Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə74/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

____________Milli Kitabxana____________ 
 
309
tərəfdarı olub, bizim vaxtımızda  yaşasaydı, əlbəttə ki,  yoldaş 
deyərdi” (44, 499).  
Otuzuncu illərdə qoyulan məhdudiyyətlərə baxmayaraq, 
M.Hüseyn də erməni daşnaklarının törətdikləri vəhşilikləri 
xatırlatmış, onların Azərbaycan  kəndlərini dağıtmasında söhbət 
açmışdır (44, 406). 
Ə.Əbülhəsənin “Yoxuşlar”ı kimi, “Tərlan” romanı da 
kollektivləşmə dövründən bəhs edir. Bu əsərlərdə tipoloji 
yaxınlıq özünü göstərsə də, M.Hüseyn öz romanı ilə 7-8 əvvəl 
yazılmış “Yoxuşlar”dan heç də irəli gedə bilməmişdir. Dövrü 
üçün  müsbət qəhrəman hesab edilən Tərlan obrazı bu gün 
yalnız “təbliğat ruporu” təsiri bağışlayır. Bununla belə, roman, 
yuxarıda göstərdiyimiz və qeyd edə bilmədiyimiz  nümunələri 
ilə  də, Mürsəl kişi kimi həyati obrazları ilə  də  dəyərləndirilə 
bilər. 
       
DİRİLƏN ADAM”    “BİR  GƏNCİN  MANİFESTİ”. 
ƏDƏBİYYATIMIZDA  ROMAN  JANRININ  TƏSDİQİ 
        Altı roman, 300-ə  qədər hekayə, habelə qiymətli elmi 
əsərlər müəllifi  Mir Cəlal Azərbaycan  ədəbiyyatında öz yolu 
olan bir yazıçı kimi tanınır. Onun otuzuncu illərdə yazdığı ilk 
iki romanı – “Dirilən adam” və “Bir gəncin manifesti” 


____________Milli Kitabxana____________ 
 
310
Azərbaycan 
ədəbiyyatının diqqətçəkən nümunələridir. 
Görkəmli yazıçı Anarın yazdığı kimi, “Bir gəncin manifesti”, 
“Dirilən adam” romanları yazıldığı dövrün özəlliklərini  əks 
etdirməklə bərabər, roman janrını ədəbiyyatımızda təsdiq edən 
və doğmalaşdıran  əsərlər    kimi    orta    və  ali  məktəb  
dərsliklərimizə  daxil oldu” (7).  
       2008-ci  il  noyabrın 10-da Parisdə, YUNESKO-nun 
iqamətgahında Mir Cəlalın 100 illiyinə  həsr olunmuş yubiley 
mərasimində Heydər  Əliyev Fondunun prezidenti Mehriban 
Əliyeva demişdir: “Mir Cəlal öz kitablarında həyatı  təsdiq və 
tədqiq edərdi. O, hər zaman həyatın mənasını  tədqiq etməyə 
çalışardı” (30).    
       “Dirilən adam” və “Bir gəncin manifesti” romanları dövrün 
aktual mövzusuna – inqilabın qələbəsinə  həsr olunsa da, bu 
zahiri məzmunun arxasında gizlənən bir çox incə  mətləbləri
milli məzmunu, dərin məna potensialını görmək  mümkündür.       
“Dirilən adam” və “Bir gəncin manifesti” romanları eyni tarixi 
dövrün hadisələrini  əks etdirir. “Hər iki roman “inqilab” 
ideyasına köklənsə  də, realizmin həyat həqiqətinə  sədaqət 
prinsipi və yazıçının böyük istedadı, dərin müşahidə qabiliyyəti 
reallığın acı  mənzərələrini  əks etdirməyə imkan vermişdir” 
(100, 16). 


____________Milli Kitabxana____________ 
 
311
         Professor  Nərgiz Paşayeva yazır ki, “Dirilən adam”ın 
yarandığı dövr (otuzuncu illər) ədəbiyyat üçün tənqidolunmaz, 
toxunulmaz mövzular, obrazlar və bunun əksi olaraq, mütləq 
təbliğ  və  təsdiq edilən mövzular, obrazlar sistemi mövcud idi. 
“O vaxt əsl  ədəbiyyatı  və  sənəti yaratmaq və yaşatmaq 
istedadına malik olan yazıçılar,  şairlər Azərbaycan  ədəbiyyatı 
tarixini zənginləşdirən bədii əsərlər yaradırdılar. Mir Cəlalın da 
elə ilk romanında sevdiyi mövzu, toxunduğu problem, ifadə 
etdiyi bədii-estetik fikir və  qənaətləri konyunkturaya yox, əsl 
ədəbiyyata köklənmişdi. İndiki zaman prizmasından adi və təbii 
görünən bu mövqe o dövr ədəbiyyatı üçün heç də adi və  ən 
başlıcası isə təqdir olunan hal deyildi. Mir Cəlal yazdığı bütün 
romanlarda bu prinsipə sadiq qalmışdır” (87). 
       “Dirilən adam” romanında aparıcı  qəhrəmanın yolu 
“inqilaba doğru” olsa da, romanın gücü, qüdrəti bu ideoloji 
görüntüdə deyil, ədəbiyyatşünas alim T.Salamoğlunun düzğün 
qeyd etdiyi kimi, sosial ədalətsizliyə, insana antihumanist 
münasibətə etiraz ruhundadır, bu etiraz ruhunun güclü realist 
ifadəsindədir. “Qədirin talesizliyi və bu talesizlikdən doğan 
həyat “roman”ı ideoloji təfsirin geyindirdiyi “sinfi don”a heç 
cür sığışmır, milli gerçəkliyin sosial bəlası kimi dərin bəşəri 
məzmun, məna daşıyır” (100, 17). 


____________Milli Kitabxana____________ 
 
312
        Ədəbi tənqiddə “Bir gəncin manifesti” romanı “insanlığın 
manifesti” kimi istilahlarla da qiymətləndirilir.  Əsər məlum 
konyunktur mövzuya həsr olunsa da, qənaətimizə görə, daxili 
məzmununda sanki üç romanı yaşadır : Mərdanın romanı, 
Sonanın romanı və Baharın romanı. Və inkar olunmur ki, əsər 
məhz Sonanın və Baharın romanları ilə  təsirlidir, təbii və 
inandırıcıdır, illər boyu yaddaşlarda bu “romanlar”la yer 
almışdır. 
      Sona  bir  milli  xarakter  kimi  də Azərbaycan  ədəbiyyatında 
seçilən obrazlardandır. Hər cür əzablara dözən, fədakarlığa 
hazır olan bu qürurlu qadın bədii ədəbiyyatda yer alan dövrdən 
Azərbaycan anasının simvoluna çevrilmişdir. Sona obrazı 
olduqca təbii, canlı  və inandıricıdır. Yalnız fədakar ana kimi 
yox, həm də özündə milli qürur hissini və vətəndaşlıq ləyaqətini 
yaşadan Sonanın xarakterindəki özəlliklər ayrı-ayrı epizodlarda 
müəllif tərəfindən məharətlə verilmişdir. Romanda oxuyuruq :  
      “Sanki Sona vətənini, xalqının başına gələn fəlakətləri öz 
həyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini də 
qarət edən bu canavar iştahlıları kim, nə zaman bizim 
torpaqlardan qovacaqdır ?.. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə