Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə9/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   151

 

44 


– Mən bu tükü kəsə bilərəm. 

– Elə buna görə də səhv edirsən, – məhbus əlilə gündən 

daldalanaraq iĢıqlı bir təbəssümlə etiraz elədi, – razılaĢ ki, o 

tükü yalnız onu asan kəsə bilər. 

– Belə,  belə,  –  Pilat  gülümsədi,  –  indi  mən  heç  Ģübhə 

etmirəm  ki,  YerĢalaimdəki  veyllərin  hamısı  qarabaqara 

sənin arxanca gəzirmiĢ. Bilmirəm sənə kim dil verib, ancaq 

yaxĢı  dil  verib.  Yeri  gəlmiĢkən,  doğrudurmu  ki,  sən 

YerĢalaimə  Suz  darvazasından  eĢĢək  belində  girmisən, 

dalınca  düĢən  qara  camaat  da  səni  peyğəmbər  kimi 

salamlayırmıĢ?  –  Bu  yerdə  prokurator  perqament 

bükülüsünü göstərdi. 

Məhbus təəccüblə prokuratora baxdı. 

– Mənim  eĢĢəyim  yoxdur,  igemon,  –  o  dedi.  – 

Doğrudur,  mən  YerĢalaimə  Suz  darvazasından  keçib 

gəlmiĢəm,  ancaq  piyada,  təkcə  Levi  Matveyin  müĢayiətilə. 

Heç  kim  də  məni  salamlamayıb,  çünki  o  vaxt  YerĢalaimdə 

məni kimsə tanımırdı. 

downloaded from KitabYurdu.org



 

45 


– Sən  bu  adamları  tanıyırsanmı,  –  gözünü  məhbusdan 

çəkmədən  Pilat  sözünə  davam  etdi,  –  biri  Dismas,  o  biri 

Hestas, üçüncüsü Var-Ravvan? 

– Mən bu xeyirxah insanları tanımıram, – məhbus cavab 

verdi. 

– Doğru deyirsən? 



– Doğru deyirəm. 

– Ġndi mənə de görüm, "xeyirxah insanlar" sözünü niyə 

çox iĢlədirsən? Nədir, sən hamını belə adlandırırsan? 

– Hamını,  –  məhbus  cavab  verdi,  –  dünyada  pis  insan 

yoxdur. 

– Ġlk dəfədir bunu eĢidirəm, – Pilat gülümsədi, – bəlkə 

də, mən həyatı yaxĢı bilmirəm! Daha yazma, – onsuz da, heç 

nə  yazmayan  katibə  dedi  və  məhbusla  danıĢmağa  davam 

etdi, – bunu hansısa yunan kitabından oxumusan? 

– Yox, öz ağlımla bu nəticəyə gəlmiĢəm. 

– Bunu da təbliğ edirsən? 

– Bəli. 


– YaxĢı, misal üçün, kenturion Mark, ona Siçovulqıran 

ləqəbi veriblər, xeyirxah insandır? 

downloaded from KitabYurdu.org



 

46 


– Bəli,  –  məhbus  cavab  verdi,  –  doğrudur,  o,  bədbəxt 

adamdır. Xeyirxah insanlar onu eybəcər hala salandan sonra 

qəddar və sərt olub. Maraqlıdır, kim onu eybəcər hala salıb? 

– Həvəslə  danıĢa  bilərəm,  –  Pilat  dedi,  –  çünki  mən 

bunun Ģahidi olmuĢam. Ġtlər ayının üstünə tökülüĢdüyü kimi, 

xeyirxah insanlar onun üstünə tökülüĢdülər. Almanlar onun 

boynundan,  əllərindən,  ayaqlarından  yapıĢdılar.  Piyada 

manipul  (Qədim  Romada  iki  kenturiyadan  ibarət  qoĢun 

hissəsi)  mühasirəyə  düĢmüĢdü  və  əgər  mənim  komandanlıq 

etdiyim  süvari  turma

8

  cinahdan  yarıb  keçməsəydi,  sən, 



filosof,  indi  Siçovulqıranla  danıĢası  olmayacaqdın.  Bu 

hadisə  Ġdistavizo  yaxınlığındakı  Qız  vadisində  döyüĢdə 

olub. 

– Əgər  mən  onunla  söhbət  etsəydim,  –  məhbus  birdən 



xəyalpərəstliklə dedi, – əminəm ki, o, büsbütün dəyiĢərdi. 

– Güman edirəm, – Pilat dedi, – əgər legionun zabit və 

əsgərlərindən  hər  hansı  biriylə  danıĢmaq  fikrinə  düĢsən, 

                                                 

8

Turma – Qədim Romada atlı qoşun hissəsi



 

downloaded from KitabYurdu.org




 

47 


legionun  leqatı

9

  buna  çətin  ki,  sevinsin.  Amma  hamımızın 



xoĢbəxtliyindən  belə  bir  iĢ  baĢ  verməyəcək,  özü  də  bunun 

qayğısına qalanlardan birincisi mən olacağam. 

Bu  vaxt  bir  qaranquĢ  süzüb  sütunların  arasına  girdi, 

qızıl suyuna çəkilmiĢ tavanın altında dövrə vurub aĢağı endi, 

qanadı az qaldı taxçadakı mis heykəlin sifətinə toxunsun və 

sütunun  kapitelinin

10

  arxasında  yoxa  çıxdı.  Görünür,  orada 



yuva qurmaq fikrinə düĢmüĢdü. 

QaranquĢun  uçduğu  müddətdə  baĢı  artıq  ayazımıĢ, 

aydınlaĢmıĢ  prokurator  nə  edəcəyini  düĢünüb-daĢındı: 

igemon Qa-Nosri ləqəbli səfil filosof ĠeĢuanın iĢini araĢdırıb, 

onda  cinayət  tərkibi  tapmadı.  O  cümlədən  bu  yaxınlarda 

YerĢalaimdə  baĢ  verən  iğtiĢaĢlarla  ĠeĢuanın  hərəkətləri 

arasında heç bir əlaqə aĢkar etmədi. Demə, səfil filosof ruhi 

xəstəymiĢ.  Bu  səbəbdən  Kiçik  Sinedrion  tərəfindən  Qa-

Nosriyə  çıxarılmıĢ  ölüm  hökmünü  təsdiq  etmir.  Ancaq  Qa-

Nosrinin 

ağılsız, 

əsassız 


çıxıĢlarının 

YerĢalaimdə 

                                                 

9

Leqat – Roma senatının sərkərdəsi



 

10

Kapitel – sütunun yuxarı hissəsi (lat. caput – "baĢ")



 

downloaded from KitabYurdu.org




 

48 


çaxnaĢmaya  səbəb  ola  biləcəyini  nəzərə  alıb,  prokurator 

ĠeĢuanı  buradan  uzaqlaĢdırır  və  onu  Aralıq  dənizindəki 

Straton 

Qeysəriyyəsində, 

yəni 

məhz 


prokuratorun 

iqamətgahı olan yerdə həbsə saldırır. 

Bunu katibə diktə etmək qalırdı. 

QaranquĢun qanadları igemonun baĢı üstündə pırıldadı, 

quĢ  özünü  fəvvarənin  kasasına  vurub,  bayıra  uçdu. 

Prokurator gözünü qaldırıb məhbusa baxdı və onun yanında 

tozun sütun kimi göyə qalxdığını gördü. 

– Onun  haqqında  olanlar  qurtardı?  –  Pilat  katibdən 

soruĢdu. 

– Təəssüf ki, yox, – katib qəfil dillənib o biri perqament 

parçasını Pilata uzatdı. 

– Daha nə yazılıb? – Pilat sifətini turĢutdu. 

Veriləni  oxuyandan  sonra  onun  sifəti  lap  dəyiĢdi. 

Boynuna,  üzünə  qanmı  axdı,  yoxsa  baĢqa  nəsə  baĢ  verdi, 

dərisi  sarımtıllığını  itirib  bozardı,  gözləri,  sanki,  çuxura 

düĢdü. 


Yəqin,  gicgahını  zoqquldadan  da  həmin  qandı,  ancaq 

prokuratorun  gözlərinə  nəsə  olmuĢdu.  Ona  elə  gəldi 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə