Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə13/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   151

 

64 


divanəyə  oxĢayıram?  Mən  uĢağammı,  Kaifa?  Harada  nə 

dediyimi  bilirəm.  Bağ,  saray  mühafizə  olunur,  siçan  keçəsi 

deĢik də yoxdur! Siçan nədir, hətta o da, adı nədir... Kiriaf 

Ģəhərindən olan? Yeri gəlmiĢkən, sən onu tanıyırsanmı, baĢ 

ruhani? Hə... əgər eləsi buraya girsə, çox peĢman olar, buna, 

yəqin,  inanarsan?  Yadında  saxla,  baĢ  ruhani,  bundan  sonra 

sənə  rahatlıq  yoxdur!  Nə  sənə,  nə  sənin  xalqına,  –  və  Pilat 

sağ tərəfi, uzaqda, yüksəklikdə parıldayan məbədi göstərdi, 

– bunu mən sənə deyirəm – pontiyalı Pilat, Qızıl Nizəli atlı! 

– Bilirəm, bilirəm! – qarasaqqal Kaifa çəkinmədən dedi 

və gözləri parıldadı. O, əllərini göyə qaldırıb sözünə davam 

etdi:– Yəhudi xalqı sənin ona nifrət bəslədiyini bilir, sən ona 

çox  əzablar  çəkdirmisən,  ancaq  onu  məhv  edə 

bilməyəcəksən!  Onu  Allah  qoruyacaq!  Bizi  eĢidərlər, 

qüdrətli qeysər eĢidər, bizi qənimimiz Pilatdan qoruyar! 

– Heç də yox! – Pilat qıĢqırdı və hər dediyi sözlə o get-

gedə yüngülləĢirdi: daha riyakarlıq etməyə, sözləri seçməyə 

ehtiyac yox idi. – Məndən qeysərə çox Ģikayət etmisən, indi 

növbə mənimdir, Kaifa! Ġndi xəbər məndən gedəcək, özü də 

nə  Antioxiya  caniĢininə,  nə  də  Romaya,  birbaĢ  Kapreyə, 

downloaded from KitabYurdu.org



 

65 


imperatorun  özünə  xəbər  gedəcək  ki,  siz  YerĢalaimdəki 

məlum  qiyamçıları  necə  qoruyursunuz.  Mən  onda 

YerĢalaimi  Süleyman  gölünün  suyu  ilə  suvarmayacağam, 

ancaq  sizin  xeyriniz  üçün  belə  istəyirdim!  Su  ilə  yox! 

Yadına  sal,  sizə  görə  imperatorun  monoqramması  olan 

qalxanları  divardan  çıxardım,  ordunun  yerini  dəyiĢdirdim, 

sizə görə özüm gələsi oldum ki, burada nələrin baĢ verdiyini 

görüm!  Mənim  sözlərimi  yadında  saxla,  baĢ  ruhani.  Onda 

YerĢalaim bir koqortayla canını qurtarmayacaq,  yox! ġəhər 

divarının  qarĢısına  Fulminatın  bütöv  bir  legionu  gələcək, 

ərəb  atlı  qoĢunu  gələcək,  onda  sən  acı  gözyaĢı  axıdanların 

səsini,  iniltilərini  eĢidəcəksən!  Sən  onda  xilas  etdiyin  Var-

Ravvanı  xatırlayacaqsan  və  ziyansız  moizələrinə  görə 

filosofu ölümə göndərdiyinə peĢman olacaqsan! 

BaĢ ruhaninin sifəti ləkələrlə örtüldü, gözləri parıldadı. 

O, prokurator kimi hirsindən gülümsədi. 

– Prokurator,  indi  dediklərinə  sən  özün  inanırsanmı? 

Yox,  inanmırsan!  Xalqı  yolundan  azdıran  adam,  sən 

YerĢalaimə  sülh,  əmin-amanlıq  gətirməmisən,  sən  bunu 

gözəl  bilirsən,  süvari.  Sən  onu  buraxmaq  istəyirdin  ki, 

downloaded from KitabYurdu.org



 

66 


xalqın arasına qarıĢıqlıq salsın, etiqadını təhqir etsin və xalqı 

Roma qılıncının üstünə aparsın! Ancaq mən – Ġudeyanın baĢ 

ruhanisi  nə  qədər  ki  sağam,  dinimizin  təhqir  olunmasına 

imkan  verməyəcəyəm  və  xalqı  müdafiə  edəcəyəm! 

EĢidirsənmi,  Pilat?  –  Kaifa  hiddətlə  əlini  qaldırdı:  –  Bunu 

nəzərə al, prokurator! 

Kaifa  susdu  və  prokurator  dənizin  uğultusu  kimi  yenə 

Böyük  Ġrodun  darvazasına  lap  yaxınlaĢan  hay-küyü  eĢitdi. 

Bu  uğultu  aĢağıdan  prokuratorun  ayaqlarına,  sifətinə  doğru 

qabardı.  Arxa  tərəfdən,  sarayın  dalından  isə  Ģeypurların 

həyəcanlı  siqnalları,  yüzlərlə  ayağın  ağır  tappıltısı, 

dəmirlərin cingiltisi eĢidildi. Prokurator baĢa düĢdü ki, onun 

əmrinə  uyğun  olaraq  Roma  piyada  qoĢunu  qiyamçıları  və 

quldurları  dəhĢətə  salan  ölümqabağı  parada  çıxmaq  üçün 

artıq hərəkətə gəlib. 

– EĢidirsənmi,  prokurator?  –  baĢ  ruhani  astadan  təkrar 

etdi.  –  Doğrudanmı,  sən  deyəcəksən  ki,  bütün  bunların 

baiskarı, – baĢ ruhani bu yerdə hər iki əlini qaldırdı və qara 

baĢlıq  Kaifanın  baĢından  sürüĢdü,  –  miskin  quldur  Var-

Ravvandır? 

downloaded from KitabYurdu.org



 

67 


Prokurator  biləyinin  arxası  ilə  soyuq,  tərli  alnını  silib 

yerə, sonra gözünü qıyıb göyə baxdı, gördü ki, qaynar kürə 

düz  baĢının  üstündədir,  Kaifanın  kölgəsi  isə  lap  kiçilərək 

Ģirin quyruğuna sığınıb və soyuqqanlıqla astadan dedi: 

– Günorta  yaxınlaĢır.  BaĢımız  söhbətə  qarıĢıb,  iĢimizi 

isə davam etdirməliyik. 

BaĢ ruhanidən nəzakətlə üzr istəyib, sonuncu qısa iclas 

üçün  lazım  olan  baĢqa  adamları  çağırana  qədər  ondan 

maqnoliyanın kölgəsində oturub gözləməyi xahiĢ etdi, sonra 

edamla bağlı bir sərəncam da verəcəkdi. 

Kaifa  əlini  ürəyinin  üstünə  qoyub  hörmətlə  təzim  etdi 

və  bağda  qaldı,  Pilat  isə  eyvana  qayıtdı.  Onu  gözləyən 

katibə  tapĢırdı  ki,  legionun  leqatını,  koqorta  tribununu

12



həmçinin  bağın  aĢağısındakı  terrasda,  fəvvarəli  dairəvi 

köĢkdə  dəvət  gözləyən  Sinedrionun  iki  üzvünü  və  məbəd 

keĢikçilərinin  rəisini  bağa  dəvət  etsin.  Pilat  bu  saat 

qayıdacağını deyib saraya keçdi. 

                                                 

12

 Tribun – burada: atlı qoşunun komandiri 



downloaded from KitabYurdu.org


 

68 


Katib  iclası  toplayana  qədər  prokurator  tünd  pəncərə 

pərdələrinin  günəĢdən  qoruduğu  otaqda,  gün  iĢığı  onu 

narahat  etməsə  də,  sifətinin  yarısı  baĢlıqla  örtülmüĢ  bir 

nəfərlə görüĢdü. GörüĢ çox qısa oldu. Prokurator bu adama 

astadan bir neçə söz dedi, sonra o getdi, Pilat isə sütunların 

arasından keçib bağa qayıtdı. 

Orada  görmək  istədiyi  adamların  hamısına  prokurator 

təntənəli və soyuq tərzdə elan etdi ki, ĠeĢua Qa-Nosri barədə 

çıxarılmıĢ  ölüm  hökmünü  təsdiq  edir  və  Sinedrio-nun 

üzvlərindən  rəsmi  Ģəkildə  xəbər  aldı  ki,  cinayətkarlardan 

hansının sağ qalmasını məsləhət bilirlər. Bunun Var-Ravvan 

olduğu cavabını alan prokurator: 

– Çox yaxĢı, – dedi, katibə tapĢırdı ki, bunu protokola 

qeyd etsin və katibin qumdan qaldırdığı toqqanı əlində sıxıb, 

təntənəli Ģəkildə dedi: – Vaxtdır! 

ĠĢtirakçıların hamısı enli mərmər pilləkənlə, bihuĢedici 

ətir  saçan  qızılgül  kollarının  arasıyla  aĢağı,  saray  divarına, 

sonunda  YerĢalaimin  cıdır  meydanının  sütunlar  və 

heykəlləri  görünən  daĢ  döĢənmiĢ  böyük,  hamar  meydana 

çıxaran darvazaya tərəf getdilər. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə