Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə137/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   133   134   135   136   137   138   139   140   ...   151

 

690 


– Bəli,  –  Korovyev  sözünə  davam  elədi,  –  öz  həyatını 

fədakarcasına  Melpomenanın,  Poliqimniyanın  və  Taliyanın 

xidmətinə  verməyi  qərara  alan  bir  neçə  min  mücahidi  bir 

damın altında birləĢdirən bu evin parniklərindən çox qəribə 

Ģeylər  gözləmək  olar.  Təsəvvür  eləyirsən,  onlardan  hansısa 

biri  baĢlanğıc  üçün  bir  "MüfəttiĢ",  aĢağısı  bir  "Yevgeni 

Onegin" ortaya qoysa, necə hay-küy qopar! 

– Çox sadə, – Begemot yenə təsdiq etdi. 

– Bəli,  –  Korovyev  fikirli  halda  barmağını  qaldırdı,  – 

ancaq!  Ancaq  deyirəm  və  bunu  təkrar  eləyirəm  –  ancaq! 

Əgər  ĢüĢəbənddə  yetiĢdirilən  bu  zərif  bitkilərə  hansısa 

mikroorqanizm  hücum  eləməsə,  kökünü  zədələməsə,  əgər 

onlar  çürüməsə!  Ananaslarda  belə  Ģeylər  olur!  Ay-ay-ay, 

özü də necə olur! 

– Yeri  gəlmiĢkən,  –  Begemot  yumru  baĢını  dəmir 

çəpərdəki deĢikdən içəri soxaraq xəbər aldı, – onlar eyvanda 

neyləyirlər? 

– Çörək  yeyirlər,  –  Korovyev  izah  elədi,  –  mənim 

əzizim, əlavə olaraq deyim ki, burada kifayət qədər yaxĢı və 

ucuz restoran var. Mən isə hər bir turist kimi uzaq səfərdən 

downloaded from KitabYurdu.org



 

691 


əvvəl  qəlyanaltı  eləyib,  bir  parç  buz  kimi  pivə  içmək 

istəyirəm. 

– Mən  də,  –  Begemot  dedi  və  hər  iki  yaramaz  cökə 

ağaclarının  altındakı  asfalt  cığırla  fəlakət  hiss  etməyən 

restoranın eyvanına doğru addımladı. 

Ağ  corablı,  baĢına  da  ağ  beret  qoymuĢ  solğun  bənizli 

bir  qadın  eyvanın  küncündəki  sarmaĢıqlı  giriĢin  ağzında 

Vyana  stulunda  kefsiz  halda  oturmuĢdu.  Onun  qarĢısındakı 

adi  mətbəx  stolunun  üstündə  kontor  dəftərinə  oxĢar  qalın 

dəftər  vardı  və  restorana  girənləri  nəyə  görəsə  bu  dəftərə 

qeyd  eləyirdilər.  Korovyevlə  Begemotu  məhz  həmin  qadın 

saxladı. 

– Sizin  vəsiqələriniz?  –  O,  Korovyevin  pensnesinə, 

Begemotun primusuna və cızılmıĢ dirsəyinə təəccüblə baxdı. 

– Sizdən çox-çox üzr istəyirəm, nə vəsiqə? – Korovyev 

heyrətlə soruĢdu. 

– Siz yazıçısınız? – öz növbəsində qadın ĢoruĢdu. 

– Sözsüz, – Korovyev ləyaqətlə cavab verdi. 

– Sizin vəsiqələriniz? – qadın təkrar elədi. 

– Mənim gözəlim... – Korovyev nəvaziĢlə sözə baĢladı. 

downloaded from KitabYurdu.org



 

692 


– Mən gözəl deyiləm, – qadın onun sözünü kəsdi. 

– Ah,  çox  heyif,  –  Korovyev  məyus  halda  sözünə 

davam elədi, – neyləyək, istəmirsinizsə, olmayın, ancaq çox 

xoĢ  olardı.  Doğrudanmı,  Dostoyevskinin  yazıçılığına 

inanmaq üçün ondan vəsiqə tələb etmək lazımdır? Siz onun 

hər  hansı  romanından  istənilən  beĢ  səhifəni  götürün  və 

vəsiqəsiz-zadsız 

qarĢınızdakının 

yazıçı 

olduğuna 



inanacaqsınız.  Güman  eləyirəm  onun  heç  vəsiqəsi  də 

olmayıb!  Sən  necə  fikirləĢirsən?  –  Korovyev  Begemotdan 

xəbər aldı. 

– Mərc  gəlirəm  ki,  olmayıb,  –  o,  primusu  stolun 

üstündəki  dəftərin  yanına  qoyub,  hisli  alnının  tərini  əliylə 

sildi. 


– Siz  Dostoyevski  deyilsiniz,  –  Korovyevin  çaĢdırdığı 

qadın dedi. 

– Nə bilmək olar, – o cavab verdi. 

– Dostoyevski ölüb, – qadın inamsızlıqla dedi. 

– Etiraz eləyirəm! – Begemot qızğıncasına ucadan dedi. 

– Dostoyevski ölməzdir! 

– VətəndaĢlar, vəsiqələriniz, – qadın dedi. 

downloaded from KitabYurdu.org




 

693 


– Əfv  edərsiniz,  axı  bu  gülüncdür,  –  Korovyev 

inadından dönmürdü, – yazıçının yazıçılığını heç də vəsiqəsi 

yox, yazdığı müəyyən edir! Siz haradan bilirsiniz ki, mənim 

baĢımda  hansı  ideyalar  qaynayır?  Ya  bu  baĢda?  –  O, 

Begemotun  baĢını  göstərdi,  sanki,  qadının  yaxĢı-yaxĢı 

baxması üçün Begemot da tez-tələsik kepkasını çıxartdı. 

– VətəndaĢlar,  imkan  verin  keçsin,  –  qadın  artıq 

əsəbiliklə dedi. 

Korovyev  və  Begemot  kənara  çəkilib  boz  kostyumlu, 

köynəyinin yaxalığı pencəyin üstünə çıxmıĢ, qalstuksuz, ağ 

yay  köynəyində  və  qoltuğunda  qəzet  olan  hansısa  yazıçıya 

yol  verdilər.  Yazıçı  mehribancasına  qadına  baĢıyla  salam 

verdi, ayaqüstü dəftərə cızma-qara eləyib, eyvana qalxdı. 

– Heyif,  heyif,  –  Korovyev  dərdli-dərdli  dedi,  –  biz 

sərgərdan  bədbəxtlərin  arzuladığı  buz  kimi  soyuq  pivə  bizə 

yox,  ona  qismət  olacaq.  Vəziyyətimiz  çox  müĢkül  və 

kədərlidir, bilmirəm neyləyək. 

Begemot yalnız acı-acı əllərini yellədib, kepkasını piĢik 

tükünə  çox  oxĢayan  tüklü,  yumru  baĢına qoydu.  Bu  zaman 

qadının baĢı üzərində asta, ancaq hökmlü bir səs eĢidildi: 

downloaded from KitabYurdu.org



 

694 


– Buraxın, Sofya Pavlovna. 

Dəftərli  qadın  heyrətləndi;  sarmaĢıqlı  giriĢdə  frak 

geyinmiĢ dəniz quldurunun ağ sinəsi və sivri saqqalı peyda 

oldu.  O,  bu  iki  Ģübhəli  səfilə  mehribanlıqla  baxıb,  hələ 

üstəlik, onları əliylə içəri dəvət elədi. Ġdarə etdiyi restoranda 

Arçibald  Arçibaldoviçin  hörməti  böyük  idi  və  Sofya 

Pavlovna itaətkarcasına Korovyevdən soruĢdu: 

– Soyadınız nədir? 

– Panayev, – o, nəzakətlə cavab verdi. Qadın bu soyadı 

yazıb, sual dolu baxıĢlarını Begemota dikdi. 

– Skabiçevski,  –  nəyə  görəsə  öz  primusunu  göstərib 

ciyildədi.  Sofya  Paviovna  bunu  da  yazıb,  qol  çəkmək  üçün 

dəftəri  onlara  sarı  itələdi.  Korovyev  "Panayev"  soyadının 

qarĢısında  "Skabiçevski",  Begemot  isə  Skabiçevskinin 

qarĢısında "Panayev" yazdı. 

Arçibald Arçibaldoviç Sofya Pavlovnanı tamam heyrətə 

salıb füsunkarcasına gülümsəyərək qonaqları eyvanın ən sıx 

kölgəlik  olan,  yanında  sarmaĢıqların  arasından  düĢən  gün 

iĢığının  oynaĢdığı  ən  yaxĢı  stola  tərəf  apardı.  Sofya 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə