Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə17/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   151

 

84 


macal  tapdı.  O,  yanı  üstə  çönüb  ayaqlarını  cəld  hərəkətlə 

qamına  yığdı  və  dönərək,  qarĢısıalınmaz  bir  sürətlə  üstünə 

Ģığıyan vaqonda bələdçinin dəhĢətdən ağarmıĢ sifətini və al-

qırmızı sarğısını gördü. Berlioz qıĢqırmadı, ancaq  ətrafdakı 

qadınların  çığırtısı  küçəni  baĢına  götürdü.  Bələdçi  qadın 

elektrik əyləcini çəkdi, vaqonun burnu yerə gəldi, sonra irəli 

sıçradı,  pəncərənin  ĢüĢələri  çiliklənib  töküldü.  Bu  zaman 

Berliozun 

beynində 

kimsə 


ümidsizliklə  qıĢqırdı  – 

"Doğrudanmı?.."  Bir  daha  və  son  dəfə  ay  göründü,  ancaq 

parçalanıb dağıldı, sonra isə qaranlıq çökdü. 

Tramvay Berliozun üstündən keçdi və xiyabanın dəmir 

çəpərinin altından çaydaĢları döĢənmiĢ eniĢə nəsə yumru bir 

Ģey  düĢdü.  O,  eniĢdən  üzüaĢağı  yuvarlanıb,  Bronnının 

çaydaĢlarına dəyə-dəyə diyirləndi. 

Bu, Berliozun kəsik baĢı idi. 

 

 

IV fəsil 



TƏQĠB 

 

downloaded from KitabYurdu.org




 

85 


Əsəbi  qadın  qıĢqırıqları  sakitləĢdi,  milis  fitinin  səsi 

qulaqları  deĢdi,  iki  sanitar  maĢını:  biri  baĢsız  bədənlə 

kəsilmiĢ  baĢı  meyitxanaya,  o  biri  ĢüĢə  qırıqlarından 

yaralanmıĢ gözəl bələdçi qadını xəstəxanaya götürüb apardı, 

ağ  önlüklü  dalandarlar  ĢüĢə  parçalarını  yığdılar,  qan 

gölməçəsinin  üstünə  qum  tökdülər,  turniketə  qədər  qaça 

bilməyən Ġvan Nikolayeviç isə skamyaya necə yıxılmıĢdısa, 

eləcə də sərələnib qalmıĢdı. 

Bir  neçə  dəfə  qalxmağa  cəhd  göstərsə  də,  ayaqları 

sözünə qulaq asmadı – Bezdomnını, elə bil, iflic vurmuĢdu. 

Ġlk  çığırtıları  eĢidib  baĢın  küçəylə  diyirləndiyini  görən 

kimi, Ģair turniketə sarı qaçmağa baĢladı. Gördüyündən ağlı 

elə çaĢdı ki, skamyaya yıxılıb, əlini qan çıxana qədər diĢlədi. 

Əlbəttə,  dəli  almanı  unutmuĢdu  və  bircə  Ģeyi  anlamağa 

çalıĢırdı: axı necə olur, indicə Berliozla danıĢırdı, bir dəqiqə 

sonra isə baĢ... 

HəyəcanlanmıĢ  adamlar  bərkdən  danıĢa-danıĢa  Ģairin 

yanından keçib xiyabanla qaçırdılar, ancaq Ġvan Nikolayeviç 

onları eĢitmirdi. 

downloaded from KitabYurdu.org




 

86 


Ġki qadın qəfil onun böyründə toqquĢdu və uzunburun, 

baĢıaçıq  qadın  Ģairin  lap  qulağının  dibində  o  biri  qadına 

qıĢqıra-qıĢqıra dedi: 

–  AnnuĢka,  bizim  AnnuĢka!  Sadovıdakı!  Bu,  onun 

iĢidir!  Dükandan  aldığı  litrlik  günəbaxan  yağı  fırlanğıca 

dəyib dağıldı! Yubkası tamam batdı... Bayaqdan söylənirdi. 

Bu  bədbəxtin  də,  yəqin,  ayağı  sürüĢüb,  yıxılıb  relslərin 

üstünə... 

Qadının  qıĢqıra-qıĢqıra  dediyi  sözlərdən  Ġvan 

Nikolayeviçin  keyləĢmiĢ  baĢında  bircə  söz  iliĢib  qaldı: 

"AnnuĢka..." 

– AnnuĢka... AnnuĢka?.. – Ģair həyəcanlı halda ətrafına 

boylandı, – bağıĢlayın, bağıĢlayın... 

"AnnuĢka"  sözünə  "günəbaxan  yağı",  sonra  isə, 

nədənsə, "Fonti Pilat" sözü bağlandı. "Pilat"ı Ģair bir kənara 

atdı,  "AnnuĢka"  sözündən  baĢlayıb  kələfin  ucunu  tutaraq, 

çox tez gedib dəli professora çıxdı. 

BağıĢlayacaqsınız!  Axı  o  dedi  ki,  iclas  olmayacaq, 

çünki AnnuĢka yağı dağıdıb. Zəhmət çəkməyin, olmayacaq! 

Hələ  bu  harasıdır:  açıqca  dedi  ki,  Berliozun  baĢını  qadın 

downloaded from KitabYurdu.org



 

87 


kəsəcək! Hə, hə, hə! Axı bələdçi qadın idi! Bu nə deməkdir? 

Hə? 


Bir  damcı  da  Ģübhə  qalmadı  ki,  bu  müəmmalı 

məsləhətçi  Berliozun  dəhĢətli  ölümünü  bütün  təfərrüatıyla 

əvvəlcədən  bilirmiĢ.  Bu  yerdə  Ģairin  beynindən  iki  fikir 

keçdi.  Birinci:  "O  heç  də  dəli  deyil!  Belə  düĢünmək 

axmaqlıqdır!"  və  ikinci:  "Bunların  hamısını  elə  özü düzüb-

qoĢmayıb ki?!" 

Ancaq icazənizlə soruĢaq: necə?! 

– Yo...o...x! Biz bunu ayırd edərik! 

Ġvan  Nikolayeviç  bütün  gücünü  toplayıb  skamyadan 

qalxdı  və  geriyə,  professorla  danıĢdığı  yerə  qaçdı. 

XoĢbəxtlikdən, məlum oldu ki, o, hələ getməyib. 

Bronnıda  artıq  fənərlər  yanırdı,  Patriarx  gölünə  isə 

qızılı ay iĢıq saçırdı və həmiĢə aldadıcı olan ay iĢığında Ġvan 

Nikolayeviçə  elə  gəldi  ki,  professorun  qoltuğunda  tutduğu 

əlağacı deyil, qılıncdır. 

Ġstefada  olan  sırtıq  regent  Ġvan  Nikolayeviçin  bir  az 

əvvəl oturduğu yerdə əyləĢmiĢdi. Ġndi o, burnuna bir ĢüĢəsi 

heç  olmayan,  o  biri  ĢüĢəsi  çat  olan  lazımsız  gözlük 

downloaded from KitabYurdu.org



 

88 


keçirmiĢdi. Buna görə dama-dama paltarlı vətəndaĢ Berlioza 

relslərə  tərəf  gedən  yolu  göstərdiyi  vaxtdakından  da  idbar 

idi. 

Ġvan ürəyi əsə-əsə professora yaxınlaĢdı və onun üzünə 



baxıb əmin oldu ki, bu sifətdə heç bir dəlilik əlaməti yoxdur, 

heç olmayıb da. 

– Etiraf edin, siz kimsiniz? – Ġvan boğuq səslə soruĢdu. 

Əcnəbi  qaĢqabağını  tökdü,  elə  baxdı,  guya,  Ģairi 

ilkdəfədir görür və kinli-kinli cavab verdi: 

– Rus dili... baĢa düĢmür... 

– Onlar  baĢa  düĢmürlər!  –  əcnəbinin  dediyini  izah 

etməyi  ondan  xahiĢ  eləyən  olmasa  da,  skamyada  oturmuĢ 

regent söhbətə qarıĢdı. 

– Özünüzü  bicliyə  qoymayın!  –  Ġvan  hirslə  dedi  və 

canına  dəhĢətli  qorxu  doldu,  –  indicə  rus  dilində  gözəl 

danıĢırdınız. Siz nə almansınız, nə də professor. Siz qatil və 

Ģpionsunuz! Sənədlərinizi! – Ġvan qəzəblə qıĢqırdı. 

Müəmmalı  professor,  onsuz  da,  əyri  olan  ağzını 

iyrənirmiĢ kimi bir az da əyib çiyinlərini çəkdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə