Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə80/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

____________Milli Kitabxana____________ 
 
333
ki, bu sözləri yuxarıda qeyd olunan Kərimxan Azadi, Kürd 
Əhməd, Rza Qəhrəmani, habelə  Sərxan, Fəridə kimi obrazlar 
haqqında demək olmaz. 
      Romanın məzmunu, ruhu, məqsədi, 
əlbəttə, 
azərbaycanlılarla, onların mənəvi həyatı, taleyi, düşüncə  və 
istəkləri, milli şüurun inkişafına təsir göstərən amillərlə 
bağlıdır. Hadisələrin cərəyan etdiyi məkan  İran olsa da, 
ümumiyyətlə azərbaycanlının milli azadlığa doğru 
istiqamətlənən mənəviyyatı heç bir sərhədə sığışdırıla bilməz – 
romandan bu qənaəti almaq çətin deyildir. Deyərdik ki, əsərin 
aparıcı obrazı da məhz azərbaycanlıların ümumiləşdirilmiş 
obrazıdır və o hansı məkanda, hansı rejimdə yaşamasından asılı 
olmayaraq, özünü axtarır, özünü bir millət kimi təsdiq etmək 
istəyir, öz mənliyi, milli varlığı ilə layiqli yerini tutmaq istəyir. 
      “Gələcək gün”dən bir parçaya – yolüstü çayxanada məclis 
quran yuxarı rütbəli şəxslərin söhbətinə diqqət yetirək: 
      “Oturanlardan  cavan  zabit : 

 
Elə    deməyin,    Azərbaycan    gözəl    yerdir,  –   dedi,  
–   behişti - əladır.  
Azərbaycanlılar  olmasa, İranın  yarısı    acından  ölər. 
Taxılımız,  ətimiz,                        yağımız  onlardandır.  Şirin  
meyvələrimizi  becərən  onlardır… 


____________Milli Kitabxana____________ 
 
334
İranpərəst  gülüb  cavab  verdi : 
      – Əlbəttə, söz  yox  ki, yemək  üçün  Azərbaycandan  yaxşı  
yer  yoxdur.  Gəlib  Azərbaycanda  yeyəsən,  kökələsən ,  
qarnını    da,    cibini    də  doldurasan, gedib  Tehranda  kef  
çəkəsən.  Çox  gözəl  yerdir.  Amma... –  o,  deyəcəyi  sozün  
təsirilə    gözləri  yaşarana  qədər  qəhqəhə    çəkib  güldü. 
Yaylıqla  gözlərini  silib  davam  etdi : 
      –  Amma  əhalisi  həmişə, bax, elə  beləcə, quru  yerdə 
cırıq  həsir  üstündə    yaşasa  yaxşıdır. Çünki , qanı  isti  
camaatdır. Bir  balaca  ki, qızışdı, hər  şeyi  vurub  
dağıdacaq… Belə camaatın  gərək  gecə-gündüz boynundan  
düşməyəsən!..” (52, 45-65). 
      Həmin çayxanada söhbətin davamında Sərtib Səlimi deyir: 
      “Mən  azərbaycanlı    deyiləm.  Mən  də  sizin  kimi  
farsam.  Lakin  mən  də  yaxşı  bilirəm  ki, tiryək  kimi  bütün  
beyinləri  dumanlatmış    zəhərli  bir  fikir, alçaq  və  qeyri-
əməli  bir  əqidə    əvvəl-axır  bizim  bədbəxtliyimizə    səbəb  
olacaqdır.  Azərbaycan  yağlı  bir  tikədir.  Azərbaycan  dadlı  
və  ağız  şirinləndirən  bir  meyvədir.  Onu  udmaq  bəlkə  də  
asandır.  Lakin  onu  həzm  etmək  müşküldür.  O  bizim  
mədəmizi  və    bağırsaqlarımızı    doğrayıb  çölə  tökə    bilər ” 
(52, 47).      


____________Milli Kitabxana____________ 
 
335
         Rejim  ( söhbət  Şah  rejimindən  gedir )  azərbaycanlılara   
münasibətdə  dözümsüzdür.    Bunu Musa kişinin Rza şaha 
şikayət etmək istədiyi epizodda da görürük :        
      “Qoca  cansız  vücudu ilə  amansız  bir  müqavımət  
göstərərək , Rza xana  doğru  sürünməyə    başladı.  Şah  
amiranə bir  tərzdə  sağ  əlini  qaldırdıqda  sərhəng  və  sərtib  
kənara  çəkildi.  Şah  qəzəblə  qocanın  üzünə  baxdı    və  
farsca : 
       – Nə var, kişi ? – deyə soruşdu.  
      Qoca  dizləri  üstə  durub, namaz  qılır  kimi, əllərini  göyə  
qaldırdı  və  azərbaycanca : 
        – Göydə  allah,  yerdə  səni  deyib  gəlmişəm, əlahəzrət, –   
dedi, –   aman  günüdür, mənə    bir    əlac  elə, məni  çevir  
balalarının  başına, balalarıma  yazığın  gəlsin.  
     Rza    xan    qapqara  qaralmış      üzünü  Həkimülmülkə  
çevirdi : 
       –  Bu  eşşəklərə    hələ    də  adam  dilində  danışmağı  
öyrətməmisiniz ?.. Qulaq  as , gör nə  deyir.                                            
       Həkimülmülk  şahın  Azərbaycan  dilini  hələ  kazak  
alayında  ikən  gözəlcə  öyrəndiyini, lakin  qəsdən, 
Azərbaycan  xalqına  olan  nifrəti  ucundan  heç bir  zaman  
onun  dilində  danışmadığını  bilirdi.  Qocaya  yaxınlaşıb, 


____________Milli Kitabxana____________ 
 
336
Şahı  daha  da qəzəbləndirməmək  üçün  yarıfarsca , 
yarıazərbaycanca : 
       – Qoca , çe  mixahi , ərzin  nədir ? – dedi” (52, 196). 
      İş o yerə çatır ki, hətta Qurban Mərəndi şair Saib Təbrizinin  
azərbaycanca  şeirini oxuduğuna görə Tehran darülfünundan 
qovulur. Çünki rejim yaxşı bilir ki,  xalq XVII əsrdə ana dilində 
yazan  şairini tanıyarsa, deməli digər “ali” xalqlarla bir sırada 
dayanmaq iddiasında ola bilər. Ona görə ki, Sərhəng Səfai 
demişkən,:  “dildən  danışan  adam , sonra  da  xalqdan , 
millətdən  danışmalıdır” (52, 381). Dövlətin başçısı Rza şahın, 
ayaqlarına sarılaraq imdad diləyən Musa kişiyə azərbaycanca 
danışdığı üçün qəzəblənməsinin səbəbi də budur. 
       Şübhəsiz ki, “Gələcək gün” romanı  azərbaycanlıların 
(yalnız Cənubda yox) milli şüurunun formalaşmasında 
əhəmiyyətli rol oynayan bədii nümunələrdəndir.  Əsər araya 
gələndən sonra dünyanın bir çox xalqlarının dillərinə  tərcümə 
olundu. Beləliklə də bu roman vasitəsilə M.İbrahimov dünyaya 
bir daha bəyan etdi ki, azərbaycanlılar bir toplum olaraq təkcə 
Azərbaycan respublikasında deyil, həm də böyük çoxluqla 
İranda – Cənubi Azərbaycanda yaşayırlar və milli istiqlaliyyət, 
milli azadlıq uğrunda mübarizə aparırlar. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə