Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə81/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   78   79   80   81   82   83   84   85   86

____________Milli Kitabxana____________ 
 
337
       Romanın son epizodlarında Firudinin Cənubi Azərbaycan 
milli azadlıq hərəkatının rəhbərlərindən biri olan Seyid Cəfər 
Pişəvəri ilə görüşündən bəhs edilir. Firudinin Cənubi 
Azərbaycana getmək, xalqın milli azadlığı  uğrunda mübarizə 
aparmaq istəyini S.C.Pişəvəri yüksək qiymətləndirir. Firudin 
vaxtilə Gülnaza dediyi sözləri daha əzmlə  həyata keçirmək  
qərarındadır :  “İnsan  öz  arzusuna  çatmaq  üçün  
vuruşmalıdır , şir  kimi  vuruşmalıdır” (52,  352). 
 
 “ABŞERON” .  MİLLİ  DÜŞÜNCƏ  CİZGİLƏRİ
        İstehsalat problemləri üzərində qurulan, sovet həyat tərzini 
tərənnüm edən bu romanda müəllif heç də milli zəmindən uzaq 
olmamışdır. “İstehsalat” mövzusunun axarında müəllif  
azərbaycanlı 
mənəviyyatının yüksəkliyi, Azərbaycan 
mədəniyyəti, Mirzə  Cəlil və Mirzə  Ələkbər Sabir kimi xalqın 
böyük sənətkarları    ilə iftixar hissini roman boyu nəzərə 
çarpdırır.  Əsərin baş  qəhrəmanı neftçi Tahiri də M.Hüseyn 
sazından ayırmır, onun aşıq mahnılarını səsləndirməsini müsbət 
hal kimi qabardır, yeri gəldikdə Azərbaycan folklorunun 
şüurlarda iz buraxan məqamlarını da xatırladır. 
Tahir ilə Lətifənin söhbətindən: 
“Lətifə hamını siyahıya yazdı: 


____________Milli Kitabxana____________ 
 
338
 –  Sizin adınız nədir? – Tahirdən soruşdu. 
 –  Tahir. 
 – Tahir? 
Qızın sualındakı  təəccüb nidası Tahirin də təəccübünə səbəb 
oldu:  
 –  Pis addır? 
 –  Niyə pis olur? Birisi gün də “Tahir və Zöhrə” filmi 
olacaq. 
 –  Hə, bax, onu görməmişəm. Amma dastanı  əzbərdən 
bilirəm. 
 –  Elə dastan var? – deyə Lətifə balaca bir uşaq marağı 
ilə xəbər aldı. 
          –  Var.  Özü  də lap çoxdanın dastanıdır. Mənim 
rəhmətlik babam danışardı. Azərbaycanda hansı  aşıqdan 
soruşsan əzbər deyər” (43, 30). 
Tahir ilə  Lətifənin ilk görüş  gəzintisinə  də müəllif 
Azərbaycan xalqının fəxr etdiyi böyük sənətkarlarımız 
haqqında söhbəti gətirir: 
“Lətifə gur  işıqda  aydın görünən  Nizami  muzeyini 
göstərdi: 
 – Heç buralara gəlmisənmi? – deyə soruşdu. – şairlərin 
heykəlinə bax! 


____________Milli Kitabxana____________ 
 
339
Tahir muzeyin ikinci mərtəbəsində, Azərbaycan 
şairlərinin cərgə ilə qoyulmuş heykəllərini bircə  dəfə 
görmüşdü.  
 –  Hayıf ki, Sabirinkini qoymayıblar, – deyə Tahir 
düşüncəli bir görkəm aldı. 
 – Çünki onun xüsusi meydançası var, orada da, heykəli 
qoyulub . 
 – Doğrudur,  ancaq dostu dostdan ayırmaq yaxşı deyil. 
 – Sən Sabiri çoxmu sevirsən, Tahir?  
 – Onu sevməyən oxucu varmı? Mənim anam savadsızdır, 
amma Sabirin çox sözünü əzbər bilir” (43, 253). 
Müharibənin uzun döyüş yollarını keçib Avropa ölkələrini 
adlayan, partizan  hərəkatının fəal iştirakçısı olan Paşa (usta 
Ramazanın oğlu) mühazirəsində deyir: 
“Mən gördüm ki, ən sadə bir azərbaycanlı da tərifli 
avropalıdan qat-qat  üstündür. Yaxşı avropalının gözü isə 
bizdə, bizim mədəniyyətimizdədir. Mən qərb ölkələrində 
yaşayan xalqlara baxanda bizim gənclərə  məhəbbətim birə 
yüz artdı” (43, 233).  
Nəzərə alaq ki, dövlət mükafatına layiq görülən “Abşeron” 
romanı da zamanında  müxtəlif  xalqların dillərinə    tərcümə  


____________Milli Kitabxana____________ 
 
340
olunmuşdu və azərbaycanlı imicinin təqdimatında belə sözlər 
də əhəmiyyət daşıyırdı. 
 
       “SƏHƏR”.  MİLLİLİK 
 
MÖVQEYİNDƏN  
SÖHBƏTLƏR.  
       “Səhər” romanında sosial proseslərin, sinfi şüurun 
təşəkkülünün ifadəsi ön plandadır. Müəllif qabarıq verdiyi bu 
amilləri milli gerçəkliklə  şərtləndirə bilmişdirmi? Təbii ki
mövzusundan və ideyasından asılı olmayaraq, hər bir bədii əsər 
az, yaxud çox dərəcədə milli zəminə söykənir. Bunu “Səhər” 
romanı haqqında da demək olar. Romanda “milli gerçəkliklə 
şərtlənən spesifik cəhətlərin” kölgədə qalmadığını vurğulayan 
tənqidçi Akif Hüseynov 1983-cü ildə “Müxtəlifliyin birliyi” 
kitabında yazmışdır: “Milli konkretliyi obrazların xarakterində, 
ailə-məişət səhnələrində  də qismən müşahidə edirik. Xüsusən 
kənd həyatının təsvirində belə cizgilərə nisbətən çox rast 
gəlirik. Ancaq o da diqqətdən yayınmır ki, romanda milli 
kolorit güclü deyil, tam halda təhkiyə, obrazların psixologiyası, 
danışığı, hərəkətləri milli boyaların təravətliyi, milli 
səciyyəvilik baxımından o qədər də dolğun, zəngin deyil, bu da 
həyata nüfuzu zəiflətmişdir” (42, 104). 


____________Milli Kitabxana____________ 
 
341
Bü mülahizələrlə  həmrəy olduğumuzu bildirərək, birinci 
fəsildəki fikrimizi davam etdirməklə Bayram obrazına nisbətən 
milli xarakterin İskəndər kişi, Mahmud, Alı kimi obrazlarda az-
çox qabarıq göründüyü qənaətindəyik. 
Paradoksal bir vəziyyət: M.Hüseyn romanı sinfi-inqilabi 
düşüncə axarında apararaq, milli düşüncədən “yayınsa”da,  əks 
tərəfin nümayəndələri kimi verdiyi Rəhimbəy, Hacı 
Zeynalabdin Tağıyev və Murtuza Muxtarov obrazları istər-
istəməz milli düşüncənin təmsilçilərinə çevrilmişlər. 
Rəhimbəyin Bayrama dediyi sözlərə diqqət yetirək: 
“ – Al bu pulları. Mən deyənə qulaq as. Rusyətdən gəlib 
burada qardaşı-qardaşa düşmən edənlərə baxma, oğul, 
onların axırı yoxdur” (48, 110). 
Yaxud, Rəhimbəy oğlu Rəşidə deyir: 
“ – Deyirlər ki, bu yaxınlarda Bakıya bir aləm balşavoy 
gəlib. Dünyanı bir-birinə vuran onlardır” (48, 123). 
Müəllif Rəhimbəy obrazını bir çox qatı boyalarla 
“mənfiləşdirə” bilsə  də, H.Z.Tağıyev və M.Muxtarov 
obrazlarında, deyərdik ki, buna bir elə nail ola bilməmişdir 
(bəlkə  də istəməmişdir?). H.Z.Tağıyevlə M.Əzizbəyovun 
mükalimələrində, deyərdik ki, Hacının sözləri oxucunu bəlkə də 
yaxşı  mənada düşündürür. Murtuza Muxtarovla görüşdə  də 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə