Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə143/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   139   140   141   142   143   144   145   146   ...   151

 

720 


Azazello öz çəp gözünü bərəldib masterə baxaraq təzim 

edib salamlaĢdı, Marqarita isə coĢqunluqla dedi: 

– Ah, necə Ģadam! Omrümdə heç belə Ģad olmamıĢam! 

Ancaq çılpaq olduğuma görə məni bağıĢla, Azazello! 

Azazello  ondan  narahat  olmamasını  xahiĢ  etdi,  nəinki 

lüt,  hətta  dərisi  büsbütün  soyulmuĢ  qadınlar  gördüyünü 

deyərək,  tünd  parçaya  bükülmüĢ  nəyisə  sobanın  böyründə 

küncə qoyub, məmnuniyyətlə süfrəyə oturdu. 

Marqaritanın  süzdüyü  konyakı  Azazello  həvəslə  içdi. 

Master  ondan  gözünü  çəkmədən  stolun  altında  hərdən 

gizlicə  sol  biləyini  çimdikləyirdi.  Ancaq  bu  çimdiklər 

kömək  eləmirdi.  Azazello  havada  ərimədi,  doğrusu,  əslinə 

qalsa,  buna  heç  ehtiyac  da  yox  idi.  Gözündəki  ağ  ləkəni 

saymasaq,  balacaboy  kürən  adam  heç  də  qorxunc  deyildi, 

ancaq  ağ  ləkə  sehr-cadusuz  da  olur,  bir  də  geyimi 

qeyriadidir  –  əbadır,  plaĢdır-nədir,  –  intəhası,  ciddi 

düĢünəndə  görürsən,  belə  Ģeylərə  rast  gəlinir.  Konyakı  da 

məharətlə  içirdi,  bütün  xeyirxah  adamlar  kimi  birdəfəyə 

baĢına  çəkirdi,  üstündən  də  heç  nə  yemirdi.  Elə  bu 

konyakdan masterin baĢı uğuldadı və o, düĢünməyə baĢladı: 

downloaded from KitabYurdu.org



 

721 


"Yox,  Marqarita  düz  deyir!  Əlbəttə,  mənim  qarĢımda 

Ģeytanın elçisi oturub. Axı mən özüm də elə srağagün gecə 

Ġvana sübut eləyirdim ki, Patriarx gölündə məhz Ģeytana rast 

gəlib,  indi  nəyə  görəsə  bu  fıkirdən  qorxub  hipnozçulardan, 

qarabasmalardan çərənləyirəm. Hipnozçu nə gəzir burada!" 

Master  altdan-altdan  Azazelloya  göz  qoymağa  baĢladı 

və  əmin  oldu  ki,  onun  gözlərində  nəsə  qeyri-təbiilik,  hələ 

söyləmədiyi  nəsə  bir  fikir  var.  "O,  sadəcə,  görüĢməyə 

gəlməyib, hansısa tapĢırıqla gəlib", – master fikirləĢdi. 

MüĢahidə qabiliyyəti ona etibarsız çıxmamıĢdı. 

Qonaq ona heç bir təsir etməyən üçüncü qədəh konyakı 

da içib dedi: 

– Doğrusu,  zirzəmiyə  söz  ola  bilməz!  Qalır  bircə 

məsələ: bu zirzəmidə gününüzü necə keçirəcəksiniz? 

– Elə mən də bunu deyirəm, – master güldü. 

– Məni  niyə  qorxudursunuz,  Azazello?  –  Marqarita 

soruĢdu. – Birtəhər! 

– Siz  nə  danıĢırsınız!  –  Azazello  əsəbiləĢdi.  –  Sizi 

qorxutmaq  mənim  heç  ağlıma  da  gəlmir.  Elə  mən  də 

deyirəm –  birtəhər.  Bəli!  Az  qalmıĢdı  unudam...  Messir 

downloaded from KitabYurdu.org



 

722 


sizə salam söylədi, həm də tapĢırdı çatdıram ki, sizi kiçik bir 

gəzintiyə  dəvət  eləyir,  əlbəttə,  əgər  istəyirsinizsə.  Fikriniz 

nədir? 

Marqarita masanın altından masteri ayağıyla itələdi. 



– Böyük  məmnuniyyətlə,  –  master  Azazelloya  göz 

qoya-qoya cavab verdi, o isə sözünə davam elədi: 

– Ümid  edirik  ki,  Marqarita  Nikolayevna  da  bundan 

imtina eləməz. 

– Mənə  qalsa,  etiraz  etmərəm,  –  Marqarita  yenə 

masterin ayağına vurdu. 

– Əla! – Azazello ucadan dedi. – Bax, buna varam! Bir 

anda  hər  Ģey  hazırdır!  Daha  Aleksandrov  bağındakı  kimi 

yox. 

– Ah,  yadıma  salmayın,  Azazello!  Mən  onda 



axmağıydım. 

Buna 


baxmayaraq, 

məni 


elə 

də 


günahlandırmağa  dəyməz  –  cin-Ģəyatinlə  hər  gün 

rastlaĢmırsan ki! 

– Əlbəttə, – Azazello təsdiqlədi,– əgər hər gün olsaydı, 

xoĢ olardı! 

downloaded from KitabYurdu.org



 

723 


– 

Mənim  də  hər  Ģeyi  sürətlə  eləməkdən  xoĢum  gəlir,  – 

Marqarita  coĢqunluqla  dedi,  –  sürəti  və  çılpaqlığı 

xoĢlayıram...  EIə  bil,  mauzerdən  güllə  atırsan!  Ax,  o,  necə 

atəĢ  açır!  –  Marqarita  üzünü  masterə  tutdu.  –  Balıncın 

altındakı  yeddiliyin  istənilən  xalını  vurur!  –  Marqarita 

keflənməyə baĢlamıĢdı, ona görə gözləri alıĢıb-yanırdı. 

– Yenə də unutdum, – Azazello əlini alnına çırpdı, – lap 

baĢımı  itirmiĢəm!  Axı  messir  sizə  hədiyyə  yollayıb,  –  bu 

yerdə üzünü masterə çevirdi, – bir ĢüĢə çaxır. Nəzərə alın ki, 

bu,  Ġudeya  prokuratorunun  içdiyi  çaxırdandır.  Falemo 

çaxırıdır. 

Təbii  ki,  belə  nadir  Ģey  Marqaritanın  da,  masterin  də 

böyük  marağına  səbəb  oldu.  Azazello  tünd  rəngli  kəfənin 

arasından  tamam  kiflənmiĢ  bardaq  çıxardı.  Çaxırı  iylədilər, 

stəkanlara süzüb pəncərədən düĢən, tufandan qabaq itməkdə 

olan iĢığa tutub baxdılar. Hər Ģeyin qan rənginə boyandığını 

gördülər. 

– Volandın  sağlığına!  –  Marqarita  stəkanını  qaldırıb 

qıĢqırdı.  

downloaded from KitabYurdu.org



 

724 


Hər  üçü  stəkanı  dodağına  toxundurub  iri  qurtum  aldı. 

Tufanqabağı iĢıq dərhal masterin gözündə sönməyə baĢladı, 

nəfəsi  təngidi, hiss  elədi  ki,  sonu  çatır.  Meyit  kimi  ağarmıĢ 

Marqaritanın köməksiz halda əlini ona sarı uzadaraq baĢının 

stola  düĢdüyünü,  sonra  sürüĢüb  döĢəməyə  yıxıldığını  da 

gördü. 


– Zəhərlədin... qatil... – master qıĢqırmağa macal tapdı. 

Masanın  üstündəki  bıçağı  götürüb  Azazellonu  vurmaq 

istədi,  əli  süfrədən  halsız  halda  sürüĢdü,  ətrafında  hər  Ģey 

qara  rəngə  büründü,  sonra  isə  tamam  itdi.  O,  arxası  üstə 

yıxıldı  və  yıxılarkən  gicgahı  yazı  stolunun  küncünə  dəyib 

çapıldı. 

Zəhərlənənlər süst düĢəndə Azazello fəaliyyətə baĢladı. 

Ġlkəvvəl  pəncərəyə  tullanıb,  bir  göz  qırpımında  Marqarita 

Nikolayevnanın yaĢadığı malikanədə oldu. Dəqiq və səliqəli 

Azazello  hər  Ģeyin  lazım  olduğu  kimi  yerinə  yetirilib-

yetirilmədiyini  yoxlamaq  istəyirdi.  Hər  Ģey  qaydasında  idi. 

Azazello  gördü  ki,  ərinin  qayıtmasını  gözləyən  qadın 

qaĢqabaqlı halda öz yataq otağından çıxdı və birdən ağappaq 

ağararaq ürəyini tutub qıĢqırdı: 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə