Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə76/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

____________Milli Kitabxana____________ 
 
317
       Bu epizoddakı gülüşün arxasında dövrana, siyasi duruma
özbaşınalığa  ironiyanın və kinayənin durduğu aydın görünür.   
       Yaxud,  ceyranı yolda qaçırandan sonra yadellinin 
iqamətgahına Sona ilə gələn Fətişoğlu vəziyyəti necə izah edir? 
         “Sona  fikirdən ayılmamış  Fətişoğlu arabanı saxladı. 
Qapıya çıxan bir ağpaltar ingiliscə  nə dedisə arabaçı ona 
rusca cavab verdi : 

 
Ceyran paşol !  

 
Kuda ? 

 
Qulyay !” (69, 74). 
        Bəli, ingiliscənin müqabilində arabaçı Fətişoğlu da ən azı 
rus dilini “bildiyini” (göründüyü kimi, bir neçə sözü) “ingiliscə 
danışanın” gözünə soxmalı, heç də  əskik kişi olmadığını 
göstərməliydi. Həm də bu “igiliscə danışanın” sualına konkret 
cavab verməliydi : “qulyay”. Burada ilk baxışda gülüş doğuran 
“qulyay” (gəzməyə getmək) sözünün nə  qədər acı  mənaları 
ehtiva etməsi görünür. “Qulyay” – ceyranın qaçirilmasından və 
yadelliyə qismət olmamasından alınan ləzzət, razılıq və rahatlıq 
hissi, “ingiliscə danışanın” atasını yandırmaq və onu barmağa 
dolamaq, yadelliyə istehza, ironiya, kin və nifrət !  


____________Milli Kitabxana____________ 
 
318
      Bu istehza və ironiya “Gecənin hökmü” fəslində Yadellinin 
gecəykən itmiş ceyranı axtarması  və qaranlıqda uzunqulağı 
ceyran bilib “ələ keçirməsi” epizodlarında da güclüdür. 
       Qeyd  edək ki, kinayə  və istehza realist ədəbiyyatda 
müəlliflə obyekt arasındakı ziddiyyətləri açmaq üsullarından 
biri hesab edilir. Kiınayənin və istehzanın gücü ilə hadisənin, 
əhvalatın tragikliyi açılır. Bu xüsusiyyətlər 
C.Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalatları” 
əsərində xüsusilə nəzərə çarpır. Görkəmli roman ustası Balzak 
deyirdi ki, kinayə yalnız müşahidədə yaşamır, həm də  həyati 
faktların özündə gizlənmişdir. Kinayə subyektiv xarakter daşısa 
da, sənətdə obyektiv mahiyyəti ilə görünür.      
       Dünya  klassiklərinin bir çoxu əsərlərində kinayə  və 
istehzadan həqiqəti  əksetmə vasitəsi kimi istifadə etmişlər. Bu 
təcrübədən yararlanan, xüsusilə C.Məmmədquluzadə irsinə 
dərindən bələd olan Mir Cəlalın bədii  əsərlərindəki kinayə  və 
istehza həm də milli zəmində çalarları ilə seçilir.  
       “Dirilən adam” romanının istər ümumi pafosunda, istərsə 
də ayrı-ayrı epizodlarında satirik-yumoristik ruhu görmək 
mümkündür. Bunun üçün romanın “Övdət” fəslini (Bəbir bəyin 
adaxlıbazlığı), Bəbir bəyin toyunu, Bekar obrazını, Axundun-
Sarıqlı mollanın ona etibar edilən Qumru ilə arvadını öz evində 


____________Milli Kitabxana____________ 
 
319
gecəykən səhv salmasını və s. xatırlamaq kifayətdir. Müəllifin 
acı gülüşünə “bələnmiş” belə epizodlar və obrazlar “Bir gəncin 
manifesti”ndə olduğu kumu, əsərin “ciddi”, “faciəvi” ovqatını 
tamamlayan amillərdir. 
        Mir  Cəlalın ilk romanlarının dilində  də müəllifin milli 
siması aydın görünürdü. Əllinci illərdə görkəmli 
ədəbiyyatşünas alim Məmməd Cəfər yazırdı: “Mir Cəlalın bədii 
nəsr dili öz əsasını canlı xalq dilindən alır. Bu dil səlis və 
ahəngdardır. Bu dildə yığcamlıq, az sözlə çox şeyi deyə bilmək, 
müəyyən xarakterləri və psixoloji halları balaca bir tabloya 
yerləşdirmək bacarığı, həqiqi sadəlik, qısalıq, ifadəlilik vardır. 
Burada rəsmi kitab dili adlanan sinfilik, özünü zorlama və 
uydurma yoxdur. Bunun əvəzinə çox aydın hiss edilən bir 
təbiilik, axıcılıq, doğmalıq vardır. Mir Cəlalın dili, xüsusən “Bir 
gəncin manifesti”ndəki “Göz yaşı” və “Manifest” sərlövhəli 
fəsillərdə olduğu kimi, hiss və həyəcanların təsviri zamanı lirik, 
təsirli və yenidir. Bu dildə peyzajlar da eyni dərəcədə təbiidir. 
Ümumiyyətlə, Mir Cəlalın bədii dili klassik nəsr dilinin yaxşı 
ənənələrinə və canlı xalq dilinə əsaslanır” (1, 509).   
      Mir  Cəlal bədii dilinin özəllikləri onun canlı  təbiət 
təsvirlərində  də öz təzahürünü tapır. “Dirilən adam”dan 
aşağıdakı parçaları oxuyaq :  


____________Milli Kitabxana____________ 
 
320
      “Qayalar nağıllarda söylənən  əfsanəvi yerlərə, tilsimlərə 
bənzəyirdi. Bəziləri min illər, yüz illər boyu dəhşətli günlər 
gördüyündənmi və ya qar-yağış  təsirindənmi  şiş duran bir 
bıçaq kimi itilənmişdi. Yolun ətrafı daşlıq idi. Daşların 
dibindən hərdən kəklik uçur, adamların başı üstündən keçən 
turac sürüləri fişəng kim səslənirdi. Dağların nisbətən alçaq 
olan ikisi gömgöy idi. Aralıqda, alçaq bir düzlükdə şirin sulu 
məşhur bir bulaq qaynayırdı” (66, 27-28). 
       “...bağın ağ, uzun divarlarına sığmayan meyvəsilə 
ağırlaşan armud ağacları hasar qəbul etmək istəmir, dolu 
budaqlarını  səxavətlə  kənara sallayır, sanki yoldan ötənlərə 
təklif edirdi :  
      – Buyurun, armud  yeyin” (68, 71). 
       Əlbəttə, otuzuncu illərin demək olar, bütün romanlarında 
təbiət təsvirləri  var və müəlliflər bunları  həmin  əsərlərin 
ümumi ovqatı ilə  səsləndirə bilmişlər. Bu haqda yuxarıda 
danışmışıq. Təbiət təsvirləri bu əsərlərdə müəlliflərin bədii 
üslub və  bədii dil imkanları daxilində  təzahür edir, süjetin və 
xarakterlərin qavranılmasında öz izini qoyur. 27-30 yaşlı Mir 
Cəlalın təbiət təsvirlərində lirizm, şairanə baxiş xüsusilə nəzərə 
çarpır. “Bir gəncin manifesti”ndən bir parçanı oxuyaq:  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə