Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə11/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   151

 

54 


– Heç  vaxt  olmayacaq!  –  Pilat  qəfil  elə  dəhĢətli  səslə 

bağırdı  ki,  ĠeĢua  səndələdi.  Çox  illər  əvvəl  Qız  vadisində 

Pilat öz  atlılarına  bu  cür qıĢqırmıĢdı:  "Doğra  onları!  Doğra 

onları!  Nəhəng  Siçovulqıran  ələ  keçib!"  Əmr  verməkdən 

kallaĢmıĢ  səsini  bir  az  da  qaldırıb  sözləri  elə  dedi  ki,  onu 

bağda da eĢitsinlər: – Cinayətkar! Cinayətkar! Cinayətkar! 

Sonra astadan soruĢdu: 

– ĠeĢua Ga-Nosri, allahlardan hansına inanırsan? 

– Allah təkdir, – ĠeĢua cavab verdi, – mən ona inanıram. 

– Dua  elə  ona!  Möhkəm  dua  elə!  Ancaq,  –  bu  yerdə 

Pilatın səsi batdı, – bu da kömək etməyəcək. Arvadın var? 

– Pilat, nədənsə, qüssə ilə soruĢdu, ona nə olduğunu özü 

də anlamırdı. 

– Yox, təkəm. 

– Mənfur  Ģəhər,  –  prokurator  nəyə  görəsə  mızıldandı, 

üĢüyürmüĢ  kimi  büzüĢdü,  əllərini  bir-birinə  sürtdü,  –  əgər 

səni  kiriaflı  Ġuda  ilə  görüĢdən  əvvəl  öldürsəydilər,  doğrusu, 

daha yaxĢı olardı. 

downloaded from KitabYurdu.org



 

55 


– Sən  məni  burax,  igemon,  –  gözlənilmədən  məhbus 

xahiĢ  etdi  və  səsində  həyəcan  hiss  olundu,  –  görürəm  ki, 

məni öldürmək istəyirlər. 

Pilatın  sifəti  səyridi,  o,  qan  sağılmıĢ  gözlərini  ĠeĢuaya 

dikdi. 

– Bədbəxt,  sən  güman  edirsən  ki,  Roma  prokuratoru 



sənin  dediklərini  söyləyən  adamı  buraxar?  Ey  allahlar, 

allahlar!  Yoxsa  istəyirsən  sənin  yerini  mən  tutum?  Mən 

sənin fikirlərini bölüĢmürəm. Mənə qulaq as: əgər bu andan 

sonra sən bircə kəlmə söz desən, kiminləsə danıĢsan, özünü 

məndən gözlə! Təkrar edirəm: özünü məndən gözlə. 

– Ġgemon... 

–  Sus!  –  Pilat  bağırdı,  yenə  eyvana  girən  qaranquĢu 

hirsli baxıĢlarla izlədi. – Yanıma! – Pilat qıĢqırdı. 

Katib və mühafizəçilər öz yerlərini tutdular, sonra Pilat 

elan  etdi  ki,  Kiçik  Sinedrionun  yığıncağında  cinayətkar 

ĠeĢua  Qa-Nosriyə  çıxarılmıĢ  ölüm  hökmünü  təsdiq  edir  və 

katib Pilatın dediklərini yazdı. 

Bir  dəqiqə  sonra  Mark  Siçovulqıran  prokuratorun 

qarĢısında  dayanmıĢdı.  Prokurator  əmr  etdi  ki,  cinayətkarı 

downloaded from KitabYurdu.org



 

56 


məxfi  xidmətin  rəisinə  təhvil  versin,  həmçinin  ona 

prokuratorun  tapĢırığını  çatdırsın:  ĠeĢua  Qa-Nosri  baĢqa 

məhkumlardan  ayrı  saxlansın,  ĠeĢua  ilə  nə  haqdasa 

danıĢmaq,  onun  hər  hansı  sualına  cavab  vermək  məxfi 

xidmət dəstəsinə qadağan olunur və bu qadağanı pozan ağır 

cəza alacaq. 

Markın iĢarəsiylə mühafizə dəstəsi ĠeĢuanı dövrəyə alıb 

eyvandan çıxardı. 

Sonra  sinəsində  gümüĢ  Ģir  baĢları  parıldayan, 

dəbilqəsinə  qartal  lələkləri,  qılıncının  çiyin  qayıĢına  qızıl 

lövhəciklər  bərkidilən,  dizinə  qədər  qaytanla  bağlı 

ayaqqabılarına  üçqat  altlıq  vurulmuĢ,  qıpqırmızı  plaĢını  sol 

çiyninə  atmıĢ  boy-buxunlu,  sarısaqqal,  yaraĢıqlı  kiĢi 

prokuratorun  qarĢısında  dayandı.  Bu,  legiona  komandanlıq 

edən 

leqat  idi.  Prokurator  ondan  sebastiyalıların 



koqortasının  indi  harada  yerləĢdiyini  soruĢdu.  Leqat 

məlumat  verdi  ki,  sebastiyalılar  cinayətkarlara  çıxarılmıĢ 

hökmün  xalqa  elan  olunacağı  hippodromun  qarĢısındakı 

meydanı mühafizə edirlər. 

downloaded from KitabYurdu.org



 

57 


Prokurator tapĢırıq verdi ki, leqat Roma  koqortasından 

iki kenturiya  ayırsın.  Onlardan biri  Siçovulqıranın  baĢçılığı 

ilə  cinayətkarları,  edam  üçün  lazım  olan  alətlər  yüklənmiĢ 

arabaları  və  cəlladları  Keçəl  Dağa  müĢayiət  etsin,  oraya 

çatandan  sonra  yuxarıdakı  mühafizə  dəstəsinə  qoĢulsun.  O 

biri  isə  elə  indi  Keçəl  Dağa  göndərilsin  və  dərhal  orada 

mühafizəni təĢkil etsin. Bu məqsədlə, yəni Dağın mühafizəsi 

üçün  prokurator  leqatdan  yardımçı  süvari  alayı  –  Suriya 

alasını

11

da göndərməyi xahiĢ etdi. 



Leqat eyvandan çıxdıqdan sonra prokurator katibə əmr 

etdi  ki,  Sinedrionun  prezidentini,  iki  üzvünü  və  YerĢalaim 

məbədlərinin  mühafizə  rəisini  saraya  çağırsın,  ancaq  elə 

etsin  ki,  bu  adamlarla  keçirəcəyi  iclasa  qədər  prezidentlə 

təklikdə danıĢa bilsin.  

Prokuratorun  əmri  tez  və  dəqiq  yerinə  yetirildi.  Son 

günlər  YerĢalaimi  nəsə  qeyri-adi  bir  acıqla  yandırıb-yaxan 

günəĢ  hələ  ən  yüksək  nöqtəyə  çatmamıĢ  bağın  yuxarı 

terrasında,  pilləkəni  qoruyan  iki  ağ  mərmər  Ģirin  yanında 

                                                 

11

Ala – qədim Romada 500-1000 nəfərlik süvari dəstə



 

downloaded from KitabYurdu.org




 

58 


prokuratorla  Sinedrion  prezidentinin  vəzifəsini  icra  edən, 

Ġudeyanın baĢ ruhanisi Ġosif Kaifa qarĢılaĢdı. 

Bağda  sakitlik  idi.  Ancaq  sütunların  arasından  nəhəng 

fil  ayaqlı  palmalar  bitən,  günəĢin  yandırıb-yaxdığı  bağın 

yuxarı meydançasına çıxanda asma körpüləri, qalaları və ən 

baĢlıcası, heç bir təsvirə gəlməyən, dam əvəzinə son dərəcə 

iri  qızıl  pulcuqlarla  örtülmüĢ  mərmər  yığınından  ibarət 

məbədiylə  nifrət  bəslədiyi  bütün  YerĢalaim  Ģəhəri 

prokuratorun  gözü  qarĢısında  açıldı,  –  iti  qulaqları  çox 

uzaqlardan, saray bağının aĢağı terrasını Ģəhər meydanından 

ayıran  daĢ  hasarın  yanından  qalxan,  hərdən  ah-naləyə 

bənzəyən səsləri aldı. 

Prokurator 

artıq 


meydana 

YerĢalaimdəki 

son 

iğtiĢaĢlardan 



həyəcanlanmıĢ 

xeyli 


Ģəhər 

sakininin 

yığıĢdığını,  bu  kütlənin  hökmün  çıxarılmasını  səbirsizliklə 

gözlədiyini, orada qıĢqıranların isə susatanlar olduğunu baĢa 

düĢdü. 

Prokurator  əvvəlcə  dözülməz  bürküdən  daldalanmaq 



üçün baĢ ruhanini eyvana dəvət etdi, ancaq Kaifa nəzakətlə 

üzr  istəyib,  bunu  edə  bilməyəcəyini  söylədi.  Pilat  plaĢın 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə