Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Yadında-qalsın-nahayi

Yeddinci fəsil 
Gəl dostlar içinə, dost olaq! 
Saat  üçün  yarısından  etibarən  divar  saatının  əqrəbləri 
sanki  çox  yavaş  və  yorucu  bir  şəkildə  hərəkət  edirdi.  Hər 
dəqiqə  Həmidin  işdən  qayıtmasını  və  qapının  zəngini 
gözləyirdim.  Bekarçılıqdan  kompüterin  qabağında  oturub 
Həmidin  şəkillərinə  baxmağa  başladım.  Şəkil  çəkməkdən 
xoşu gəlirdi, ezamiyyətlə, işlə, səfərləri ilə bağlı nə qədər 
şəkli var idisə, kompüterə yığmışdı.  
İş  yoldaşlarından  çox  əsgərlərlə  şəkil  çəkdirmişdi, 
onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı. 
Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki, 
haradasansa, gəlim götürüm. 
Şəkillərindən  bəzisini  seçib  şəhadətindən  sonraya 
albom  düzəltmişdi.  Mənə  deyirdi  ki,  nə  vaxt  şəhid  olsa, 
məclislər üçün o şəkillərdən istifadə edək. 


 
154 
Həmid  çox  gecikirdi.  Mən  çox  nigaran  qaldım, 
sakitləşmək  üçün  yeriməyə  başladım.  Addımlarımı 
sayırdım ki, vaxt tez keçsin. Otaqları və mətbəxi bir neçə 
dəfə  ölçdüm.  Nəhayət,  bir  neçə  saatdan  sonra  qapının 
zəngi çaldı. Səsini eşidəndə elə bil, dünyanı mənə verdilər. 
Bütün narahatlığım yox oldu. 
Evə girəndə paltarı yaş idi. Dedim: 
-Həmid  can,  nigaran  qaldım.  Niyə  bu  qədər  gecikdin? 
Paltarların niyə yaşdır? 
Nədənsə  cavab  verməkdən  boyun  qaçırırdı.  Süfrə 
başında,  çox  israr  edəndən  sonra  dedi  ki,  hərbi  hissənin 
hüseyniyyəsinin  xalçalarını  yumaq  üçün  qalıb,  əsgərlərə 
kömək edib. Dedi: 
-Hüseyniyyə  kimi  xeyir  işlər  üçün  hamımız  əsgərik. 
Korpusda “get” əmri yoxdur, “gəl” var. 
Baxışlarımla soruşdum ki, fərqi nədir. Cavab verdi: 
-“Get”  o  deməkdir  ki,  özün  burda  dayanmısan, 
başqalarının  irəli  getməsini  istəyirsən.  Ancaq  “gəl” 
deyəndə birinci özün qabağa gedir, sonra o biriləri yanına 
çağırırsan. 
Bu  hərəkətlərinə  görə  həmişə  əsgərlər  tərəfindən 
sevilir,  hörmət  olunurdu.  İş  vaxtı  özünü  əsgər  sayırdı, 
komandir  yox.  O  qədər  səmimi  və  təvazökar  idi  ki,  bəzi 
əsgərlər  tərxis  olunandan  illər  sonra  belə  zəng  vurub 
əhvalını soruşurdular. Dedim: 
-Elə  isə  mən  də  səni  korpusun  qanunu  ilə  alış-verişə 
aparacam. 
-Necə? 
-Daha  deməyəcəm  ki,  Həmid,  gedək  alış-verişə. 
Girəcəm  mağazaya,  deyəcəm  ki,  gəl,  bir  neçə  şey 
bəyənmişəm, pulunu ödə. 
Sözümə xeyli güldü. 


 
155 
Onu  süfrə  başında  tək  qoymaq  istəmirdim.  Tox  olsam 
da,  yanında  oturdum.  Ona  ilk  dəfə  süfrə  hazırladığım 
gündə  olduğu  kimi,  həvəslə  yanında  oturub  gözümü  ona 
dikdim.  Bu,  ən  sevdiyim  an  idi.  Yalnız  bu  zaman  onun 
yorğun,  ancaq  mehriban  üzünə  doyunca  baxa  bilirdim. 
Yeməyini həmişə olduğu kimi, iştahla yeyirdi. Elə yeyirdi 
ki,  mənim  də  ürəyim  yemək  istədi.  Mayonezi  götürüb 
qızardılmış  kartofun  üzərinə  boşaltdı.  Kotletdən  tutmuş 
kartof qızartmasına qədər hər şeyi mayonezlə  yeyirdi. Ay 
ərzində bəlkə iki-üç dəfə mayonez alırdıq. 
Yeməyin ortasında dözməyib, soruşdum: 
-Əzizim, bu gün xalçaları yumağa qalmışdın, bəs o biri 
günlər  necə?  Niyə  digər  iş  yoldaşların  evə  vaxtında 
gedirlər, ancaq sən çox vaxt gec gəlirsən? 
Mayonez əlində dilləndi: 
-Bağışla,  xanım.  Doğrusu,  bəzi  günlər  işlərim  uzanır, 
mən sahmana salana qədər servis gedir. Sonra da ya maşın 
tapıb qayıdıram, ya da yolun çoxunu piyada gəlirəm. 
Həmidin iş yeri Qəzvindən bir neçə kilometr aralıdaydı. 
Buna görə də, servislə gedib-gəlirdi. İşinin uzandığını desə 
də, bilirdim ki, servisə gecikmə səbəbi işi deyildi. O, iki işi 
eyni zamanda görürdü; həm, briqadanın rabitəçisi idi, həm 
də  tərbiyəvi  işləri  yerinə  yetirirdi.  Haradasa  kömək  edə 
biləcəyini  görəndə  də  yardımını  əsirgəmirdi.  Aldığı 
maaşın qəpiyinə qədər halal olmasını istəyirdi. Buna görə 
işdə  çox  diqqətli  olurdu,  iş  zamanı  bir  saniyə  belə  boş 
durmurdu.  Rabitəçi  işində  çox  təcrübəsi  var  idi.  Müxtəlif 
imtahanlardan  həmişə  yüksək  qiymət  alırdı,  bəzən  də 
mükafat  olaraq,  bir  neçə  günlük  məzuniyyət  verirdilər, 
ancaq çoxundan istifadə etmirdi. 
Şam  yeməyinə  bibimgilə  dəvət  olunmuşduq.  Adətən, 
cümə  axşamı  günləri  bibimgilə  gedir,  cümələr  də  nahar 


 
156 
yeməyinə atamgildə olurduq. Bəzən həftənin ortasında da 
gedirdik.  Çox  az  hallarda  tək  gedirdi.  Evimin  yaraşıqlı 
kişisinə dedim: 
-Həmid,  bax  ha!  Yarım  saatdan  sonra  yola  çıxacağıq. 
Sən dur, indidən hazırlaş! 
Televizorun qarşısında oturub onu gözlədim. Saçını bir 
neçə dəfə darayıb zarafata dedi: 
-Nə vaxt anamgilə gediriksə, sən gec hazırlaşırsan. Mən 
də sənin anangilə gedəndə əvəzini çıxıram. 
Gülüb dedim: 
-Sənin bəzənməyin çox vaxt aparsa da, ürəyimi yaman 
ovsunlayır, Həmid can! 
Küçənin  başına  çatan  kimi  taksiyə  mindik.  Sürücü 
xanım müğənninin oxuduğu musiqinin səsini çox açmışdı. 
Həmid gülərüzlə dedi: 
-Ağa,  mümkünsə  xanımın  səsini  azaldın,  ya  da  varsa, 
yerinə kişi müğənnini oxut. 
Sürücü  Həmidin  danışıq  tərzinə  gülüb  musiqini 
sündürdü. Həmid dedi: 
-Problem  yoxdur,  nə  qoyursan-qoy,  sadəcə,  oxuyan 
xanım olmasın. 
-Yox,  qardaş,  sənin  bir  sözün  mənə  bəsdir.  Yolboyu 
danışıb-gülərik. Belə daha yaxşıdır. 
Sürücü  elə  bildi  ki,  Həmid  hövzə  tələbəsidir.  Çatana 
kimi  Həmidlə  ancaq  deyib-güldülər.  Maşından  düşəndə 
Həmid həmişəki cümləsini dedi: “Minnətdaram! Bir dünya 
minnətdaram!”  O  nə  qədər  israr  etsə  də,  sürücü  pul 
götürmədi.  Həmişə  taksidən  düşəndə  çalışırdı  ki,  pulu 
qədərincə  versin.  Bəzən  sürücünün  az  istədiyini  hiss 
edəndə  deyirdi:  “Ağa,  az  olar  ha!  Elə  hesabla,  xəcalətli 
qalmayaq”. 


 
157 
Bibimgilin  evlərinin  girəcəyində  dörd  pilləkən  var  idi. 
Ondan  sonra  eyvan,  eyvandan  sonra  da  otaqlar  gəlirdi. 
Həmid  həmişə  pillələrin  dördünü  bir  addıma  qalxırdı.  Bu 
dəfə də elə etdi. Dedim: 
-Deyəsən,  ata-ananı  görən  kimi  kefin  açıldı,  uşaqlığın 
yadına  düşdü.  Bax,  indi  oldun  yeddi-səkkiz  yaşlı  dəcəl 
Həmid! 
Səid və yoldaşı da gəlmişdi. Şam yeməyindən sonra bir 
yerdə  televizora  baxırdıq.  Serialın  ortasında  bibim  nar 
gətirdi. Bilirdim ki, Həmidin ən çox sevdiyi meyvə nardır. 
Buna görə öz payımı da ona verdim. Narı o qədər sevirdi 
ki,  mövsüm  zamanı  hər  dəfə  evə  gələndə  iki-üç  kilo  alıb 
gətirirdi. Ancaq özünə əziyyət verməyib deyirdi: 
-Fərzanə,  istəyirəm  narları  dənələyəsən,  televizorun 
qarşısında oturub qaşıqla yeyək. 
Əza  dəstəsinə  və  ya  idman  zalına  gedəndə  də  narları 
dənələyib,  böyük  bir  qaba  tökürdüm.  Nar  dənələrinin 
qızartısını 
görəndə 
şirin 
xəyallara 
dalıb, 
uşaqlıq 
şeirlərimizi dodaqaltı zümzümə edirdim: 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə