Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə16/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   151

 

79 


Ponti  Pilat  da,  eyvan  da,  qalan  Ģeylər  də...  Bəs  siz  tək 

gəlmisiniz, ya həyat yoldaĢınızla? 

– Tək,  tək,  mən  həmiĢə  təkəm,  –  professor  acı-acı 

dilləndi. 

– Bəs  sizin  yükünüz  hanı,  professor?  –  Berlioz 

hiyləgərcəsinə  soruĢdu,  –  "Metropol"dadır?  Siz  harada 

qalırsınız? 

– Mən?  Heç  harada,  –  ağlı  çaĢmıĢ  alman  yaĢıl  gözünü 

qüssə və heyrətlə Patriarx gölündə dolandırdı. 

– Necə? Bəs... siz harada yaĢayacaqsınız? 

– Sizin  mənzildə,  –  dəli  qəfil  sırtıqcasına  cavab  verib 

göz vurdu. 

– Mən... mən çox Ģadam, – Berlioz mızıldandı, – ancaq 

düzü, sizin üçün rahat olmaz... "Metropol"da isə əla otaqlar 

var, birinci dərəcəli mehmanxanadır... 

– Bəs Ģeytan da yoxdur? – xəstə birdən sevincək halda 

Ġvan Nikolayeviçdən soruĢdu. 

– ġeytan da... 

– Mübahisə  etmə!  –  Berlioz  professorun  arxasından 

göz-qaĢ eləyə-eləyə pıçıldadı. 

downloaded from KitabYurdu.org



 

80 


– Heç  bir  Ģeytan-zad  yoxdur!  –  durduğu  yerdə  cəncələ 

düĢmüĢ  Ġvan  Nikolayeviç  ağzına  gələni  qıĢqırdı,  –  azara 

düĢmüĢük də! Özünüzü dəli yerinə qoymayın. 

Dəli bu yerdə elə Ģaqqanaq çəkdi ki, altında oturduqları 

cökə ağacından sərçə pırıldayıb uçdu. 

– Doğrusu, çox maraqlıdır, – professor bədənini əsdirə-

əsdirə  güldü,  –  sizdə  bu  nə  olan  Ģeydir,  nəyə  əl  atırsan, 

yoxdur! – o, gülməyini qəfil kəsdi, bu da ruhi xəstələrdəbaĢa 

düĢüləndir,  gülüĢdən  sonra  ovqatı  tamam  dəyiĢdi  – 

əsəbiliklə qıĢqırdı: – Yəni elə doğrudan da yoxdur? 

– Sakit  olun,  sakit  olun,  professor,  –  Berlioz  xəstəni 

həyəcanlandırmaqdan  qorxub  donquldandı,  –  siz  yoldaĢ 

Bezdomnıyla  bir  dəqiqə  burada  oturun,  mən  qaçıb  tindən 

zəng vurum, sonra sizi istədiyiniz yerə yola salarıq. Axı siz 

Ģəhəri tanımırsınız... 

Berliozun  planını  düzgün  saymaq  olardı:  yaxınlıqdakı 

avtomat  telefona  qaçıb,  xarici  turistlər  bürosuna  xəbər 

verəcəkdi ki, bəs xaricdən gələn məsləhətçi Patriarx gölünün 

kənarında oturub, halı da açıq-aĢkar qeyri-normaldır. Mütləq 

downloaded from KitabYurdu.org




 

81 


tədbir  görmək  lazımdır,  yoxsa  xoĢagəlməz  vəziyyət  yarana 

bilər. 


– Zəng  eləmək?  Nə  olar,  zəng  eləyin,  –  xəstə  kədərli-

kədərli  razılaĢdı və  birdən qızğıncasına xahiĢ  etdi:  –  Ancaq 

vidalaĢmazdan  əvvəl  sizə  yalvarıram,  heç  olmasa,  Ģeytanın 

mövcudluğuna  inanın!  Sizdən  baĢqa  heç  nə  təvəqqe 

etmirəm. Nəzərə  alın  ki, bunu təsdiq  edən  yeddinci, özü də 

çox möhkəm sübut var! O, indi sizə təqdim olunacaq. 

– YaxĢı, yaxĢı, – Berlioz yalançı mehribanlıqla dedi və 

dəli  almana  keĢik  çəkmək  fikrindən  heç  də  məmnun 

olmayan  kefi  pozulmuĢ  Ģairə  göz  vurub,  Patriarx  gölündən 

Bronnı ilə Yermolayevski küçəsinin kəsiĢdiyi yerə cumdu. 

Professor isə, elə bil, o saat sağaldı və kefi duruldu. 

– Mixail Aleksandroviç! – Berliozun arxasınca çağırdı. 

O  səksəndi,  geriyə  baxdı,  ancaq  özünü  bu  fikirlə 

sakitləĢdirdi  ki,  onun  adı  və  soyadı  da  professora  hansısa 

qəzetdən məlumdur. Professor isə əlini ağzına tutub qıĢqırdı: 

– Əgər  istəyirsinizsə,  tapĢıra  bilərəm,  Kiyevdəki 

dayınıza indi teleqram vursunlar? 

downloaded from KitabYurdu.org




 

82 


Berlioz yenə diksindi. Kiyevdə dayısı yaĢadığını bu dəli 

haradan  bilir?  Axı  bu  haqda  qəzetlərdə,  yəqin  ki,  heç  nə 

yazılmayıb.  Aha,  bəlkə,  Bezdomnı  düz  deyir?  Ola  bilsin, 

sənədləri saxtadır? Ax, nə qəribə tipdir. Zəng vurmaq, zəng 

vurmaq! 

Elə 


indi 

zəng 


vurmaq! 

Kimliyini 

tez 

aydınlaĢdırarlar! 



Berlioz  daha  heç  nəyə  qulaq  asmayıb,  qaça-qaça 

uzaqlaĢdı. 

Bu vaxt düz Bronnıya çıxan yerdə, bayaq gün iĢığında 

bürküdən  əmələ  gəlmiĢ  həmin  adam  skamyadan  durub 

redaktorun  qabağına  gəldi.  Ancaq  indi  o,  xəyal  deyildi,  adi 

canlı  adam  idi  və  yenicə  düĢən  qaranlıqda  Berlioz  onun 

bığlarının  toyuq  tükünə  oxĢadığını  sezdi;  balaca,  kinayəli, 

kefli  gözləri  vardı,  dama-dama  Ģalvarını  isə  o  qədər  yuxarı 

çəkmiĢdi ki, çirkli ağ corabları görünürdü. 

Mixail  Aleksandroviç  az  qaldı  geri  çəkilsin,  ancaq 

özünə  ürək-dirək  verdi  ki,  bu,  axmaq  bir  təsadüfdür  və 

ümumiyyətlə, indi bu haqda düĢünməyin yeri deyil. 

–  Turniketi  axtarırsınız,  vətəndaĢ?  –  dama-dama 

Ģalvarlı  xırıltılı  səslə  soruĢdu,  –  bura  buyurun!  Düz  gedin, 

downloaded from KitabYurdu.org



 

83 


lazım olan yerə çıxacaqsınız. Yolu göstərdiyimə görə sizdən 

keçmiĢ  regentə  yarım  ĢüĢənin  haqq-hesabı  çatır...  üstünü 

düzəltmək  üçün!  –  O,  əzilib  büzülə-büzülə  öz  jokey 

papağını çıxarıb yellədi. 

Berlioz  bu  əzilib-büzülən  dilənçi  regentə  qulaq 

asmayaraq,  qaçıb  turniketdən  tutdu.  Onu  döndərib  ayağını 

relsə  qoymuĢdu  ki,  qırmızı  və  ağ  iĢıq  sifətinə  düĢdü:  ĢüĢə 

qutuda "Tramvaydan qorun" sözləri iĢıqlandı. 

O  saat  da  Yermoloyevskdən  Bronnıya  çəkilmiĢ  yeni 

xətdə  tramvay  göründü.  Dönüb  düz  yola  çıxan  kimi  qəfil 

onun içi iĢıqlandı və uğuldayıb sürətini artırdı. 

Təhlükəsiz  yerdə  dursa  da,  Berlioz  ehtiyatlı  tərpənib 

çəpərin  arxasına  qayıtmaq  qərarına  gəldi,  fırlanğıcdan 

tutaraq  ayağını  bir  addım  geri  qoydu.  Elə  həmin  an  da  əli 

sürüĢdü,  buz  üstündəymiĢ  kimi,  ayağı  relslərə  doğru  maili 

döĢənmiĢ çaydaĢlarından qopdu, o biri ayağı göyə qalxdı və 

Berliozu, elə bil, relslərin üstünə atdılar. 

Berlioz  nədənsə  tutmağa  çalıĢaraq  arxası  üstə  yıxıldı, 

peysəri  yüngülcə  çaydaĢına  dəydi  və  yüksəklikdə,  ancaq 

solda,  ya  sağda  –  bunu  artıq  bilmədi  –  qızılı  ayı  görməyə 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə