Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə140/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   136   137   138   139   140   141   142   143   ...   151

 

705 


– Çünki  sənin  salamatlığını  istəmirəm,  –  gələn  adam 

kobudcasına cavab verdi. 

– Ancaq  bununla  barıĢmalı  olacaqsan,  –  Voland 

istehzayla dodaqucu gülümsədi, – damda görünməyə macal 

tapmamıĢ  dərhal  mənasız-mənasız  danıĢdın,  bu  mənasızlıq 

sənin intonasiyandadır. Sözünü elə dedin ki, guya, kölgələri, 

elə Ģəri də qəbul etmirsən. Sən zəhmət çəkib bu sual barədə 

düĢünə bilərsənmi ki, Ģər olmasa, xeyirin nə mənası vardır, 

kölgələr  itsə,  yer  üzü  necə  görünərdi?  Axı  kölgələr 

əĢyalardan, adamlardan yaranır. Bax, bu, mənim qılıncımın 

kölgəsidir.  Ancaq  ağacların,  canlıların  da  kölgəsi  olur. 

Çılpaq  dünyadan  ləzzət  almaq  xülyasına  düĢməyin 

ucbatından  bütün  ağacları,  canlıları  yer  kürəsindən  silmək 

istəmirsən ki? Sən axmaqsan. 

– Səninlə  mübahisə  etməyəcəyəm,  qoca  sofist,  –  Levi 

Matvey cavab verdi. 

– Bayaq  dediyim  səbəbdən  mübahisə  eləyə  də 

bilməzsən:  sən  axmaqsan,  –  deyib  Voland  soruĢdu:  –  Məni 

yorma, sözünün canını de, niyə gəlmisən? 

– Məni o göndərib. 

downloaded from KitabYurdu.org



 

706 


– Sənə nə deməyi hökm edib, kölə? 

– Mən  kölə  deyiləm,  –  Levi  Matvey  lap  hirslənərək 

cavab verdi, – mən onun Ģagirdiyəm. 

– Biz həmiĢəki kimi baĢqa-baĢqa Ģeylərdən danıĢırıq, – 

Voland  dedi,  –  ancaq  danıĢdığımız  Ģeylər  bundan dəyiĢmir. 

Nə deyir? 

– O, masterin əsərini oxuyub, – Levi Matvey dilləndi, – 

səndən  xahiĢ  edir  ki,  masteri  özünlə  götürüb  ona  dinclik 

bəxĢ  eləyəsən.  Doğrudanmı,  bunu  eləmək  sənin  üçün 

çətindir, Ģər ruh? 

– Mənim üçün heç nə çətin deyil, – Voland cavab verdi, 

– bu da sənə yaxĢı məlumdur.  – O susub  əlavə  etdi: – Bəs 

siz niyə onu yanınıza, iĢıqlı dünyaya götürmək istəmirsiniz? 

– Biz  olduğumuz  dünya  ona  düĢmür,  onun  qazancına 

dinclik düĢür, – Levi kədərli səslə dedi. 

– De  ki,  əməl  olunacaq,  –  Voland  cavab  verdi  və 

gözündən od çıxdı: – Tez get buradan. 

– O  xahiĢ  eləyir  ki,  onu  sevən,  yolunda  əzab  çəkən 

qadını da götürəsiniz, – Levi ilk dəfə Volanda yalvardı. 

– Sənsiz heç cür ağlımıza gəlməzdi. Get. 

downloaded from KitabYurdu.org



 

707 


Bundan  sonra  Levi  Matvey  yoxa  çıxdı,  Voland  isə 

Azazellonu yanına çağırıb əmr etdi: 

– Onların yanına uç, hər Ģeyi yoluna qoy. 

Azazello meydançanı tərk etdi. Voland tək qaldı. 

Ancaq  onun  təkliyi  çox  sürmədi.  Meydançanın 

plitələrində  addım  səsləri,  qızğın  danıĢıq  eĢidildi  və 

Volandın  qarĢısında  Korovyevlə  Begemot  peyda  oldu.  Ġndi 

gonbulun  primusu  yox  idi,  baĢqa  əĢyalarla  yüklənmiĢdi. 

Qoltuğunda  qızılı  çərçivədə  balaca  landĢaft

33

,  qolunun 



üstündə  yarısı  yanmıĢ  aĢpaz  xalatı,  o  biri  əlində  bütöv  bir 

qızıl balıq var idi. Korovyevlə Begemotdan yanıq iyi gəlirdi, 

Begemotun  sifəti  his  içindəydi,  kepkası  isə  yarıya  qədər 

yanmıĢdı. 

– Salyut,  messir!–  yorulmaq  bilməyən  cütlük qıĢqırıĢdı 

və Begemot əlindəki qızılbalığı yellədi.  

– Nə kökdəsiniz! – Voland dedi. 

– Messir,  təsəvvür  edin,  –  Begemot  həyəcanlı  halda 

sevincək qıĢqırdı, – məni soyğunçu bildilər! 

                                                 

33

Landşaft – mənzərə, yer səthinin şəkli 



downloaded from KitabYurdu.org


 

708 


– Gətirdiyin  əĢyaları  nəzərə  alsaq,  –  Voland  landĢafta 

göz gəzdirdi, – sən elə soyğunçusan. 

– Ġnanırsınızmı,  messir...  –  Begemot  ürəklə  danıĢmağa 

baĢladı. 

– Yox, inanmıram, – Voland qısaca cavab verdi. 

– Messir,  and  içirəm,  qəhrəmancasına  çalıĢdım  ki,  nə 

mümkünsə  xilas  eləyəm,  ancaq  vur-tut  bunları  götürə 

bildim. 


– YaxĢısı budur de görüm, Qriboyedov niyə yandı? 

– Voland soruĢdu. 

Hər  ikisi  əlini  yelləyib  göyə  baxdı,  Begemot  isə 

qıĢqırdı: 

– Anlaya  bilmirəm!  KirimiĢcə  oturub  qəlyanaltı 

eləyirdik... 

– Birdən – taraq, taraq! – Korovyev onun sözünü davam 

etdirdi.  –  AtəĢ  açıldı!  Qorxudan  dəhĢətə  gəlib,  Begemotla 

bulvara  doğru  qaçdıq,  onlar  da  dalımızca,  biz  özümüzü 

Timiryazevə atdıq!.. 

– Ancaq  vəzifə  borcu,  –  Begemot  söhbətə  qoĢuldu,  – 

rüsvayçı qorxaqlığımıza üstün gəldi və biz qayıtdıq. 

downloaded from KitabYurdu.org



 

709 


– Hə,  qayıtdınız?  –  Voland  dedi.  –  Əlbəttə,  bina 

büsbütün yanandan sonra. 

– Büsbütün! – Korovyev dərdli-dərdli təsdiqlədi. – Sizin 

çox dəqiq ifadə etdiyiniz kimi büsbütün, messir. Bircə külü 

qaldı! 

– Qiymətli  nəsə  çıxarmaq  ümidiylə  mən  iclas  zalına 



cumdum, – Begemot dedi, – sütunlar olan zala, messir. Ah, 

messir,  əgər  mənim  arvadım  olsaydı,  iyirmi  dəfə  dul  qala 

bilərdi! Ancaq bəxtimdən, messir, mən evli deyiləm və sizə 

açıq deyim ki, evlənmədiyimə görə xoĢbəxtəm. Ah, messir, 

məgər  subaylığın  azadlığını  məĢəqqətli  boyunduruğa 

dəyiĢmək olarmı? 

– Yenə cəfəngiyat baĢlandı, – Voland dedi. 

– EĢidirəm  və  sözümə  davam  eləyirəm,  –  piĢik  cavab 

verdi,  –  bu  da  landĢaft.  Zaldan  daha  heç  nə  çıxarmaq 

mümkün  olmadı,  alov  sifətimi  qarsalayırdı.  Mən  anbara 

qaçıb  qızılbalığı  xilas  elədim.  Mətbəxə  qaçıb  xalatı  xilas 

elədim.  Messir,  düĢünürəm  ki,  bacardığımı  eləmiĢəm,ancaq 

sizin  hər  Ģeyə  Ģübhəylə  yanaĢmanızın  səbəbini  baĢa 

düĢmürəm. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə