Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə78/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

____________Milli Kitabxana____________ 
 
325
         – Azərbaycancası yoxdur? 
         – Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətini 
vermir...” (70, 128).   
        Lakin  romanda  ziyalılığın layiqli nümayəndəsi kimi 
Səttarzadə obrazı da vardır. Özündə bir çox milli-mənəvi 
dəyərlərimizi yaşadan Səttarzadə qızı Rübabənin toyunda bəylə 
gəlinə Füzulinin kitabını hədiyyə edir. Səttarzadə deyir:  
       “ – Balalarım, Füzuli kimi sevin! Onun kimi böyüyün! 
(70, 151).   
        “Açıq kitab”ı otuzuncu illərin ortalarından başlayan 
repressiyalar dövrünün cəsarətli bir romanı kimi 
qiymətləndirərək, belə bir qənaətimizi də bildirmək istəyirik ki
sonrakı onillikdə,  əllinci illərin ortalarınadək yazılan bədii 
nümunələrdə (“Saçlı” az-çox istisna olunmaqla) həyat 
həqiqətlərinin bu səviyyədə açıq inikası görünmədi.  
       
       “SAÇLI”.  BƏZİ MƏQAMLAR 
      “Saçli”da Nənəqiz, Qoca, Qulam müəllim, Əfruz bacı, Əlisa 
kişi kimi milli xüsusiyyətləri özündə  cəmləşdirən obrazlar 
vardır. Kosa və  İbrahim Vəzirzadə obrazları orijinallığı ilə 
diqqəti çəkir. Sübhanverdizadə, Meşinov, Zülmət, Novruzqulu 
istisna olmaqla, digər obrazlar isə axıradək işlənməmiş  və 


____________Milli Kitabxana____________ 
 
326
yarımçıq qalmışdır, yaxud onların taleyi barədə yalnız 
informasiyalar verilmişdir. 
       Qoca obrazı canlıdır. Müəllif bu obrazda milli kökümüzün 
qaynaqlarından süzülüb gələn bir çox keyfiyyətlərin təzahürünü 
verməyə çalışmışdır. M.Hüseyn 1948-ci ildə yazdığı 
“Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri” adlı 
məqaləsində Qoca obrazını yüksək qiymətləndirmişdir. 
M.Hüseyn bu obrazda əsl xalq ruhunun olduğunu qeyd etmişdir 
(46, 45). 
      Romanda  kollektivləşmə  hərəkatı geniş verilmişdir və 
müəllif, bu prosesi partiya mövqeyindən göstərməyə çalışsa da, 
müəyyən həyat həqiqətlərinin üstündən keçməmişdir. Yəni 
müəllifin bütün səylərinə baxmayaraq, kolxoz quruculuğunun 
könüllülük  əsasında deyil, İnzibati-amirlik, göstəriş yolu ilə 
aparıldığı görünür. Və belə bir həqiqət də qabarıq nəzərə çarpır 
ki, Azərbaycan kəndlisi kolxozlaşmanı heç də anlamla və 
razılıqla qarşılamır, bu, onun milli düşüncəsinə də, həyat tərzinə 
də yaddır. Bakıdan fəhlə sinfinin nümayəndəsi kimi kolxoz 
təşkil etməyə göndərilən Qocaoğlu haqqında görün kəndlilər 
necə düşünürlər:  
      “ – Biz işləyək, Qocaoğlu ağa olsun? 
       – Hə də! Bizim bəy itdi, o getdi, yerində Qocaoğlu bitdi.  


____________Milli Kitabxana____________ 
 
327
       –  Biri  olsa  dərd yarıdır... De ki, birinin yerinə on biri 
bitdi! 
       – Onlar kimdir? 
       –  O  qalife  Mahmud,  anbar  Mehdi,  hesabdar,  təftişdar, 
dəftərdar, qarovulçu, keşikçi, qoruxçu, xırmançı, nə çox 
“dar”, nə çox “çı”, illah da ki, bu qalife Mahmud (partiya 
özək katibi. Y.R.) (90, 310).  
       Romandan bir epizodu da xatırlayaq. Raykom katibi Tahir 
Dəmirov Xalq Komissarları Soveti sədrinin qəbulunda olarkən, 
onların söhbəti zamanı müəllif gözlənilmədən bir məsələyə də 
toxunur və bu məqamı yazıçının milli simasının ifadəsi kimi də 
dəyərləndirmək olar. XKS sədri deyir:  
      “– Bizim öz xüsusi kökümüz vardır.  
        – Bəs bizim Azərbaycanın o biri payı hanı?  
       Sədrin nəzərləri xəritədə “axan” əyri-üyrü çayın o biri 
səmtinə çevrildi. 
       –  Bunlar  bizim  doğma, lap doğma qardaşlarımızdır. 
Hamımız bir ananın döşündən süd əmmişik, o da bizim bu 
Azərbaycandır! Yoxsa deyirsən raykom katibinin rayondan 
kənar nə borcuna? Belə baxmaq doğru olmazdı. Hamı, lap 
hamı: ya katib, ya təşviqatçı, ya da lap kəndlisi, işçisi, arvad-


____________Milli Kitabxana____________ 
 
328
uşağı bilməlidir ki, biz bir xalqın övladlarıyıq. Camaat gərək 
özünü tanısın, bilsin, bu da balaca məsələ deyil! 
       – Düzdür. 
       –  Orası da düzdür ki, bizim bu mədəniyyət tariximizi bir 
qədər qat-qarış ediblər. Biz gərək bu məsələləri də 
aydınlaşdıraq. Bax, bizim ədəbiyyatdır,  şeirdir, haradan 
başlayır, kimdən başlayır? Gərək  əlin içi kimi görünsün. 
Yoxsa su bulantısı yaxşı deyil!” (91, 179).       
 
       GƏLƏCƏK GÜNÜN SORAĞINDA 
      Mirzə  İbrahimovun Azərbaycan  ədəbiyyatında yeri sovet 
dövrünün yeni ədəbiyyatını  yaradan yeddi-səkkiz sənətkarla bir 
sıradadır. Onun bədii yaradıcılığı özəllikləri ilə diqqəti cəlb 
etmiş, romanları  və pyesləri oxucunu və tamaşaçını öz cazibə 
dairəsinə sala bilmişdir. M.İbrahimov öz yaradıcı  sənətkar 
simasını ictimai-siyasi fəaliyyəti ilə  də ( maarif naziri, 
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika 
Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılar 
İttifaqının sədri, Asiya və Afrika Ölkələri ilə  Həmrəylik 
Komitəsinin sədri) tamamlamışdır. Ali Sovetin Rəyasət 
Heyətinin sədri kimi yüksək dövlət vəzifəsində olarkən 
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə