Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə12/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   151

 

59 


baĢlığını 

dazlaĢan baĢına örtüb, əsas məsələyə keçdi. Söhbət 

yunan dilində gedirdi. 

Pilat dedi ki, ĠeĢua Qa-Nosrinin iĢini araĢdırıb və ölüm 

hökmünü təsdiqləyib. 

Beləliklə,  bu  gün  həyata  keçiriləsi  edama  üç  quldur: 

Dismas,  Hestas,  Var-Ravvan  və  bundan  əlavə,  ĠeĢua  Qa-

Nosri  məhkum  edilib.  Xalqı  qeysər  əleyhinə  qiyama 

çağırmaq  fikrinə  düĢən  ilk

  ikisi  Roma  hökuməti  tərəfindən 

döyüĢlə ələ keçirilib və prokuratorun nəzarətindədir, deməli, 

burada  onlardan  söhbət  gedə  bilməz.  Sonuncular–  Var-

Ravvanla,  Qa-Nosrini  isə  yerli  hakimiyyət  tutub  və  onlar 

Sinedrion tərəfindən məhkum edilib. Qanuna və adətə görə, 

bu  iki  cinayətkardan  birini  bu  gün  girən  böyük  Pasxa 

bayramı münasibətilə azadlığa buraxmaq lazım gələcək. 

Ġndi  prokurator  bilmək  istəyir,  Sinedrion  bu  iki 

cinayətkardan hansını azad etmək fikrindədir: Var-Ravvanı, 

ya Qa-Nosrini. 

Kaifa sualın ona aydın olduğunu göstərmək üçün baĢını 

tərpətdi və cavab verdi: 

– Sinedrion Var-Ravvanın buraxılmasını xahiĢ edir. 

downloaded from KitabYurdu.org



 

60 


BaĢ  ruhaninin  ona  məhz  bu  cavabı  verəcəyini 

prokurator  yaxĢı  bilirdi,  ancaq  özünü  elə  aparmalı  idi  ki, 

guya, belə cavab onu heyrətləndirib. 

Pilat  bunu  böyük  məharətlə  etdi.  QaĢlarını  təkəbbürlə 

qaldırıb, heyrətlə baĢ ruhaninin düz gözlərinə baxdı. 

– Boynuma  alıram  ki,  bu  cavab  məni  heyrətləndirdi,  – 

prokurator  mülayimcəsinə  dedi,  –  burada  nəsə  bir 

anlaĢılmazlıq olduğundan ehtiyatlanıram. 

Pilat fikrini izah etdi. BaĢ ruhaniyə yaxĢı məlumdur ki, 

Roma  hakimiyyəti  yerli  ruhani  hakimiyyətinin  hüquqlarına 

həmiĢə  hörmətlə  yanaĢır,  ancaq  bu  məsələdə  səhv  göz 

qabağındadır. Və bu səhvin aradan qaldırılmasında,  əlbəttə, 

Roma hakimiyyəti maraqlıdır. 

Əslində,  Var-Ravvanın  və  Qa-Nosrinin  cinayətləri 

ağırlığına görə müqayisə edilməzdir. Əgər ikinci Ģəxs açıq-

aĢkar  dəlidirsə,  cəfəng  çıxıĢlarıyla  YerĢalaimdə  və  digər 

yerlərdə  xalqı  həyəcanlandırdığı  üçün  günahkardırsa, 

birincinin  günahı  daha  ağırdır.  BirbaĢa  qiyama  çağırmağı 

azmıĢ kimi, üstəlik, onu tutmaq istəyən keĢikçini də öldürüb. 

Var-Ravvan daha təhlükəlidir, nəinki Qa-Nosri. 

downloaded from KitabYurdu.org



 

61 


Bütün  deyilənlərin  müqabilində  prokurator  xahiĢ  edir 

ki,  baĢ  ruhani  qərarı  dəyiĢsin,  iki  cinayətkardan  daha  az 

ziyanlısını azad etsin, o da, Ģübhəsiz, Qa-Nosridir. Bəs indi 

sözü nədir?.. 

Kaifa  düz  Pilatın  gözünün  içinə  baxdı,  astadan,  ancaq 

qətiyyətlə  dedi  ki,  Sinedrion  iĢlə  çox  diqqətlə  tanıĢ  olub  və 

Var-Ravvanı  azad  etmək  fikrində  olduğunu  ikinci  dəfə 

söyləyir. 

– Necə?  Hətta  mənim  xahiĢimdən  sonra  da?  Roma 

hakimiyyətinin  adından  danıĢan  Ģəxsin  xahiĢindən  sonra? 

BaĢ ruhani, üçüncü dəfə təkrar et. 

– Biz  üçüncü  dəfə  də  bildiririk  ki,  Var-Ravvanı  azad 

edirik, – Kaifa sakitcə cavab verdi. 

Hər Ģey bitmiĢdi və daha danıĢılası heç nə qalmamıĢdı. 

Qa-Nosri həmiĢəlik gedirdi, prokuratorun  dəhĢətli  ağrılarını 

sağaldan  olmayacaqdı;  ölümdən  savayı  bu  ağrının  əlacı 

yoxdur.  Ancaq  indi  Pilatı  heyrətləndirən  bu  fikir  deyildi. 

Bayaq  eyvanda  hiss  etdiyi  anlaĢılmaz  qüssə  onun  bütün 

varlığına  hakim  kəsilmiĢdi.  ÇalıĢdı  qüssənin  səbəbini  özü 

üçün  aydınlaĢdırsın,  ancaq  bunun  səbəbi  də  qəribə  idi: 

downloaded from KitabYurdu.org



 

62 


prokuratora elə gəldi ki, məhbusa nəyisə deməyib, ya nəyəsə 

qulaq asmayıb. 

Pilat bu fikri özündən qovdu və bu fikir gəldiyi kimi də 

bir  anda  uçub-getdi.  O,  uçub-getdi,  ancaq  qüssənin  səbəbi 

izah olunmamıĢ  qaldı,  çünki  ildırım  kimi  çaxan baĢqa  fikir 

də  onu  izah  edə  bilməzdi:  "Ölümsüzlük...  ölümsüzlüyə 

qovuĢdu..."  Kim  ölümsüzlüyə  qovuĢdu?  Prokurator  bunu 

baĢa  düĢmədi,  ancaq  bu  müəmmalı  ölümsüzlük  haqqındakı 

fikir günün altında onu üĢütdü. 

– YaxĢı, – Pilat dedi, – qoy belə olsun. 

Bu  yerdə  o,  ətrafına  göz  gəzdirib,  baĢ  vermiĢ 

dəyiĢikliyə  heyrətləndi.  Qızılgüllərin  çoxluğundan  əyilmiĢ 

kollar,  yuxarıdakı  terrası  dövrələmiĢ  sərv  ağacları,  nar 

ağacları, yaĢıllığın arasındakı ağ heykəllər, elə yaĢıllığın özü 

də yoxa çıxmıĢdı. Bunların yerini içində yosunlar yırğalanan 

qıpqırmızı xılt tutmuĢdu, bu xılt harasa axıb gedir, Pilatı da 

özü  ilə  aparırdı.  Acizliyinə,  gücsüzlüyünə  görə  o,  indi 

qəzəbdən boğulurdu. 

– Canım sıxıldı, – Pilat dedi, – canım sıxıldı! 

downloaded from KitabYurdu.org




 

63 


O,  tərli,  soyuq  əliylə  plaĢın  yaxasındakı  toqqanı  dartdı 

və plaĢ quma düĢdü. 

– Bu  gün  bürküdür,  haradasa  tufan  qalxıb,– 

prokuratorun  qızarmıĢ  sifətindən  gözünü  çəkmədən  və 

qarĢıdan  gələn  bütün  məĢəqqətləri  hiss  edərək  Kaifa 

dilləndi. "Ah, bu ilin nisan ayı necə dəhĢətlidir!"  

– Bürküdən  yox,  –  Pilat  dedi,  –  səninlə  bir  yerdə 

olduğuma  görə  sıxıldım,  Kaifa,  –  Pilat  gözlərini  qıyıb 

gülümsədi, – özünü gözlə, baĢ ruhani. 

BaĢ  ruhaninin  gözləri  parıldadı  və  heyrətləndiyini 

büruzə verməkdə prokuratordan heç də geri qalmadı. 

– Mən  nə  eĢidirəm,  prokurator?  –  Kaifa  təkəbbürlə  və 

sakit  tərzdə  cavab verdi. –  Özün  təsdiq  etdiyin hökmə  görə 

məni  hədələyirsən?  Belə  Ģey  ola  bilərmi?  Roma 

prokuratorunun  nəsə  deməmiĢdən  əvvəl  sözləri  ölçüb-

biçdiyinə adət etmiĢik. Bizi kimsə eĢitmədi ki, igemon? 

Pilat donuq gözləriylə baĢ ruhaniyə baxdı və hirsindən 

gülümsədi. 

– Bu  nə  sözdür,  baĢ  ruhani!  Axı  bizi  indi  burada  kim 

eĢidə  bilər?  Məgər  mən  bu  gün  edam  olunacaq  gənc 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə