Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

____________Milli Kitabxana____________ 
 
313
      Sonanın  ən böyük arzusu bu günü görmək, bu qarətçi 
quldurların dalınca ağır bir daş atmaq idi... “Ax, balalarım 
olmayaydı, düşmənimi dişimlə didərdim!..” 
      Sona  camaat  arasındakı danışıqlardan bilirdi ki, aylarla 
yollar basa-basa gəlib buralara çıxan o “boz şeytan” uzun və 
murdar fil xortumu ilə yalnız nefti sormur. Gecə-gündüz 
dağda-daşda sümsünür, ağlı kəsən yumşaq və “yağlı” yerlərdə 
mıx-tövləsini bərkitməyə, vətən torpağının  şirəsini,  fağır-
füqəranın qanını sormağa çalışır. O burada özünə nökərlər 
tapır. Onun pristava verdiyi hər hədiyyə, yüzbaşıya doğru 
çevirdiyi hər xoş baxış rəiyyətə çox baha tamam olur, vətənə 
ağir başa gəlir” (69, 223). 
      Müəllif Azərbaycan xalqının, Azərbaycan qadınlarının 
müstəmləkiçi işğalçılara güclü müqavimət hissini, nifrətini 
Sonanın simasında iki uğurlu bədii epizodda xüsusilə  təsirli 
vermişdir. Sona ağır maddi durumda olsa da, yadelli işğalçılara 
hər hansı qiymətə belə, oğlu Baharın sevimli ceyranını  və 
bazara çıxardığı “Yusif-Züleyxa” xalçasını satmaqdan qəti 
imtina edir. Birinci halda “Mən Sona deyiləm, əgər bu ceyrana 
ingilis  əli dəyə !”, ikinci halda isə  “İtə ataram, yada 
satmaram!” sözləri romanın leytmotivinə çevrilir. Bu fəsillərdə 


____________Milli Kitabxana____________ 
 
314
ceyranı Azərbaycan torpağının, “Yusf-Züleyxa” xalçasını isə 
milli varlığımızın simvolları hesab etmək olar. 
       Son  dərəcə  realist yazıçı olan, ədəbi prinsipinə, həyatı 
təsvir üsulu və metodlarına görə  Cəlil Məmmədquluzadə, 
Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin 
davamçısı sayılan Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdi 
üslubunun, yazı  tərzinin olduğu  ədəbi tənqid tərəfindən təsdiq 
edilmişdir. Satira və yumor Mir Cəlal nəsrini bir çoxlarından 
fərqləndirən keyfiyyətdir və bu cəhət də yazıçını böyük gülüş 
ustası kimi səciyyələndirir. “Təsadüfi deyildir ki, Mir Cəlal 
yaradıcılığında  son dərəcədə səmimi, müdrik yumor aparıcıdır, 
əsasdır. Yumorlu kinayələrin isə misli yoxdur ! Əsərlərdəki 
ideyanın,  əsas mətləbin məğzi, mahiyyəti çox vaxt elə bu 
kinayələrdə açılır, aşkar olur” (87). 
      Yumoru  da  milli  xarakterin  əlamətlərindən saymaq olar. 
Əlbəttə, yumor hissi, gülüş, istehza, ironiya və s. yəqin ki, 
dünyanın bütün xalqlarında və  ədəbiyyatlarında vardır. Lakin 
bu xüsusiyyətlərin hər bir xalqa məxsus, onun mentaliteti
kaloriti ilə bağlı çalarlarının olması da istisna deyildir. 
Q.Qasımzadə  “Ədəbiyyatda mıllilik və beynəlmiləllik” 
monoqrafiyasında Puşkinin, Belinskinin, İ.Frankonun müvafiq 
mülahizələrinə istinad etməklə yazırdı: “Yumordakı milli fərqin 


____________Milli Kitabxana____________ 
 
315
əlamətini azərbaycanlıların xarakterində aydın çalarlarla 
görmək olar. Klassiklərimizin və müasir komediyanəvislərin 
əsərlərinə diqqət versək, bu cəhətin səciyyəvi nişanələrinə dair 
maraqlı vəziyyətlərlə qarşılaşarıq. Azərbaycanda gülüş, yumor, 
zarafat keçici deyil, dərin və davamlıdır. “Arşın mal alan”, “O 
olmasın, bu olsun” komediyalarında müsbət obrazların 
mənfilərin başına açdığı oyundan, eləcə də köhnəliyin öz-özünü 
faş etməsindən doğan gülüşün məzmunu lirikdir; 
“Kimyagər”də, “Ölülər”də müsbət qəhrəmanların (Hacı Nuru 
və  İskəndərin) avamlıq üzərinə gülüşü isə acıdır. Gülüşün 
məzmunundakı bu keyfiyyətlərin (liriklik, acılıq), əlbəttə, milli 
əlamətə, milli fərqə o qədər də  dəxli yoxdur. Lakin 
azərbaycanlılarda bunun sirayətediciliyi, davamlılığı  bəlkə  də 
müəyyən dərəcədə digər xalqların yumorundan seçilir” (60, 
125). Burada müəllif Azərbaycan yumorunun fərqli cəhətlərini 
göstərməyə  səy etsə  də, yalnız komediyalardan misal 
gətirməklə  məhdudluq yaratmış, mülahizələrini daha geniş 
məzmunda, fəlsəfi zəmində  əsaslandıra bilməmiş, hətta fikir 
dolaşıqlığına da yol vermişdir. 
       Mir Cəlal hər iki romanı ilə həm də güclü satira və yumor 
ustası olmasının “manifesti”ni vermişdir. Bu yumor və gülüş 
azərbaycanlının milli xarakteri ilə bağlı  əlamət olaraq, sadəcə 


____________Milli Kitabxana____________ 
 
316
gülüş xətrinə səslənmir, həm də özündə dərin məna və məqsəd 
daşıyır. “Bir gəncin manifesti”ndən aşağıdakı parçaya diqqət 
yetirək :  
       “Çərçi  şeylərinin talanacağını görüb xəlvətcə  eşşəyini 
bizlədi, aradan çıxmaq istədi. Yumru məmur səbətdən bərk-
bərk yapışıb buraxmırdı. Çərçi eşşəyin yerimədiyini görüb 
mat-mat məmurun üzünə baxdı. Məmur acıqlandı :  

 
Nə mırıtlayırsan oğru pişik kimi ?! 

 
Xan, heç, sizə baxıram ! 

 
Mənim nəyimə baxırsan, əşi ?!               
       Çərçi dedi : 
       –  Xan,  mən baxıram, lap məəttəl qalıram ! Maşallah
eşşəkdən də güclü imişsən! 
      Məmur öz gücünə, qıraqdan baxanların bunu hiss 
etdiyinə  fərəhlənib səbətdən daha bərk yapışdı. Qolunu salıb 
meyvələri cibinə doldurmağa başladı. O biriləri də daraşdılar, 
çərçi dilləndi : 

 
Xan, bəs bunun ölçü-biçisi yoxdur ? 

 
Mənim ovcum tərəzidir, düz  girvənkə tutur. 

 
Bəs pulu kimdən çatacaq ?    
       Məmurlar gülüşdülər : 

 
Həzrət  Abbasdan !” (69, 34).        


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə