Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə98/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

– İnternet istifadəçiləri bir-birini necə tapırlar?
– @ işarəsi azərbaycanca hansı şəkilçilərə uyğundur?
– Sayt nə üçün yaradılır və onun ünvanı hansı hərflərlə başlanır?
Yazı
Tapşırıq: – Axşam evə gəldikdən sonra məktəbdə baş vermiş hadisə ilə bağlı sinif yoldaşına
internet vasitəsilə məktub yaz. 
Araşdırma. Şagirdlər dörd qrupa bölünürlər. Müəllim evdə araşdırma aparmaq üçün qrup -
lara tapşırıqlar verir.
I qrup: – İnernetin yaranması və inkişaf tarixi ilə bağlı araşdırma aparıb təqdim edin.
II qrup: – Valideynləriniz (və ya qohumlarınız) 1994-cü il istehsalı olan “Mercedes E230”
markalı maşını satıb daha yenisini almaq istəyirlər. Bunun üçün onların 6000 manat pulları var.
İnternetdə axtarış apararaq onlara 3 variant təklif edin.
III qrup: – Sizin ailə Bakının Əhmədli qəsəbəsində yerləşən ikiotaqlı mənzilini satıb şəhərin
mərkəzinə yaxın yerdə üçotaqlı mənzil almaq istəyir. Bunun üçün ailə büdcəsində 25000 manat
pul var. İnternetdə axtarış apararaq valideynlərinizə 3 variant təklif edin.
IV qrup: – Valideynləriniz bu dərs ilində yaxşı göstəricilərinizə görə sizə kompüter almaq
istəyirlər və bunun üçün 700 manat pul ayırıblar. İnternetdə axtarış apararaq valideynlərinizə 2
variant təklif edin.
Növbəti  dərsin əvvəlində keçən dərsdə verilmiş araşdırma tapşırığının nəticələri yoxlanılır. 
Müəllimin tapşırığı ilə şagirdlər “Virtual əlaqə” mətninin (dərslik, səh. 216) 1-ci hissəsinin son
abzasını bir daha oxuyurlar.
Müəllim: – Beləliklə, Rüstəm Kanla əlaqə yarada bilib. Sizcə, bundan sonra hadisələr necə
davam edəcək? Məktubun sonundakı rəqəmlər nəyi göstərirdi?
Şagirdlərin versiyaları dinlənilir.
Oxu 
“Virtual əlaqə” mətninin 2-ci hissəsi (səh. 216-217) oxunur. “Sürpriz” və “okey” sözlərinin
mənaları izah olunur və bildirilir ki, razılıq (“oldu”) mənasında işlənən “okey” sözü “OK” kimi
yazılır (“k” hərfinin adı ingilis dilində “key”dir). 
Müəllim “okey” sözünün mənşəyi ilə bağlı aşağıdakıları bildirir:
– Bəzi tədqiqatçıların fikrincə, bu söz ingilis dilində “all correct” [ol korekt] (hər şey öz
qaydasındadır) ifadəsinin ilk səslərini bildirir. XIX əsrdə ingilis jurnalistləri məzəli olsun deyə
bəzən sözləri tələffüzə uyğun yazırdılar. Jurnalistlərin tez-tez işlətdiyi bu ifadə də həmin dövrdə
yaranıb.
Mətnlə bağlı sual:
– Sizcə, Rüstəmin cavab məktubundakı “1667667” rəqəmləri nəyi bildirir? 
Müəllim şagirdlərin diqqətini oxunmuş hissədəki İlqar obrazına yönəldir. Şagirdlər “Üzgüçülük
hovuzunda” mətnindən bu obrazla bağlı epizodu yada salırlar.
Sual: –  Sizcə, nəyə görə müəllif birdən-birə mətnə İlqar obrazı ilə bağlı epizod salıb?
Hadisələrin sonrakı inkişafında İlqarın rolu olacaqmı? 
Müəllimin tapşırığı ilə şagirdlər iki qrupda fəaliyyəti davam etdirirlər (hər qrup daha kiçik
qrup lara bölünüb eyni fəaliyyətlə məşğul ola bilər).
I qrup: Mətni elə davam etdirin ki, İlqar mənfi obraz kimi çıxış etsin.
II qrup: – Mətni elə davam etdirin ki, İlqar müsbət obraz kimi çıxış etsin.
Qruplar mətnlərinin planını yazılı şəkildə hazırlayıb plan əsasında mətni nəql edirlər.
Söz ehtiyatı
1-ci tapşırıq. Oxunan hissədə rast gəlinən terminlər: planet, yadplanetli, kosmik fəza (astro-
nomiya), kompüter, sayt, e-mail, monitor, internet (informatika).
229
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


230
Dil qaydaları
2-ci tapşırıq.
Uşaqlar mübtədadır, isimlə əvəz olunub.
Yollandılar xəbərdir, feillə əvəz olunub.
Hər ikisi baş üzvlərdir.
Tələsik ikincidərəcəli üzvdür, zərflə əvəz olunub.
Evə ikincidərəcəli üzvdür, isimlə əvəz olunub.
Mətndən daha bir neçə cümlə seçilir, tapşırıqdakı suallara cavab verilir. 
İş dəftərinin 144-cü səhifəsindəki dil qaydası ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, qrupların təqdimatı, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 145-ci səhifəsində də verilmişdir.)
KOSMİK GƏMİLƏRİN UÇUŞ BAZASI
Kosmik tədqiqatlar təzəcə başlandığı günlərdə Amerika prezidenti Con Kennedi kosmik
gəmilərin uçuş bazasına gəlmişdi. O, burada bir çox 
məşhur
alimlər və tədqiqatçılarla
görüşdü. Bu insanların ən böyük arzusu kosmosu 
fəth
etmək və nə vaxtsa Ayın səthində
gəzmək idi. Onların hər biri 
lahiyənin
həyata keçməsi üçün bütün güc ünü səfərbərliyə
almışdı. Bu insanlar  heç nədən çəkinmədən məq sədlərinə doğru inamla addımlayır və
öz işlərinə görə qürur duyurdular. 
Prezident öz gəlişi ilə layihənin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu
göstərmək istəyirdi. Dəhlizlə gedərkən o, bir əlində zibil qutusu, bir əlində isə xəkəndaz
olan qaradərili bir xadimə ilə rastlaşdı. Prezident bu qadından nəzakətlə soruşdu:
– Bəs siz burada nə edirsiniz?
Xadimə qamətini düzəldərək prezidentə diqqətlə baxdı və böyük qürur hissi ilə cavab
verdi:
– Burada hər kəsin etdiyini. Mən insanın Aya uçuşunu mümkün etmək üçün çalışıram.
Mən burada məhz bununla məşğul oluram.
1. Mətnin ideyasını müəyyən et.
A) Dövlət başçısı hamı ilə nəzakətli olmalıdır.
B) Böyük məqsəd uğrunda görülən hər bir iş qiymətlidir. 
C) Kosmik tədqiqatlar dövlət əhəmiyyətli işdir.
2. Mətndə hansı suala cavab var?
A) İlk kosmik uçuş nə vaxt həyata keçirildi?
B) Aya kosmik uçuş nə vaxt gerçəkləşdirildi?
C) Con Kennedi kosmik gəmilərin uçuş bazasına nə üçün gəlmişdi?
3. Mavi rənglə verilmiş sözlərdən hansı səhv yazılıb?
A) məşhur
B) lahiyə
C) fəth
Yazı 
üzrə qiymətləndirmə (əməli yazı)
Mövzu: “Yaşılgözlü qız” əsərinin müəllifi ilə görüş haqqında elan tərtib et.
8
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə