Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə82/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   78   79   80   81   82   83   84   85   86

____________Milli Kitabxana____________ 
 
342
həmçinin. Belə görüşlərdə və söhbətlərdə M.Əzizbəyov onların 
mövqelərini və mühakimələrini marksist dünyagörüşü, bolşevik 
prinsipiallığı baxımında rədd etsə də, oxucunun şüurunda artıq 
“başqa cür düşünmək” istiqamətində cığırlar açılır. 
Budur, Muxtarovla Əzizbəyovun söhbətindən bir parça. 
Muxtarov deyir: 
“ – Bakının bu dəqiqə  əsl sahibi kimdir? Mantaşev, 
Nobel!.. Bunu siz də bilirsiniz ki, dədə-baba torpağımızdan 
çıxan qızıl onların xəzinəsinə axır. Amma müsəlman milləti 
boğulur. Axı biz də istəyirik ki, bu bədbəxt millət qəflət 
yuxusundan oyanıb, adam cərgəsinə qarışsın: oxusun, 
injener, doktor olsun, daha ömrünü dartayçılıqda çürütməsin. 
Ancaq sən başlamısan ki, gərək əmimin xirtdəyindən yapışıb 
canını alam. Daha orasını fikirləşmirsən ki, aclığa, susuzluğa 
bais o deyil. Niyə Hacı mədənləri buraxıb fabrik açdı? Çünki 
tuzlar onu vurub cərgədən çıxartdılar. Qoymadılar kişi 
istədiyi qədər dövlətlənə, məktəb aça, teatr tikə, millətinə gün 
ağlaya... 
Cənab Muxtarov, – Əzizbəyov nəzakətlə müsahibinin 
sözünü kəsdi. – Hacı  məktəb də açıb, oğlanları, qızları 
oxutmağa da az pul sərf eləmir. 


____________Milli Kitabxana____________ 
 
343
– Atan oldu rəhmətlik. O məktəbdən birini yox, beşini 
açsaydı günah olardı?” (48, 260).   
Bu deyilənlər həqiqət deyildimi? Mantaşevlər, nobellər 
Azərbaycanın sərvətlərindən daha çox faydalanmırdılarmı? 
Muxtarov niyə  də milli insan kimi qəbul edilməsin? 
M.Əzizbəyovun sinfilik anlayışında düşüncələri niyə  də öz 
zəhmətləri və bacarıqları sayəsində varidat sahibi olan Hacı 
Zeynalabdinin və Murtuza Muxtarovun millət haqqında 
düşüncələrini üstələməlidir? 
M.Əzizbəyovla söhbətində Muxtarovun aşağıdakı sözləri 
də diqqəti çəkir: 
“ –  ...Siz güclü olmağına güclüsünüz, amma heyf, səd 
heyf ki, bu gücdən sənin millətinə xeyir əvəzinə ziyan dəyir. 
Əzizbəyov elə bil tamam biganə  və etinasız bir tərzdə 
soruşdu: 
–  Necə ziyan? 
        –  Bəli, bəli, ziyan dəyir. Siz lap nahaq yerə millətin 
arasına ikitirəlik salırsınız. Qaşınmayan yerdən qan 
çıxardırsınız. Bəs bundan da böyük ziyan olar? Əgər millətdə 
birlik olsaydı, əgər sən də, Nərimanov da rusdan, ermənidən 
ümid gözləməsəydiniz, oturub-durub müsəlman 
qardaşlarımızın kölgəsini qılınclamasaydınız, o vaxt bizim də 


____________Milli Kitabxana____________ 
 
344
millətimiz ağ günə  çıxardı. Neyləyəsən ki, qoşulmusunuz 
kafirlərə, bizə bir yumruq o vuranda, siz ikisini vurursunuz” 
(48, 261-262). 
Belə epizodları axıra qədər izləyirsən və Muxtarovun 
millilik mövqeyinə qarşı  Əzizbəyovun bolşevik yozumu 
qoyulsa da, bu, inandırıcı və əsaslı görünmür. 
1952-ci ildə çap olunan “Səhər” romanında belə məqamlar 
bir daha Mehdi Hüseyn yaradıcılığının 1930-1955-ci illər 
mərhələsinə birmənalı yanaşmamaq üçün əsas verir.    
       Yuxarıda təhlilə  cəlb etdiyimiz əsərlərlə yanaşı, haqqında 
bəhs etdiyimiz dövrün digər romanlarında da milli-mənəvi 
ideallarla bağlı müəyyən məqamları görmək mümkündür. 
Məsələn, inqilabi hərəkatın “təşəkkülü”nü tərənnüm edən 
“Araz” romanında (A.Şaiq) müəllif imperiyanın Azərbaycan 
xalqına münasibətini belə ifadə edir: 
      “Çar hökumətinə yalnız Azərbaycan nefti lazım idi... Üzdə 
özünü dost kimi göstərən çar hökuməti gizlində xalqın 
kökünü qazıyırdı...Çar hökuməti bir zaman bütün Azərbaycan 
xalqını Sibirə köçürüb yerinə rus mühacirlərini gətirmək 
istəyirdi. Bu iş baş tutmadığı üçün o indi Azərbaycan xalqını 
göstərdiyimiz yollarla məhv etməyə çalışırdı” (109, 315). 


____________Milli Kitabxana____________ 
 
345
     Azərbaycan  xalqını  əzən  rejimin  nümayəndəsi – həbsxana 
rəisi Kok razılıqla deyir:                                  
      “ – Biz ordumuzun qalib süngüləri ilə bu dikbaş xalqların 
məğrur başlarını  əyib, torpağına sahib olduq. Onlar bizim 
pəncəmizdən xilas olmaq üçün min çarə düşünürlər”  (109, 
345). 
      Aşağıdakı parçada isə A.Şaiq Arazın və onun kimilərin 
inqilabi hərəkata qoşulmalarının, bolşevik inqilabçılığının milli 
təbiətimizə zidd olduğu təsdiq etmirmi? 
      “...təşkilata üzv yazıldığına görə müsəlman fəhlələri və 
kənd  əhli onu dinsiz, “millət xaini” adlandırıb hörmətdən 
salırdılar” (109, 355).      


____________Milli Kitabxana____________ 
 
346
N Ə T İ C Ə 
          
         1930-1950-ci illər (1955-ci ilədək) Azərbaycan romanının 
siyasi-ideoloji proseslər və milli düşüncə kontekstində tədqiqini 
aşağıdakı elmi-nəzəri nəticələrlə ümumiləşdirmək olar: 
         1.  İyirminci ildən başlayaraq sosializm diktaturası öz  
“mədəni inqilab” proqramını irəli sürərək həyata keçirməyə 
başladı. Bu proqrama görə sinfi-siyasi münasibətlər ön plana 
çəkilirdi. Təbii ki, çox keçmədən SSRİ-nin digər respublikaları 
kimi Azərbaycan mədəniyyəti də sosialist mədəniyyətinin 
tərkib hissəsinə çevrildi. Siyasi-sinfi münasibətlərin həyatda, 
gerçəklikdə özünü göstərən pafosu bədii ədəbiyyatda da təzahür 
etdi. Bu dövr ədəbiyyatının tarixində mürəkkəb, ziddiyyətli 
məqamlar çoxdur. Aparıcı siyasi-ideoloji təfəkkürdə elə meyllər 
və prinsiplər olmuşdur ki, bunlar yaradıcılıq prosesinə, 
ədəbiyyata münasibətə çox mənfi təsir göstərmişdir. Sosialist 
mədəniyyəti nəzəriyyəsinin, bunun əsas metodoloji təlimi olan 
sosialist realizmı konsepsiyasının bir çox elə prinsipləri, meyar 
və  tələbləri var idi ki, bunlar çox vaxt bədii yaradıcılığı dar, 
məhdud çərçivəyə salırdı. Bu işdə xüsusilə Sov.İKP-nin 
ədəbiyyat və incəsənətə aid qərarlarının, bu qərarlarda işlənib 
hazırlanmış siyasi-ideoloji təlimlərin rolu daha böyük idi. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə