Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə141/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   137   138   139   140   141   142   143   144   ...   151

 

710 


– Sən  soyğunçuluq  elədiyin  vaxt  bəs  Korovyev  nəylə 

məĢğuluydu? – Voland soruĢdu. 

– Mən  yanğınsöndürənlərə  kömək  eləyirdim,  messir,  – 

Korovyev cırılmıĢ Ģalvarını göstərdi. 

– Əgər  belədirsə,  əlbəttə,  yeni  bina  tikmək  lazım 

gələcək. 

– Tikiləcək,  messir,  –  Korovyev  dedi,  –  sizi  əmin 

edirəm. 


– Nə deyim, bircə arzulamaq qalır ki, əvvəlkindən yaxĢı 

olsun, – Voland bildirdi. 

– Elə də olacaq, messir, – Korovyev dedi. 

– Siz  mənə  inanın,  –  piĢik  əlavə  etdi,  –  mən  əsl 

peyğəmbərəm. 

– Nə  təhər  olsa  da,  biz  gəldik,  messir,  –  Korovyev 

bildirdi, – sizin tapĢırıqlarınızı gözləyirik. 

Voland  kətildən  qalxıb  sürahiyə  yaxınlaĢdı  və  arxası 

əshabələrinə durub bir xeyli dinməzcə uzaqlara baxdı. Sonra 

yenə geri çəkilib kətilə çökərək dedi: 

– Heç  bir  tapĢırıq  olmayacaq,  bacardığınızı  elədiniz, 

hələ  ki,  sizin  xidmətinizə  ehtiyacım  yoxdur.  Dincələ 

downloaded from KitabYurdu.org



 

711 


bilərsiniz.  Ġndi  tufan  qopacaq,  sonuncu  tufan,  o,  lazım  olan 

hər Ģeyi axıra çatdıracaq və biz yola düĢəcəyik. 

– Çox  yaxĢı,  messir,  –  hər  iki  oyunbaz  cavab  verib 

meydançanın  ortasındakı  dairəvi  mərkəzi  olan  qüllənin 

arxasında gözdən itdi. 

Voland  dediyi  tufanın  əlamətləri  artıq  üfüqdə 

görünürdü.  Qərbdən  qalxan  qara  bulud  günəĢi  yarıyacan 

uddu. Sonra onu tamam örtdü. Meydançada hava sərinləĢdi. 

Bir az keçmiĢ qaranlıq çökdü. 

Qərbdən  gələn  qaranlıq  nəhəng  Ģəhəri  örtdü.  Körpülər, 

saraylar görünməz oldu. Dünyada heç olmayıbmıĢ kimi hər 

Ģey  yoxa  çıxdı.  Bütün  səmanı  odlu  xətt  yarıb  keçdi.  Sonra 

Ģəhəri  gurultu  silkələdi.  Gurultu  təkrar  olundu  və  tufan 

qopdu. Voland tufanın zülmətində görünməz oldu.  

 

 

 



XXX fəsil 

VAXTDIR! VAXTDIR! 

 

downloaded from KitabYurdu.org




 

712 


– Bilirsən,  –  Marqarita  dedi,  –  dünən  gecə  sən  yuxuya 

gedəndə  mən  Aralıq  dənizindən  gələn  qaranlıq  haqqında 

oxuyurdum...  bir  də  bütlər,  ah,  qızıl  bütlər!  Nəyə  görəsə 

onlar  mənə  rahatlıq  vermir.  Mənə  elə  gəlir,  indi  yağıĢ 

yağacaq. Hiss eləyirsən, hava necə sərinləĢir? 

– Bunların  hamısı  xoĢdur,  yaxĢıdır,  –  master  əliylə 

papirosun tüstüsünü qovdu, – bütləri də boĢla getsin... ancaq 

bu iĢlərin sonrası nə olacaq, qətiyyən məlum deyil! 

Bu söhbət qürub çağı, məhz Levi Matvey meydançada 

Volandın  yanına  gəldiyi  vaxt  olurdu.  Zirzəminin  balaca 

pəncərəsi  açıq  idi  və  əgər  kimsə  içəri  boylansaydı, 

danıĢanların  qəribə  görkəminə  təəccüblənərdi.  Marqarita 

çılpaq  bədəninə  qara  plaĢ  keçirmiĢdi,  master  isə  xəstəxana 

tuman-köynəyindəydi.  Ona  görə  beləydi  ki,  Marqaritanın 

geyinməyə  heç  nəyi  yox  idi,  çünki  bütün  pal-paltarı 

malikanədə  qalmıĢdı,  hərçənd  malikanə  uzaqda  deyildi, 

ancaq oraya gedib öz əĢyalarını gətirməkdən danıĢmağa belə 

dəyməzdi.  Heç  hara  getməyibmiĢ  kimi  masterin  paltarlarını 

dolabdan  tapsalar  da,  o,  sadəcə,  geyinmək  istəməmiĢdi,  elə 

oturub-durub  deyirdi  ki,  indicə  nəsə  cəfəng  Ģeylər  baĢ 

downloaded from KitabYurdu.org



 

713 


verəcək.  Düzdür,  həmin  payız  gecəsindən  sonra  master  ilk 

dəfəydi  üzünü  qırxmıĢdı  (klinikada  saqqalını  maĢınkayla 

qırxırdılar). 

Otağın  da  görkəmi  qəribəydi,  qarıĢıqlıqdan  baĢ 

çıxarmaq  çətin  məsələydi.  Xalçanın  üstündə,  divanda 

əlyazmalar  vardı.  Hansısa  kitab  kresloda  ağzıüstə  yarıaçıq 

atılıb qalmıĢdı. Dəyirmi masada süfrə açılmıĢdı, yeməklərin 

arasında  bir  neçə  butulka  vardı.  Bu  yeməklərin,  içkilərin 

haradan peyda olduğu Marqaritaya, masterə məlum deyildi. 

Yuxudan ayılıb bunların hamısını süfrədə görmüĢdülər. 

ġənbə günü Ģər qarıĢana qədər yatan masterlə sevgilisi 

özlərini 

tam 

gümrah 


hiss 

eləyirdilər, 

dünənki 

sərgüzəĢtlərdən  yalnız  bir  Ģey  xəbər verirdi – sol  gicgahları 

azca  gizildəyirdi.  Hər  ikisinin  ruhi  aləmində  isə  böyük 

dəyiĢikliklər  baĢ  vermiĢdi,  zirzəmidə  danıĢılanlara  qulaq 

asan hər kəs buna əmin olardı. Ancaq qulaq asası kimsə yox 

idi.  Həyətin  də  gözəlliyi  elə  kimsəsizliyindəydi.  Günü-

gündən  daha  çox  yaĢıllaĢan  pəncərə  önündəki  cökə  və 

ağsöyüddən  ətrafa  bahar  qoxusu  yayılırdı  və  əsən  yel  o 

qoxunu zirzəmiyə gətirirdi. 

downloaded from KitabYurdu.org




 

714 


– Bu, Ģeytan  əməlidir! – master qəfildən dedi. – Adam 

ağlına  sığıĢdıra  bilmir...  –  papirosu  külqabında  söndürüb, 

baĢını  əlləriylə  sıxdı.  –  Bir  qulaq  as,  sən  ki  ağlını 

çaĢdırmamısan...  Qəti  əminsən  ki,  biz  dünən  Ģeytanın 

yanında olmuĢuq? 

– Qəti əminəm, – Marqarita cavab verdi. 

– Əlbəttə,  əlbəttə,  –  master  istehzayla  dedi,  –  indi  bir 

dəli əvəzinə ikisi göz qabağındadır! Ər də, arvad da. – Əlini 

göyə  qaldırıb  qıĢqırdı:  –  Yox,  bu,  Ģeytan  əməlidir,  Ģeytan 

əməlidir, Ģeytan əməlidir! 

Cavab  əvəzinə  Marqarita  özünü  divana  yıxıb  uğundu, 

yalın ayaqlarını oynadıb qıĢqırdı: 

– Oy,  öldüm  gülməkdən!  Oy,  öldüm  gülməkdən!  Bir 

özünə bax, gör nəyə oxĢayırsan! 

Master  xəstəxana  tumanını  utana-utana  yuxarı  çəkənə 

qədər Marqarita gülməyini kəsib ciddiləĢdi. 

– Sən  indi  qeyri-ixtiyari  düzünü  söylədin,  –  o  dedi,  – 

Ģeytan  əməlidir,  Ģeytan  da  hər  Ģeyi  yoluna  qoyacaq,  inan 

mənə!  –  Gözləri  birdən  parıldadı,  sıçrayıb  yerində  oynaya-

oynaya  qıĢqırdı:  –  Necə  xoĢbəxtəm,  necə  xoĢbəxtəm  ki, 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə