Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə150/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

755 


oğrun,  nədənsə,  pıtraqlığa  cummağa  hazırlaĢanda  həmin 

vətəndaĢ onu görüb. 

Özünü  piĢiyin  üstünə  yıxaraq,  onu  bağlamaq  üçün 

qalstukunu aça-aça hirslə donquldanıb: 

– Aha!  Deyəsən,  indi  də  bizim  Armavirə  təĢrif 

gətirmisiniz,  cənab  hipnozçu?  Ancaq  burada  sizdən  qorxan 

yoxdur.  Özünüzü  də  lallığa  vurmayın.  Hansı  yuvanın  quĢu 

olduğunuzu yaxĢı bilirik! 

Pəncələrini  yaĢıl  qalstukla  bağlayıb,  yazıq  piĢiyi 

sürüyə-sürüyə  milisə  aparırmıĢ,  hərdən  də  təpik  vururmuĢ 

ki, piĢik hökmən dal ayaqlarının üstündə yerisin. 

– Özünüzü,  –  uĢaqların  fit  verə-verə  dahnca  düĢdüyü 

vətəndaĢ  qıĢqırırmıĢ,  –  gicliyə  qoymayın!  Bizi  aldada 

bilməzsiniz! Zəhmət çəkin hamı kimi yeriyin! 

Qara piĢik ancaq əzablı baxıĢlarla yazıq-yazıq baxırmıĢ. 

Təbiətən  danıĢmaq  qabiliyyətindən  məhrum  olduğundan 

özünü təmizə çıxara bilmirmiĢ. Xilası üçün bədbəxt piĢik ilk 

növbədə  milisə,  sonra  da  sahibi  dul  qarıya  minnətdar 

olmalıdır. PiĢik Ģöbəyə çatdırılan kimi görüblər vətəndaĢdan 

bərk  spirt  qoxusu  gəlir,  bu  səbəbdən  də  onun  ifadəsinə 

downloaded from KitabYurdu.org



 

756 


dərhal  Ģübhəylə  yanaĢıblar.  Bu  arada  piĢiyinin  tutulduğunu 

qonĢularından  eĢidən  qarı  qaçaraq  özünü  vaxtında  Ģöbəyə 

çatdırıb. PiĢiyi haqqında ən tərifli sözlər söyləyib, deyib ki, 

onu lap balacalığından, beĢ ildir tanıyır, ona özü kimi inanır, 

ona zamin dura bilər, deyib ki, piĢik indiyə qədər heç bir pis 

iĢ  tutmayıb  və  heç  vaxt  Moskvaya  getməyib.  Armavirdə 

doğulub, burada böyüyüb və siçan tutmağı öyrənib. 

Pəncələri  açılıb  sahibinə  qaytarılan  piĢik  baĢı  daĢdan-

daĢa  dəyəndən  sonra  təcrübədə  bilib  ki,  səhv  və  böhtan  nə 

deməkdir. 

PiĢiklərdən  baĢqa,  bəzi  adamlar  da  xoĢagəlməz 

hadisələrlə  üzləĢmiĢdilər.  Bir  neçə  nəfər  həbs  olunmuĢdu. 

Qısa  müddətə  saxlananlar  arasında  Leninqradda  vətəndaĢ 

Volman və Volper, Saratov, Kiyev və Xarkovda üç Volodin, 

Kazanda  Volox  var  idi,  Penzada  isə  qətiyyən  məlum 

olmayan  səbəbdən  kimya  elmləri  namizədi  Vetçinkeviç 

tutulmuĢdu.  Doğrudur,  o,  çox  hündür,  qarabuğdayı  bir 

adamdı. 


Bundan baĢqa, müxtəlif yerlərdə doqquz Korovin, dörd 

Korovkin və iki Karavayev ələ keçmiĢdi. 

downloaded from KitabYurdu.org



 

757 


Sevastopol 

qatarından 

bir 

vətəndaĢı 



Belqorod 

stansiyasında qolubağlı düĢürmüĢdülər. Bu vətəndaĢ onunla 

gedən  sərniĢinləri  kartda  göstərdiyi  fokuslarla  əyləndirmək 

istəyirmiĢ. 

Yaroslavlda  bir  vətəndaĢ  yenicə  təmirdən  götürdüyü 

primusla məhz nahar vaxtı restorana gəlibmiĢ. Ġki qapıçı onu 

paltar asılan yerdə görən kimi dabanına tüpürüb, onların da 

arxasınca  bütün  müĢtərilər  və  iĢçilər  restorandan  qaçıblar. 

Üstəlik,  həmin  vaxt  kassir  qadının  gəlirinin  hamısı 

müəmmalı tərzdə yoxa çıxıb. 

Çox  Ģeylər  olub,  hamısını  xatırlamaq  mümkün  deyil. 

Hər ağızdan bir söz çıxırdı. 

Bir daha istintaqa haqq qazandırmaq lazımdır. Hər Ģey 

yalnız  cinayətkarları  tutmaq  üçün  yox,  həm  də  onların 

törətdiklərini  izah  etmək  üçün  edilmiĢdi.  Bunların  hamısı 

izah  olunmuĢdu,  izahları  da  ağıllı  və  inandırıcı  saymaq 

olardı. 

Əməliyyatçılar və təcrübəli psixiatrlar müəyyən etdilər 

ki,  cinayətkar  dəstənin  üzvləri,  ya  ola  bilsin,  onlardan 

hansısa  (Ģübhə  əsasən  Korovyevin  üstünə  düĢürdü)  özünü 

downloaded from KitabYurdu.org



 

758 


əslində  olduğu  yerdə  yox,  olmadığı  yerdə  göstərməyi 

bacaran misli görünməmiĢ gücə malik hipnozçudur. Bundan 

baĢqa,  onlar  hansısa  əĢyanın,  ya  adamın  əslində  olmadığı 

yerdə  olduğunu  qarĢılaĢdıqları  adamlara  asanca  təlqin 

eləyiblər  və  ya  əksinə,  həqiqətən,  göz  qabağında  olan 

əĢyaları, ya adamları yoxa çıxarıblar. 

Belə  izahatdan  sonra  hər  Ģey,  hətta  izaholunmaz  kimi 

görünən, vətəndaĢları ən çox həyəcanlandıran bir hadisə də 

– 50 №-li mənzildə həbsinə cəhd göstəriləndə atəĢə tutulan 

piĢiyə güllənin kar eləməməyi belə tamamilə aydındır. 

Təbii  ki,  çilçırağa  piĢik-zad  dırmaĢmayıb,  ona  güllə 

atmaq heç kimin ağlına belə gəlməyib, havaya atəĢ açıblar, 

piĢiyin  çilçırağa  çıxıb  Ģuluqluq  saldığını  təlqin  eləyən 

Korovyev  özünün  çox  böyük,  ancaq  cinayətkarcasına 

yararlandığı  təlqinetmə  bacarığından  ləzzət  alaraq,  ağız-

burnunu  əyə-əyə  həmin  vaxt  atəĢ  açanların  arxasında  çox 

asanca gizlənə bilərdi. 

Əlbəttə,  Styopa  Lixodeyev  Yaltaya  uçmamıĢdı  (belə 

Ģey  hətta  Korovyevin  də  qüvvəsi  xaricindəydi)  və  oradan 

teleqram yollamamıĢdı. Göbələk turĢusunu çəngələ keçirmiĢ 

downloaded from KitabYurdu.org



 

759 


piĢiyi  ona  göstərən  Korovyevin  fokusundan  qorxub,  zərgər 

arvadının  mənzilində  özündən  gedibyıxılmıĢdı,  sonra 

Korovyev  onunla  məzələnərək  baĢına  keçə  papaq  keçirib 

Moskva  aerodromuna  yollamıĢdı,  əvvəlcədən  də  Styopanı 

qarĢılayan cinayət axtarıĢ idarəsinin nümayəndələrinə təlqin 

etmiĢdi ki, Styopa Sevastopoldan gələn təyyarədən düĢəcək. 

Doğrudur,  Yaltanın  cinayət  axtarıĢ  idarəsi  Styopanı 

ayaqyalın  vəziyyətdə  qəbul  etdiyini,  onun  barəsində 

Moskvaya  teleqram  göndərdiyini  təsdiqləyirdi,  ancaq  bu 

teleqramların  heç  birinin  surəti  sənədlərin  arasında 

tapılmamıĢdı və belə bir kədərli, ancaq qəti fikrə gəlinmiĢdi 

ki,  hipnozçular  dəstəsi  çox  uzaq  məsafədən,  həm  də 

adamları  yalnız  ayrı-ayrılıqda  yox,  qrup  halında  da  hipnoz 

eləməyi  bacarırmıĢ.  Bu  cür  imkanları  olan  cinayətkarlar  ən 

möhkəm psixikaya malik adamları da dəli eləyə bilərmiĢlər.  

Parterdə  oturmuĢ  adamın  cibindən  tapılan  kart  dəsti, 

yoxa çıxan qadın paltarları, miyoldayan beret və buna oxĢar 

baĢqa  xırda  Ģeylərdən  heç  danıĢmağa  dəyməz!  Belə 

hoqqaları,  o  cümlədən  konferansyenin  baĢının  qoparılması 

kimi  sadə  fokusları  babat  peĢəkar  hipnozçu  istənilən 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə