Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

____________Milli Kitabxana____________ 
 
329
olmasını xalqımız M.İbrahimov  şəxsiyyətində yazıçı-dövlət 
xadimi obrazının müsbət nümunəsi olaraq qiymətləndirmişdir.  
      M.İbrahimov bir çox hekayələrin, povestlərin, dram 
əsərlərinin, elmi əsərlərin müəllifi olsa da, fikrimizcə, onun 
bədii yaradıcılığı üç romanı – “Gələcək gün”, “Böyük dayaq” 
və “Pərvanə” ilə qüdrətlidir. 1948-ci ildə yazılan “Gələcək gün”  
romanı  ədəbiyyatımıza bu janrı yeni mükəmməl mərhələyə 
qaldıran istedadlı romançının gəldiyini bəyan etdi. Dünya 
romançılıq təcrübəsindən səmərəli istifadəsi, dil və üslub 
xüsusiyyətləri, struktur mükəmməlliyi, poetikasının digər 
özəllikləri ilə seçilən bu romanda tipik və canlı  həyat 
materialları, zəngin surətlər qalereyası, kamil insan xarakterləri 
vardır. 
      Qulu  Xəlilov yetmişinci illərin  əvvəllərində yazırdı ki, 
“Gələcək gün” romanında hadisələr “ehtiraslı-patetik üslubda 
təhlil və təsvir” edilmişdir. “M.İbrahimov insan xarakteri, onun 
təbiəti barədə güclü təsəvvirə malikdir. Buna baxmayaraq, o, 
qələmə aldığı surətləri, onların öz təbiətlərini, istək və 
arzularını, xarakterini, həyat yolunu, məsələn, S.Rəhimov kimi, 
dərin və canlı müşahidə  əsasında yaratmır. M.Hüseyn kimi, 
qüvvətli yaradıcı  təsəvvürün köməyi ilə canlandırır,  ətə, qana 
gətirir” (50, 152-153). Q.Xəlilov romanda həyat müşahidəsinin 


____________Milli Kitabxana____________ 
 
330
zəifliyi, buna görə  də obrazlarda sxematikliyin özünü 
göstərməsi qənaətində olmuşdur. “Bizə elə  gəlir ki, 
M.İbrahimov romanlarında real həyat müşahidəsinin zəifliyi 
canlı-epik lövhələr və tam, mükəmməl bədii surətlər yaratmağa 
mane olur. Elə bil yazıçının özü də bu səbəbdən geniş epik 
təsvirlər verməyə  cəsarətsiz girişir. M.İbrahimov romanlarının 
roman-epopeya səviyyəsinə qalxmasına mane olan qüsurlardan 
biri də məhz budur” (50, 153). 
      Romana  çağdaş  ədəbiyyatşünaslıq müstəvisində yanaşsaq 
belə, Q.Xəlilovun bu fikirləri ilə razılaşmaq olmaz. Əvvəla, 
“Gələcək gün” romanında həyat müşahidəsinin zəifliyindən 
danışmağa  əsas yoxdur və  tənqidçi də belə  əsasları göstərə 
bilmir.  İkincisi, obrazların sxematikliyindən danışan müəllif 
monoqrafiyanın digər səhifələrində  həmin obrazların canlı 
olmasından, “realistcəsinə ümumıləşdirilərək” yaradılmasından 
bəhs edir. Üçüncüsü, “Gələcək gün” (həmçinin M.İbrahimovun 
digər romanları) niyə  də roman-epopeya səviyyəsinə 
qalxmalıdı? Buna nə ehtiyac var ki? Yəqin ki, nə M.İbrahimov, 
nə  də onun oxucusu bu əsərlərin roman-epopeya kimi araya 
çıxması istəyində olmamışlar. 
      M.İbrahimov yaradıcılığının tanınmış 
tədqiqatçısı 
A.Hacıyev “Gələcək gün” romanının “xalq qəhrəmanlıq 


____________Milli Kitabxana____________ 
 
331
epopeyası”, həmçinin “sırf siyasi roman” adlandırılmasına qarşı 
çıxaraq, bunu “ifrata varmaq” hesab etmişdir ( 40, 99). 
       Əsərdə  bədii  publisistikanın güclü olduğunu qeyd edən 
A.Hacıyev yazır ki, “Gələcək gün” ehtirasla, zövq və  həvəslə 
yazılan romandır” (40, 96). 
       Romanda  canlı-epik lövhələr də  qədərincədir və  əsərin 
ölçüləri daxilindədir.  Əlbəttə, “Gələcək gün”də ictimai-siyasi 
pafosun, kommunist təbliğatının, siyasi motivlərin üstün olduğu 
inkar edilə bilməz. Lakin oxucu bu siyası  xəttin fərqində 
deyildir, romandakı siyasi istiqamət onu demək olar ki, 
maraqlandırmır və siyasi məsələlərin, siyasi söhbətlərin 
üstündən tələsik ötüşüb, aparıcı  və  cəlbedici hesab etdiyi əsas 
canlı hadisələri izləməyə can atır. Hərçənd ki, saray 
münasibətləri, saray söhbətləri, səfirliklərin siyasi “oyunları” da 
müəyyən maraq doğurur.  Ədəbiyyatşünas alim H.Ənvəroğlu 
yazır ki, “ıctimai-siyasi roman” anlayışı romanın sadəcə olaraq 
ictimai-siyasi mənaya meyl etməsidir. Məsələn, romanda Musa 
kişinin ailəsinin, xüsusilə, böyük övladı Gülnazın taleyi ilə 
bağlı hadisələr daha təbii, emosional və səmimi təsir bağışlayır, 
nəinki Firudinin, Rza Qəhrəmaninin, Kərimxan Azadinin, Kürd 
Əhmədin və başqalarının siyasi-inqilabi fəaliyyəti” (33, 157). 


____________Milli Kitabxana____________ 
 
332
      Baş obraza gəldikdə: romanın qəhrəmanı Firudin obrazında 
ikiləşmə vardır – kənddə gördüyümüz, Tehrana gələrək öz 
yolunu axtaran, mərd və qorxmaz təbiətli, nəhayətdə milli 
azadlıq düşüncəsi ilə yaşayan Firudin və sinfi mübarizədən 
danışan, “Ana” romanının təsiri altına düşən, partiya təbliğatçısı 
kimi görünən Firudin. Hətta uzun müddət axtardığı, taleyi üçün 
narahat olduğu dayısı Musa kişi ilə  həbsxana kamerasında 
rastlaşan Firudinin ağlını itirmiş bu ağır xəstə insanla partiya 
təbliğatçısı kimi danışması, patetik nitq söyləməsi, fikrimizcə, 
romanın məziyyətlərinə  xələl gətirən epizodlardandır. Bütün 
bunlara baxmayaraq, Firudin oxucunun yaddaşında milli 
azadlıq yolunu özünə ideal seçən bir obraz kimi yaşayır. 
      “İctimai mübarizənin, istibdad əleyhinə mübarizənin 
başqa bir səhifəsi  də vardır. Milli istiqlal hərəkatı !.. 
Azərbaycanın azadlığı !” (52, 374).                           – Bu, 
Firudinin həbsdə olarkən, bütün əzabların, fiziki və  mənəvi 
təzyiqlərin, mərhumiyyətlərin müqabilində  qəbul etdiyi qəti 
qərarın ifadəsidir. 
       Müəllif istər “müsbət”, istərsə “mənfi” obrazları – Musa 
kişini, Səriyyə xalanı, Gülnazı, Hikmət  İsfəhanini, Sərhəng 
Səfaini, Həkimülmülkü,  Şəmsiyyəni, Qəmərbanunu, Hüseyn 
Məhbusini xarakter cizgiləri ilə, təbii verə bilmişdir. Hərçənd 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə