Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə147/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

740 


– Nədir, – Voland atın üstündən dedi, – bütün hesabları 

çürütdünüz? VidalaĢma bitdi? 

– Bəli, bitdi, – master cavab verib, sakitləĢmiĢ halda düz 

və cəsarətlə Volandın üzünə baxdı. 

Onda Volandın qorxunc səsi dağı-daĢı lərzəyə saldı: 

– Vaxtdır! 

Begemotun bərk fiti və gülüĢü də bu səsə qarıĢdı. 

Atlar  irəli  sıçradı,  atlılar  göyə  qalxıb  çapdılar. 

Marqaritanın dəlisov atı cilov gəmirirdi. Volandın plaĢı atlı 

dəstənin  baĢı  üzərində  qabardı,  bu  plaĢ  qaralmaqda  olan 

səmanı  da  örtməyə  baĢladı.  Qara  örtük  bir  anlığa  kənara 

çəkiləndə Marqarita çapa-çapa geri dönüb gördü ki,  arxada 

nəinki üstündən aeroplan uçan rəngbərəng qüllələr, torpağın 

təkinə  gedib  yerində  yalnız  duman  qalmıĢ  Ģəhərin  özü  də 

artıq çoxdan yoxdur. 

 

 



XXXII fəsil 

ƏFVETMƏ VƏ ƏBƏDĠ SIĞINACAQ 

 

downloaded from KitabYurdu.org




 

741 


Allahlar,  ey  allahlar!  Gecə  yer  necə  kədərli  görünür! 

Bataqlıqlar  üzərindəki  duman  necə  əsrarəngizdir.  Bu 

dumanda dolaĢan, ölümqabağı əzab içində qıvrılan, çiynində 

ağır  dərd  yükü  yerin  üstü  ilə  uçan  adam  bunu  yaxĢı  bilir. 

Bunu 

yorulan 


bilir. 

Yer 


üzünün 

dumanından, 

bataqlıqlarından,  çaylarından  ayrılıb  göz  qırpmadan  özünü 

ölümə  təslim  edir,  çünki  yalnız  ölümün  ona  dinclik 

gətirəcəyinə inanır... 

Sehrli  qara  atlar  da  əldən  düĢmüĢdülər,  özlərini  zorla 

çəkirdilər  və  gecə  əvvəl-axır  onları  haqladı.  Hətta  dinclik 

bilməyən Begemot da gecəni arxasında hiss eləyib kirimiĢdi, 

yəhərin  qaĢından  pəpcələriylə  bərk-bərk  yapıĢıb  quyruğunu 

qabardaraq dinməzcə uçurdu. 

Gecə  qara  örtüyünü  meĢələrin,  çəmənlərin  üstünə 

çəkdi,  çox-çox  aĢağılarda  Marqaritaya,  masterə  daha 

maraqsız  və  lazımsız  olan  kədərli  yad  iĢıqları  yandırdı. 

Qaranlıq  atlı  dəstəni  ötüb  onları  bürüdü  və  qüssəli  səmada 

təkəmseyrək solğun ulduzlar iĢardı. 

Qaranlıq  qatılaĢıb,  çapanlarla  yanaĢı  uçurdu,  onların 

plaĢını çiyinlərindən atıb, yalanları faĢ eləyirdi. Üzünə sərin 

downloaded from KitabYurdu.org




 

742 


külək  döyəcləyən  Marqarita  gözünü  açıb,  öz  məqsədlərinə 

doğru  uçanların  görkəminin  necə  dəyiĢdiyini  gördü. 

MeĢənin  arxasından  qarĢılarına  qıpqırmızı  bədirlənmiĢ  ay 

çıxanda  isə  bütün  yalanlar  yox  oldu,  cadugər  paltarları 

bataqlığa düĢüb dumanda itib batdı. 

Masterin  sevgilisinin  sağ  tərəfində  Volandla  yanaĢı 

uçanı  –  heç  bir  tərcüməçiyə  ehtiyacı  olmayan  sirli 

məsləhətçinin  yalançı  tərcüməçisi  Korovyev-Faqotu  indi 

çətintanıyardılar. Korovyev-Faqot kimi yırtıq sirk paltarında 

Vorobyov  dağlarını  tərk  edənin  əvəzində  indi  cilovun  qızıl 

zəncirini  aramla  cingildədə-cingildədə  qaraqabaq,  heç  vaxt 

üzü gülməyən, tünd-bənövĢəyi geyimli cəngavər çapırdı. O, 

baĢını sinəsinə sıxmıĢdı, aya baxmırdı, yerlə maraqlanmırdı, 

Volandla yanaĢı uça-uça öz dünyasına qapılmıĢdı. 

– O,  niyə  belə  dəyiĢib?  –  küləyin  vıyıltısı  içindən 

Marqarita astaca Volanddan soruĢdu. 

– Bu cəngavər haçansa uğursuz zarafat eləyib, – Voland 

üzünü Marqaritaya çevirdi, gözü iĢıldayırdı,  – onun iĢıq və 

zülmətdən bəhs eləyən kalamburu o qədər də yaxĢı deyildi. 

Bundan  sonra  cəngavər  güman  elədiyindən  bir  az  çox  və 

downloaded from KitabYurdu.org



 

743 


uzun  müddətə  zarafat  eləyəsi  oldu.  Ancaq  indi  haqq-

hesabların kəsildiyi gecədir. Cəngavər öz hesabını çürütdü! 

Gecə 

Begemotun 



yumĢaq 

quyruğunu 

da 

qopartdı,tükünü çəngə-çəngə yolub bataqlığa tulladı. Zülmət 



tanrısını  əyləndirən  piĢik  indi  sısqa  bir  oğlan,  iblisin  pajı

34



dünyada  tayı-bərabəri  olmayan  təlxək  idi.  O  da  kirimiĢdi, 

üzünü aydan süzülən iĢığa tutub sakitcə uçurdu. 

Lap  yanda  polad  yaraq-əsləhəsi  parıldayan  Azazello 

uçurdu.  Ay  onun  da  sifətini  dəyiĢmiĢdi.  Yöndəmsiz  köpək 

diĢləri  yoxa  çıxmıĢdı,  çəpgözlüyü  də,  demə,  yalanmıĢ. 

Azazellonun hər iki gözü eyni cür mənasız və qara, sifəti isə 

ağ  və  ifadəsiz  idi.  Ġndi  Azazello  özünün  əsl  görkəmində, 

susuz səhranın iblisi, qatil iblis kimi uçurdu. 

Marqarita  özünü  görə  bilməzdi,  ancaq  masterin  necə 

dəyiĢdiyini  yaxĢı  görürdü.  Onun  ay  iĢığında  ağaran  saçları 

arxadan  hörülmüĢdü  və  külək  bu  hörüyü  yellədirdi.  Külək 

masterin  plaĢının  ətəyini  qaldıranda  Marqarita  onun 

çəkmələrindəki  mahmızların  gah  sönən,  gah  yanan 

                                                 

34

Paj – orta əsrlərdə saraylarda xidmət edən zadəgan əsilli oğlan 



downloaded from KitabYurdu.org


 

744 


ulduzlarını  görürdü.  Master  də  həmin  o  gənc  iblis  kimi 

gözünü aydan çəkmədən uçurdu, ancaq elə bil, yaxĢı tanıdığı 

sevimli  qadına  gülümsəyirdi  və  118  №-li  otaqda  vərdiĢ 

etdiyi kimi dodaqlarının altında nəsə mızıldayırdı. 

Voland  da  öz  həqiqi  görkəmində  uçurdu.  Onun  atının 

cilovunun  nədən  hazırlandığını  Marqarita  deyə  bilməzdi; 

fikirləĢirdi  ki,  yəqin,  ay  iĢığından  hörülmüĢ  zəncirdir,  atı– 

zülmət parçasıdır, atın yalı – buluddandır, atlının mahmızları 

isə solğun ulduzlardır. 

AĢağıda yerin görünüĢü dəyiĢənə qədər dinməzcə xeyli 

uçdular.  Kədərli  meĢələr  yerin  zülmətinə  qərq  olub,  ülgüc 

tiyəsi  kimi  tutqun-tutqun  iĢaran  çayları  da  özü  ilə  çəkib 

apardı.  AĢağıda  parıldayan  qaya  parçaları  göründü,  onların 

arasında isə ay iĢığının keçə bilmədiyi uçurumlar qaralırdı. 

Voland  öz  atını  cansıxıcı  yastı  daĢlıq  zirvədə  əylədi, 

atların  ayağı  altında  daĢ-kəsəyin  çıxartdığı  səsə  qulaq  asa-

asa  piyada  addımladılar.  Ay  iĢığı  meydançanı  parlaq  yaĢıl 

rəngə boyamıĢdı. Marqarita çox keçməmiĢ boĢ yerdə kreslo 

və  kresloda  oturmuĢ  adamın  ağ  fiqurunu  gördü.  Ola  bilsin, 

kresloda  oturan  kar  idi,  ya  dərin  fikrə  getmiĢdi.  Atların 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə