Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə19/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   151

 

94 


papağının  uzun  qulaqları  sallanırdı.  Otaqların  birindən 

radioda bərkdən, hirslə Ģeir deyən kiĢi səsi eĢidilirdi. 

Yad  mühit  Ġvan  Nikolayeviçi  heç  də  çaĢdırmadı  və 

birbaĢa  dəhlizə  soxulub,  gedə-gedə  düĢündü:  "O,  əlbəttə, 

vanna  otağında  gizlənib".  Dəhliz  qaranlıq  idi.  Ġvan  divara 

toxunub, qapının aĢağısından gələn zəif iĢıq zolağını gördü, 

qapının  dəstəyini  gözəyarı  axtarıb  ehmalca  dartdı.  Qarmaq 

geri sıçradı və Ġvan məhz vanna otağına düĢdü, fikirləĢdi ki, 

bəxti  gətirib.  Ancaq  bəxti  o  qədər  də  gətirməmiĢdi!  Ġvanı 

nəm,  isti  hava  vurdu,  kolonkada  közərən  kömürün  iĢığında 

divardan  asılmıĢ  təknə  və  minası  büsbütün  tökülüb  qara 

ləkələrlə  örtülmüĢ  vannanı  gördü.  Həmin  bu  vannada 

sabunlu və əlində hamam lifi olan lüt qadın dayanmıĢdı. O, 

uzağı  pis  gördüyündən  gözünü  qıyıb,  içəri  soxulmuĢ  Ġvana 

baxdı  və  yəqin,  çox  zəif  iĢıqda  yanılıb  astadan  sevincək 

dedi: 


– KiryuĢa!  Nə  avaralanırsan!  Dəli  olmusan-nədir?.. 

Fyodor Ġvanoviç indicə qayıdacaq. Tez ol, itil buradan! – və 

əlindəki hamam lifini Ġvana sarı atdı. 

downloaded from KitabYurdu.org




 

95 


AnlaĢılmazlıq  göz  qabağında  idi,  bunda  da,  əlbəttə, 

Ġvan  Nikolayeviç  günahkardı.  Ancaq  o,  bunu  boynuna 

almaq  istəmədi  və  tənə  ilə:  "Ax,  pozğun!.."  –  deyib,  nəyə 

görəsə  mətbəxə  girdi.  Mətbəxdə  heç  kim  yox  idi, 

yarıqaranlıqda  pilətənin  üstünə  on  dənəyə  yaxın  sönmüĢ 

primus  düzülmüĢdü.  Ġllərlə  silinməyən  toz  basmıĢ 

pəncərədən süzülən ay iĢığı vur-tut kiçik, ĢüĢəli qutusundan 

bir  cüt  nikah  Ģamının  ucu  görünən,  tozun  və  hörümçək 

torunun  içində  unudulub  qalan  ikonanın  asıldığı  küncü 

xəsisliklə  iĢıqlandırırdı.  Böyük  ikonanın  altına  balaca  kağız 

ikona sancaqlanmıĢdı. 

Məlum  deyil,  Ġvanın  haradan  ağlına  gəldi,  ancaq  dal 

qapıya  tərəf  qaçmazdan  əvvəl  o,  Ģamlardan  birini  və  kağız 

ikonanı  götürdü.  Bayaq  vanna  otağında  gördüyündən 

pərtləĢərək,  həyasız  KiryuĢanın  kimliyini  və  bu  iyrənc 

qulaqlı 


papağın 

onunmu 


olduğunu 

özlüyündə 

aydınlaĢdırmağa  çalıĢaraq,  götürdüyü  əĢyalarla  bir  yerdə, 

donquldana-donquldana yad mənzili tərk etdi. 

downloaded from KitabYurdu.org



 

96 


BoĢ,  cansıxıcı  dalanda  qaçağı  tapmaq  üçün  Ģair 

boylandı,  ancaq  o  heç  harada  gözə  dəymirdi.  Onda  Ġvan 

əminliklə dedi: 

– Əlbəttə, o, Moskva çayındadır! Ġrəli! 

Yəqin, Ġvan Nikolayeviçdən soruĢmaq lazım idi ki, niyə 

o,  professorun  baĢqa  yerdə  yox,  məhz  Moskva  çayında 

olduğunu  güman  edir.  Ancaq  dərd  orasında  idi  ki, 

soruĢmağa  adam  yoxdu.  Lənətə  gəlmiĢ  dalan  tamamilə 

kimsəsizdi. 

Çox  az  keçmiĢ  Ġvan  Nikolayeviç  Moskva  çayına  enən 

mərmər pilləkənlərdə göründü. 

Əynindəki  paltarları  soyunub  cırıq,  büzməli  ağ 

köynəyin,  qaytanı  açılmıĢ,  ağız-burnu  əyilmiĢ  bir  cüt 

çəkmənin  böyründə  eĢmə  çəkən  xoĢsifət  bir  saqqallıya 

tapĢırdı. QızıĢmaq üçün əl-qolunu oynadıb, suya baĢ vurdu. 

Su  elə  soyuq  idi,  az  qaldı  nəfəsi  kəsilsin,  hətta  fikrindən 

keçdi  ki,  yəqin,  suyun  üzünə  çıxa  bilməyəcək.  Ancaq  çıxa 

bildi  və  gözləri  qorxudan  böyümüĢ  halda  tövĢüyə-tövĢüyə, 

fınxıra-fınxıra  neft  qoxuyan  qara  suda,  əyri-üyrü  xətt  üzrə 

düzülmüĢ sahil fənərlərinin arasıyla üzməyə baĢladı. 

downloaded from KitabYurdu.org



 

97 


Ġvan  pilləkənləri  dırmaĢıb,  paltarlarını  saqqallıya 

tapĢırdığı  yerə  çatanda  aydın  oldu  ki,  nəinki  paltarları, 

saqqallının  özü  də  yoxa  çıxıb.  Paltarlarını  qoyduğu  yerdə 

zolaqlı alt tumanı, cırıq köynək, Ģam, kağız ikona və bir qutu 

kibrit qalmıĢdı. Ġvan hirsindən kiməsə yumruq qıcayıb, olub-

qalanı əyninə keçirdi. 

Bu  yerdə  iki  fikir  onu  narahat  etməyə  baĢladı:  birinci, 

Massolitin  həmiĢə  üstündə  gəzdirdiyi  vəsiqəsinin  itməyi, 

ikinci,  bu  görkəmdə  Moskvada  maneəsiz  gəzə  bilib-

bilməyəcəyi.  Hər  halda,  alt  tumanında...  Doğrusu,  kimə  nə 

dəxli, ancaq yenə sataĢan, iliĢən olmasa, yaxĢıdır. 

Ġvan  alt  tumanının  qabağındakı  düymələri  qopartdı, 

fikirləĢdi  ki,  bəlkə,  onda  yay  Ģalvarına  oxĢaya,  sonra 

ikonanı, Ģamı və kibriti götürüb öz-özünə: 

– Qriboyedova! Heç Ģübhəsiz, oradadır, – deyərək yola 

düĢdü. 


ġəhər  artıq  öz  gecə  həyatını  yaĢayırdı.  KiĢilərin  quru 

taxtanın,  ya  kisələrin  üstünə  sərələndiyi  yük  maĢınları 

zəncirlərini  cingildədə-cingildədə  toz  qopararaq  Ģütüyüb 

keçirdi.  Pəncərələrin  hamısı  açıq  idi.  Narıncı  abajurlardan 

downloaded from KitabYurdu.org



 

98 


iĢıq  süzülürdü  və  hər  pəncərədən,  hər  qapıdan,  hər 

darvazadan,  hər  damdan,  hər  çardaqdan,  zirzəmidən, 

həyətdən 

"Yevgeni  Onegin"  operasından  polonezin 

gurultusu ətrafa yayılırdı. 

Ġvan Nikolayeviçin əndiĢəsi tamamilə özünü doğrultdu: 

keçib-gedənlər  dönüb  təəssüflə  onun  arxasınca  baxırdılar. 

Bu  səbəbdən  də  qərara  aldı  ki,  böyük  küçələrdən  çıxsın, 

tərslikdən  heç  cür  Ģalvara  oxĢamaq  istəməyən  alt  tuman 

barədə  ayaqyalın  adamı  sorğu-suala  tutacaq  zəhlətökənlərin 

az ola biləcəyi dal küçələrlə keçib-getsin. 

Ġvan  elə də  etdi və Arbat  döngələrinin sirli  Ģəbəkəsinə 

baĢ  vurub,  ətrafına  boylana-boylana,  iĢıqforlu  dördyol 

ayrıclarından, 

səfirlik 

malikanələrinin 

yaraĢıqlı 

darvazalarından  yayınmaq  üçün  hərdən  binaların  küçə 

qapısında  daldalana-daldalana  divarların  dibi  ilə  getməyə 

baĢladı. 

Və  bütün  bu  məĢəqqətli  yol  boyu  Tatyanaya  öz 

sevgisindən oxuyan yoğun kiĢi səsini müĢayiət edən orkestr 

ona, nədənsə, son dərəcə əzab verirdi. 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə