Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə144/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   140   141   142   143   144   145   146   147   ...   151

 

725 


– NataĢa!  Kimsə...  yanıma  gəlsin!  –  və  kabinetə 

çatmamıĢ qonaq otağının döĢəməsinə yıxıldı. 

– Hər  Ģey  qaydasındadır,  –  Azazello  dedi.  O,  bir  an 

sonra  yerə  yıxılmıĢ  sevgililərin  yanında  idi.  Marqarita  üzü 

üstə  xalçaya  uzanmıĢdı.  Azazello  güclü  əlləriylə  oyuncaq 

kimi  onu  özünə  tərəf  çevirib  sifətinə  baxdı.  Onun  gözü 

qarĢısında  Marqaritanın  sifəti  dəyiĢirdi.  Hətta  tufanqabağı 

alaqaranlıqda  onun  müvəqqəti  ifritə  çəpgözlüyünün, 

üzündəki  qəddarlığın,  coĢqunluğun  itdiyi  görünürdü. 

Mərhumun  sifəti  ağarıb,  nəhayət,  cizgiləri  yumĢaldı  və 

üzündəki  yırtıcı  ifadəni  qadına  məxsus  iztirab  əvəz  elədi. 

Azazello  onun  ağ  diĢlərini  aralayıb,  zəhərlədiyi  həmin 

çaxırdan bir neçə damcı ağzına tökdü. Marqarita nəfəs alıb 

Azazellonun köməyi olmadan oturdu və zəif səslə soruĢdu: 

– Nəyə  görə,  Azazello,  nəyə  görə?  Bu  nə  iĢdir  baĢıma 

gətirdiniz? 

O, yerə sərilmiĢ masteri görüb diksindi. 

– Mən bunu gözləmirdim... qatil! 

– Yox, yox, – Azazello dedi, – o indi qalxacaq. Ax, siz 

nə yaman əsəbisiniz! 

downloaded from KitabYurdu.org



 

726 


Kürən iblisin səsi o qədər səmimiydi ki, Marqarita ona 

dərhal inandı. Gümrah halda sıçrayıb, yerə sərilmiĢ masterə 

çaxır içirtməyə kömək elədi. Master gözünü açıb nifrətlə öz 

son sözlərini təkrar elədi: 

– Zəhərlədin... qatil... 

– Ax!  Adi  Ģeydir,  yaxĢı  iĢin  mükafatı  həmiĢə  təhqir 

olub,  –  Azazello  cavab  verdi.  –  Doğrudanmı  korsunuz?  Di 

baĢa düĢün! 

Master qalxıb aydın baxıĢlarla ətrafına baxdı. 

– Bu yeniliyin mənası nədir? 

– Mənası  odur  ki,  –  Azazello  dedi,  –  getmək  vaxtıdır. 

Tufan  qalxır,  eĢidirsiniz?  Hava  qaralır.  Atların  dırnağı  yer 

eĢir, bağça titrəyir. Zirzəmiylə vidalaĢın, tez vidalaĢın. 

– Aha, anlayıram,  –  master ətrafına göz gəzdirdi, – siz 

bizi  öldürmüsünüz,  biz  ölüyük.  Ax,  nə  ağıllı  hərəkətdir! 

Necə vaxtında edilmiĢ hərəkətdir! Ġndi hər Ģeyi anladım. 

– Ġnsafınız olsun, – Azazello dedi, – bu sözləri sizsiniz 

deyən?  Axı  sevgiliniz  sizi  master  adlandırır,  axı  siz 

düĢünürsünüz, siz necə ölü ola bilərsiniz? Məgər özünü diri 

downloaded from KitabYurdu.org




 

727 


hesab  eləmək  üçün  əynində  köynək,  xəstəxana  tumanında 

hökmən zirzəmidə oturmaq lazımdır? Bu gülüncdür! 

– Sizi baĢa düĢdüm, – master həyəcanla dedi, – davam 

etməyin! Siz min dəfə haqlısınız! 

– Böyük  Voland,  böyük  Voland!  –  Marqarita  təkrar-

təkrar  dedi.  –  O,  məndən  daha  yaxĢı  fıkirləĢib.  Ancaq 

romanı, – masterə qıĢqırdı, – hara uçsan da, romanı özünlə 

götür! 


– Lazım  deyil,  –  master  cavab  verdi,  –  mən  onu  əzbər 

bilirəm. 

– Bir  kəlməni...  bir  kəlməni  belə  unutmazsan?  – 

Marqarita sevgilisinə sığınıb, onun çapılan gicgahının qanını 

silə-silə soruĢdu. 

– Narahat  olma!  Mən  daha  heç  nəyi  heç  zaman 

unutmaram, – o cavab verdi. 

– Onda alov! – Azazello ucadan dedi. – Hər Ģey alovla 

baĢlamıĢdı, biz də hər Ģeyi alovla bitiririk. 

– Alov!  –  Marqarita  qorxunc  səslə  bağırdı.  Zirzəminin 

pəncərəsi  çırpıldı,  külək  pərdələri  kənara  atdı.  Göy 

guruldadı.  Azazello  pəncəsini  sobaya  soxub,  tüstülənən 

downloaded from KitabYurdu.org



 

728 


kösövü  çıxararaq süfrəni  yandırdı.  Sonra divanın üstündəki 

bir  büküm  köhnə  qəzeti,  onun  dalınca  əlyazmaları  və 

pəncərə pərdələrini yandırdı. 

At  çapacağı  fikrindən  məst  olmuĢ  master  taxçadan 

hansısa  kitabı  götürüb,  səhifələrini  daraqlayaraq,  yanan 

süfrəyə atdı və kitab bir anda od tutub alıĢdı. 

– Yan, yan, əvvəlki həyat! 

– Əzablanm, yan! – Marqarita qıĢqırdı. 

Otaqda  artıq  qıpqırmızı  alov  sütunları  dalğalanırdı  və 

tüstü  ilə  biriikdə  üç  nəfər  evdən  qaçaraq  daĢ  pilləkənlə 

qalxıb  həyətə  çıxdı.  Ġlk  olaraq  evtikənin  yerdə  oturan 

aĢpazını  gördülər;  qadının  ətrafına  kartof  və  bir  neçə  dəstə 

soğan  səpələnmiĢdi.  AĢpaz  qadının  vəziyyəti  aydındı.  Üç 

qara  at  anbarın  yanında  fınxırıb  dırnağıyla  yer  eĢirdi. 

Marqarita,  onun  arxasınca  Azazello,  lap  sonda  master  at 

belinə  sıçradı.  AĢpaz  qadın  inildəyib  xaç  çəkmək  istədi, 

ancaq Azazello yəhərin üstündən ona acıqlandı: 

– Əllərini  kəsərəm!  –  Azazello  fit  çaldı  və  atlar  cökə 

ağacının  budaqlarını  sındıraraq  uçub  aĢağıdakı  qara  buluda 

downloaded from KitabYurdu.org




 

729 


sancıldılar.  O  saat  zirzəminin  pəncərəsindən  tüstü  çıxmağa 

baĢladı. AĢağıdan aĢpaz qadının yanıqlı zəif səsi eĢidildi: 

– Yanırıq!.. 

Atlar artıq Moskvanın üzəriylə çapırdı. 

– Mən  Ģəhərlə  vidalaĢmaq  istəyirəm,  –  master  irəlidə 

çapan  Azazelloya  qıĢqırdı.  Ġldırım  masterin  cümləsinin 

sonunu  batırdı.  Azazello  baĢı  ilə  razılığını  bildirdi  və  atını 

dördnala çapdı. Atlılara sarı çox sürətlə bulud uçurdu, ancaq 

bu bulud hələ yağıĢ çiləmirdi. 

Onlar  bulvarın  üstü  ilə  uçurdular,  adamların  yağıĢdan 

daldalanmaq üçün necə qaçdıqlarını görürdülər. Ġlk damcılar 

düĢdü. Onlar vur-tut tüstüsü qalmıĢ Qriboyedovun üstündən 

keçdilər. Artıq qaranlığa bürünən Ģəhərin üzəriylə uçurdular. 

Onlardan yuxarıda ĢimĢəklər çaxırdı. Sonra damları yaĢıllıq 

əvəz elədi. Yalnız onda selləmə yağıĢ tökdü və uçanları suda 

üç iri qovcuğa döndərdi. 

UçuĢ duyğusu Marqaritaya tanıĢ idi, masterə isə yox və 

master  vidalaĢmaq  istədiyi  yeganə  adamla  görüĢ  yerinə  tez 

çatdıqlarına  heyrətləndi.  O,  yağıĢ  pərdəsi  arxasından 

Stravinskinin  klinikasını,  çayı  və  yaxĢı  bələd  olduğu  qarĢı 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə