Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə83/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   78   79   80   81   82   83   84   85   86

____________Milli Kitabxana____________ 
 
347
Həmin qərarlar və onların yaratdığı  ədəbi-ideoloji təlimlər 
nəticəsində sərt və amiranə bir yaradıcılıq mühiti hökm sürürdü. 
“Sosialist realizmi” ədəbiyyatının təşviqatçılıq vəzifəsi tez-tez 
dəyişən partiya siyasəti  şəraitində  tənzimlənirdi, yalnız 
“marksizm-leninizm” təliminə deyil, həm də partiya 
rəhbərliyinin cari vəzifələrinə tabe edilirdi. Tədqiqatımız 1930-
1950-ci illərin ictimai-siyasi proseslərini, dövrün bədii-estetik 
meyarlarını,  ədəbiyyat haqqında partiya qərarlarını, sosialist 
realizmi konsepsiyasının tələblərini nəzərə almaqla, yeni 
Azərbaycan romanının ayrı-ayrı nümunələrinə və müəlliflərinə 
differensial qaydada yanaşılmasını, hər birinin həm ümumi 
kontekstdə, həm də  fərdi xüsusiyyətlərinin elmi-nəzəri 
qənaətlər əsasında araşdırılmasını vacib hesab edir. 
         2.  Azərbaycan romanının 30-cu illər mərhələsi təcrübəli 
yazıçılar M.S.Ordubadi, Y.V.Çəmənzəminli ilə yanaşı  gənc 
romançılar Mehdi Hüseynin, Süleyman Rəhimovun, 
Əbülhəsənin, Mir Cəlalın, Əli Vəliyevin, həmçinin 40-cı illərdə 
Mirzə İbrahimovun, Sabit Rəhmanın  və digərlərinin adları ilə 
bağlıdır. Onlar ölkədə, ictimai-sosial gerçəklikdə baş verən 
hadisələri təbii qəbul edirdilər və kommunist ideallarına 
inanırdılar. Həmin yazıçılar Azərbaycan  ədəbiyyatında epik 
romanın  əsasını qoymuşlar.  Bir çox romanları geniş epik 


____________Milli Kitabxana____________ 
 
348
lövhələr,  şaxəli təsvirlər səciyyələndirir. Düzdür, onlar dövrün 
ictimai-siyasi təsirlərinin,  ədəbi sxemlərinin dairəsində yazıb-
yaratmışlar. Sovet hakimiyyəti uğrunda mübarizə, “vətəndaş” 
müharibəsi, gənc sovet hökumətinin 20-30-cu illərdəki 
fəaliyyəti, kollektivləşmə, daha sonra ikinci dünya müharibəsi, 
dinc quruculuq işləri, xalq təsərrüfatının bərpası və s. mövzular 
Azərbaycan nasirlərinin əsərlərində milli gerçəkliyin və tarixin 
hadisələri, faktları ilə müşayiət olunmuşdur. Həmin dövrdə 
vahid SSRİ  məkanının hər yerində olduğu kimi Azərbaycan 
nəsri də vahid ölçü – normativ sosialist realizmi ölçüləri 
ətrafında birləşirdi. Bu əsərlərdə psixoloji təhlil lazımınca 
olmamış, obrazların daxili aləmi zəif işıqlandırılmışdır.  Əsas 
diqqət obrazların hərəkət və fəaliyyətinə, xüsusilə inqilab işinə 
yönəlmişdir. Romanlarda inqilabçıların, sovet hakimiyyətinin 
möhkəmləndirilməsi uğrunda mübarizə aparanların obrazları 
mükəmməl və bitkin olmamış, bədii nümunə  səviyyəsinə 
yüksəlməmişdir. Bununla belə, həmin romanların yaranması 
Azərbaycan ədəbiyyatının mühüm hadisəsi idi. Professor Yaşar 
Qarayevin yazdığı kimi, otuzuncu illərin böyük nəsrini və 
böyük romanını yaradanlar, “sosialist realizmi” kodeksinə 
riayət etsələr də,   heç də “yuxarıdan” gələn rəsmi diktənin, 
“ictimai sifariş”in kor və lal icraçıları  və ifaçıları deyildilər. 


____________Milli Kitabxana____________ 
 
349
Bəlkə, əksinə, epoxa barədə həqiqəti, təfsilatı, hesabatı olduğu 
kimi, özlərinin duya və  dərk edə bildikləri kimi görməyə, 
göstərməyə  və bizə çatdırmağa cəhd edən istedadlar və 
ideoloqlar idilər. Hər halda onların birlikdə qoyub getdikləri 
bədii irs “o dövrün nəsri o dövrü necə  təsəvvür və  təsvir 
edirdi?” – sualına tam, aydın və dəqiq cavab verir.  
       3.    Konfliktlər, bədii üslublar, roman qəhrəmanları bir-
birindən az fərqlənsələr də, bədii sənətkarlıq xüsusiyyətləri, 
yaradıcılıq imkanları ilə seçilən yazıçılar və bədii nümunələr də 
vardır. Tədqiqatımızda həmin romanların bədii-estetik 
keyfiyyətlərinin elmi-nəzəri təhlilinə yeni ədəbi təfəkkür 
səviyyəsində yanaşılmış, siyasi-ideoloji proseslər kontekstində, 
sosialist realizmi tələbləri çərçivəsində yazsalar da, müəlliflərin 
fərdi dəst-xətləri, yaradıcılıq imkanları  aşkara çıxarılmış  və 
fərqləndirilmişdir.  Özündə bütöv bir tipoloji mərhələni ifadə 
edən 1930-50-ci illərin Azərbaycan romanından ictimai-siyasi 
məzmuna üstünlük vermək tələb edilsə  də, qırxıncı-əllinci 
illərdə “konfiliktsizlik” tendensiyası qüvvədə olsa da, canlı 
bədii xarakterlər yaratmaq sahəsində axtarışlar davam 
etdirilmişdir. 
      Yeri gəlmişkən, tədqiqatda həmin dövrün, yazıçıların, bədii 
nümunələrin ayrı-ayrı  ədəbiyyatşünaslar və  tənqidçilər 


____________Milli Kitabxana____________ 
 
350
tərəfindən qiymətləndirilməsinə, o dövrün ədəbiyyat tarixini 
dövrləşdirmənin nəzəri-metodoloji aspektləri ilə bağlı 
müddəalara münasibət bildiriilmiş, özəl mülahizələr irəli 
sürülmüş və elmi-nəzəri cəhətdən əsaslandırılmışdır.     
       1930-1950-ci  illər Azərbaycan romanının, onun ayrı-ayrı 
nümünələrinin sonrakı  mərhələlərdə Azərbaycan  ədəbiyyatına, 
roman janrının inkişafına təsiri məsələləri də monoqrafiyada 
təhlil olunur. 
      4. Tədqiqatın elmi yeniliyini şərtləndirən bir çox əsas elmi-
nəzəri araşdırmalar aparılmışdır. O illərin siyasi prinsipləri və 
ideologiyası  ədəbiyyatın  əslində canlı insan obrazları 
yaratmasına, bədii  əsərlərdə milli düşüncə  tərzinin  ıfadə 
olunmasına imkan vermirdi. Bununla belə, 30-50-ci illər 
ədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə, sosialist 
realizmi və inqilabi romantika ehkamlarının mütləqliyinə 
baxmayaraq, milli şüurun  ınkişafı  mərhələsində heç də boşluq 
kimi qiymətləndirmək düz olmazdı. Sovet yetmiş ilində bütün 
ziddiyyətlərə, mürəkkəbliklərə baxmayaraq, milli düşüncənin, 
milli hissiyyatın yaşanmasında ədəbiyyatımizın rolu əvəzsizdir.  
       5.  Monoqrafiyada  milli  azadlıq  şüurunun formalaşmasına 
əhəmiyyətli təsir göstərən bədii nümunələr təhlil edilərkən 
Y.V.Çəmənzəminlinin “İki od arasında” (1936-1937), 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə