir  şey  var.  Çünki  qoyun 
qorxaq  heyvandır,  ən  kiçik  səsdən,  gördüyü  hər  şeydən 
qorxub uzaqlaşır”. 
Hal-əhval  tutandan  sonra  Loşanda  çəkdirdiyi  şəkilləri 
göstərdi. İlk dəfə idi ki, xüsusən mavi gödəkcədə müxtəlif 
formalarda  bu  qədər  şəkil  çəkdirmişdi.  Şəkillərdə,  karate 
yarışından  sonra  ayağına  bağladığım  yapışqan  aydın 
sezilirdi.  Maraqla  baxdığım  yerdə  danışmağa  başladı, 
digər  şəkillərə  baxmağa  macal  vermədi.  Dedi:  “Bu 
şəkilləri  şəhadət  üçün  çəkdirmişəm.  Gör,  banner  şəkli 
üçün hansı yaxşıdır?” 
Ürəyim  yerindən  qopdu.  Səs  tonu  nə  ciddi  idi,  nə  də 
zarafata  bənzəyirdi.  Onun  bu  tərz  danışığı  mənə  acı 
verirdi.  Nə  deyəcəyimi  bilmirdim.  Nişanlı  olduğumuz 
zamandan  telefonundakı  şəkillərə  baxanda  soruşurdu  ki, 
şəhadət  üçün  hansı  daha  münasibdir.  O  zaman  sözlərini 
ciddiyə  almaz,  zarafatla  söhbəti  dəyişərdim.  Ancaq  bu 
dəfə yerimdə donub qaldım, ürəyim əsdi. 
Bu  mövzunu  davam  etdirmək  istəmirdim.  Ağlıma  da 
bir şey gəlmirdi. Dedim: 
-Ayağın yaxşılaşıb? Orda hava necə idi? Mənə hədiyyə 
almamısan? 


 
171 
Bir az sükutdan sonra təbəssüm edərək dedi: 
-Orda  o  qədər  qaçdıq  ki,  ayağım  lap  əla  olub.  Mən 
anama  baş  çəkənə  qədər  sən  bu  şəkillərdən  birini  seç, 
görüm şəhid yoldaşının zövqü necədir. 
Həmid  bibimlə  görüşməyə  gedəndə  atama  zəng  edib 
dedim: “Ata can, Həmid ezamiyyətdən yenicə qayıdıb, yol 
yorğunudur.  Bu  gün  zala  gəlməyəcək.  Zəhmət  olmasa, 
məşqi özünüz keçərsiz”. 
Həmidə qarşı necə həssas olduğumu hamı bilirdi. Atam 
telefon  arxasından  gülüb  dedi:  “Həmid  mənim  bacım 
oğludur.  Mən  ona  ad  qoyanda  sən  hələ  dünyaya 
gəlməmişdin,  ancaq  indi  ona  hamıdan  çox  fikir  verirsən. 
Aşdan isti kasa olmusan, qız!”  
Sağollaşandan  sonra  yenə  şəkillərə  baxmağa  başladım. 
Hər bir şəklə baxanda ağlayırdım. Həmidi ilk dəfə idi belə 
görürdüm. 
Üzündəki 
qeyri-adi 
nur 
məni 
çox 
əndişələndirirdi. O nurluluğu görən iş və əza dəstəsindəki 
yoldaşları  zarafata  deyirdilər:  “Həmid,  yenə  nur  saçırsan, 
üzünə  parça  sal”.  Bu,  Həmidin  çöhrəsində  o  qədər  aydın 
idi  ki,  şəkillərinin  altından  “Şəhid  Həmid  Siyahkali” 
yazırdılar.  Utancaq  gözləri  Şəhid  Himmətin  gözlərinə 
oxşadığı üçün onu “Həmid Himmət” səsləyirdilər. Həmidi 
tanıyan  rəfiqələrimdən  biri  həmişə  mənə  deyirdi: 
“Bilmirəm  nə  vaxt,  ancaq  əmin  ol  ki,  ərin  bir  gün  şəhid 
olacaq.  Əgər  şəhid  olmasa,  mən  Allahın  ədalətinə  şübhə 
edərəm”. Özü də bunu çox sevirdi, mənsə deyirdim ki, çox 
tezdir, hətta söhbətini etməyə belə tezdir. 
Loşan  ezamiyyətindən  sonra  yavaş-yavaş  Suriyaya  və 
İraqa  getmək  zümzümələri  başlandı.  O  deyirdi:  “Mən 
gərək  ya  İraqa  gedim,  ya  da  Suriyaya.  Burda  qalası 
deyiləm”.  Yeddi  il  müqavilə  üzvlüyündən  sonra  korpusa 
yenicə  rəsmi  üzv  kimi  qəbul  olunmuşdu.  Bu  sözlərinin 


 
172 
cavabında  yalnız  dilimlə  müsbət  cavab  verirdim  ki,  ürəyi 
rahat  olsun.  Ancaq  ürəyimin  dərinliklərində  qəbul  edə 
bilmirdim.  Biz  təzə-təzə  bir-birimizə  öyrəşirdik.  Biz  hələ 
bir-birimizi yeni tapmışdıq. 
*** 
Həmid  sobanın  yanında  oturub  Şeyx  Səduqun  “İləlüş-
şəraye” kitabını mütaliə edirdi. Onu çoxdan axtarırdı, mən 
də  ona  hədiyyə  almışdım.  Meyvələrin  qabığını  soya-soya 
gözaltı  ona  baxırdım.  Oxuduğu  hər  səhifədə  əlini 
saqqalına  çəkir,  bir  neçə  dəqiqə  fikrə  dalırdı.  Qışda 
sobanın  yanından ayrılmırdı. Çox üşüyən idi. Hava bir az 
soyuyan  kimi  xəstələnirdi.  İşdən  gələn  kimi  əllərini  tez 
sobanın  üzərinə  qoyurdu.  Bəzən  də  bayırdan  gələndə 
birbaş sobanın üzərində otururdu. Deyirdim: 
-Həmid,  sobanın  üstündə  oturduğuna  görə  bir  gün 
borusu çıxacaq, gecə vaxtı dəm qazından boğulacağıq. 
-Gözüm üstə, xanım, riayət edərəm, amma bil ki, ömür 
Allahın əlindədir. 
Soyulmuş meyvələri  yanına qoydum. Gözünü kitabdan 
çəkib  dedi:  “Mən  belə  razı  deyiləm,  Fərzanə.  Sən  həmişə 
zəhmət  çəkib  meyvələri  belə  gözəl  hazırlayırsan.  Mən  də 
tək  yemək  istəmirəm.  Get,  divanda  əyləş,  indi  gəlirəm, 
birlikdə yeyək”. 
Yenicə  yeməyə  başlamışdıq  ki,  telefonuna  zəng  gəldi. 
Telefonu  açan  kimi  dedi:  “Salam.  Bəh-bəh!  Təzə  bəy!” 
Anladım  ki,  zəng  vuran  yeni  nişanlanmış  səmimi  dostu 
Bəhramdır.  Həmidin  sözünə  gülməyim  gəldi.  Dostlarıyla 
çox  zarafatcıl  idi.  Əvvəllər  çox  təəccüb  edəndə  deyirdi: 
“Bunlar mənim səmimi dostlarımdır. Yeni evlənənləri belə 
çağırırıq ki, digərləri də tez evlənsinlər”. Dostlarından biri 
evlənən kimi onunla başqa cür davranırdı. 


 
173 
Bəhram  nişanlanandan  sonra  bizim  ailəvi  gediş-
gəlişimiz  çoxaldı.  Onların  bütün  nişanlılıq  dövrü  bizimlə 
keçdi.  Birlikdə  gəzməyə  gedirdik.  Bir  günlük,  hətta  bir 
neçə  saatlıq  səfərlərimiz  olurdu.  Təlaiyyə  istirahət 
kompleksinə  çox  gedirdik.  Qayığa  minir  və  ya  özümüzlə 
yemək aparıb orada yeyirdik. 
Bəhram  təklif  etdi  ki,  cümə  günü  bir  yerə  yığışaq. 
Həmid dedi: 
-Toyuq alıb Sünbülabada gedək. 
Cümə  günü  toyuqları  götürüb  yola  düşdük.  Ələmut 
bölgəsi qışda qarlı və çox soyuq olur. Evə çatanda otaqları 
qızdırmaq üçün neft sobasını yandırdıq. Xeyli vaxt idi ora 
kimsə getmirdi. Sanki hər şey buz bağlamışdı. Adam ayaq 
üstə  donurdu.  Həmidlə  Bəhram  toyuq  kababı  bişirmək 
üçün həyətdə ocaq qalamışdılar. Bəhramın xanımı ilə mən 
sobanın  yanında  adyalın  altında  tir-tir  əsirdik.  Sobanın 
alovunu  o  qədər  çoxaltmışdıq  ki,  evə  tüstü  dolurdu.  O 
qədər  üşüyürdük  ki,  evin  tüstüyə  büründüyünü  belə 
anlamamışdıq.  Həmid  otağa  girən  kimi  qorxub  dedi:  “Siz 
burda nə edirsiz belə? İndi tüstüdən boğulacaqsız”. 
Gözlərimizin, burnumuzun içinə qədər tüstü dolmuşdu. 
Bir  neçə  gün  bizdən  tüstü  iyi  gəldi.  Günorta  yeməyini 
yedikdən sonra bayıra çıxdıq. Düşünürdüm ki, yerimək bir 
yerdə  oturmaqdan  yaxşı  olar.  Həyətdə  it  də  var  idi. 
Həmişə  bizə  baxırdı.  Bəhramın  xanımı  ilə  mən  itdən  çox 
qorxurduq. Bizə bir addım yaxınlaşanda qorxudan həyətin 
o  biri  tərəfinə  qaçırdıq.  Həmidlə  Bəhram  bizə  baxıb 
gülürdülər.  Bizim  işimiz  ancaq  qaçmaq  olmuşdu.  Həmid 
yeməyin qalanını israf olmasın deyə, itə atdı. Həmişə belə 
edirdi. Bayıra gedəndə artıq qalmış yeməyi divarın, ağacın 
dibinə tökürdü. Ət alanda da ən yaxşı yerindən kəsib dama 


 
174 
pişiklərə  atırdı.  Həmişə  də  deyirdi:  “Bütün  ölənlərin 
niyyətinə!” 
“Allaha doğru” verilişində Hacı Alidən eşitmişdi ki, nə 
zaman savab bir iş görmək istəsəniz, bütün ölənləri niyyət 
edin.  Beləcə  yaradılışın  əvvəlindən  axırına  kimi  bütün 
ölülərə eyni həddə savab çatar. Qiyamət günü ölülər üçün 
daha çox savab əməl niyyət edənin əməllərinə tez baxılar. 
Buna görə də, heç vaxt artıq qalmış yeməyi zibil qutusuna 
atmazdı. 
*** 
Həmid  idman  zalından  zəng  edib  gec  gələcəyini 
bildirdi. 
Təklikdən 
ürəyim 
sıxılmasın 
deyə 
bəzi 
dəyişikliklər  etməyə  başladım.  Həmid  gələn  kimi 
soruşdum: 
-De görüm, evdə nə dəyişib? 
Ətrafa nəzər salıb dedi: 
-Yenə  qabların  düzülüşünü  dəyişmisən.  Bu  evdə 
şkafdakı əşyalardan başqa dəyişməyə nə var ki?! 
Hər  ikimiz  güldük.  Ev  o  qədər  balacaydı  ki,  əşyaların 
yerini  dəyişmək  təxminən  imkansız  idi.  Bu  kimi  şeylərə 
çox fikir verirdi. Mənə çox maraqlı idi ki, evdə etdiyim ən 
kiçik dəyişikliyi belə hiss edirdi. 
-Həmid  can,  sən  zibilləri  atana  kimi  şam  süfrəsini 
hazırlayacam. 
O, mətbəxdəki zibilləri toplayanda rəfiqəm zəng vurdu, 
başım  onunla  söhbətə  qarışdı.  Hər  şeydən  danışırdıq. 
Həmid  əlində  zibillər  qarşımda  dayanmışdı.  Sakitcə  dedi: 
“Diqqətli  ol  ki,  bu  sözlərin  qeybət  olmasın”.  İşarə  ilə 
bildirdim ki, narahat olma, diqqət edərəm. Qeybətdən heç 
xoşu  gəlmirdi,  ona  nifrət  edirdi.  Qeybət  iyi  duyulan  ən 
kiçik  sözə  belə  reaksiya  verir,  tez  mövzunu  dəyişdirirdi. 
İstəmirdi ki,  yanımızda olmayan kimsə barədə danışaq. O 


 
175 
deyirdi:  ”Gərək  qeybət  barədə  bir  neçə  hədis  yazıb  evin 
divarlarına  yapışdırım  ki,  diqqətimiz  yayınsa,  hədisləri 
görüb yadımıza salaq”. 
Danışıb  bitirdikdən  sonra  süfrəni  sərdim.  Həmid  çox 
gec gəldi. Dəfələrlə elə olmuşdu, zibil atmağa çıxanda evə 
gec  qayıdırdı.  Fikirləşirdim  ki,  görəsən,  bu  qədər 
gecikməyinin 
səbəbi 
nə 
ola 
bilər. 
Heç 
vaxt 
soruşmamışdım.  Ancaq  bu  dəfə  həmişəkindən  də  gec 
gəldi. Qayıdanda soruşdum: 
-Həmid, zibilləri Geri Çevirmə Mərkəzinə aparmışdın?! 
Niyə bu qədər gec gəldin? 
Danışmaq istəmirdi, ancaq israrımı görəndə dedi: 
-Bilirsən,  küçənin  başında  həmişə  yoxsul  bir  adam 
dayanır. Mən hər dəfə yanından keçəndə bacardığım qədər 
kömək  etməyə  çalışıram.  Amma  bu  dəfə  üstümdə  pul 
olmadığından  utandım  ki,  birdən  görərəm,  kömək  edə 
bilmərəm.  Buna  görə  bütün  küçəni  dövrə  vurmaq 
məcburiyyətində qaldım. 
Bu  kimi  rəftarlarını  görəndə  ona  daha  çox  heyran 
olurdum.  Onun  bu  hərəkətləri  məndə  həm  gözəl  hisslər, 
həm də qorxu yaradırdı. Gözəl hisslər həyat yoldaşımın bu 
qədər incə və zərif məsələlərə qarşı çox diqqətcil olduğuna 
görə idi. Qorxurdum ona görə ki, özümü Həmidlə yarışda 
təsəvvür  edirdim.  Mən  yıxıla-yıxıla,  sürünərək  yoluma 
davam  etdiyim  halda  Həmid  sürətlə  keçib-gedirdi. 
Qorxurdum  ki,  bu  yolu  Həmidlə  birgə  davam  etdirə 
bilməyim. 
Axşam  yeməyini  yeyirdim,  ancaq  bütün  fikrim 
rəfiqəmlə  danışdığım  sözlərdə  idi.  Bir  nəfər  barədə 
bədgümanlıq  olmuşdu.  Rəfiqəm  telefonda  bu  məsələni 
açanda  narahatlığımı  gizlədə  bilmədim.  Həmid  fikrə 
daldığımı anladı, mənə baxıb dedi: 


 
176 
-Nəsə olub, Fərzanə? Fikrə dalmısan. 
-Yox, əzizim! Mühüm bir şey deyil, yeməyini ye. 
Əlini yeməkdən çəkib gülərüzlə dedi: 
-İstəyirsən, Nurüş-şühəda təpəsinə gedək? 
Nə  zaman  kimdənsə  narahat  olurdumsa,  dərhal 
anlayırdı,  ancaq  heç  vaxt  olan-bitənləri  anlatmağımı 
israrla istəməzdi. Düşünürdü ki, bir söz desəm, qeybət ola 
bilər,  çünki  qarşı  tərəf  özünü  müdafiə  etmək  üçün 
yanımızda 
deyil. 
Məni 
bu 
kimi 
düşüncələrdən 
uzaqlaşdırmaq üçün Nurüş-şühəda təpəsinə gedərdik. 
Motosikletə  minib  Fədəyə  doğru  yol  aldıq.  Naməlum 
şəhid  məzarı  başında  oturduq.  Sakitləşmək  üçün  bir  az 
ağladım.  Həmid  yanımda  oturmuşdu,  bir  sual  belə 
vermədən dedi: 
-Mən səni səbrə dəvət etmirəm, təkamülə dəvət edirəm. 
Mümkün  deyil  ki,  kimsə  mömini  incitməsin.  Əgər  haqq 
səninlədirsə, çalış ürəkdən və minnətsiz olaraq, bağışla ki, 
həmin  insanlara  qarşı  baxışın  dəyişsin,  onlara  qarşı  pis 
fikirdə  olmayasan.  Əgər  bacarırsansa,  bu  cür  bağışla, 
ruhun böyüsün. 
Sonra ürəkaçan səsi ilə Aşura ziyarətnaməsini oxumağa 
başladı.  Halım  yaxşılaşandan  sonra  qalxıb  ətrafı  gəzdik. 
Dondurma  yeyib,  xeyli  zarafat  etdikdən  sonra  evə 
qayıtdıq. 
*** 
Yanvarın  ortalarında  ongünlük  ezamiyyətə  getdi.  Ev 
işlərini yekunlaşdırıb qürub çağı atamgilə yollandım. Evdə 
Həmidsiz  qala  bilmirdim.  Anamın  süzdüyü  təzədəm  çayı 
içməmiş  qar  yağmağa  başladı.  Öz  evimiz  yadıma  düşdü; 
yağış yağan kimi tavandan su damırdı. 
Bir  az  keçəndən  sonra  çox  narahat  oldum.  Atama 
dedim: 


 
177 
-Mən evə getməliyəm. Qorxuram bu qar evimizi bərbad 
günə qoyar. 
-Sən hazırlaş, özüm aparacam. 
Tez  maşına  minib  yola  düşdük.  Qar  yağdığına  görə, 
bütün  yollarda  ucsuz-bucaqsız  tıxac  yaranmışdı.  Evə 
çatmağa  az  qalmış  maşından  düşdüm.  Tıxac  olduğundan 
piyada daha tez çatacağımı düşündüm. Evə tərəf qaçmağa 
başladım.  Xalça  büsbütün  suyun  içindəydi.  Evin 
tavanından  samovar  lüləyi  kimi  su  axırdı.  Bütün  gecəni 
suyun  altına  qab  qoyur,  dolan  kimi  aparıb  həyətə 
tökürdüm. Bu işi tək görmək məni çox incidirdi. Ürəyimdə 
dedim:  “Kaş  Həmid  burda  olaydı,  bu  qədər  tək 
qalmazdım!”  Gözlərimin  yaşı  sel  kimi  axırdı.  Ancaq  bir 
neçə gün evdən çıxmadım. 
Həmid ezamiyyətdən qayıdıb bu vəziyyəti görəndə çox 
narahat  oldu,  xəcalətdən  başını  aşağı  saldı.  Onu  utanan 
halda görmək istəmirdim. Zarafata dedim: 
-Mən  artıq  evin  kişisi  olmağa  başlayıram,  sən  buna 
narahatsan?! 
Ertəsi gün ev sahibinin köməyi ilə dama qır vurdular ki, 
yağış-qar  cəhətdən  əziyyət  çəkməyək.  İşləri  bitəndən 
sonra  həmişəki  görüş  yerimiz  olan  Dörd  peyğəmbər 
məqbərəsinə  getməyi  təklif  etdi.  Yarım  saat  ziyarət  edib 
birlikdə bayıra çıxdıq. 
Hava  şiddətli  dərəcədə  soyuq  idi.  Qəzvinin  kəsici 
soyuğu  özünü  göstərməyə  başlamışdı.  Getmək  istəyəndə 
bizdən  irəlidə  bir  ər-arvad  motosikletdən  yıxıldı.  Tez 
xanıma  kömək  etməyə  qaçdım.  Ürəkağrıdan  mənzərə  idi. 
Həmid  oradan  şəhidlər  xiyabanına  kimi  bir  kəlmə  də 
danışmadı. Soruşdum: 
-Nə olub, niyə sakitsən? 
Bir az sükut etdi, sonra soyuq bir ah çəkib dedi: 


 
178 
-O  qadın  gözümüzün  qabağında  yıxılanda  və  sən  ona 
köməyə gedəndə həzrət Səkinə yadıma düşdü. O, dəvədən 
yıxılanda kömək etməyə heç kim yox idi. 
Deməyə sözüm  yox idi. Həmidin halına qibtə edirdim. 
Mən  gündəlik  işlərlə,  xörək  bişirməklə,  evdarlıqla,  dərslə 
məşğul olanda o, qarşısına çıxan hər hadisədən öz imanını 
artırmaq üçün mükəmməl şəkildə istifadə edirdi. 
Fevral  ayında  Həmidlə  birlikdə  universitet  tələbələrini 
İmam  Mehdi  (ə)  mövsuzunda  keçirilən  kurslarda  iştirak 
etmək üçün Quma apardıq. Çox gözəl kurslar idi. Deyilən 
sözləri yalnız Həmid yazırdı. Digərləri ya yatırdılar, ya da 
fikirləri  başqa  yerdə  idi.  Ancaq  Həmid  durmadan  verdiyi 
suallarla mövzuda daha da dərinə gedirdi. Sanki biz qonaq 
idik, Həmid kurs iştirakçısı. 
İkinci gün nahar yeməyindən sonra Həmid məni həzrət 
Zəhradan  (ə)  bir  hədis  seçməyə  çağırdı.  Səbəbini 
soruşanda dəhlizin sonundakı xəttatı göstərib dedi: 
-İstəyirəm həzrət Fatimənin (ə) adını bir vərəqə yazım, 
sən də bir hədis seç, verək xəttata, adının yanından həmin 
hədisi yazsın”. 
Xəttatın  əl  işlərini  görəndə  çox  sevinib  bu  hədisi 
seçdim: “Namaz təkəbbürdən uzaqlaşmaq üçündür!” 
Xəttat  hədisi  yaşıl  rənglə  həqiqətən  də  gözəl  şəkildə 
yazıb bizə verdi. 
Dörd gün sürən kurslardan sonra evə qayıtdıq. Qəzvinə 
çatanda ah çəkib dedi: 
-Oxay!  Rahatlaşdım.  Ürəyim  səninçün  çox  darıxmışdı, 
xanım. 
Təəccübləndim. 
-Biz ki ayrı deyildik. 
-Başqalarının  yanında  sənə  rahat  baxa  bilmirdim. 
Bilirsən nə qədər darıxırdım?! 


 
179 
Bu  kimi  yerlərdə  bəzilərinin  subay  olduğunu  nəzərə 
alırdı.  Ertəsi  gün  həzrət  Zəhranın  adını  və  ona  aid  hədisi 
bir  çərçivəyə  salıb  divardan  asdı  ki,  həmişə  gözümüzün 
önündə olsun. 


 
180 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə