Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə70/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

____________Milli Kitabxana____________ 
 
293
deyib elə tullanırdılar ki, sanki Dəli dağ da bu “hov-hov”a 
yerindən tərpənir, o da öz ağır gövdəsi ilə bu oyuna girirdi. 
Baş-başa çatmış  ağ saçlı dağlar da indi elə bil yallı 
tutmuşdular...” ( 88, 193).  
Bu dağların, meşələrin ayrı-ayrı  fəsilləri də,  şiddətli 
yağışları və qızmar günləri də, qarı-çovğunu da, selləri-suları da 
romanda özünəməxsus təsvir predmetləridir. 
Bahar çağı: 
“Qalxan günəş dağların sinəsinə çökür, qarlar əriyir, bir 
an içində sel burulğanları axar suya çevrilir, ilk əvvəl bir 
şırım kimi üzü aşağı  tərpənir, sonra bu şırımlar bir-biri ilə 
birləşərək ətrafa səs-küy salır, dağlardan tökülən şəlalələr ilə 
birləşir, yaşıl meşələrə güclü bir şırıltı düşür, yuyulub 
daranmış meşə, sanki öz yam-yaşıl donunu bir də  təzədən 
geyinir, bunlar hamısı uca dağlara mahnı oxuyur, çalhaçalla 
aşağı çaylara doğru çağlayırdı” (88, 601).  
Payız: 
“Yolun kənarında yağışın təsirindən qırmızı zoğallar 
xamırlayır, sarı, yaş  xəzəllərin üstünə tökülürdü. Şişkin boz 
əzgillər lütləşən budaqlarda görünürdü. Qara böyürtkən 
salxımları çürüyür, turş bir kif qoxusu verirdi. Quşarmudlar, 


____________Milli Kitabxana____________ 
 
294
qaragilələr isə öz qabıqlarını  şirin, bal şəhdli  şirə ilə 
doldururdu” (88, 27). 
“Şamo”da obrazların çoxunun xatirələri də, sevinc və 
kədərləri də, düşüncə tərzləri də bu təbiətlə, dağlarla, dərələrlə, 
meşələrlə, yaylaqlarla, ildırımlarla, sellər-sularla... bağlıdır. 
Müəllif bu obrazları  Dəli dağın ildırımlarından və sellərindən, 
Sarıbabanın yaz çovğunundan və  şiddətlə yağan qarından... 
keçirib oxucularına təqdim edir. Romanda təkcə etnoqrafik 
baxımdan deyil, bədii-estetik baxımdan da diqqəti çəkən 
lövhələr, epizodlar kifayət qədərdir. Dağlarda keçə 
düzəldilməsi lövhələri olduqca zəngindir, maraqlıdır, 
ədəbiyyatımızda bənzərsizdir və bu təkrarolunmaz lövhələr 
müstəqil bədii nümunə kimi də  həmişəyaşardır. Yaylağın 
alaçıqları, dəyələri, komaları, ağ çadırları, çoban neyinin sədası, 
aşıq havaları (“bizim  bu  dağlar  olmasa,  aşıqlarımız  da 
olmazdı!” – 88, 219), çoban həyatının görüntüləri, tərəkəmə 
köçü müəllif tərəfindən  əsərə yalnız Azərbaycan dilinin geniş 
imkanları  səviyyəsində deyil, bəlkə  də bir rəssamın  əlvan 
boyaları ilə gətirilmişdir. 
Romanın birinci cildində  nəzir yığanlar, dərvişlər, 
qaraçılar, tacirlər, yun atan hallaclar, habelə “o tay”dan Bakıya 
axın, kankanlar və s. haqqında epizodlar canlı və təbii olmaqla, 


____________Milli Kitabxana____________ 
 
295
həmin dövr Azərbaycan mühitinin mənzərəsini tamamlayır və 
orası da maraqlıdır ki, müəllif mənfi planda verdiyi Molla 
Qafarın dilindən dərvişliyin tarixi, bu missiyasnın fəlsəfəsi 
barəsində təqdir olunası fikirlər də səsləndirir. 
Ədəbiyyatşünas alim H.Ənvəroğlunun  əsər haqqında 
fikirlərini yuxarıda qeyd etdiyimiz məqamlarla bağlamaq olar: 
“Şamo”nun nəhəng tarixi tablosunda təfərrüatların və 
ayrıntıların, çoxsaylı insan kütlələrinin, çeşidli fərdi 
düşüncələrin qatlaşması  təbiidir. Ona görə ki, roman-epopeya 
olmaqla “Şamo”nun poetikası həyatın və düşüncənin nəhayətsiz 
axarına uyğundur. “Şamo”da varlıq intəhasızdır. S.Rəhimov 
ondan istədiyi qədər istifadə etmişdir. Ilk baxışdan belə 
təsəvvür də yaranır ki, bütün söylənənlər də  həyatın özü kimi 
mövcud imiş  və yazıçıya isə yalnız onu qələmə almaq qalırdı 
(33, 178). 
Romanda bəzi məqamlar da vardır ki, mənfi tiplərin 
dilindən səslənsə  də, müəlliifin daxilində yaşayan gizli 
ovqatdan xəbər verir. Məsələn, birinci cilddə Sultan bəy deyir: 
“İndi daha o Nikolay yoxdur. Indi hər bir millət gərək öz 
dərdini özü çəksin!” (88, 318).    
Belə  məqamlar 60-70-ci illərdə yazılan digər cildlərdə 
daha çoxdur. Yenə  mənfi tiplərin (məsələn, Gəray ağanın) 


____________Milli Kitabxana____________ 
 
296
dilindən səslənsə də, müəllif həmin dövrdə senzura nəzarətində 
olan müəyyən tarixi həqiqətlərə toxuna bilir. 
Romanın qəhrəmanlarını xalq azadlığı 
uğrunda 
mübarizəyə qoşan S.Rəhimov, bu hərəkatı sinfilik baxımından 
təqdim etsə  də, onların konkret vətəni var, yaşadıqları, xoş 
günləri uğrunda mübarizə apardıqları ölkə var – Azərbaycan. 
Bu ölkənin mövcudluğu, onun gələcəyi hamı üçün əzizdir. 
Təsadüfi deyil ki, inqilabi hərəkata qoşulanlarla söhbətində 
Məşədi bəy bu sözləri deməyi də özünə borc bilir: 
“Azərbaycan bu boz Abşerondan, o bağlı-bağatlı 
Qubadan, o uca dağlı Qarabağdan, yaşıl meşəli Lənkərandan, 
ipəkli  Şəkidən, qədim  şairli  Şirvandan, Gəncədən, Dilican 
ətəyi Qazaxdan ibarət olan belə bir ölkədir” (88, 387). 
 
 “DÜNYA QOPUR”DA HƏQİQƏTLƏR.                                
         Bu realist romanda istər hadisələr, istərsə  də ayrı-ayrı 
obrazlar dövrün bir çox həqiqətlərini ifadə edə bilmişdir. 
Müəllif romanın yazılması ilə bağlı xatirələrində deyir: “Biz 
qəsəbə camaatı ilə birlikdə gözəl bir bahar axşamında seyrdən 
qayıdarkən Basqala çatar-çatmaz bolşeviklərin Azərbaycanda 
hakimiyyəti  ələ aldıqları  xəbərini eşitdik. Doğrudan da, bu 
xəbər qarışıqlığa səbəb oldu və yoxsul muzdurları, şarbafları nə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə