Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə146/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

735 


ĠvanuĢkaya  qorxa-qorxa  baxdı.  Ancaq  qorxulu  heç  nə  baĢ 

vermədi. O yalnız barmağını mənalı-mənalı qaldırıb dedi: 

– Mən  elə  də  bilirdim!  Praskovya  Fyodorovna,  sizi 

inandırıram  ki,  indicə  Ģəhərdə  bir  adam  da  vəfat  etdi.  Mən 

hətta  onun  kimliyini  də  bilirəm,  –  ĠvanuĢka  müəmmalı 

tərzdə gülümsədi, – o, qadındır. 

 

 

XXXI fəsil  



VOROBYOV DAĞLARINDA 

 

Tufandan  əsər-əlamət  qalmamıĢdı,  Moskva  üzərindən 



tağ kimi asılmıĢ göyqurĢağı Moskva çayından su içirdi. Ġki 

meĢə  arasındakı  təpəlikdə  üç  qaraltı  görünürdü.  Voland, 

Korovyev  və  Begemot  yəhərli  qara  atların  belində  oturub, 

çayın  o  tayına  səpələnmiĢ,  qərbə  baxan  minlərlə 

pəncərəsində  buludların  arxasından  boylanan  günəĢin  bərq 

vurduğu  Ģəhərə,  Deviçi  monastırın  bəzəkli  qüllələrinə 

baxırdılar. 

downloaded from KitabYurdu.org




 

736 


Havadan səs gəldi, yellənən qara plaĢından arxada uçan 

master  və  Marqarita  ilə  birlikdə  Azazello  onları  gözləyən 

dəstənin yanında yerə endi. 

– Marqarita Nikolayevna və master, sizi narahat eləməli 

olduq,  –  Voland  bir  az  susandan  sonra  dilləndi,  –  ancaq 

məndən  narazı  qalmayacaqsınız.  DüĢünürəm  ki,  peĢman 

deyilsiniz.  Hə,  –  masterə  üz  tutdu,  –  di  Ģəhərlə  vidalaĢın. 

Vaxtdır,  –  Voland  genboğaz  qara  əlcəkli  əliylə  çayın  o 

tayında  günəĢin  saysız-hesabsız  ĢüĢələri,  az  qala,  əritdiyi, 

gün ərzində qızmıĢ Ģəhərin üzərində qatı dumanın, tüstünün, 

buxarın durduğu yeri göstərdi. 

Master  yəhərdən  sıçrayıb  atlılardan  aralanaraq  yarğana 

tərəf  qaçdı.  Qara  plaĢ  onun  arxasınca  sürünürdü.  Master 

Ģəhərə  baxmağa  baĢladı.  Ġlk  anlar  ürəyi  qüssədən  sıxıldı, 

ancaq çox tezliklə bu qüssəni xoĢ bir həyəcan, gəzərgi qaraçı 

narahatlığı əvəz etdi. 

 

– Bir  də  heç  vaxt  görməyəcəyəm!  Bunu  dərk  eləmək 



lazımdır, – master pıçıldayıb, çat-çat olmuĢ quru dodaqlarını 

yaladı.  Ürəyində  nələr  baĢ  verdiyini  duymağa  çalıĢdı.  Ona 

downloaded from KitabYurdu.org



 

737 


elə  gəldi  ki,  həyəcanın  yerini  inciklik  tutdu.  Ancaq  bu 

inciklik  uzun  sürməyib  məğrur  laqeydliklə,  bu  da  öz 

növbəsində daimi dinclik hissiylə əvəz olundu. 

Atlı dəstə masteri dinməzcə gözləyirdi. Onlar yarğanın 

kənarındakı  uzun  qara  fiqurun  əl-qol  oynatdığına,  bütün 

Ģəhəri,  Ģəhər  kənarını  görmək  istəyirmiĢ  kimi  gah  baĢını 

qaldırdığına,  gah  da,  sanki,  ayağı  altındakı  tapdanmıĢ  quru 

ota tamaĢa eləmək üçün gözünü aĢağı dikdiyinə baxırdılar. 

Sükutu darıxan Begemot pozdu. 

– Ustad,  icazə  verin,  –  o  dilləndi,  –  çapıb  getməzdən 

əvvəl bir fit çalım. 

– Sən xanımı qorxuda bilərsən, – Voland cavab verdi, – 

bundan baĢqa, unutma ki, sənin bugünkü Ģuluqluqların artıq 

sona çatıb. 

– Yox,  yox,  messir,  –  amazonka  kimi  yəhərdə  oturub 

əlini belinə vurmuĢ, paltarının ətəyi yerlə sürünən Marqarita 

dedi,  –  icazə  verin  fit  çalsın.  Hətta  biləndə  ki  uzaq  yolun 

sonunda  səni  xoĢbəxtlik  gözləyir,  yola  çıxmazdan  öncə 

adamı  kədər  bürüyür.  Bu  da  çox  təbiidir,  elə  deyilmi, 

downloaded from KitabYurdu.org




 

738 


messir? Qoy bizi güldürsün, yoxsa qorxuram göz yaĢlarımı 

saxlaya bilməyəm, səfər üstə hər Ģey korlana! 

Voland Begemota baĢı ilə iĢarə elədi. O, cəld yəhərdən 

yerə  tullanıb  barmaqlarını  ağzına  soxdu,  ovurdlarını 

ĢiĢirdərək  fit  çaldı.  Marqaritanın  qulaqları  cingildədi.  At 

Ģahə qalxdı, ağacların quru budaqları yerə töküldü, qarğalar, 

sərçələr dəstə-dəstə pırıldayıb uçdu, toz göyə qalxıb burula-

burula  çaya  tərəf  əsdi,  körpünün  yanından  keçən  çay 

tramvayındakı  sərniĢinlərin  bir  neçəsinin  kepkası  suya 

düĢdü. 


Master  fit  səsindən  diksindi,  ancaq  qanrılıb  geri 

baxmadı,  Ģəhəri  hədələyirmiĢ  kimi  göyə  qaldırdığı  əllərini 

daha  həyəcanla  oynatdı.  Begemot  məğrurcasına  ətrafına 

boylandı. 

– Mübahisə  eləmirəm,  çalmağına  çaldı,  –  Korovyev 

təkəbbürlə dedi, – ancaq düzünü desək, alababat çaldı! 

– Axı  mən  regent  deyiləm,  –  Begemot  özünü  dartıb, 

Marqaritaya göz vurdu. 

downloaded from KitabYurdu.org



 

739 


– Qoy bir mən də keçən günləri yadıma salım, – deyib 

Korovyev 

əllərini  bir-birinə  sürtərək  barmaqlarına 

hovxurdu. 

– Amma bax ha, – atın üstündən Volandın hökmlü səsi 

eĢidildi, – heç kimi Ģikəst-zad eləmək olmasın! 

–  Messir,  inanın,  –  Korovyev  əlini  ürəyinin  üstünə 

qoydu,  –  yalnız  zarafat  xatirinə...  –  Bu  yerdə  rezin  kimi 

birdən  yuxarı  dartındı,  sağ  əlinin  barmaqlarıyla  əcaib  bir 

fiqur düzəltdi, vint kimi burulub, sonra birdən fırlanaraq fit 

çaldı. 

Marqarita  fit  səsini  eĢitmədi, dəlisov  atı ilə  birlikdə  on 



sajın  kənara  atılanda  onu  gördü.  Yaxınlıqdakı  palıd  ağacı 

kökündən  qopdu,  çaya  qədər  torpaq  çat-çat  oldu.  CoĢub 

yatağından  çıxan  çay  sahili  körpüsü,  restoranıqarıĢıq  basıb, 

çay  tramvayını  sağ-salamat  sərniĢinləriylə  birlikdə  nisbətən 

alçaq  olan  qarĢı  sahilin  yaĢıllığına  atdı.  Faqotun  fitindən 

ölmüĢ  dolaĢa  Marqaritanın  fınxıran  atının  ayaqları  altına 

düĢdü. 

Fit  səsi  masteri  qorxutdu.  BaĢını  tutub,  onu  gözləyən 



yol yoldaĢlarının yanına qaçdı. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə