Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Onuncu fəsil 
Sən mənim dərdli baharımın ölü 
torpağısan! 
Atam  səhər  tezdən  zəng  vurub  əşyalarımı  yığmağımı 
istədi.  Günorta  məni  aparmağa  gələcəkdi.  Evi  təmizləyib, 
qabları  yudum,  bütün  otağı  süpürdüm.  Divan-kreslonun 
üzünə ağ parça sərdim.  Altmış gün atamgildə qalacaqdım 
deyə,  özümə  paltar  yığmağa  başladım.  Paltar  və 
kitablarımı  yığanda  təsadüfən,  Həmidin  qeyd  dəftərini 
gördüm.  Öz  əsgər  çəkməsi  barədə  bir  şeir  yazmışdı. 
Çəkməsi  onu  yolun  sonuna  qədər  aparmamışdı.  Onda  bir 
neçə gündən sonra həmin çəkmənin və o ayaqların başına 
nə gələcəyini ağlımın ucundan belə keçirə bilməzdim. 
Saat  birdə  qapının  zəngi  çaldı.  Atam  yuxarı  çıxmadı, 
evi  Həmidsiz  görmək  istəmirdi.  Kitablarımı  və  digər 
əşyalarımı  pilləkənə  yığdım.  Qapını  örtmək  istəyəndə  evi 


 
232 
son  dəfə  başdan-ayağa  gözdən  keçirdim.  Həmidin  ad 
günümdə  aldığı  gül  dəstəsi  gözümə  dəydi.  Onun  öz 
əlləriylə  qoyduğu  möhürlər,  dünən  oxuyub,  stolun  bir 
yanına qoyduğum Quran, bir sözlə, evin hər guşəsi Həmidi 
xatırladırdı.  Həmidin  tezliklə  Suriyadan  qayıtması  və 
birlikdə yeni xatirələr yazmaq ümidiylə qapını bağladım. 
Əşyaları  götürüb  aşağı  düşdüm.  Xanım  Keşavərz 
Həmid üçün dua edirdi. 
-Anam, Fərzanə! Özündən muğayat ol! İnşallah, oğlum 
sağ-salamat  qayıdacaq.  Sizin  üçün  darıxacağıq.  Tez 
qayıdın. 
Xanım  Keşavərzlə  sağollaşıb  maşına  yaxınlaşdım. 
Atam başını sükana qoymuşdu. Əşyalarımı arxa oturacağa 
qoyub 
maşına 
oturdum. 
Atam 
başını 
qaldıranda 
gözlərindən  yaş  süzüldü.  Yol  boyunca  hər  ikimiz 
durmadan ağladıq. 
Ruhən  sarsıntı  keçirirdim.  Həmid  özüylə  telefon 
aparmamışdı,  ondan  xəbər  alacaq  bir  yerim  də  yox  idi. 
Tək  qalmayım  deyə,  Əli  ilə  Fatimə  pərvanə  kimi  başıma 
dolanır,  mənə  ürək-dirək  verirdilər.  Həmiddən  xəbər  ala 
bilməmək  canıma  qorxu  salmışdı.  Axşam  saat  doqquzda 
atama dedim: 
-Ata can, zəng vur, görək bunlar hardadırlar? Gediblər, 
yoxsa uçuşları ləğv olub? 
Atam zəng vurandan sonra bildik ki,  axşam saat altıda 
Suriyaya çatıblar. 
O  gün  Həmiddən  heç  bir  xəbər  ala  bilmədim.  Gözüm 
telefonun ekranında qalmışdı, ancaq heç bir xəbər yox idi. 
Yuxum  qaçmışdı,  göz  yaşlarım  macal  vermirdi.  İnsan 
gecələr  daha  çox  darıxırmış.  Dua  edirdim  ki,  Həmidi 
yuxuda  görməyim.  Bilirdim  ki,  görsəm,  onun  üçün  daha 
çox darıxacam. 


 
233 
Cümə  günü  qayınanam  bizə  bir  qazan  şorba 
göndərmişdi.  Təşəkkür  etmək  üçün  zəng  etdim.  Dəstəyi 
qayınatam  götürdü.  Salam-kəlamdan  sonra  Həmidi 
soruşdu. Dedim: 
-Axşam  saat  altıda  Suriyaya  çatıblar.  Ancaq  hələ  zəng 
etməyib. 
-İnşallah,  bir  şey  olmaz.  Sağ-salamat  qayıtması  üçün 
ondan söz almışam. Sən də nigaran qalma! Arada bizə də 
baş çək. Anası çox narahatdır. 
Bunu  deyib,  dəstəyi  bibimə  verdi.  Bibimin  necə 
darıxdığını  elə  salamından  da  hiss  etmək  olurdu.  Bir  az 
danışandan  sonra  şorbanı  bişirməkdə  kömək  edə 
bilmədiyim  üçün  üzrxahlıq  etdim.  Çünki  halım  həqiqətən 
də  yaxşı  deyildi.  Bibim  bunu  çox  yaxşı  başa  düşürdü. 
Çünki qayınatam İran-İraq müharibəsində döyüşmüşdü. O, 
bu  halımı  dəfələrlə  yaşamışdı,  bir  qadının  öz  həyat 
yoldaşından uzaq qalmasının nə qədər çətin olduğunu çox 
yaxşı bilirdi. 
Təxminən  səhər  saat  on  bir  idi.  Pilləkəni  süpürdüyüm 
yerdə  telefon  çaldı.  Tez  telefona  tərəf  qaçdım.  Suriya 
nömrələrini  tanıyırdım,  əvvəllər  Həmidin  dostları  oradan 
zəng  vurmuşdular.  Nömrəni  görən  kimi  bildim  ki, 
Həmiddir.  Səsini  eşidib,  sağ-salamat  olduğunu  biləndə 
ürəyim rahatlaşdı. Salam-kəlamdan sonra dedim: 
-Axı niyə dünəndən məni xəbərsiz qoymusan? Birindən 
telefon alıb zəng edə bilməzdin? Çox nigaran qalmışdım. 
-Bağışla. Fərzanə can, telefon tapa bilmədim. 
-Hərəmə getmisən? Bax, nə zaman getsən, mənim üçün 
dua elə! Hamının əvəzindən ziyarət elə. 
-Hələ  hərəmə  getməmişik.  Nə  zaman  getsəm,  mütləq 
səni  yad  edəcəm.  Nigaran  qalma,  burda  hər  şey 
qaydasındadır. 


 
234 
Çox  danışmaq  mümkün  deyildi.  Deyəsən,  danışmaq 
üçün  başqaları  da  növbədə  dayanmışdılar.  Dediyim  son 
söz  bu  oldu  ki,  məni  xəbərsiz  qoymasın  və  imkan  düşən 
kimi zəng etsin. 
Həmin gün axşam saat yeddidə yenidən zəng vurdu. Əli 
zarafata  salıb  dedi:  “Həmid  Fərzanəni  o  qədər  sevir  ki, 
dəstəyi  qoyan  kimi  danışmaq  üçün  yenidən  növbəyə 
durur”. 
Bu  dəfə  bir  az  çox  danışa  bildik.  Səsini  eşidəndə  tək 
istədiyim  saatlarla  danışmaq  idi.  Suallarımın  çoxunu 
cavabsız qoyurdu. Hiss edirdim ki, hər şeyi söyləyə bilmir. 
Mən  onun  səsinə  həsrət  qalsam  da,  o,  hər  şeyi  danışa 
bilmirdi. 
Telefon 
danışıqları 
arasında 
fasilə 
uzananda 
həyəcandan  evi  obaş-bubaşa  gəzirdim.  Bazar  günü 
səbirsizliklə  zəngini  gözləyirdim.  Telefonu  əlimdən  yerə 
qoymurdum.  Anam  məni  bu  vəziyyətdə  görəndə  gülüb 
dedi: “Səni belə görəndə atanın ezamiyyətə getdiyi günlər 
yadıma düşür. Onda mən də bu vəziyyətdəydim”. 
Təbəssüm edib dedim: “Əli ilə mən dəcəlliyimizlə sənə 
çox əziyyət vermişik”. 
Sanki hadisələr dünən olubmuş kimi köks ötürüb dedi: 
“Bəli!  Sən  çox  dəcəl  idin.  Uşaq  olanda  divarlara 
dırmaşırdın. Bizim kirayə qaldığımız evdə pilləkən var idi. 
Pilləkənlə divarın başına qalxırdın. O qədər ağlayıb özümü 
vururdum  ki,  heç  soruşma.  Deyirdim  ki,  Fərzanə,  sən 
Allah,  düş  aşağı.  Əgər  yıxılsan,  atana  cavab  verə 
bilmərəm.  Əlin-ayağın  yaralananda  da  tez  sarğı  gətirib 
bağlayırdım. Atan  gələndə səni  adyalın altına salırdım ki, 
atan yaralarını görməsin. Sənə qarşı çox həssas idi”. 
Şirin söhbət etdiyimiz yerdə Həmid zəng vurdu. Halımı 
soruşandan  sonra  dedi  ki,  bu  gün  həzrət  Zeynəb  (ə)  və 


 
235 
həzrət  Rüqəyyənin  hərəmlərini  ziyarət  edib.  Dəfələrlə 
məndən,  oranı  birlikdə  ziyarət  etməyimiz  üçün  dua 
etməyimi istədi. Şifrəli sözümüzü unutmamışdı. Nə zaman 
zəng  etsə,  durmadan  deyirdi:  “Xanım,  yadında  qalsın!” 
Mən  də  deyirdim:  “Mən  də  səni  sevirəm.  Mənim  də 
yadımdadır”. Nə zaman “səni sevirəm” deyirdisə, bilirdim 
ki, yanında heç kim yoxdur. 
İkinci gün bibimə və Həmidin atasına baş çəkmək üçün 
universitetdən  çıxıb  onlara  getdim.  Evlərinə  çatanda 
Həmidin  atası  elə  bir  kədərli  salam  verdi  ki,  Həmidin 
hicranının onu illərlə qocaltdığını hiss etdim. Gözlərindən 
qəm-qüssə  yağırdı. Deyirlər ki, analar karandaş, atalar isə 
qələm  kimidir.  Bu  söz  qayınatamın  rəftarında  daha  aydın 
sezilirdi.  Karandaşın  getdikcə  balacalaşıb,  axırda  bitməsi 
gözdən  qaçmır.  Ancaq  qələm  bir  anda  və  xəbərsiz  bitir. 
Anaların göz yaşlarını və qəlb yanğısını hamı görür, ancaq 
ata qəlbinin sınıqlığını və qürbətini heç kimi görə bilmir. 
Bir  saat  keçməmiş  telefona  zəng  gəldi.  Ekranına 
baxanda  bildim  ki,  Həmiddir.  Həyəcandan  qışqıraraq 
Həmidin zəng etdiyini söylədim. Həmişə zəng edəndə həm 
mənə,  həm  atamgilə,  həm  də  öz  atası  gilə  zəng  vururdu. 
Çalışırdı  ki,  heç  kimi  xəbərsiz  qoymasın.  Orada  ilk  dəfə 
telefonda  ağlamağa  başladım.  Danışa  bilmədiyimdən 
telefonu atasına verdim. 
Axırda  dedi  ki,  telefonu  verin  Fərzanəyə,  görüm  niyə 
ağlayır. Telefonu götürən kimi dedi: 
-Niyə  ağlayırsan?  Nəsə  olub?  Sən  orda  ağlasan,  mən 
burda necə dözərəm?! 
-Sənin  üçün,  evimiz  üçün  çox  darıxıram.  Ancaq  o  evə 
sənsiz getməyə cürət etmirəm. Tez qayıt, Həmid! 
Gedişindən  cəmi  beş  gün  keçməsinə  baxmayaraq, 
ondan  ayrı  qalmaq  mənə  çox  çətin  gəlirdi.  Həyətdə 


 
236 
durmadan  ağladım.  Bibim  məni  o  vəziyyətdə  görəndə 
dözmür,  ağlayırdı.  Atamgilə  qayıtdıqdan  sonra  qərara 
gəldim  ki,  bir  neçə  gün  bibimgilə  getməyim.  Çünki  nə 
vaxt  gedirdimsə,  mənim  də,  bibimin  də  halı  çox  pis 
olurdu. 
Həmin gün Həmid yenə zəng etdi. Məndən narahat idi. 
Bilirdim  ki,  öncəki  danışığımızda  ağladığımı  görüb 
nigaran  qalıb.  Mənim  ağlamaq  səsimi  eşidəndə  halı 
dəyişirdi. O gündən sonra özümə söz verdim ki, zəng etsə, 
özümü  heç  nə  olmamış  kimi  aparım,  bacardığım  qədər 
zarafat  edim.  Axşam  anamla  qabları  yuyanda  dostu 
Bəhramın  yoldaşı  zəng  edib  halımı  soruşdu.  Dedi: 
“Yaxşısan,  əzizim?  Narahat  olma!  Həmid  rabitə 
bölməsindədir.  İnşallah,  bir  şey  olmaz,  sağ-salamat 
qayıdar”. 
Çərşənbə  günü  günorta  zəng  vurdu.  Təzə  nişanlılar 
kimi  danışırdı.  Söhbətə  elə  qərq  olurduq  ki,  zamanı 
unudurduq.  Çox  vaxt  danışığımız  on  beş  dəqiqədən  çox 
çəkmirdi.  Ancaq  həmin  dəqiqələr  bizə  nəfəs  almaq  kimi 
gəlirdi.  Mən  yalnız  Həmidin  danışmasını  istəyirdim. 
Həmişə deyirdi ki, hər şey qaydasındadır. Ancaq mən heç 
də belə olmadığını yaxşı bilirdim. 
Mənə verdiyi 80 min tümən məsələsi ilə maraqlanmalı 
olduğumu xatırlatdı. Unutduğumu deyəndə gülüb dedi: 
-Gör,  mən  vəsiyyətimi,  tapşırıqlarımı  kimə  verirəm?! 
Niyə fikrin bu qədər dağınıqdır, xanım? Korpusun pulunu 
mütləq təhvil verin. 
-Gözüm üstə, ağa! Sən de, görüm, günortanı yemisən? 
-Yox,  hələ  yeməmişəm.  Hamı  nahar  yeməyinə  getdi, 
mən  də  gəldim  sənə  zəng  edim.  Dostlarım  deyirlər  ki, 
qardaş  nə  xəbərdir,  həmişə  evə  zəng  edirsən!  Kim  zəng 


 
237 
vurursa,  bir-iki  dəqiqə  danışıb  dəstəyi  asır,  ancaq  sən 
yarım saat danışırsan. 
İkinci  həftədən  sonra  Həmidi  hər  gecə  yuxuda 
görürdüm.  Demək  olar  ki,  hamısı  eyni  idi.  Görürdüm  ki, 
atamın  maşını  nənəmin  evinin  qarşısında  dayanır,  atam 
maşından  düşür,  mənə  yaxınlaşır,  əlimdən  tutaraq  deyir: 
“Fərzanə,  Həmid  qayıdıb.  Sürpriz  olsun  deyə,  sənə 
deməyib”.  Mən  yuxuda  onun  qayıtdığına  təəccüblənirəm, 
çünki  gedişindən  heç  on  gün  keçməyib.  Sonrakı  gecə  də 
Həmidin  qayıtdığını  gördüm.  Sevinc  içində  mənə  deyirdi 
ki, Səidin qızı Nərgizin ad gününə gedək. Mən də yuxuda 
deyinirdim ki, bunu niyə tez demədin, hədiyyə alardıq. 
Həmid zəng edəndə yuxumu danışdım. Dedi: 
-Yox,  hələ  gəlməkdən  xəbər  yoxdur.  Bu  tezliyə 
gözləmə. Əgər əməliyyat olsa, şəhid olacam. O zaman tez 
qayıda bilərəm. 
-Mən  sənin  qayıtdığını  və  həyatımızı  qaldığı  yerdən 
davam etdirdiyimizi görürdüm. 
Tez zarafata salıb dedi: 
-Sən  başqa  yuxu  görə  bilmirsən?!  Məni  şəhid  edib, 
halvamı yeməmiş əl çəkməyəcəksən. 
-Mən nə edə bilərəm, sən özün eyni ssenari ilə yuxuma 
girirsən. Otur başqa bir ssenari fikirləş ki, bu gecə yuxuma 
fərqli şəkildə gələsən. 
Bunları  deyib-gülürdük.  Var  gücümlə  çalışırdım  ki, 
zəng  vuranda  onda  xoş  əhval-ruhiyyə  yaradım.  Mənə 
deyirdi: 
-Dostlarımdan  bəziləri  evə  zəng  edəndə  yoldaşları 
ağlayırlar. Ancaq sənə nə zaman zəng etsəm, əhvalım daha 
da yaxşı olur. 


 
238 
Danışığımız  bitəndən  sonra,  hər  axşam  olduğu  kimi,  o 
gün  də  sədəqə  ayırdım.  Ayətül-kürsini  oxuyub,  Suriya 
tərəfə üfürdüm. 
Bazar  günü  avtobusa  mindim.  Telefonu  çantamdan 
çıxaranda  gördüm  ki,  Həmid  iki  dəfə  zəng  edib.  Çox  pis 
oldum,  çırtma  vursaydın,  qan  çıxardı.  Öz-özümü 
danlayırdım. Telefonu əlimdə saxlayıb gözlərimi ekranına 
dikdim.  Hətta  gözümü  belə  qırpmırdım.  Yenidən  zəng 
edəcəyini bilirdim. Yanımdakı rəfiqələrimin sözlərinin heç 
birini  anlamırdım.  Bütün  fikrim  telefonda  idi.  Bir  neçə 
dəqiqə keçməmiş  yenidən zəng etdi. Salamlaşıb hal-əhval 
tutduq. Bağlantı çox zəif idi. Avtobusda adam çox idi. Bir 
tərəfdən  avtobusda  olanların  səs-küyü,  digər  tərəfdən  də 
avtobusun  öz  səsi  Həmidin  nə  dediyini  anlamağa  imkan 
vermirdi.  Bir  əlimlə  qulağımı  tutub,  digər  əlimlə  də 
telefonu o biri qulağıma möhkəm sıxmışdım. Həmidin bir 
kəlməsini belə əldən vermək istəmirdim. Dedi: 
-Hardasan? Niyə cavab vermirsən? Nigaran qaldım. 
-Bağışla, 
Həmid 
can! 
Dərsdə 
idim, 
indi 
də 
avtobusdayam. Sən zəng edəndə eşitməmişəm. 
Mənim səsim də yaxşı getmirdi. Dedi: 
-Alınsa,  iki  saatdan  sonra  yenidən  zəng  edəcəm.  Əgər 
alınmasa, bir neçə gün zəng vura bilməyəcəm. 
Axşam saat on birə kimi gözlədim, ancaq zəng etmədi. 
Birinci  gün də zəng etmədi.  İkinci  gün də xəbər  çıxmadı. 
İşim  ancaq  ağlamaq  olmuşdu.  O  günə  kimi  belə  bir  şey 
olmamışdı  ki,  üç  gün  dalbadal  zəng  vurmasın.  Onun 
getdiyi gündən telefonu yanımdan ayırmırdım, qorxurdum 
ki,  Həmid  zəng  edər  və  mən  bilmərəm.  Telefon  mənə 
Həmiddən yeni xəbər gətirən bir göyərçin kimi idi. 


 
239 
Noyabrın 25-də düz saat 16:38-də zəng etdi. Gözlərimə 
inana  bilmirdim,  sevincimdən  dilim  tutulmuşdu.  Niyə 
zəng etmədin deyə, şikayətlənməyə başladım. 
-Uzun-uzadı danışa bilməsək də, azından bir-iki  kəlmə 
danış,  səsini  eşidim,  nigaran  qalmayım.  Gözlərimi  bu 
qədər yolda qoyma. 
-Fərzanə,  and olsun Allaha ki, zəng  edə bilmirəm. Ola 
bilsin, heç bir həftə də zəng vura bilmədim. 
-Sən  Allah,  belə  demə.  Buna  dözə  bilmərəm.  Nə  olur-
olsun,  hər  iki-üç  gündən  bir  zəng  et.  Zəng  etməsən, 
ömrümün yarısı gedəcək. Min bir fikrə düşürəm. 
Sonra soruşdum: 
-Orda hava necədir? Üşümürsən ki? 
-Gecələr çox soyuq, gündüzlər də çox istidir. Burda altı 
ay  bahar,  altı  ay  da  payızdır.  Hava  eynilə  Avropa 
havasıdır. 
Mən də zarafata dedim: 
-Avropalı  cənab!  Şərqli  qız  sizi  gözləyir.  Tez-tez  zəng 
elə! 
Bu sözü eşidəndə güldü. Soruşdum: 
-Həmid, nə zaman qayıdacaqsan? 
-Fərzanə,  əmin  ol  ki,  qırx  gündən  tez  qayıtmayacam. 
Hələlik  gözləmə.  Kim  məni  soruşsa,  de  ki,  yaxşıdır.  Hər 
kəsə salam söylə. 
-Mən yenə gözləyəcəm. Nə vaxt imkan olsa, zəng elə! 
-Ola bilsin, beş-altı gün zəng vura bilmədim. 
Həmin  gecə  bibim,  Həsən  və  yoldaşı  bizə  gəldilər. 
Qonaqlar 
gəlməzdən 
qabaq 
başıma 
qara 
örpək 
bağlamışdım. Anam örpəyi görən kimi dedi: 
-Yoldaşın uzaq yola çıxıb. Başına qara bağlamaq yaxşı 
çıxmaz. Get, dəyiş. 


 
240 
Həmid  gedən  gündən  Həsəni  görməmişdim.  Bilirdim 
ki,  Həmiddən  inciyib.  Həsənin  özü  pasdar  idi,  Həmiddən 
çox  xidmət  etmişdi.  Ezam  ərəfəsində  hansının  Suriyaya 
gedəcəyini  müzakirə  edirdilər.  Qanuna  görə,  hər  ailədən 
yalnız  bir  nəfər  gedə  bilərdi.  Müzakirələri  getdikcə 
qəlizləşmişdi.  İş  o  yerə  çatmışdı  ki,  Həmid  sağollaşmağa 
da  gəlməmişdi.  Həmid  zəng  vurub  telefonda  sağollaşdı, 
qardaşına dedi: 
-Qardaş,  sənin  övladın  var.  Sən  qal,  mən  gedim. 
Sonrakı göndərişdə də sən gedərsən. 
Həsən bütün axşamı ya sakit qaldı, ya da narahat halda 
Həmidi  soruşdu.  Dedim  ki,  bu  gün  danışmışam. 
Heyfsilənib  dedi:  “Kaş  Həmidin  yerinə  mən  gedəydim! 
Onun  üçün  çox  narahatam.  Son  günlərdə  halı  çox 
dəyişmişdi. Sanki bu səfərin baş tutacağı günü gözləyirdi. 
Xoş onun halına, artıq hərəm müdafiəçisidir”. 
Qonaqlar gedəndə Həsən mənə dedi: 
-Qardaşıma  deyin,  mənə  zəng  eləsin!  Mən  onu 
bağışlamışam. 
-Sizin  nömrənizi  bilmir.  Ancaq  zəng  etsə,  baş  üstə, 
deyərəm zəng edər. 
Qardaşlar  arasında  narahatlığın  aradan  qalxdığına 
sevindim.  Həmid  gedəndə  buna  görə  fikirli  idi,  kiminsə 
ondan incik qalmasını istəmirdi. 
O gecə çox rahat  yatdım. Çünki Həmidlə bir neçə saat 
öncə  söhbət  etmişdim.  Öz-özümə  deyirdim  ki,  Həmid  bu 
gecə  də  arxa  cəbhədə  qalacaq.  Əgər  əməliyyat  olsa,  ön 
cəbhəyə  gedəcəklər.  Gecə  təxminən  saat  birdə  qəribə  bir 
yuxu gördüm. Həmid mənə qiymətli daş-qaşla bəzədilmiş 
bir  qutu  üzük  gətirmişdi.  Hərəsi  bir  cür  idi:  almaz, 
zümrüd,  yaqut...  Dedim:  “Həmid,  bunlar  çox  gözəldir. 


 
241 
Ancaq  hər  on  barmağıma  üzük  taxsam,  yaxşı  olmaz”. 
Dedi: “Bütün üzükləri tax, gedirik toya”. 
Səhər  tezdən  oyananda  yuxumu  anama  danışdım. 
Anam  da  qadınların  həmişəki  ifadəsilə  dedi:  “Ola  bilsin, 
hamiləsən.  Qızıl  gördüyünə  görə,  uşaq  qızdır”.  Ancaq 
məhz yuxunu gördüyüm anda artıq hər şey bitmişdi. Sanki 
Həmid  son  probleminin  də  həll  olmasını  gözləyirmiş; 
qardaşının razılığı onun əbədiyyət səfərinin bileti idi. 
Cümə  axşamı,  noyabrın  26-sı  Səhifeyi-Səccadiyyə 
kitabından  imtahanım  var  idi.  İmam  Xomeyni  adına 
Beynəlxaq  Universitetə  getməli  idim.  Saat  birə  qədər 
kitabı  təkrarladım.  İmtahandan  sonra  universitetdən  evə 
qədər  piyada  getdim.  Tək  qalmaq,  noyabrın  kəsici 
soyuğunun 
vücudumu 
bürüyən 
ayrılıq 
alovunu 
soyutmasını  istəyirdim.  Hələ  namaz  qıla  bilməmişdim. 
Həmid  yanımda  olsaydı,  məni  danlayardı.  Namazı  əvvəl 
vaxtında qılmağa çox əhəmiyyətli  yanaşırdı. Azan verilən 
kimi  namaz  qılmağa  tələsir,  özü  gəlib  səccadəmi  sərirdi. 
Xalçanın  ipək  xətləri  olduğundan,  həmişə  səccadə 
üzərində qılardı. 
*** 
Evə çatan kimi namazımı qıldım, nahar yedikdən sonra 
sobanın  yanında  uzandım.  Atamın  telefonuna  müxtəlif 
şəxslərdən  zəng  gəlirdi.  Atam  olduqca  sakit  danışırdı. 
Uzandığım  yerdə  ağlıma  min  cür  fikir  gəldi.  Gözucu 
atama  baxır,  səssizcə  ağlayırdım.  Dözə  bilməyıb  anamın 
yanına getdim. 
-Atama niyə bu qədər zəng edirlər? Nəsə bir xəbər var? 
-Xəbərim yoxdur. Nigaran qalma, bir şey olmayıb. 
Anam  arxayın  görünsə  də,  durmadan  gələn  zənglər 
məni narahat etməyə başlamışdı. 


 
242 
O  gecə  atam  öz  həyat  xatirələrini  danışdı:  toylarından, 
evliliyin  ilk  günlərindən,  bizim  dünyaya  gəlməyimizdən. 
Mənə dedi: 
-Sən 
birinci 
sinfə 
gedəndə 
mənim 
Kürdüstan 
ezamiyyətim sona çatdı və Qəzvinə gəldim. Sən o gündən 
sonra  sakit  uşaq  oldun.  Uzun  saçın  var  idi.  Ancaq  anan 
deyirdi  ki,  bu  nədir,  üzüm  ağacına  oxşayır,  gözlə,  gəlin 
olandan  sonra  uzadarsan.  Üçüncü  sinifdə  oxuyanda 
uzunsaç,  bər-bəzəkli  geyinməyi  sevən  həmyaşıdlarından 
fərqli  olaraq,  çadra  geyinmək  istədin.  Biz  deyirdik  ki, 
uşaqsan,  çadrayla  gəzə  bilməzsən.  Ancaq  Məşhədə 
gedəndə hərəm xidmətçisi səni görüb dedi ki, qızınız artıq 
böyüyüb,  hərəmə  çadrayla  gətirsəniz,  yaxşı  olar.  Bunu 
eşidəndə  çox  sevindin.  Mağazadan  özünə  ərəb  çadrası 
seçdin.  Beləcə,  İmam  Rzanın  (ə)  ziyarətindən  sonra 
çadralı oldun. 
Düz deyirdi. Mən uşaqlıqdan çadranı sevirdim. Düzdür, 
yeddi  yaşımdan  başımı  bağlayırdım,  ancaq  çadra  uşaqlıq 
arzum idi, ona da Məşhəd ziyarətində qovuşdum. Uşaqlıq 
xatirələrindən  danışanda  anam  da  Həmidin  uşaqlığından 
danışmağa başladı. 
-Həmid  futbolçu  olmaq  istəyirdi.  Futbolu  çox  sevirdi. 
Bütün  işi-gücü  məhəllədə  dost  və  qardaşları  ilə  futbol 
oynamaq  idi.  Hərdən  təkərlə  də  oynayırdılar.  Təkəri 
diyirlədib arxasınca qaçırdılar. 
*** 
Cümə  günü  də  atama  durmadan  zəng  gəldi.  Ürəyimə 
damırdı  ki,  bir  hadisə  baş  verib.  Bütün  bu  narahatlıqların 
arasında, bacım keçən gecə gördüyü yuxunu danışdı. 
-Gecə  yuxuda  Həmidi  görmüşəm.  Hərbçi  formasında 
idi. Mənə dedi: “Fatimə xanım, get, Fərzanəyə de ki, mən 


 
243 
qayıtmışam.  Neçə  dəfə  yuxusuna  girdim,  inanmadı.  Sən 
get, de ki, mən qayıtmışam”. 
Bacım  bu  yuxunu  danışanda  ürəyim  əsdi,  bütün 
rahatlığım  getdi.  Həmişəkindən  daha  çox  sədəqə  ayırdım. 
Halım  çox  pis  olmuşdu.  Nə  etsəm  də,  bacımın  gördüyü 
yuxunu şəhadətdən qeyri bir şeyə  yoza bilmirdim. Quranı 
açdım,  Ənfal  surəsinin  17-ci  ayəsi  gəldi.  Deyilirdi  ki, 
Allah  möminləri  yaxşı  bir  imtahandan  keçirir.  Bunu 
oxuyan  kimi  yerə  oturdum.  Ürəyim  çırpınırdı.  Dedim  ki, 
bədbəxt  oldum,  mütləq  nəsə  bir  hadisə  baş  verib.  O  gün 
dayımın  balaca  oğlunun  ad  gününə  dəvət  edilmişdik.  Ad 
günü sevinci yerinə, bütün fikrim telefonda idi. İki gün idi 
Həmid zəng etmirdi. 
Şənbə  günü  səhər  tezdən,  halımın  yaxşı  olmamasına 
rəğmən,  universitetə  yollandım.  Telefonu  gözümün 
qabağına qoymuşdum ki, Həmid zəng etsə, tez cavab verə 
bilim.  Həmid  Suriyaya  getməzdən  öncə  hamı  mənim 
dərsdə  telefonu  söndürdüyümü  yaxşı  bilirdi.  Ancaq  bu 
müddətdə bütün dərs boyu telefonum açıq olurdu. 
Axırıncı  zəngindən  üç  gün  keçirdi.  Üç-dörd  gün  sonra 
zəng  edəcəyini  demişdi.  Həmidin  zəngi  yerinə  mənə 
şübhəli mesajlar gəlməyə başladı. Birincini Səidin xanımı 
yazdı:  “Həmidlə  danışmısan?  Halı  necədir?”  Cavab 
verdim: “Bəli, üç gün öncə danışmışam. Yaxşı idi, hamıya 
salam söylədi”.  Ondan sonra Həmidin iş  yoldaşı  və dostu 
Meysəmin  xanımı  mesaj  yazdı:  “Həmidin  halı  necədir?” 
Hamının  bu  şəkildə  Həmidi  soruşması  bir  ilk  idi.  Yavaş-
yavaş dəli olmağa başlayırdım. 
Saat  onun  yarsı  dərsimiz  bitdi.  Tənəffüs  vaxtı  atam 
zəng  etdi.  Harada  olduğumu  soruşanda  universitetin 
ünvanını  verdim.  Öz-özümə  dedim  ki,  yəqin,  işinə  görə 
bura  gəlib,  gəlmişkən  də  məni  görmək  istəyib.  Məni 


 
244 
universitetin  girişinə  çağırdı.  Qapıya  çatanda  ayaqlarımın 
taqəti  çəkildi.  Atam  mülki  geyimdəydi,  korpusun 
maşınında, özü kimi hərbçi olan xalası oğlu ilə gəlmişdi. 
Hal-əhval tutduqdan sonra dedi: 
-Saat neçəyə kimi dərsin var? 
-Evə çatana saat yeddi olacaq. 
-Elə isə əşyalarını götür, gedək. 
-Hara? Axı mənim dərsim var. 
Atam bir az sükut etdikdən sonra titrək səslə dedi: 
-Həmid yaralanıb, getməliyik, qızım. 
Bunu  deyən  kimi  gözlərim  qaralmağa  başladı,  əlimlə 
başımı tutub dedim: 
-Ya  Fatimeyi-Zəhra!  İndi  hardadır?  Vəziyyəti  necədir? 
Harasından yaralanıb? 
Atam əlimdən tutub dedi: 
-Narahat olma, qızım! Ciddi bir şey deyil, əl-ayağından 
qəlpə  yarası  alıb.  Tehranın  Bəqiyyətullah  xəstəxanasına 
gətiriblər. 
Bütün  gücümlə  həqiqətlərdən  qaçmağa  çalışırdım. 
Özümə bunun adi bir yara olduğunu təlqin edirdim. Atama 
dedim: 
-Əgər yarası mühüm deyilsə, mənim iki mühüm dərsim 
qalıb, onlara da girim, sonra gedərik. 
Atam  başını  maşına  çevirdi.  Baxanda  atamın  xalası 
oğlunu  və  sürücünü  gördüm,  narahat  halda  bir-biriylə 
danışırdılar. Atam üzünü mənə çevirib dedi: 
-Yox, qızım, indi getməliyik. 
O  ana  qədər  atamın  gözlərinin  içinə  baxmamışdım. 
Gözləri  qan  çanağına  dönmüşdü.  Çox  ağladığı  aydın 
sezilirdi. Özümü toplayıb soruşdum: 
-Əgər  bir  hadisə  baş  verməyibsə,  nə  üçün  ağlamısan? 
Ata can, mənə düzünü de. 


 
245 
-Bir şey olmayıb, qızım! Həmidin dostlarından bir-ikisi 
şəhid olub. Biz indi getməliyik. 
Atam  bunu  deyən  kimi  o  günə  qədər  oxuduğum  bütün 
şəhid  xatirələri  bir-bir  yadıma  düşdü.  Yeni  bir  həyata 
qədəm qoymaqda olduğumu hiss edirdim. Elə bir həyat ki, 
orada Həmid olmayacaqdı. Mən bu həyat barədə bir kəlmə 
belə eşitmək istəmirdim. 
Tez  sinfə  gedib  əşyalarımı  yığmağa  başladım. 
Rəfiqələrim  tələsdiyimi  görüb  həyəcanla  soruşdular:  “Nə 
olub,  Fərzanə?  Hara  tələsirsən  belə?”  Dedim:  “Heç! 
Həmid yaralanıb, gətiriblər Tehrana. Getməliyəm”. 
Rəfiqələrim  də  mənimlə  gəldilər.  Maşına  yaxınlaşanda 
atam  kənarda  rəfiqələrimlə  söhbət  etməyə  başladı.  Öz 
gözlərimlə  gördüm  ki,  rəfiqələrim  yerə  oturub  ağlamağa 
başladılar.  Onlara  yaxınlaşmaq  istəyəndə  atam  qolumdan 
tutub  maşına  oturtdu.  Maşında  başımı  çevirib,  arxa 
şüşədən  rəfiqələrimə  baxdım.  Bir-birini  qucaqlayır, 
üzlərini çadra ilə örtüb durmadan ağlayırdılar. 
Nəfəs  ala  bilmirdim.  İnfarkt  halına  oxşar  bir  hal 
keçirirdim.  Bütün  bədənim  keyimişdi.  Yalnız  gözlərimi 
qırpa  bilirdim.  Atam  başımı  sinəsinə  sıxıb  səssizcə 
ağlayırdı. Güclə özümü toplayıb soruşdum: 
-Niyə  ağlayırsan,  ata  can?  Məgər  demədin  ki,  sadəcə, 
yaralanıb? Özüm ona qulluq edərəm, başına dolanaram. O 
qədər qulluq edərəm ki, əvvəlkindən də yaxşı olar. 
Atam ağlaya-ağlaya dedi: 
-Qızım,  sən  səbirli  olmalısan.  Məgər  ikiniz  də  bunu 
istəmirdiz?!  Məgər  mən  Həmidin  adının  üstündən  xətt 
çəkəndə  özün  vasitəçilik  etmədin?!  Demədin  ki,  qoy 
getsin?! İndi də səbirli olmalısan. 
Bu  sözləri  eşidəndə  öz-özümə  dedim:  “Hər  şey  bitdi! 
Həmid şəhid olub!” 


 
246 
Atamın  xalası  oğlu  atamın  sözlərindən  hər  şeyi 
anladığımı hiss etməyib dedi: 
-Xəstəxana üçün Həmidin şəkli lazımdır. 
Bütün bu sözlər oxuduğum şəhid xatirələrindəki sözlərə 
bənzəyirdi.  Hər  şey  yüngül  yaralarla,  xəstəxana  şəkilləri 
ilə və “bir şey olmayıb”la başlayır, axırda şəhid məzarına 
çatırdı. Bu dəfə də hər şey mənimçün təkrarlanırdı, ancaq 
kitab səhifələrində deyil, real həyatda. Həmiddən ayrılmaq 
üzrəydim; bu qədər sadə, bu qədər tez! 
*** 
Atamgilə  getdik.  Yeriyə  bilmirdim.  Pilləkəndə  oturub 
ucadan  ağlamağa  başladım.  Dedim:  “Həmid,  səni  and 
verirəm Allaha! Səni and verirəm Həzrət Zəhraya! Qapını 
aç,  içəri  gir.  Gəl,  de  ki,  hər  şey  yalandır;  de  ki, 
qayıdacaqsan”. Bu cümləni təkrar-təkrar deyib ağlayırdım. 
Qardaşım xəbəri bilmirdi. Eşidəndə donub qaldı. Anam da 
ağlaya-ağlaya  məni  qucaqladı.  Soruşdum:  “Mənim 
Həmidim  şəhid  olub,  ana?”  Dinmədi.  Anamın  sükutu  bir 
dünya  sözə  dəyərdi.  Dedim:  “İlahi!  Mənim  ömrümdən 
kəs,  Həmidə  ver.  Həmid  sadəcə  gözlərini  qırpsın,  başqa 
heç nə istəmirəm”. 
Anam  məni  bir  az  da  sinəsinə  sıxıb  dedi:  “Sakitləş, 
qızım”.  Nəfəs  ala  bilmirdim.  Məni  sürüyə-sürüyə  otağa 
apardılar.  Divanda  oturdum.  Hamı  başıma  yığışıb 
ağlayırdı. Dedim: “Niyə ağlayırsız axı? İnanın ki, bunların 
hamısı  yalandır.  Mən  özüm  üç  gün  əvvəl  Həmidlə 
danışdım. Mənə dedi ki, zəng edəcək”. 
Şok  keçirirdim.  Bütün  ruhumla  çalışırdım  ki, 
deyilənlərin  heç  birinə  inanmayım.  Hıçqırırdım,  ağlaya 
bilmirdim. Anam mənə görə çox narahat idi. Atama dedi: 
“Gedək  bibigilə,  burda  qalsaq,  Fərzanənin  ürəyi 
dayanacaq”. 


 
247 
Mən  Həmidlə  danışandan  sonra,  yəni  çərşənbə  günü 
təxminən  gecə  saat  on  birdə  düşmən  tərəfə  keçmişdilər: 
Cəfər-Təyyar  məmuriyyəti,  Nəsr  əməliyyatı,  Hələbin 
cənub-qərbində  yerləşən,  Xəzra  kimi  məşhur  olan  “əl-
Eys” bölgəsi. Həmidin döyüş yoldaşları Zəkəriyya Şiri və 
İlyas  Çegini  həmin  əməliyyatda  şəhid  oldular.  Pak 
bədənləri dağılmış binanın altında qaldığı üçün geri gətirə 
bilməmişdilər.  Bu  iki  qəzvinli  hərəm  müdafiəçisi  həzrət 
Zeynəbin (ə) yanında qalmışdı. 
Həmidin  ayağı  minaya  düşüb  paramparça  olmuşdu. 
Bütün  bədəni  qəlpə  yarası  almış,  beləcə  arzusuna 
yetmişdi.  O,  həzrət  Abbas  (ə)  kimi  əl-ayağını  Əhli-beyt 
hərəmi  yolunda fəda  etmişdi. Döyüş  yoldaşlarına demişdi 
ki,  məni  arxaya  aparın,  cəsədim  düşmən  əlinə  keçməsin. 
Demişdilər ki, Həmid can, bir şey olmayıb, sağalacaqsan, 
hələlik  səni  arxaya  aparmaq  mümkün  deyil.  Həmid 
demişdi:  “Əgər  bütün  bədənimi  apara  bilmirsinizsə,  heç 
olmasa,  bir  qolumu,  ya  da  bir  ayağımı  aparıb  anama, 
xanımıma göstərin. Onlar məni gözləyirlər”. 
Döyüş yoldaşları ayaqlarını parçayla bağlasalar da qanı 
dayanmaq  bilmirmiş.  Həmidi  o  vəziyyətdə,  gecənin 
qaranlığında maşına çatdırmışdılar. Ancaq hərəkət edəndə 
düşmən  maşını  da  vurmuşdu.  Hər  şeyə  rəğmən,  Allah 
Həmidin bədəninin qayıtmasını istəyibmiş. Maşında onun 
iki  döyüş  yoldaşı  da  oturmuşdu.  Həmid  hələ  canını 
tapşırmamışdı,  durmadan  dostlarına  deyirmiş:  “Məni 
bağışlayın, qanım sizin paltarınıza tökülür. Haqqınızı halal 
edin”.  Dostları  deyirdi  ki,  son  anlarında  dodaqlarını 
tərpədərək  “ya  Sahibəzzaman”  deyirmiş.  Qanaxma  o 
qədər şiddətli olub ki, yolda şəhadətə qovuşub. 
*** 


 
248 
Cümə axşamı xəbər bir çoxuna yetişmişdi. Ancaq mən 
və Həmidin ailəsi bundan xəbərsiz idik. Bibimgilə çatanda 
küçə və həyət qohum, dost və tanışlarla dolu idi. 
İnsanların  arasından  keçərkən  hamının  “Vay-vay! 
Xanımı  gəldi”  deməsi  ürəyimi  paramparça  edirdi.  Əlimi 
divara  söykəyib,  pilləkəndən  qalxmağa  başladım.  Bibim 
şivən  qoparırdı.  Onu  qucaqlayanda  Həmidin  ətrini 
duydum.  Atam  da  oradaydı,  hər  ikimizi  qucaqladı. 
Üçümüz  baş-başa  verib  ağlayırdıq.  İçəridən  yalnız  bizim 
səsimiz  gəlirdi.  Bizim  ağlamaq  səsimiz  bütün  səsləri 
batırmışdı. 
Düşünürdüm  ki,  Həmidin  şəhadət  xəbərini  eşitmək 
həyatımın  ən  çətin  və  dözülməz  anı  olacaq.  Ancaq  belə 
deyildi.  Həmiddən  sonra  elə  çətinliklərə,  əzablara 
qatlandım  ki,  hər  biri  ruhumu  viran  qoyurdu.  Onlar 
Həmidin  şəhadət  xəbərindən  min  qat  dözülməz  idi. 
Dedilər ki, Fərzanəni aparın evə, vəsiyyətnaməni gətirsin. 
Bütün  bunlar  ürəyimə  od  vururdu.  Həmidin  şəhadət 
xəbərini  eşitdiyim  ilk  gündə  birlikdə  yaşadığımız  evə 
getmək  məcburiyyətində  qalmışdım.  Hansı  ki  o  evdə 
Həmidin öz əlləri ilə asdığı paltarlar olduğu kimi qalırdı. 
Qapı  ağzında  dayanıb  Həmidsiz  bütün  evi  başdan-
ayağa  gözdən  keçirdiyim  gün  yadıma  düşdü.  Həmin  gün 
qapını  evdə  qoyduğum  bütün  xatirələrlə  birgə  bağlayıb 
getmişdim.  İndi  o  evə  Həmidsiz  qayıdırdım.  Evin  qapı-
divarları mənimlə birgə ağlayırdı. Saat işləmirdi. Lampalar 
yanmışdı.  Sanki  ev  də  evimin  yıxıldığını  anlamışdı. 
Taxçaya  qoyduğum  Quranı  götürdüm.  Vəsiyyətnaməni 
onun səhifələri arasında əmanət qoymuşdum. 
Evdən  çıxana  qədər  sözün  əsl  mənasında  qocaldım. 
Mənə  “gedək,  Həmidin  cəsədini  görək”  deyiləndə 
ürəyimdə  bağladığım  əhdim  yadıma  düşdü.  Həmidin 


 
249 
cəsədinin qayıtmasını istəmirdim, cəsəd gözləmirdim. Öz-
özümə  demişdim:  “Ya  Həmidim  sağ-salamat  qayıtsın,  ya 
da  şəhid  olsa,  əbədiyyətə  qədər  həzrət  Zeynəbin  (ə) 
yanında qalsın”. 
İnanırdım ki, şəhidin bədəni tapılmayıb torpaqda itərsə, 
onun  torpağı  üzərində  bir  gül  bitər,  külək  əsdikcə  onun 
ətrini  bütün  aləmə  yayar.  Həyat  dediyin  budur.  Bu  o 
deməkdir ki, sənin şəhidin hələ də yaşayır. Ancaq şəhidlər 
xiyabanında məzarın soyuq daşı həyat hissini uzaqlaşdırır. 
Qəbir daşına yaxınlaşdıqca şəhidlə olan məsafə daha aydın 
hiss  olunur.  Mən  əzablarına  qatlaşaraq  Allah  yolunda 
verdiyim hədiyyənin geri qayıtmasını gözləmirdim. Ancaq 
görünür, qismətimiz beləymiş. 
Evdən birbaş Meracüş-şühədaya getdik. Hər şey çox tez 
baş  verirdi.  Həmidin  şəhadət  xəbərini  eşitməyimdən  bir 
neçə  saat  keçməmiş  cənazəni  Qəzvinə  gətirmişdilər. 
İstəyirdim deyəm: “Həmid can, sən ki halımı anlayan idin. 
Ən  azı,  tez  xəbər  verərdin.  Axı  hər  şeyə  bu  qədər  tez 
inanmaq, sənsizliklə belə tez barışmaq çətindir!” 
Meracüş-şühədanın  girişinə  çatdıq.  Hər  yeri  üzərlik  və 
gülab  ətri  bürümüşdü.  Həmid  getdiyi  yerlərdən  sağ-
salamat  qayıtsın  deyə,  nə  qədər  üzərlik  yandırmışdım! 
Meracüş-şühədanın  iyirmi  pilləsi  olmasına  baxmayaraq, 
yuxarı çıxana qədər bir saat keçdi, bir neçə dəfə yıxıldım. 
Tabutun  ətrafında  heç  kim  yox  idi.  Bibim  ya  özündən 
gedirdi, ya da gözünü zilləyib tərpənmədən tabuta baxırdı. 
Həmidin tabutu başında dayanıb dedim: “Yalandır! Bu, 
bir  oyundur.  İndi  əl  vuracam,  oyanacaq.  Həmidimin  yenə 
dəcəlliyi tutub, məni qorxutmaq istəyir”. 
Sol  yanağı  qəlpə  ilə  dolu  idi.  Başına  fırlanıb,  sağ 
tərəfinə  keçdim.  Gözüm  yarıaçıq  gözünə  sataşdı.  Gülüb 


 
250 
dedim:  “Həmid,  bəsdir  zarafat  etdin.  Qalx  ayağa!  And 
olsun Allaha, ömrümün yarısı getdi”. 
Elə  hiss  edirdim  ki,  sanki  mənimlə  zarafat  edir,  ya  da 
yuxuya  dalıb.  Öz-özümə  dedim:  “İndi  saçlarına  sığal 
çəkəcəm,  öpəcəm,  oyanacaq”.  Gözlərindən  öpüb,  başımı 
geri  çəkdim.  Ayağa  qalxıb  bütün  olanlara  son  verməsini 
gözləyirdim.  Bütün  üzünü  öpüşlərə  qərq  etdim  ki,  bəlkə 
tərpənə.  Hər  dəfə  bayırdan  gələndə  üşümüş  əllərini 
əllərimin  arasına  qoyardı.  Əlləri  yenə  də  çox  soyuq  idi. 
Yenə əllərini isitmək istədim. Başımı yaxınlaşdırıb isitmək 
üçün nəfəsimi üzünə üfürdüm. 
Artıq  ümidimi  üzürdüm.  Bədənində  xüsusi  əlamət 
axtarırdım.  Həmidin  boynunun  sol  tərəfində  qırmızı  ləkə 
var  idi,  ancaq  indi  yoxa  çıxmışdı.  Artıq  axtardığım 
bəhanəni tapmışdım. Geri çəkilib dedim: “Bu, mənim ərim 
deyil.  Bu,  mənim  Həmidim  deyil.  Mənim  Həmidimin 
boynunda qırmızı ləkə var idi, ancaq yoxdur”. 
Atam  dayandığım  yerdə  məni  qucaqlayıb  tutqun  səslə 
dedi: “Bədənindən çox qan axdığı üçün ləkə də yox olub”. 
Atam  daha  sonra  kəfənin  düyününü  açıb  dedi:  “Fərzanə, 
gəl,  bax!  Bədəninin  hər  yerində  yara  var.  Yalnız  sinəsi 
salamat qalıb”. 
Bunu deyən kimi yenidən tabuta yaxınlaşdım. Həmidin 
İmam Hüseyn (ə) məclisində möhkəm sinə vurmaqla bağlı 
dediyi  söz  yadıma  düşdü:  “Fərzanə,  bu  sinə  heç  vaxt 
yanmayacaq”. Bədəninin hər  yerində qəlpə  yarası var idi. 
Qarnı,  ayağı,  əlləri,  boynu,  üzü,  bir  sözlə,  hər  yerində 
qəlpə var idi, sinəsində isə əsla yox idi. 
Titrək  əllərimi  sinəsinə  qoydum.  İstəyirdim  ki,  ürəyi 
döyünsün. 
Əllərimin 
altında 
Həmidimin 
qəlbinin 
döyüntüsünü hiss etmək istəyirdim. Ancaq olmadı. Heç bir 
hərəkət  hiss  etmirdim.  Bir  qadın  üçün  ən  çətin  an  həmin 


 
251 
an idi. Bir qəlb ömür boyu sənin üçün çırpınsın, ancaq indi 
bir  an  belə  vurmasın!  Həmidimin  qəlbi  durmuşdu.  Bu, 
həmin  qəlbdir  ki,  elçilik  günü  mənə  demişdi:  “Bu  qəlbin 
ilk  eşqi  Allahdır,  ikincisi  İmam  Hüseyn.  Sənsə  mənim 
üçüncü eşqimsən”. 
Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş 
dəqiqə  onunla  baş-başa  buraxdılar.  Tək  qalan  kimi  onu 
qucaqlayıb sığallamağa başladım. Həmişə düşünürdüm ki, 
bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! Bu 
son  dəqiqədə  nə  deyəcəyimi  əvvəlcədən  hazırlamışdım. 
Ancaq 
hamısını 
unutmuşdum. 
Başımı 
qulağına 
yaxınlaşdırıb  dedim:  “Yadında  qalsın!  Səni  sevirəm!  Özü 
də  çox  sevirəm!”  Cavab  gözləyirmişəm  kimi  başımı  geri 
çəkdim. Bir neçə dəqiqə sükut edib, yenə qulağına dedim: 
“Həmid, səni sevirəm!” 
Həmidin  getməzdən  bir  gün  əvvəl  dediyi  söz  yadıma 
düşdü:  “Fərzanə,  ürəyimi  titrətdin,  ancaq  imanımı  əsla 
titrədə  bilməyəcəksən”.  Qulağına  pıçıldayaraq  halallıq 
istədim: “Həmidim, əgər ürəyini titrətdimsə, məni bağışla! 
Haqqını  halal  et!  Şəhadətin  mübarək  olsun,  əzizim! 
Mənim salamımı Seyyidüş-şühədaya yetir. Həzrət Zəhraya 
(ə) de ki, hədiyyəmi qəbul etsin”. 
Həmidlə  bundan  artıq  tək  qalmağa  icazə  vermədilər. 
Cənazənin  açıq  havada  çox  qalması  yaxşı  deyildi.  Onu 
morqa  aparmaq  istəyirdilər.  Əlimi  son  dəfə  üzünə 
qoydum.  Bu  əlimlə  mehriban  və  isti  çöhrəsini  həmişə 
nəvaziş  edərdim.  İndi  isə  çox  soyuq  idi.  Soyuqluğu 
adamın  iliyinə  işləyirdi.  Tapşırmışdılar  ki,  Həmidin 
yarıaçıq  gözlərini  bağlamayın,  anasını  və  xanımını  son 
dəfə görə bilsin. Özüm gözlərini öpüb, bağladım. O gözlər 
heç  vaxt  günah  üçün  açılmadı.  O  gözlər  sanki  son 


 
252 
anlarında  İmam  Mehdini  (ə)  görmüşdü.  O  gözlər 
bağlandığı andan yalnız və yalnız gözəlliklər görəcəkdi... 
Məni Həmidin tabutundan güclə araladılar. Atam məni 
pilləkənin  ağzına  qədər  apardı.  Orada  oturub  ağlamağa 
başladım. Dedim: 
-Qoyun  mən  burda  qalım!  İki  həftədir  əzizimi 
görmürəm. İki həftədir Həmidim yanımda deyil. 
Sonuncu  pilləyə  çatanda  Səidi  gördüm.  Ona  dedim: 
“Ağa  Səid,  barı  sən  qoyma  Həmidi  aparsınlar.  Orda 
Həmidə  soyuq  dəyər”.  Uşaqlığımın  oyun  yoldaşının  və 
həyatımın  səfər  yoldaşının  məni  tək-tənha  qoyduğunu 
təsəvvür etmək məni məhv edirdi. 
Məni güclə maşına mindirdilər. Atasıgilin məhəlləsində 
yerləşən  məscidə  getdik.  Həmidin  uşaqlıqda  təkbir  dediyi 
məscid  idi.  Hamı  onun  sonuncu  eşq  azanını  eşitməyə 
gəlmişdi.  Cənazəni  vida  gecəsi  üçün  gətirmişdilər.  İynə 
atmağa  yer  yox  idi.  Şəkillərini  göstərib,  videoçarx 
yayımladılar. 
Məclis 
qurtarandan 
sonra 
cənazəni 
ambulansa 
qoydular.  Ayaqyalın  cənazənin  arxasınca  qaçdım.  Həmid 
hara  gedirdisə,  mən  də  ora  getmək  istəyirdim.  Məni 
görənlər kənara çəkilərək yol verirdilər, mən də qaçırdım. 
Ancaq  rəfiqələrim  məni  saxlayıb  Həmidin  arxasınca 
getməyə qoymadılar. 
Məsciddən  birbaş  atamgilə  getdik.  Halım  o  qədər  pis 
idi  ki,  bibimgilə  getməyə  taqətim  yox  idi.  Anam  nahara 
mərciplov  bişirmişdi,  ancaq  dilimə  də  vura  bilmədim. 
Anam  xörəyi  yenidən  qızdırdı,  yenə  yeyə  bilmədim. 
Yeməyi  görən  kimi  ağlamağa  başladım.  Boşqab  göz  yaşı 
ilə  doldu.  Həmid  mərciplovu  çox  sevir,  üzərinə  yumurta 
vurur,  çoban  salatı  və  çörəklə  yeyirdi.  Bir  müddət  belə 
davam  etdi;  nə  görürdümsə,  Həmid  yadıma  düşürdü  və 


 
253 
durmadan  ağlayırdım.  Birlikdə  getdiyimiz  yerlər,  sevdiyi 
yeməklər -gördüyüm hər şey mənə onu xatırladırdı. 
Anam ağlayaraq dedi: 
-Mənim gül qızım! Göz yaşlarına qurban olum! İndi ki 
yemək yemirsən, ən azından bir az istirahət elə. Sabah çox 
işimiz olacaq. 
Hələ  açılmamış  sabahdan  çox  qorxurdum.  O  sabahda 
Həmidin 
cənazəsini 
behişt 
darvazalarına 
qədər 
aparacaqdıq.  O  sabahda  Həmidin  üzünü  son  dəfə 
görəcəkdim.  İşıqlar  sönsə  də,  o  gecə  heç  kim  yatmadı. 
Qardaşım  otağında  Quran  oxuyurdu.  Yataq  otağından 
atamın  ağlamaq  səsi  gəlirdi.  Mən  də  əlim  belimdə  qonaq 
otağında  obaş-bubaşa  gəzib  ağlayırdım.  Hər  an  keçdikcə 
belim daha çox əyilirdi. 
Həmidin  cənazəsini  öz  gözlərimlə  görsəm  də,  hələ 
inana  bilmirdim.  Öz-özümə  deyirdim:  “Axı  Həmid 
sözünün üstündə duran idi. Sabah dörd gün tamam olacaq, 
özü  mənə  zəng  vuracaq”.  İstəyirdim  zaman  geri  qayıtsın. 
Sonradan  aylar  keçməsinə  baxmayaraq,  eyni  hissləri 
keçirirdim.  Özümdən  asılı  olmayaraq,  telefona  baxır, 
Həmidin  zəngini  gözləyirdim.  Elə  bilirdim  ki,  telefonda 
dediyi o dörd gün hələ bitməyib. 
Uzun  gecədən  sonra  nəhayət,  səhər  açıldı.  Namazı 
qılandan  sonra  mənə  qara  paltar  geyindirdilər.  Bütün 
qohum-əqrəbamız  bizi  Həmidin  cənazəsini  aparmağa 
gəlmişdi.  Səbzə  meydana  kimi  maşınla  getdik,  oradan 
İmamzadə 
İsmayıla 
qədər 
piyada 
getdim, 
Peyğəmbəriyyənin  önündən  keçdim.  Dörd  peyğəmbər 
məqbərəsində  keçirdiyimiz  günlər  bir-bir  gözlərim 
önündən keçdi. Ayaqqabılarımızı həmişə eyni  yerə qoyar, 
sonra  da  Sepəh  prospektindən  piyada  şəhidlər  xiyabanına 
gedərdik. İndi o yolları Həmidsiz getməli idim. 


 
254 
Həmidin  cənazəsini  ambulansda  gətirdilər;  noyabrın 
29-da,  ərbəinə  üç  gün  qalmış.  Düz  üç  il  öncə  məni 
ambulansla  aparmışdılar,  Həmid  də  başım  üstündə  səhərə 
qədər  oyaq  qalıb,  namaz  qılmışdı.  Ağlımdan  belə 
keçməzdi ki, üç il sonra belə bir gündə mən Həmidi dəfn 
edəcəyəm  və  səhərə  kimi  onun  üçün  Quran  oxuyacağam. 
Hadisələr  təkrar  olurdu,  ancaq  bu  dəfə  daha  qəmli,  daha 
qüssəli. 
İmamzadə  İsmayılın  yaxınlığında  dayanmışdım.  Çox 
sıxlıq var idi. Həmid Qəzvinin ilk hərəm şəhidi idi. Xeyli 
insan gəlmişdi. Ancaq dostlarının bir çoxundan xəbər yox 
idi.  Bəziləri  Suriyada  idilər,  bəziləri  də  bir  müddət 
öncədən Ərbəin səfərinə yollanmışdılar. 
Dəfn  mərasimi  başlamışdı,  hərbi  marş  çalınırdı.  Bütün 
bunlar  mənə  çox  uzun  gəlirdi.  Gözləyirdim  ki,  Həmidi 
yuxarı  qaldırsınlar,  onu  görə  bilim.  Tabutu  qaldıranda 
cana  gəldim.  Yol  yeriyə  bilmirdim,  rəfiqələrim  və  bacım 
qolumdan  tutub  aparırdılar.  Dedim:  “Xahiş  edirəm, 
Həmidlə  birlikdə  hərəkət  edək.  Nə  qabağa  keçək,  nə  də 
geri  qalaq!”  Son  dəfə  onunla  birlikdə  addımlamaq 
istəyirdim. 
Şəhidlər xiyabanına çatdıq. Mərasimdən sonra insanlar 
cənazə  namazı  qılmaq  üçün  cərgələrə  düzüldülər. 
Ayaqüstə dayanmağa gücüm yox idi. Dedilər: “Sənin halın 
yaxşı  deyil.  Namaz  qılmasan,  yaxşıdır.  Get,  bir  yerdə 
əyləş!”  Dedim:  “Xeyr,  Həmidim  üçün  namaz  qılmaq 
istəyirəm”.  Yanımızda  ağ  maşın  dayanmışdı.  Ona 
söykənib namazı qıldım. 
Mərasimdə 
Həmidin 
vəsiyyətnaməsini 
oxudular. 
Həmin  vəsiyyətnamə  idi  ki,  Həmid  məndən  ayaq  üstə 
dayanıb  ucadan  və  ağlamadan  oxumağımı  istəmişdi. 
Ancaq indi hər cümləni eşitdikcə ucadan ağlayırdım. 


 
255 
Maşının  yanında  səkidə  oturmuşdum.  Qardaşım  gəlib 
dedi:  “Gəl,  gedək  məzar  başına!  Sonra  adam  çoxalanda 
gedə  bilməyəcəksən”.  Getdim  Həmidin  qəbri  üstə.  Səfər 
yoldaşım  onu  əbədiyyətə  qədər  qalması  üçün  seçmişdi. 
Diqqətlə baxdım, qəbrin hər tərəfinə əlimi çəkdim. Qəbrin 
görünüşünü,  hətta  hansı  kərpicin  sındığını  da  yaxşı 
yadımda saxladım. 
Atama  dedim:  “İcazə  verin,  bir  neçə  dəqiqə  qəbrin 
içində  uzanım.  Görüm  rahatdır,  ya  yox.  Sonra  Həmidi 
qoyarsınız”.  Atam  icazə  vermədi.  Qəbrin  ətrafındakı 
torpağı  ovuc-ovuc  götürüb  iylədim.  Həmin  torpağa 
paxıllığım  tutdu.  Dedim:  “Siz  nə  qədər  xoşbəxtsiniz, 
bundan sonra Həmidimlə bir yerdə olacaqsınız”. 
Həmidi  tabutdan  çıxardılar.  Tabutun  üzərinə  şəhadət 
tarixi və qan qrupu yazılmışdı. Bədənini qaldıranda əlimlə 
ayağına toxundum. Salamat idi. Cənazəni tutanlara dedim: 
“Həmidin  ayaqları  salamatdır,  Həmid  yaşayır.  Xahiş 
edirəm,  onu  qəbrə  qoymayın!”  Onun  nəfəs  aldığına 
inanmaq üçün son səylərimi göstərirdim. Ancaq sanki heç 
kim səsimi eşitmirdi. 
Həmidin  anasının  və  bacılarının  halı  çox  pis  olmuşdu. 
Ona  görə  də,  arxada  dayanmışdılar.  Xanımlardan  təkcə 
mən əvvəldən axıra kimi başı üzərində dayandım. Son ana 
qədər  Həmidin  çöhrəsinə  tamaşa  etmək  istəyirdim. 
Həmiddən  uzaq  qalmağa  taqətim  yox  idi.  Torpağı 
qoxulayıb  Həmidin  bədəni  üzərinə  tökdüm.  Dedim: 
“Mənim  əvəzimə  əbədiyyətə  qədər  Həmidlə  birlikdə 
olun!” 
Torpaq 
töküldükcə 
bütün 
hisslərimin, 
eşqimin, 
ümidlərimin,  gələcəyimin,  bir  sözlə,  hər  şeyimin  məhv 
olduğunu  bütün  vücudumla  hiss  edirdim.  Ucadan 
ağlamağa  başladım.  Dəfn  işlərinə  nəzarət  edən  şəxs  dedi: 


 
256 
“Xanım  Muradi!  Sakitləşin!  Baxın,  Həmid  hətta  qəbirdə 
belə təbəssüm  edir”. Çöhrəsinə nəzər salanda dodaqlarına 
təbəssüm  qonduğunu  gördüm.  Həmidin  bu  təbəssümü 
ürəyimi  parçaladı.  Bilirdim  ki,  indi  mənim  görə 
bilmədiklərimi 
görür, 
mənim 
duymağa 
qadir 
olmadıqlarımı hiss edir. Ondan bu qədər geridə qalmağım 
ürəyimi daha çox yandırırdı. 
Bir  tərəfimdə  atam  dayanmışdı,  bir  tərəfimdə  Nağı 
əmim.  Qəbrə  yıxılmamağım  üçün  qolumdan  tutmuşdular. 
Əlhəd daşlarını düzdülər. Onlar daşları qoyduqca hər şeyin 
bitdiyini anlayırdım. Həmidi bir daha görə bilməyəcəyimi 
düşünürdüm.  Üçüncü  daşı  qoymaq  istəyəndə  yer  olmadı. 
Daşları  yerləşdirmək  üçün  məcbur  qalıb  hamısını 
götürdülər  və  mən  Həmidi  bir  də  görə  bildim.  Bayaqkı 
kimi gülürdü. Onu bu qədər sevindirən şeyin nə olduğunu 
bilmirdim. 
Bitdi!  Torpağı  tökdülər  və  bizim  görüşümüz  qiyamətə 
qaldı.  Torpağı  töküb  qurtarandan  sonra  azan  səsi  ucaldı. 
Bu  dəfə  də  “bəli”ni  azan  vaxtı  dedim.  Yoldaşımın 
cihadına,  Allahın  imtahanına  “bəli”  dedim.  Həmidin  sözü 
yadıma  düşdü:  “Vəsiqəmi  evdə  unutmağımın  hikməti  bu 
imiş ki, sən “bəli”ni azan vaxtı deyəsən”. 
*** 
Zaman mənimçün 26.11.15 tarixində durmuşdu. Bəzən 
biri  məndən  tarixi  soruşanda  nə  deyəcəyimi  bilmirdim. 
Zaman  mənim  üçün  anlamsız  olmuşdu,  nə  geriyə  gedirdi 
ki, deyim Həmid var, nə də irəli gedirdi ki, daha Həmidin 
zəngini  gözləməyim.  Həmidin  Suriyada  olduğu  on  dörd 
günün  həsrəti  sonsuza  qədər  ürəyimdə  qaldı.  İstərdim  ki, 
getməzdən  öncə  bir  saat  dirilib  mənimlə  danışardı,  sonra 
gedərdi.  Basdırıldığı  gecə  qəbrin  yanında  qaldım, 
əhdimizə  vəfa  etdim.  Danışmışdıq  ki,  kim  birinci 


 
257 
dünyadan  köçsə,  o  birimiz  qəbrin  ilk  gecəsində  onu  tək 
qoymayacaq. Anam dedi: “Hava soyuqdur, gedək evə. Ya 
da ən azından bir neçə dəqiqə maşında qızın, sonra qayıt”. 
Dedim:  “Yox,  Həmidə  söz  vermişəm  ki,  qəbrin  ilk 
gecəsində onu tək qoymayacam”. 
Hamı  təəccüb  edirdi.  Deyirdilər  ki,  məgər  siz  neçə  il 
birlikdə  olmusunuz  ki,  belə  gecələri  də  düşünmüş,  bir-
birinizə belə söz vermisiniz. İlk saatlarda Quran oxumağa 
ürəyim gəlmirdi. Deyirdim: “Axı Həmid ölməyib, nə üçün 
Quran  oxuyum  ki?!”  Ancaq  o  gecə  səhərə  qədər  Quran 
oxudum.  Hava  çox  soyuq  idi.  Digərləri  gedib-gəlirdilər, 
mənsə səhərə qədər qəbrin yanında qaldım. Noyabrın 29-u 
mənim həyatımın ən payızlı, Həmidin isə ən baharlı günü 
idi. 
Bir neçə günü məzar torpağını qucaqlamaqla keçirdim. 
Belə  edəndə  Həmidi  daha  yaxşı  duyurdum.  Bütün 
vücudumla hiss edirdim ki, məndən bir az kənarda uzanıb, 
mənim ağlamağıma ağlayır.  
Mənə  ən  çətin  günlərdən  biri  döyüş  yoldaşlarının  21 
dekabrda  Həmidin  çantasını  gətirdikləri  gün  idi.  Həmidin 
çantası mənə  yelda gecəsində çatdı. Əvvəl atam vermirdi, 
ancaq  o  qədər  xahiş  etdim  ki,  axırda  çantanı  mənə  verdi. 
Valideynlərimin  yanında  ağlamaq  istəmirdim.  O  günü 
qəhər  içində  keçirdim.  Qaranlıq  düşəndə  hamının 
gözündən  uzağa  çəkildim.  Çantanı  qucaqlayıb  Həmidlə 
birlikdə keçirdiyim bütün yelda gecələrini xatırladım. İndi 
isə  ondan  qalan  yalnız  bir  çanta  əşya  vardı.  Səhərə  qədər 
ağladım.  Həmidə  öz  əllərimlə  hazırladığım  çanta  idi. 
Əllərim  əsə-əsə  sağ  cibini  açdım.  Zəruri  hallar  üçün 
qoyduğum  qara  sellofan  orada  idi.  Corab  və  əlcəklər 
olduğu kimi qalmışdı. Biləyini bağlaması üçün rezin band 
da qoymuşdum.  


 
258 
Orta cibi açanda  gördüm ki, bütün əşyaları özü düzüb. 
Paltarlarını  necə  qatladığını  bilirdim.  Hərbi  formasından 
başqa  heç  bir  paltardan  istifadə  etməmişdi.  Sonuncu  gün 
mənimlə  sağollaşarkən  əynində  olan  paltar  da  oradaydı. 
Özüylə apardığı 15 min tümən pul köynəyinin cibindəydi. 
Həzrət  Zeynəbin  (ə)  hərəmindən  verilmiş  “Ya  Zəhra” 
yazılı  etiket,  təyyarədə  verilən  duz  və  bir  ədəd  ərəb  dili 
kitabı  var  idi.  Bütün  bunlar  Həmidimin  əli  dəydiyi  son 
əşyalar  idi.  Mən  Yusifini  itirmiş  Yəqub  kimi  titrəyən 
vücudla, qəm dolu qəlblə bütün bunları iyləyir, gözlərimə 
çəkirdim. 
Həmidin qırxından bir neçə gün sonra evimizə getdim. 
Nəticədə biz orada kirəçi idik, əşyalarımızın orada qalması 
doğru  deyildi.  Əşyaları  daşıyıb  evi  təhvil  verməli  idim. 
Həmidin  anası  və  bacılarından,  öz  anamdan  və  bacımdan 
mənimlə  gəlmələrini  istədim.  Ancaq  heç  biri  gəlməyə 
cürət  etmirdi.  Həmidsiz  evi  görmək  daş  qəlbləri  belə 
əridirdi.  O  evi  görmək  mənə  həqiqətən,  çox  çətin  idi.  Bir 
dəfə qırxdan qabaq bacımla getmişdim. Həmidin papağını 
görən kimi halı çox pis olmuşdu.  
Məcbur qalıb rəfiqəm Nahidlə getməli oldum. Ayağımı 
birinci  pilləyə  qoyan  kimi  gözlərimdən  sel  axmağa 
başladı.  Yuxarı  çıxmağa  taqətim  yox  idi.  Əlimi  divara 
söykəyib  çətinliklə  addım  atırdım.  Telefonda  mərsiyə 
qoymuşduq.  Əlimi  hansı  əşyaya  vururdumsa,  gözümün 
önündə  xatirələr  canlanırdı.  Həmid  yadıma  düşdü;  məni 
heç vaxt ağır bir şey qaldırmağa qoymazdı. 
Məni məhv edən şey əşyaların arasından tapdığım çanta 
oldu.  Bütün  yazılarımı  onun  içində  saxlayırdı.  Ona 
yazdığım  balaca  kağızlar  da  oradaydı.  Hətta  sadəcə 
“salam” yazdığım kağızları da saxlamışdı. İnanmazdım ki, 
bunlar onun üçün bu qədər dəyərli imiş. Mənə demişdi ki, 


 
259 
gün gələcək, səni bu kağızlarla qəfil haqlayacağam. Ancaq 
ağlımın  ucundan  belə  keçməzdi  ki,  bütün  məktublarımı 
yığıb, bir gün məni öz məhəbbəti qarşısında belə xəcalətli 
edəcək. 
Nahid məni Həmidin paltarlarına əl vurmağa qoymadı. 
Paltarları yığmaq üçün çamadan verdim. O anlar mənə çox 
çətin  keçdi.  Həmidimin  öz  əlləriylə  düzdüyü  əşyalardan, 
hətta  xalçanın  altına  düzdüyü  kartonlardan  belə  əl  üzmək 
əzabverici idi. 
Bir həftə sonra Həmidin qardaşları və atası ilə birlikdə 
əşyaları  aparmağa  getdik.  Hətta  qonşular  və  ev  sahibi  də 
ağlayırdı.  Əşyaları  yığandan  sonra  evə  girib  qonaq 
otağının  ortasında  dayandım.  Bütün  evi  gözdən  keçirdim. 
Heç kim və heç nə yox idi. Özümü tənhalığın dibində hiss 
edirdim.  Ora  mənim  ümid  evim  idi.  Ancaq  indi  bütün 
xatirələrimlə, Həmidimlə sağollaşıb getməli idim. 
Evdən  çıxanda  göz  yaşı  içində  Həmidə  dedim: 
“Əzizim!  Mən  burdan  gedirəm.  Xahiş  edirəm,  əgər 
yuxuma gəlsən, bu evdə gəlmə. Bu, mənə əzab verər”. 
Pilləkəndən  enəndə  xanım  Keşavərz  məni  qucaqlayıb 
dedi:  “Anam,  Fərzanə,  mənim  əlimdən  bir  şey  gəlməz. 
Səni Allaha tapşırıram. Oğlumun yeri yaxşıdır. Allah sənə 
səbir  versin!”  Ağlaya-ağlaya  soruşdum:  “Ürəyim  sıxılsa, 
evi  görməyə  gələ  bilərəm?”  Mehribanlıqla  əlimi  sıxıb 
dedi:  “Əlbəttə,  qızım.  Bura  öz  evindir.  Nə  vaxt  istəsən, 
gəl”. 
Evdən  çıxanda  yenə  xəstə  qocanı  gördüm.  Həmid 
həmişə  ona  salam  verir,  hörmət  edirdi.  Mənə  demişdi: 
“Fərzanə,  gün  gələcək,  ona  göstərdiyim  məhəbbətlərin 
qarşılığını  görəcəksən”.  Və  həmin  gün  gəlmişdi.  Hamı 
bilirdi ki, bu qocanın yaddaşı itib, heç kimi tanımır. Ancaq 
o,  Həmidi  xatırlayırdı.  Gözlərindən  yaş  süzülə-süzülə 


 
260 
ağlayırdı.  Onun  ağlaması  Həmidim  üçün  tökülən  göz 
yaşları arasında ən yanğılı olan idi. 
Maşına minəndə həsrət  dolu baxışlarla dönüb son dəfə 
arxaya baxdım. Sonralar heç vaxt o küçəyə, o  evə qayıda 
bilmədim.  Bir  neçə  dəfə  küçənin  başına  kimi  getsəm  də, 
göz yaşlarım irəli addım atmağa imkan vermədi. 
Evlilik  ildönümümüzdə  İmamzadə  Hüseynə  getdim. 
Hərəm  müdafiəçilərinə  əlcək  və  papaq  toxuyurdular. 
Həmid 
üçün 
çox 
darıxırdım. 
Yadıma 
evlilik 
ildönümümüzdə  mənə  aldığı  sarı  qızılgül  gülləri  düşdü. 
Gecə  saat  on  bir  idi,  özümə  gələndə  gördüm  ki,  Həmidlə 
yaşadığımız evin qarşısındayam. Küçədə heç kim yox idi. 
Evin  pəncərəsinə  nəzər  saldım.  Göz  yaşı  macal  vermirdi. 
Ayaqlarım  süstləşmişdi.  İrəli  gedə  bilmirdim.  Oradan 
ağlaya-ağlaya küçənin başına getdim və müştərək evimizlə 
əbədi olaraq, vidalaşdım. 
*** 
Təklik  çox  tez  başladı.  Müştərək  həyatımız  çox  tez 
keçib  getmiş,  hər  şey  Həmidsiz  günlərə  geri  dönmüşdü. 
Bu  fərqlə  ki,  indi  hara  gedirdimsə,  xatirələr  də  mənimlə 
gəlirdi.  Külək  əlində  əsir  olmuş  bir  kəpənək  kimiydim. 
Yalnız onun qəbri başında sakitləşirdim. 
Payızı,  qışı,  yazı,  yayı  -bütün  fəsilləri  Həmidlə  birgə 
şəhidlər 
xiyabanında 
sınaqdan 
keçirdim. 
Nişanlı 
vaxtlarımızda  olduğu  kimi,  hava  soyuq  idi.  Qəbrinə  ilk 
dəfə  qar  yağanda  qışın  ortaları  idi.  Şəhidlər  xiyabanına 
getdim. Ətrafda heç kim yox idi. Qartopu düzəldib şəklini 
vurdum.  Dedim:  “Həmid,  bax,  qar  yağıb.  Sən  yoxsan, 
gəlib 
qartopu 
oynayardıq. 
Yadındadır, 
nişanlı 
vaxtlarımızdan  sonra  ilk  dəfə  qar  yağanda  universitetdən 
atamgilə 
piyada 
getmiş, 
yolda 
doyunca 
qartopu 
oynamışdıq”. 


 
261 
Bəzən  məzar  başına  gedəndə  elə  qəribə  hadisələr  baş 
verirdi  ki,  Həmidin  yaşadığını  bütün  vücudumla  hiss 
edirdim.  Bir  gün  sübh  azanına  yaxın  yuxuda  gördüm  ki, 
mənə  belə  deyir:  “Xanım,  sənin  üçün  çox  darıxmışam. 
Dur, gəl məzarıma!” Adətən, ziyarətə günortadan sonralar 
gedərdim.  Ancaq  o  gün  səhər  yuxudan  oyanan  kimi  tez 
şəhidlər  xiyabanına  yollandım.  Ən  yaxın  mağazadan  bir 
neçə gül və bir qutu xurma aldım. Bilirdim ki, belə etsəm, 
razı  qalacaq.  Qonşu  haqqına  qarşı  çox  diqqətli  idi. 
Çalışırdım  ki,  gülləri  şəhidlər  xiyabanına  ən  yaxın 
mağazadan  alım.  Çatan  kimi  gülləri  məzarın  üstünə 
qoydum.  Bir  xanım  ağlaya-ağlaya  gəlib,  məni  bərk 
qucaqladı.  Hıçqırır,  bir  söz  deyə  bilmirdi.  Bir  az 
sakitləşəndən  sonra  dedi:  “Şəhidinizin  şəklini  küçədə 
gördüm.  Şəhidə  dedim  ki,  siz  pul  üçün  getmisiz  döyüşə, 
haqq  yolda  deyilsiz.  Səninlə  vədələşirəm:  Səhər  tezdən 
qəbrinin üstə gedəcəm. Əgər xanımını görsəm, biləcəm ki, 
mən  yanılıram.  Əgər  haqlısansa,  mənə  bir  əlamət 
verərsən”.  Mən  də  gördüyüm  yuxunu  ona  danışdım. 
Dedim:  “Mən  adətən,  bura  axşamüstülər  gəlirəm.  Ancaq 
bu  gecə  Həmidin  özü  istədi  ki,  səhər  tezdən  gəlim”.  O 
gündən  sonra  o  xanımla  rəfiqə  olduq.  Həyatı  büsbütün 
dəyişdi. Onda anladım ki, insanlara doğru yolu göstərmək 
üçün Həmidin əli çox açıqdır. 
*** 
Şəhadətdən  sonra  baş  verən  hadisələr  o  qədər 
əzabverici  oldu  ki,  dəfnlə,  Meracüş-şühədadakı  son 
görüşlə müqayisəyə gəlməz. Dəfələrlə öz-özümə demişəm 
ki, əgər Həmid  yenidən  dirilsə və  yenidən şəhid olsa, heç 
vaxt  ağlamaram.  Çünki  şəhadətdən  sonrakı  hadisələr, 
adamın  ürəyini  bu  ayrılıqdan  da  çox  parçalayırdı.  Elə 
günlər  olurdu  ki,  xəstələnirdim,  gözlərim  qapıda  qalırdı. 


 
262 
Həmidin özünün gəlməsini, sadəcə bir stəkan su verməsini 
istəyirdim. Ancaq mənə qalan onun yalnız həsrəti idi. 
 Hələ  özümü  şəraitə  uyğunlaşdıra  bilməmişdim.  Çox 
çətin  günlər  keçirirdim.  Bir  səs  eşidəndə,  yadıma  hansısa 
xatirə  düşəndə,  hətta  küçədə  yanaşı  gəzən  ər-arvad 
görəndə  belə  ixtiyarsız  ağlayırdım.  O  günlərdə  hər  şey 
mənə  Həmidi  xatırladırdı;  sevdiyi  mərsiyələrdən  tutmuş, 
vurduğu ətirlərə kimi hər şey. O günlərdə acı və yandırıcı 
sözlər  eşidirdim:  “Həmid  pul  üçün  döyüşə  getmişdi, 
aldığınız  pul  halal  deyil,  çünki  Həmid  İran  üçün  şəhid 
olmayıb...”  Bu  sözlər  yaraya  tökülən  duz  kimi  əzab 
verirdi.  Heç  bir  ağıllı  insan  pul  müqabilində  bu  işə  razı 
olmazdı. Nə qədər çətindir, yoldaşın yanında olmasın, sən 
onu  yalnız  yuxuda  görəsən  və  oyandığında  yoxluğu  sənə 
əzab  versin.  Sonra  da  tək  istədiyin  yenidən  yatıb  yuxuda 
görmək olsun. Ancaq nə vaxta kimi? Nə vaxta kimi yalnız 
yatmaq və yalnız yuxuda görmək olar?! 
Bu  qədər  insafsız  söz  və  hərəkətlər  bir  yana,  Həmidin 
yoxluğu  bir  yana!  Onun  valideynlərini  bir  də  sevincli 
halda  görmək  həsrəti  ürəyimdə  qalmışdı.  Nə  zaman 
atasıgilə  gedirdimsə,  uşaqlığımızdan  son  günlərə  qədər 
yaşadığım  bütün  xatirələr  gözlərim  önündə  canlanırdı. 
Gələndən-gedənə qədər ağlayırdım. 
Bəzi  vaxtlar  Həmidin  şəhid  olmadığını  hiss  edirdim. 
Fikirləşirdim  ki,  yəqin,  onu  itirmişəm.  Şəkli  ilə 
danışırdım.  Ayaqqabılarını  geyinib  yeriyirdim.  Hər  dəfə 
motosiklet  səsi  eşidəndə  elə  bilirdim  ki,  gələn  odur.  Qapı 
zənginin  dəstəyini  götürəndə  onun  qapı  arxasında 
olduğuna  inanırdım.  Küçəylə  gedəndə  dayanırdım  ki, 
bəlkə Həmid küçənin başından gəldi. Cümə axşamları saat 
on  birə  kimi  gözləyirdim  ki,  bəlkə  qapını  döydü,  gəlib 
dedi: “Əzadarlığa getmişdim. Məclis uzun çəkdi deyə, gec 


 
263 
gəldim”.  Bəzi  fikirlər  beynimdən  bir  an  belə  çıxmırdı: 
“Torpaqda uyuyan əzizimin bədəni çürüyüb, ya yox? Ağrı 
hiss  edib,  ya  yox?”  Hava  isti  olanda,  soyuyanda,  qar 
yağanda  narahat  olursan.  Baxmayaraq  ki,  hər  şeyin 
bitdiyini, ruhun bədəndən çıxdığını çox gözəl bilirsən. 
Hərəm  şəhidlərinin  xanımları  ilə  Suriyaya  getmişdik. 
Dəməşq  hava  limanına  girəndə  hamımızın  halı  pisləşdi. 
Öz-özümə  dedim:  “Həmidim  bu  girişdən  keçib,  ancaq 
çıxışından qayıtmayıb”. 
Bütün  uçuşlar  gecə  yarısı  həyata  keçirdi.  Hava 
limanında  oturmağa  oturacaq  qoyulmamışdı.  Hər  küncdə 
bir  şəhid  xanımı  çadrasını  başına  çəkib  ağlayırdı. 
Küçələrdə gəzərkən əzizimizdən bir nişan axtarırdıq. Hətta 
Hələbin  hansı  tərəfdə  olduğunu,  yoldaşlarımızın  son 
anlarını hansı torpağın üzərində keçirdiyini belə bilmirdik. 
Bir  xanımın  qəribsəyərək  ağlamasını  heç  kim  anlaya 
bilməz.  Göz  yaşlarına,  qəhərə  boğulduğun  halda  bunları 
gizlətməyə  məcbur  qalırsan  və  tək  istədiyin  bir  kənara 
çəkilib doyunca ağlamaqdır. Bəzən öz-özümə deyirəm ki, 
Həmidə asanı, mənə isə çətini düşdü. 
Şəhid  xanımı  həyatın  bütün  ağırlıqlarını  öz  çiynində 
daşımalıdır. Hər kəsin şəhid xanmından bir gözləntisi olur. 
Buna  görə  də,  gərək  hamını  sevindirəsən,  hər  yerdə  hazır 
olasan;  hər  mesaja,  hər  zəngə  cavab  verməlisən  ki, 
insanlar şəhid xanımısan deyə, lovğalandığını düşünməsin. 
Gün ərzində o qədər yorulursan ki, gecə düşəndə ruhunun 
bədəndən çıxdığını hiss edirsən. Ancaq yenə səhər açılınca 
bütün  ümidin  olmuş  yol  yoldaşın  olmadan  yola  davam 
etməlisən. 
*** 
Həmidin  şəhadətindən  bir  neçə  ay  sonra  Kərbəlaya 
getdim. Bu səfərə Həmidlə birgə getmək üçün pasport belə 


 
264 
almışdıq.  Həmid  o  pasportla  Suriyaya  getdi,  həzrət 
Zeynəbin  (ə)  yanından  kəfənsiz  ağasının  yanına  uçdu. 
Kərbəla  Həmidin  bütün  eşqi  idi.  Həmid  bu  Kərbəlanı 
görmək üçün həmişə səbirsizlənirdi. 
Cümə  axşamı  idi.  Tək-tənha  beynəl-hərəmeyndə  üzü 
günbəzə dayanmışdım. Ayaq üstə dayanmağa taqətim yox 
idi.  Sonsuz  bir  həsrət  içində  Həmidə  dedim:  “Əzizim! 
Mən indi Kərbəladayam. Bu həmin Kərbəladır ki, birlikdə 
gəlib, mənə gəlin çadrası alacaqdın. Ancaq qismət olmadı. 
Sənə  görə  heç  bir  çadra  mağazasına  baxmadım.  Dedim, 
birdən  mənə  söz  verdiyin  hədiyyəni  ala  bilmədiyin  üçün 
xəcalət  çəkərsən”.  Bütün  yol  boyunca  özümü  iki  nəfər 
kimi hiss edirdim.  
Həmid  həyatımın  hüzuru  idi.  İndi  ondan  məhrum 
olmuşam.  Özünü  yuxularımdan,  yuxunu  gözümdən, 
hüzuru  da  həyatımdan  götürüb  özüylə  aparmışdır. 
Ürəkdən gülmək istəyirəm. Gülürəm, ancaq ürəkdən deyil. 
Bəzən  qəlbim  sıxılanda  köynəklərini,  şalvarlarını  yerə 
sərir,  oturub  ağlayıram.  Şəhadətindən  aylar  keçməsinə 
baxmayaraq,  indi  də  paltarlarını  alt-üst  edir,  ciblərinə 
baxıram ki, bəlkə mənə bir məktub qoyub. Onun hər yeni 
şəklini  görəndə  yaşadığını,  mənə  hər  gün  Suriyadan  şəkil 
göndərdiyini hiss edirəm. 
Göz  yaşlarım  darıxdığıma  görədir,  narahatlığıma  görə 
yox.  Bu  yolu  bizim  özümüz  seçmişdik.  Bilirəm  ki, 
Həmidin  yeri  çox  yaxşıdır.  Bunu  bilmək  mənə  bəs  edir. 
Eşq də budur. Həmid rahat olsun, razı olsun, mən də razı 
olaram, harada olmasından asılı olmayaraq. 
Həmidin  birlikdə  yaşadığımız  müddətdə  deyə  biləcəyi 
bütün  sözləri  mənə  dediyini  düşünürəm.  Bütün  günü 
elçilikdən  tutmuş  şəhadətinə  qədər  hər  şey  barədə 


 
265 
danışırdı. Ancaq indi sakit halda yatır, özü də zərrə qədər 
narahat olmadan. 
Lakin  mənim  deyəcək  sözlərim  qalıb.  Məzar  başına 
gedəndə  bir-bir  bütün  ürək  sözlərimi  deyirəm.  Kaş 
getdikdən  sonra  ona  necə  baxmalı  olduğumu,  özü  kimi 
qısa zamanda bütün sözlərimi deməyi də öyrədəydi! 
Bütün  bu  çətinliklər  içində  yenə  də  ümid  doluyam. 
Bilirəm  ki,  qarşıda  uzun  yolum  var.  Bilirəm  ki,  hələ  çox 
yol qət etməliyəm. Bilirəm ki, “yadında qalsın” qatarı hələ 
də  hərəkətdədir.  Yenə  azan  verilməsini,  Həmidin  mənim 
dilimdən  “bəli”  sözünü  eşitməsini,  bu  dünyadan  köçüb 
əbədilik Həmidə qovuşmağımı gözləyirəm. 
Hər  səhər  şəkillərinə  salam  verirəm.  Bəzən  o  qədər 
darıxıram  ki,  onunla  dalaşıb  deyirəm:  “Bu  gün  səni 
görməyə 
gəlmişdim, 
sənsə 
danışdığımız 
vaxtda 
gəlmədin”.  Həmidin  mənim  sözlərimi  eşitdiyini  bütün 
vücudumla  hiss  edir,  bir  neçə  dəqiqə  küsülü  qalıram. 
Ancaq  sonra  yadıma  düşür  ki,  ər-arvad  arasında  dava  bir 
neçə  saniyədən  çox  çəkməməlidir.  Tez  barışıram.  Hər 
gecə  onun  adına  sədəqə  ayırıram.  Gözlərimi  şəkillərinə 
dikirəm.  Suriyada  olduğu  günlər  kimi  hər  gecə  onunçün 
Ayətül-kürsi  oxuyuram.  Bilirəm  ki,  Həmidin  ruhu  yalnız 
həzrət Zeynəbin (ə) yanında sakitləşər. Və sonra dodaqaltı 
deyirəm: “Gecən xeyrə qalsın, Həmid can!” 


 
266 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə