Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə84/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   78   79   80   81   82   83   84   85   86

____________Milli Kitabxana____________ 
 
351
M.S.Ordubadinin “Dumanlı  Təbriz” (1933-1948), “Qılınc və 
qələm” (1941-1948), M.İbrahimovun “Gələcək gün” (1948) 
romanları üzərində xüsusilə dayanılmışdır. “İki od arasında” 
romanı yazılandan xeyli sonra – 1960-1961-ci illərdə çap 
olunmuşdur. Lakin otuzuncu illərdə belə bir romanın yazılması 
faktının özü Azərbaycan  ədəbiyyatının uğurudur. Romanda 
milli  şüurun aydın  ıfadəsi, Vətən məhəbbəti, xalqa qayğı kimi 
məziyyətləri görürük. Əsərdə söhbət Qarabağ xanlığından getsə 
də, oxucunu bütün Azərbaycan haqqinda düşündürür. 
       M.S.Ordubadinin 
“Qılınc və 
qələm” romanında 
macəraçılıq xətti güclü olsa da, qırxıncı illər dövrü Azərbaycan 
ədəbiyyatında maraqlı  və  əhəmıyyətli bir hadisə olması, geniş 
oxucu kütləsini öz cazibəsinə, təsir dairəsinə salması şəksizdir. 
Əsərdə  zəngin macəra süjetinin, kəskin saray intriqalarının 
fonunda konkret tarixi dövr, tarixi şəxsiyyətlər durur. Bu tarix – 
Azərbaycan tarixidir, Azərbaycan dövlətçiliyi tarixidir. Bu 
şəxsiyyətlər – azərbaycanlı hökmdarlar, azərbaycanlı  qələm 
sahibləri, azərbaycanlı sərkərdələrdir. 
        M.İbrahimovun “Gələcək gün” romanında hadisələr İranda 
– Cənubi Azərbaycanda baş verir. Müəllif xalqın demokratıya 
və azadlıq əzminin bədii əksini real və canlı həyat materialları 
əsasında, dövrün mürəkkəb və ziddiyyətli siyasi hadisələri 


____________Milli Kitabxana____________ 
 
352
kontekstində verə bilmişdir. Romanın baş obrazı Firudin 
konkret  şəxsin, milli azadlıq uğrunda mübarizə aparan 
azərbaycanlının prototipidir və yazıçı  milli idealların bir çox 
çalarlarını onun obrazında  ifadə etməyə çalışmışdir. 
       “Studentlər”, “Şamo”, “Bir gəncin manifesti”, “Dirilən 
adam”, “Açıq kitab” “Dünya qopur”, “Səhər”, “Daşqın” və s. 
romanlarda da milli-mənəvi idealların ifadəsi məsələləri  geniş 
araşdırılır, elmi-nəzəri mülahizələr  əsaslandırılır. Həmin 
romanlarda milli-mənəvi ideallara bu və ya digər dərəcədə 
toxunan ayrı-ayrı  ədəbiyyatşünasların və  ədəbi tənqidçilərin 
mülahizələrinə  də münasibət bildirilir.  “Studentlər” romanı 
haqqında uzun müddət ədəbi tənqiddə özünə yer almış və bəzən 
hələ  də  səslənməkdə olan “əsər inqilabi keçmişimizdən bəhs 
edir, burada inqilabın fütuhatından da danışılır” kimi 
mülahizələr qəbul olunmur və  əsaslandırılır ki, müəllifin 
məqsədi heç də inqilaba qoşulmayanların, tərəddüd edənlərin 
“faciəsini və  səhvlərini  əks etdirmək” deyil, həmin illərdə 
Rusiyada və Ukraynada təhsil alan azərbaycanlı  tələbələrin öz 
milli kimliklərini, milli simalarıni, milli mənliklərini təsdiq 
etmələri üçün fəallaşmaları, öz xalqının taleyi üçün 
narahatlıqlarını göstərmək olmuşdur.  


____________Milli Kitabxana____________ 
 
353
       Kitabda  həmçinin   təsdiq olunur ki, “Şamo” romanı bir 
bədii  əsər kimi milli gerçəkliyin ifadəsi faktıdır, romanda 
sosial-sinfi ümumiləşdirmə milli ümumiləşdirmədən  üstün olsa 
da, inqilabdan əvvəlki Azərbaycan mühitinin geniş  mənzərəsi 
həm də milli özünəməxsusluğun qabarıq inikası ilə verilmişdir. 
“Bir gəncin manifesti” romanında gənc müəllif (M.Cəlal) 
rejimin diqtə etdiyi mövzuya “sadiq” qalmaqla yanaşı, özünü 
bir azərbaycanlı, milli təəssübkeş, vicdanlı  və istedadlı  qələm 
sahibi kimi sübut etmişdir.  
       6.  Tədqiqatda istər ayrı-ayrı  bədii nümünələr  əsasında, 
istərsə  də ümumiləşmə aparılaraq 1930-1950-ci illər 
Azərbaycan romanında milliliklə sosialist realizmi anlayışında 
xəlqiliyin fərqləndirilməsi, milli kolorit, milli özünütəsdiq, milli 
mən, milli ideal və digər milli-mənəvi dəyərlərin həm birbaşa, 
həm də “alt qatda” ifadəsi məsələləri araşdırılır. Dövrün siyasi-
ideoloji təzyiqi, sosialist realizmi konsepsiyası  çərçivəsində 
yaransa da, həmin romanlarda milli-mənəvi amillərin 
istiqamətləri öyrənilib elmi-nəzəri qənaətlər  əsasında təsdiq 
edilir.  
       Belə açıqlamalarda məqsəd həm də  həmin dövr 
Azərbaycan romanında ifadə olunan milli xüsusiyyətlərin 
mühüm bədii-estetik  əhəmiyyətini, elmi-nəzəri mənaya malik 


____________Milli Kitabxana____________ 
 
354
olduğunu nəzərə çarpdırmaqdır. Bu romanların, mənsub olduğu 
xalqın mılli taleyındə fəal rol oynadığı, əlbəttə, danılmazdır.  
         Azərbaycan dilinin inkişaf etdirilməsi və cilalanması, 
doğma Vətən kimi Azərbaycan torpağının, Azərbaycan 
təbiətinin özünəməxsus gözəlliklərinin tərənnümü, Azərbaycan 
məişətinin canlı, koloritli lövhələrinin bədii inikası, bir çox 
bədii obrazlar vasitəsi ilə milli xarakterin, mentalitetin müsbət 
çalarlarının vəsfi, tarixi romanlarda milli düşüncənin geniş 
vüsətlə ifadəsi və milli-mənəvi idealları bir çox məqamlarda 
“üst qat”da ifadə etmək imkanının yaranması  və s. məsələlər 
ayrı-ayrı bədii nümunələr əsasında təhlil olunmuşdur.              
         7. Əlbəttə, sovet siyasi rejimi özünü doğrultmayıb süquta 
uğrasa da, inkar oluna bilməz ki, həmin yetmiş il tariximizin, 
taleyimizin, yaşantılarımızın bir parçasıdır və ondan heç cür 
imtina edə bilmərik. Bununla belə, təbii ki, mənəvi sərvətlərə, 
ədəbi-bədii irsə, mənəviyyat və  əxlaq məsələlərinə milli 
müstəqillik təfəkkürü səviyyəsində yeni baxişlar   yetmiş ilin 
ədəbiyyatına münasibətdə də yeni meyarlar ortaya çıxarır. 
        8.  Ədəbiyyatşünaslıqda indi ötən  yüzilliyi  bütöv, vahid 
bir ədəbi əsr kimi   
öyrənmək, onun bədii-fikri təcrübəsini ümumiləşdirmək, 
tarixini yaratmaq problemi fundamental bir elmi vəzifə kimi 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə