Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə149/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

750 


Ģamlar  artıq  yanır,  ancaq  tezliklə  sönəcək,  çünki  siz  dərhal 

dan  yeriylə  qarĢılaĢacaqsınız.  Bu  yolla  gedin,  master,  bu 

yolla! Əlvida! Mənim getmək vaxtımdır. 

– Əlvida!  – Marqarita və master birağızdan qıĢqırdılar. 

Onda  qara  geyimli  Voland  yola  məhəl  qoymadan  özünü 

uçuruma 


atdı, 

əshabələri 

də 

hay-küylə 



onun 

arxasıncatullandılar. Qayalar, meydança, ay yolu, YerĢalaim 

görünməz  oldu.  Qara  atlar  da  yoxa  çıxdı.  Master  və 

Marqarita vəd olunan dan yerini gördülər. Gecə yarısı birdən 

hava  iĢıqlaĢmağa  baĢladı.  Master  öz  sevgilisiylə  sübh 

Ģəfəqləri  altında  mamırlı  daĢ  körpüylə  gedirdi.  Onlar 

körpünü  keçdilər.  Çay  vəfalı  sevgililərdən  arxada  qaldı  və 

onlar qumlu yola çıxdılar. 

–  Səssizliyə  qulaq  as,  –  Marqarita  masterə  dedi,  qum 

Marqaritanın yalın ayaqları altında xırçıldayırdı,  – qulaq as 

və  həyatda  sənə  qismət  olmayan  bu  səssizlikdən  ləzzət  al. 

Bax,  sənə  mükafat  verilən  əbədi  evin  irəlidə  görünür. 

Venesiya  üslublu  pəncərələri,  qıvrıla-qıvrıla  dama  kimi 

qalxan tənəyi də görürəm. Bax, bu, sənin evindir, əbədi evin. 

Bilirəm, axĢamlar  yanına səni sevən, səni  maraqlandıran və 

downloaded from KitabYurdu.org




 

751 


səni  narahat  etməyən  adamlar  gələcək.  Onlar  sənin  üçün 

çalacaqlar,  sənin  üçün  oxuyacaqlar,  Ģamlar  yananda  otağın 

necə  iĢıqlandığını  görəcəksən.  HəmiĢəki  qara  papağını 

baĢına  qoyub  yatacaqsan,  dodağında  təbəssüm  yatacaqsan. 

Yuxu  səni  gümrahlaĢdıracaq,  ağıllı  fikirlər  yürüdəcəksən. 

Məni  isə  daha  qova  bilməyəcəksən.  Sənin  yuxunu  mən 

qoruyacağam. 

Masterlə  öz  əbədi  evlərinə  tərəf  gedə-gedə  Marqarita 

belə  deyirdi,  masterə  elə  gəlirdi  ki,  Marqaritanın  sözləri 

keçib  gəldikləri  çay  kimi  Ģırıldayır  və  masterin  narahat, 

xəstə  yaddaĢı  sönməyə  baĢladı.  Yaratdığı  qəhrəmanı  indicə 

azadlığa buraxdığı kimi kimsə masteri də azadlığa buraxırdı. 

Həmin qəhrəman, münəccimlər Ģahının bazar gününə keçən 

gecə 


bağıĢlanmıĢ  oğlu,  Ġudeyanın  qəddar  beĢinci 

prokuratoru  atlı  Ponti  Pilat  həmiĢəlik  dibsiz  uçuruma 

gömülmüĢdü.  

 

 



EPĠLOQ 

downloaded from KitabYurdu.org




 

752 


Bəs  Ģənbə  günü  qürub  çağı  Voland  paytaxtı  tərk  edib, 

öz  əshabələriylə  Vorobyov  dağlarında  yoxa çıxandan  sonra 

Moskvada nələr baĢ verdi? 

Çox  sürətlə  əyalətlərin  ən  uzaq,  ən  ucqar  yerlərinəcən 

yayılan  ağlasığmaz  Ģayiələrin  xeyli  müddət  paytaxtda 

dolaĢdığından  danıĢmağa  belə  dəyməz.  Bu  Ģayiələri  təkrar 

eləmək belə ürək bulandırır. 

ġəxsən  mən,  bu  doğru  sətirlərin  müəllifi  Feodosiyaya 

gedəndə  qatarda  eĢitdim  ki,  Moskvada  iki  min  adam 

teatrdan,  sözün  əsl  mənasında,  lüt  çıxıb,  o  görkəmdə  də 

taksiylə evə yollanıb. 

"Cin-Ģəyatin..." 

pıçıltısı 

ağartı 


dükanlarındakı 

növbələrdə, 

tramvaylarda, 

mağazalarda, 

evlərdə, 

mətbəxlərdə,  bağ  evlərinə,  uzaq  yerlərə  gedən  qatarlarda, 

stansiyalarda  və  yarımstansiyalarda,  bağ  evlərində  və 

çimərliklərdə eĢidilirdi. 

Nisbətən  gözüaçıq  və  mədəni  adamlar  paytaxta  təĢrif 

buyuran cin-Ģəyatin barəsindəki söhbətlərdə, təbii ki, iĢtirak 

etmirdilər,  hətta  bu  danıĢılanlara  gülürdülər,  danıĢanların 

baĢına ağıl qoymağa çalıĢırdılar. Ancaq fakt, necə deyərlər, 

downloaded from KitabYurdu.org



 

753 


faktlığında  qalır  və  heç  nə  izah  etmədən  buna  saymazlıq 

göstərmək  olmaz:  paytaxtda  kimsə  olmuĢdu.  Tək  elə  yanıb 

külə dönmüĢ Qriboyedov və bir çox baĢqa Ģeylər bunu açıq-

aydın təsdiqləyirdi. 

Mədəni 

adamlar  istintaqın  gəldiyi  nəticə  ilə 



razılaĢırdılar:  Ģəhərdə  öz  sənətini  çox  əla  bilən 

hipnozçulardan və falçılardan ibarət quldur dəstəsi fəaliyyət 

göstərib. 

Bu  quldur  dəstəsini  tutmaq  üçün  Moskvada  və  onun 

hüdudlarından  kənarda,  əlbəttə,  təcili  tədbirlər  görüldü, 

ancaq  çox  təəssüf  ki,  görülən  iĢlər  heç  bir  nəticə  vermədi. 

Özünü  Voland  adlandıran  Ģəxs  əlaltılarıyla  birlikdə  yoxa 

çıxdı  və  Moskvaya  bir  daha  qayıtmadı,  ümumiyyətlə,  heç 

yerdə  görünmədi,  özünü  necəsə  büruzə  vermədi.  Tamamilə 

təbiidir  ki,  onun  xaricə  qaçdığı  barədə  fərziyyələr  ortaya 

çıxdı, ancaq oradan da səs-sorağı gəlmədi. 

Ġstintaq  çox  uzun  sürdü.  Axı  törədilən  cinayətlər 

dəhĢətliydi!  YanmıĢ  dörd  bina,  ağlını  itirmiĢ  yüzlərlə  adam 

bir yana, üstəlik, öldürülənlər var idi. Ġkisi haqqında: Berlioz 

və Moskvanın görməli yerləriylə tanıĢlıq bürosunun bədbəxt 

downloaded from KitabYurdu.org




 

754 


iĢçisi  keçmiĢ  baron  Meygel  haqqında  bunu  dəqiq  demək 

olardı.  Onlar  ki  qətlə  yetirilmiĢdilər.  Ġkincinin  yanmıĢ 

sümükləri 

yanğın 


söndürüləndən 

sonra 


Sadovaya 

küçəsindəki  50  №-li  mənzildə  tapılmıĢdı.  Bəli,  qurbanlar 

olmuĢdu və bu qurbanlar istintaq aparılmasını tələb edirdi. 

Ancaq Voland paytaxtı tərk edəndən sonra da qurbanlar 

olmuĢdu və çox kədərli haldır ki, bu qurbanlar qara piĢiklər 

idi. 


Ġnsana  sədaqətli  və  xeyirli  olan  bu  dinc  heyvanların, 

təxminən,  yüzü  ölkənin  müxtəlif  yerlərində  güllələnmiĢ,  ya 

da  baĢqa  üsullarla  məhv  edilmiĢdi.  On  beĢ  piĢik  Ģikəst 

olunmuĢ  halda  müxtəlif  Ģəhərlərin  milis  Ģöbəsinə 

gətirilmiĢdi. Məsələn, Armavirdə bir vətəndaĢ heç bir təqsiri 

olmayan  heyvanın  qabaq  ayaqlarını  bağlayıb  milisə 

aparmıĢdı. 

PiĢik  oğrun-oğrun  (neyləyəsən,  piĢiklərin  görkəmi 

belədir. Ona görə yox ki pis heyvandır, sadəcə, qorxur daha 

güclü  bir  canlı  –  it,  ya  insan  –  ona  xətər  yetirər,  incidər. 

Döymək, incitmək asandır, ancaq sizi inandırıram ki, bu, heç 

kimə Ģərəf gətirməz. Bəli, Ģərəf gətirməz!), hə, piĢik oğrun-

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə