Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə135/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   131   132   133   134   135   136   137   138   ...   151

 

680 


– Mənim  əzizim,  –  uzundraz  adam  sınıq  pensnesinin 

arxasından  gözlərini  parıldatdı,  –  bəs  siz  haradan  bilirsiniz 

ki,  məndə  valyuta  yoxdur?  Siz  paltarıma  görə  belə 

düĢünürsünüz? Heç vaxt belə etməyin, əziz keĢikçi! Siz səhv 

eləyə bilərsiniz, özü də çox böyük səhv. Heç olmasa, məĢhur 

xəlifə  Harun  ər-RəĢidin  rəvayətini  bir  də  oxuyun.  Ancaq 

indiki  məqamda  bu  rəvayəti  müvəqqəti  olaraq  bir  kənara 

qoyub  demək  istəyirəm  ki,  sizdən  müdirinizə  Ģikayət 

eləyəcəyəm,  sizin  haqqınızda  ona  elə  Ģeylər  danıĢacağam, 

bərq  vuran  güzgülü  qapılar  arasındakı  yerinizi  tərk  etməli 

olacaqsınız. 

– Bəlkə, məndə primus dolusu valyuta var, – mağazaya 

soxulmaq istəyən gonbul hövsələsiz halda söhbətə qarıĢdı. 

Arxadakılar artıq hirslənib basabas salırdılar. Qapıçı bu 

əcaib  cütlüyə  nifrətlə,  Ģübhəylə  baxaraq  kənara  çəkildi  və 

bizim tanıĢlarımız mağazaya girdilər. Onlar ilk əvvəl ətrafa 

göz gəzdirdilər, sonra Korovyev hamının eĢidəcəyi gur səslə 

dedi: 


– Əntiqə mağazadır! Çox, çox yaxĢı mağazadır! 

downloaded from KitabYurdu.org




 

681 


Mağazanı  tərifləməyə  tam  əsası  olsa  da,  piĢtaxta 

arxasındakı adamlar çevrilib nədənsə ona təəccüblə baxdılar. 

Rəflərdə yüzlərlə top rəngbərəng çit parça gözə dəyirdi. 

O yanda saya çitlər, Ģifon və frak mahudu qalaqlanmıĢdı. 

Bir  yığın  ayaqqabı  qutusu  sırayla  düzülmüĢdü  və  bir 

neçə  qadın  sağ  ayağında  köhnə  ayaqqabı  alçaq  kətildə 

oturub,  sol  ayağındakı  parıldayan  təzə  ayaqqabını  qayğılı 

halda  xalıya  çırpırdı.  Haradasa  uzaq  bir  küncdə  patefon 

oxuyurdu. 

Ancaq  Korovyevlə  Begemot  bütün  bu  gözəlliklərdən 

yan  keçib,  düz  yeyinti  və  qənnadı  Ģöbəsinin  kəsiĢdiyi  yerə 

yönəldilər. Bura geniĢlik idi, yaylıqlı və beretli qadınlar çit 

Ģöbəsindəki kimi piĢtaxta qarĢısında basabas salmırdılar. 

Buynuz  sağanaqlı  eynəkdə,  hamar  lentli  Ģax  Ģlyapada, 

yasəmən  rəngli  paltoda,  sarı  layka  dərisindən  əlcəkdə 

alçaqboy, üzü tərtəmiz qırxılmıĢ, eniylə uzunu bərabər olan 

bir  adam  piĢtaxta  qarĢısında  dayanıb  hökmlə  nəsə 

donquldanırdı. Təmiz ağ xalatlı, göy papaqlı satıcı müĢtəriyə 

xidmət  göstərirdi.  O,  Levi  Matveyin  oğurladığı  bıçağa 

downloaded from KitabYurdu.org




 

682 


oxĢayan çox iti bıçaqla yağı daman çəhrayı qızılbalığın ilan 

kimi gümüĢə çalan dərisini soyurdu. 

– Bu Ģöbə də əladır, – Korovyev təntənəli surətdə etiraf 

elədi,  –  əcnəbi  də  suyuĢirindir,  –  barmağıyla  dostcasına 

paltolunu göstərdi. 

– Yox,  Faqot,  yox,  –  Begemot  fikirli-fikirli  dedi,  – 

dostum, sən yanılırsan. Paltolu centlmenin sifətində, məncə, 

nəsə çatıĢmır. 

Paltolu  diksindi,  ancaq  görünür,  təsadüfən.  Yoxsa  rus 

dilində  danıĢan  Korovyevlə  yoldaĢını  əcnəbi  necə  anlaya 

bilərdi. 

– YakĢıdır? – paltolu alıcı ciddi Ģəkildə soruĢdu. 

– Söz ola blməz! – bıçağın ucunu balığın dərisi altında 

nazla gəzdirə-gəzdirə satıcı cavab verdi. 

– YakĢını sevirəm, pisi yok, – əcnəbi soyuq tərzdə dedi. 

– Bəs necə! – satıcı coĢqunluqla dilləndi. 

Bu  vaxt  bizim  tanıĢlar  əcnəbidən  və  onun  qızıl 

balığından aralanıb qənnadı piĢtaxtasının kənarına çəkildilər. 

– Bu  gün  istidir,  –  Korovyev  qırmızıyanaq  gənc  satıcı 

qıza dedi və ondan heç bir cavab almayıb bu dəfə soruĢdu: 

downloaded from KitabYurdu.org



 

683 


– Naringi neçəyədir? 

– Kilosu otuz qəpik, – satıcı qız cavab verdi. 

– Hər  Ģey  od  qiymətinədir,  –  Korovyev köks  ötürdü, – 

eh, eh... – O, bir az da düĢünüb, yoldaĢına təklif elədi: 

– Ye, Begemot.  

Gonbul  primusunu  qoltuğuna  vurub,  piramidanın  lap 

üstündəki  naringini  götürdü,  qabıqlı-qabıqlı  yeyib  ikinciyə 

giriĢdi. 

Satıcı qız dəhĢətə gəldi. 

– Siz  dəli  olmusunuz!  –  rəngi  qaçmıĢ  halda  qıĢqırdı.  – 

Çek verin! Çek! – və konfet maĢasını əlindən saldı. 

– Əzizim,  canım,  gözəlim,  –  Korovyev  satıcı  qıza  göz 

vuraraq  piĢtaxtanın  üstündən  aĢdı,  –  nə  etmək  olar,  indi 

valyutamız yoxdur!.. Ancaq and içirəm, gələn dəfə, ən geci 

bazar ertəsi hamısını nağd ödəyərik! Biz yaxında, Sadovıda, 

yanğın olan yerdə yaĢayırıq... 

Begemot  üçüncü  naringini  də  həzm-rabedən  keçirib, 

pəncəsini  üst-üstə  yığılmıĢ  Ģokolad  plitkalarına  atıb  lap 

altdakılardan birini çəkdi, ona görə də, təbii ki, hamısı uçdu 

və Begemot Ģokoladı qızılı kağızıyla bir yerdə içəri ötürdü. 

downloaded from KitabYurdu.org



 

684 


Balıq  satılan  piĢtaxtanın  arxasındakı  satıcılar  əllərində 

bıçaq  donub-qalmıĢdılar,  paltolu  əcnəbi  soyğunçulara  tərəf 

çevrildi  və  bu  yerdə  aydın  oldu  ki,  Begemot  düz  demir: 

paltolu  əcnəbinin  üzündə  nəsə  çatıĢmır  yox,  daha  çox  nəsə 

artığıydı – sallanan yanaqları və döyükən gözləri. 

Satıcı qız  əməlli-baĢlı  saralıb  ağlar  səslə mağaza  boyu 

çığırdı: 

– Palosiç! Palosiç! 

Çit  Ģöbəsindəki  adamlar  çığırtıya  sarı  axıĢdılar, 

Begemot  isə  qənnadı  Ģöbəsinin  cazibəsindən  qopub, 

pəncəsini "Seçmə Kerç siyənəyi" yazılmıĢ çəlləyə soxdu və 

bir cüt siyənək balığı çıxarıb udaraq quyruqlarını tüpürdü. 

– Palosiç!  –  qənnadı  piĢtaxtasının  arxasından  çığırıb 

təkrar  olundu,  balıq  piĢtaxtasının  arxasındakı  qısa  saqqallı 

satıcı isə bağırdı: 

– Sən nə eləyirsən, əclaf?! 

Pavel  Ġosifoviç  artıq  hadisə  yerinə  tələsirdi.  O,  cərrah 

kimi  mötəbər  görkəmli,  təmiz  ağ  xalatlı  bir  kiĢiydi,  döĢ 

cibindən  karandaĢın  ucu  görünürdü.  Pavel  Ġosifoviç,  yəqin, 

təcrübəli  adam  idi.  Begemotun  ağzında  üçüncü  siyənək 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə