Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə71/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

____________Milli Kitabxana____________ 
 
297
qədər sevindirdisə, qəsəbə varlılarını bir o qədər sarsıtdı” (26, 
6). Qeyd edək ki, bu “sevinc”lə yanaşı, onun mücərrədliyi də, 
peşmançılığı da, çaşqınlığı da, bu “sarsıntı” ilə yanaşı onun 
qəzəbi də,  əyilməzliyi də, müqaviməti də romanda inandırıcı 
çalarlarla, obrazların psixoloji ovqatları ilə verilmişdir. 
          Romanı bu gün də oxuyandan sonra belə bir qənaətin 
möhkəmlənir ki, burada dövrün nəbzi döyünür, həyatın nəfəsi 
hiss olunur. 
        Əbülhəsən insan mənəviyyatını bütün zənginliyi və 
mürəkkəbliyi ilə öyrənməyə çalışır, problemlərin bədii-estetik 
ifadəsini psixoloji təhlilin köməyi ilə verməyə  səy göstərir. 
Əbülhəsən irsinin tədqiqatçısı T.Mütəllimov yazır: “Əbülhəsən 
əsərlərindəki psixologizmdən bəhs edərkən heç də yalnız bədii 
obrazların mənəviyyatını  nəzərdə tutmaqla kifayətlənmək 
olmaz. Müəllif bədii surətlərin xarakterini açmaqla bərabər, 
hadisələrin cərəyan etdiyi ictimai mühitin psixologiyasını, 
əhvali-ruhiyyəsini də mümkün qədər izah etməyə çalışır. Məhz 
bu cəhətdən ədibin “Dünya qopur” romanı daha səciyyəvidir... 
Mövzu özü psixoloji təhlilə geniş meydan açır və müəllif bu 
işin öhdəsindən məharətlə gəlir” (26, 9). 
         Ədəbi tənqid  Əbülhəsənə  bəzən dilində  və üslubunda 
cazibədarlığın olmamasını irad etsə də, yazıçının dərin müşahidə 


____________Milli Kitabxana____________ 
 
298
qabiliyyəti, həyatı  sərtliyi və  təzadları ilə, həqiqətləri ilə  əks 
etdirməsi etiraf olunmuşdur. 1933-cü ildə yazılan bu roman, 
deyərdik ki, həm də dövrü üçün bir çox cəsarətli məqamları ilə 
seçilir. 
Romanda dialoqlar, obrazların dili kifayət qədər təbiidir, 
onların xarakterini, dünyagörüşünü, psixologiyasını ifadə edir. 
Hər bir tipin obrazını görmək üçün elə bu dialoqlar da bəs edir
bəlkə heç müəllifin həmin obraz haqqında dialoqdankənar 
təqdimatına da ehtiyac qalmır. Dövrü üçün bir çox cəsarətli 
məqamları ilə seçilən “Dünya qopur” romanında belə məqamlar 
məhz dialoqlarda ortaya qoyulur. Budur, Veys qəzəblə 
Allahquluya deyir: 
      “  –  Yaltaq  köpək oğlu. Sən Hacı Tağının qabını elə 
yalamamısan ki, səndən adam ola! 
      Allahqulu qəzəblənmiş cavab verir: 
      –  Eləyin, balam da! O inqilab, bu da siz... Bizə nə var  ki
kim eşşəkdi, biz də ona palan”  (26, 15-16). 
      Yaxud, millətpərəst Ağacəfər sakitcə Həmzəyə deyir: 
      “ – Bunlardan da adam qorxarmı, yahu? Nə şüurları var, 
nə qafaları!  İnqilab etmək üçün bunların hünəri nərədən” 
(26, 15-16). 
       Sona ilə söhbətində Qadir deyir: 


____________Milli Kitabxana____________ 
 
299
       “  –  Yazıq müəllim, dünən gəlib; iki-üç gündən sonra 
dərsə başlamalı idi...Türkiyə  şairi Tofiq Fikrətin “Millət 
şərqisi”ni oxudu. Sən də o şeiri bilirsən: “Çeynəndi, yetər 
varlığımız cəhl ilə  qəhrə”. Yazıq oxuyanda pərdəni çəkdilər, 
yarımçıq kəsdi, gərək orda olub görə idin, Sona!... Bəs 
hürriyyəti-vicdan, hürriyyəti-mətbuat?! Axı onun oxuduğu nə 
idi ki? Soltan Əbdülhəmidə qarşı, istibdada qarşı yazılan, 
azadlıq tərənnüm edən  şərqi! Millət  şərqisi! Nə üçün axı bu 
şərqi oxunmasın?!” (26, 190-191).   
Romanda yer alan digər bəy obrazlarından bəzi cizgiləri ilə 
seçilən Şahbəy deyir: 
“ – On yeddinci ildən bu yana nitq eşidirik! Hansı 
məsləkdən danışırsınız? Acından öldürmək 
məsləkindən!...Bircə müsəlman dövlətlisi tanıyıram ki, o, 
Bakıda bir-iki məktəb tikdirib, teatr tikdirib! Qalanı  nə 
qayırıb?” (26, 185). 
Bakıya qurultaya göndərilən Əziz, qayıdandan sonra deyir: 
       “  –  Heyif  ki,  rusca  bilmədiyimdən danışıqlarını başa 
düşmədim” (26, 322). 
       Ermənilərin Azərbaycanda törətdikləri qırğınlar xatırladılır: 
“Azərbaycanlılar yaşayan başqa kənddən gəlmiş bir 
mötəbər adam isə deyirdi ki, on səkkizinci ildə etdikləri kimi, 


____________Milli Kitabxana____________ 
 
300
daşnaklar yenə də bolşevik adı ilə gəlib kəndi topa tutacaqlar, 
xalqı qıracaqlar, camaat qorxub, qaçıbdır” (26, 47). 
Nəcmi müəllim də romanda diqqəti çəkən obrazlardan 
biridir. O, bütün ətrafda nüfuz sahibidir. Onu eşitmək istəyirlər, 
sözü ilə hesablaşırlar. Nəcmi müəllim baş verən hadisələrdən 
bir Azərbaycan ziyalısı kimi narahatdır: 
“O proqramda elm və mədəniyyətin heç bir dövrdə qalxa 
bilməyəcəyi yüksək bir dərəcəyə çatması göstərilirdi. Lakin 
elmi, mədəniyyəti nəzərdə tutulmuş o yüksəkliyə kimlər 
qaldıracaqdı?  Əzizlər, Veyslər, Büləndlərmi? Bu adamlar 
parçalayıb məhv etdikləri köhnənin, keçmişin üstündə  nə 
sayaq bir gələcək yaradıb quracaqlar? Bu gələcəyi necə, hansı 
yol ilə quracaqdılar?” (26, 171).  
Nəriman Nərimanov bir şəxsiyyət kimi Nəcmi müəllimin 
idealıdır  və o, roman boyu bu böyük insanı, xüsusilə onun 
1906-cı ildə Zaqafqaziya müsəlman müəllimlərinin 
qurultayında çıxışını xatırlayır: 
“Nərimanovun yalnız nitqi yox, şəxsən özü, dəyanəti, 
möhkəm qəlbə malik olmağın canlı bir timsalı kimi, 
qurultayda, xitabət kürsüsündə onun gözü qabağında 
durmuşdu” (26, 338-339).   


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə