Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə97/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

227
İş dəftərinin  143-cü səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilə bilər.
Əlavə sual:
– Bu hissədə Leminin hansı bacarığı üzə çıxdı: telepatiya, yoxsa telekinez? 
(telepatiya)
IV mərhələ. Mətnin davamı 2-ci mavi dairəyə qədər oxunur. 
İş dəftərinin 143-cü səhifəsindəki 3-cü tapşırıq yerinə yetirilə bilər.
Əlavə sual:
– Bu hissədə Leminin hansı bacarığı üzə çıxdı: telepatiya, yoxsa telekinez?
(telekinez)
V mərhələ. Mətnin davamı sona qədər oxunur. 
Dərsliyin 214-cü səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir.
2-ci tapşırıq.
… , çünki buna haqqı yox idi.
… , çünki çempion ola bilməmişdi.
… , çünki nəfəs sistemindən düzgün istifadə etmirdilər.
Danışma
(debat)
– Lemi artıq saatını geri aldığı halda Rüstəm İlqarı niyə vurdu? Sən bunu edərdinmi?
Cavablar dinlənilir. Debatın mövzusu elan edilir.
I qrup: – Rüstəm İlqarı vurmaqda haqlı idi.
Əsas arqument: – Cinayət cəzasız qalmamalıdır.
II qrup: – Rüstəm İlqarı vurmamalı  idi.
Əsas arqument: – Nə olursa olsun, insanlar bir-birinə qarşı zor işlətməməlidirlər.
İş dəftərinin 143-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 100. VİRTUAL ƏLAQƏ (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətnə öz fikirlərini əlavə etməklə
genişləndirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında kiçik
təqdimatlar edir. 
Müəyyən mövzu ilə bağlı eşitdiyi,
oxuduğu, araşdırdığı faktlar barədə
məruzə hazırlayıb təqdim edir.
1.2.5.  Nitqini canlı və obrazlı etmək
məqsədi ilə məzmuna müvafiq jest və
mimikalardan istifadə edir. 
Mətndəki obrazların nitqini səsləndirərkən
onların xarakterinə uyğun jest və mimikalar-
dan istifadə edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni terminlərin hansı sahəyə aid
olduğunu müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətni şüurlu oxuyaraq məzmunu ilə bağlı
fikirlərini söyləyir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən əməli yazılar (məktub, açıqca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır.
Konkret hadisə ilə bağlı dostuna internet
vasitəsilə məktub yazır.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə üzvlərinin yerini müəyyən edir.
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Motivasiya
Müəllim: – İnternet nə üçündür? İnternetden nə zaman istifadə edirsiniz? İndiki dövrdə in-
ternetin hansı imkanları var?
Şagirdlər cavab variantlarını söyləyirlər. Əgər sinifdə internet varsa, müəllim şagirdlərə
axtarış məqsədilə  müəyyən tapşırıqlar verə bilər.  
Oxu 
Dərsliyin 216-217-ci səhifələrində verilmiş “Virtual əlaqə” mətninin 1-ci hissəsi (səh. 216)
oxunur. Rüstəmlə Kənanın telefon söhbəti səhnələşdirilir. Müəllim ifaçılara tapşırır ki, obrazların
nitqini səsləndirərkən onların emosional vəziyyətini nəzərə alsınlar. Rüstəmin səsində sevinc,
həyəcan, yuxudan yarımçıq durmuş Kənanın səsində isə əvvəlcə yorğunluq, sonra isə acıq,
qəzəb hiss olunmalıdır. Bunun üçün şagirdlər müvafiq səs tembrindən, intonasiyadan, jest və
mimikalardan istifadə etməlidirlər.
Müəllim suala aydınlıq gətirmək üçün aşağıdakı məlumatları şagirdlərə çatdırır: 
– Elmi-fantastik əsərlərdə, adətən, indiyə kimi görmədiyimiz və ya çox nadir olan, lakin elmi-
nəzəri baxımdan mümkün olan məsələlərdən danışılır. “Yaşılgözlü qız” povesti də elmi-fantastik
əsərdir. Yadplanetlilərin mövcud olması, telepatiya, telekinez hadisələri həyatda çox nadir olsa
da, bu əsərdə inandırıcı səslənir. Lakin bəzən müəlliflər qeyri-mümkün görünən məsələlərə
aydınlıq gətirmirlər. Onda əsərin həmin hissələri qeyri-inandırıcı görünür.
Sual: – Mətnin bu hissəsində nəyə inanmadınız?
Müəllimin nəzərinə: Əsərin bu hissəsində müəllif iki məqama aydınlıq gətirmir: 1. Kan
Azərbaycan dilini haradan öyrəndi? (Məsələn, Leminin bu dili necə öyrənməyinə aydınlıq
gətirilmişdi) 2. Kan öz planetində ola-ola Yerdəki internetə necə qoşula bilərdi? Əgər o,
kosmik gəmidə Yerin orbitinə daxil olsa idi, çox güman ki, Lemi ilə əlaqə saxlayardı.
Şagirdlər cütlərlə işləyərək mətni diqqətlə nəzərdən keçirir və cavab variantlarını hazırlayırlar.
Şagirdlərin cavabları ümumiləşdirildikdən sonra müəllim belə bir tapşırıq verə bilər: 
– Əsərin müəllifinin adı Reyhan Yusifqızıdır. İnternetdə axtarış verməklə müəllifin e-mail
ünvanını tapın və tənqidi qeydlərinizlə bağlı ona məktub göndərin.
Dinləmə
İNTERNET
“İnternet” sözü ingilis dilindəki “international” (beynəlxalq) və “network” (şəbəkə)
sözlərinin birləşməsindən yaranıb. İnternet istifadəçiləri bir-birini internet ünvanı vasitəsilə
tapırlar. İstənilən şəxs internetdə öz ünvanını yarada bilər. Adətən, bu ünvanda birinci
söz şəxsin adını bildirir. Məsələn, samir@yahoo.com, tural@hotmail.com və s.  Burada
@ işarəsi kimi oxunur və ingilis dilindən tərcümədə bir şeyin yerini bildirən “da, də” (at –
[ət]) şəkilçisinə uyğun gəlir. 
Bundan başqa, internetdə öz səhifənizi də aça bilərsiniz ki, istənilən istifadəçi bu
səhifəyə girib oradakı məlumatla tanış olsun. Belə səhifələrə sayt deyilir. Saytların adı
WWW hərfləri ilə başlayır ki, bu da ingilis dilindəki World Wide Web (“Dünya hörümçək
toru”) sözlərinin baş hərfləridir. hərfinin adı ingilis dilində “dablyu”dur. Ona görə də
saytların adı şifahi nitqdə “dablyu, dablyu, dablyu” ifadəsi ilə başlayır.
Hər gün yüz milyonlarla internet istifadəçisi bu şəbəkədəki müxtəlif saytlara daxil olaraq
dünyanın istənilən yerinə məktub göndərir, multimedia jurnallarını oxuyur, istədiyi adamla
söhbətləşir, məşhur muzeyləri seyr edir, ən zəngin kitabxanalarda araşdırmalar aparır,
müxtəlif kliplərə baxır, internetdən götürdüyü faylları öz kompüterinə köçürür. 
İnternet informasiya mübadiləsi üçün əvəzsiz vasitədir.
Suallar:
– “İnternet” sözü hansı sözlərin birləşməsindən yaranıb?
228
8
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə