Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə139/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   135   136   137   138   139   140   141   142   ...   151

 

700 


yağlı  dodaqlarına  tərəf  tutdu.  O  isə  hərdən  oğruncasına 

boylanaraq  elə  hey  pıçıldayırdı  və  buna  oxĢar  ayrı-ayrı 

sözləri eĢitmək olurdu: 

– Vicdanım  haqqı!  Sadovıda,  Sadovıda,  –  Boba  səsini 

bir  az  da  alçaltdı,  –  güllə  batmır!  Güllələr...  güllələr... 

benzin... yanğın... güllələr... 

– Murdar  Ģayiələr  yayan  bu  yalançıları,  –  Petrakova 

hikkəsindən öz kontralto səsiylə Bobanın istədiyindən bir az 

bərk  ciyildədi,  –  qandırmaq  lazımdır!  Eybi  yox,  elə  də 

olacaq,  haqlarında  ölçü  götürərlər!  Gör  necə  ziyanlı 

yalanlardır! 

– Yalan nədir, Antonida Porfiryevna! – yazıçı arvadının 

inanmadığından  kədərlənən  Boba  yenə  ötməyə  baĢladı:  – 

Sizə  deyirəm  ki,  güllə  batmır...  Ġndi  də  yanğın...  Onlar 

göynən...  göynən  gəlirlər,  –  Boba,  haqqında  danıĢdığı 

adamların  yanındaca  oturub,  onun  söylədiklərindən  ləzzət 

aldıqlarını ağlına belə gətirmədən donquldandı. 

Yeri  gəlmiĢkən,  bu  ləzzət  tezliklə  bitdi.  Restoranın 

içərisindəki  qapıdan  eyvana  ildırım  sürətilə  belləri  kəmərlə 

downloaded from KitabYurdu.org




 

701 


tarım  çəkilmiĢ,  boğazlı  dəri  əlcəkdə,  əllərində  tapança  üç 

kiĢi çıxdı. Öndə gələn gur və qorxunc səslə qıĢqırdı: 

– Yerinizdən  tərpənməyin!  –  Dərhal  da  hər  üçü 

Korovyevlə Begemotun baĢını niĢan alıb eyvanı atəĢə tutdu. 

Gülləbaran  olunanların  hər  ikisi  o  saat  havada  əridi, 

primusdan  isə  alov  sütunu  düz  parusin  örtüyə  yüksəldi. 

Parusin  örtükdə,  sanki,  kənarları  qara  ağız  açıldı  və  hər 

tərəfə  böyüməyə  baĢladı.  Alov  parusin  örtükdən  yuxarı 

millənib, Qriboyedev evinin lap damına qədər qalxdı. Ġkinci 

mərtəbədə  redaksiyanın  pəncərəsi  ağzındakı  kağız  dolu 

qovluqlar  qəfil  alıĢdı,  ardınca  pərdələr  od  tutdu  və  kimsə 

körükləndirirmiĢ  kimi  alov  uğuldayaraq  xalanın  evinin 

içərilərinə doğru cumdu. 

Bir  neçə  saniyə  sonra  bulvarın  çuqun  çəpərinə  doğru 

aparan, fəlakətin çərĢənbə axĢamı hələ heç kimin anlamadığı 

ilk  carçısı  ĠvanuĢkanın  gəldiyi  asfalt  səkiylə  indi 

yeməklərini  sona  çatdırmamıĢ  yazıçılar,  ofisiantlar,  Sofya

 

j Pavlovna, Boba, Petrakova, Petrakov qaçırdı. 



Vaxtında  yan  qapıdan  çıxan  Arçibald  Arçibaldoviç 

yanan  briqi  sonuncu  tərk  etməyə  borclu  olan  kapitan  kimi 

downloaded from KitabYurdu.org



 

702 


heç hara qaçmadan, heç hara tələsmədən iki qaxac balığı da 

odun  kimi  qoltuğuna  vurub  ipək  astarlı  yay  paltosunda 

sakitcə dayanmıĢdı. 

 

 



XXIX fəsil 

MASTERĠN 

VƏ 

MARQARĠTANIN 



TALEYĠ 

MÜƏYYƏNLƏġDĠ 

 

ġəhərin yüksəkliyində, Moskvanın, təxminən, yüz əlli il 



əvvəl  tikilmiĢ  ən  gözəl  binalarından  birinin  daĢ  döĢənmiĢ 

meydançasında  qürub  çağı  iki  nəfər  –  Voland  və  Azazello 

dayanmıĢdı. Onlar küçədən, aĢağıdan görünmürdülər, çünki 

gips vazalar və gips güllərlə bəzənmiĢ sürahi onları lazımsız 

baxıĢlardan  qoruyurdu.  Ancaq  bütün  Ģəhər  onların  ayağı 

altındaydı. 

Öz  qara  əbasını  geyinmiĢ  Voland  qatlanan  kətildə 

oturmuĢdu. Onun uzun, enli qılıncı meydançanın iki kəsiĢən 

plitəsinin  arasına  sancılıb  günəĢ  saatı  əmələ  gətirmiĢdi. 

Qılıncın kölgəsi yavaĢ-yavaĢ uzanıb Ģeytanın qara tuflilərinə 

downloaded from KitabYurdu.org



 

703 


tərəf sürünürdü. Bir ayağını altına qatlayıb kətildə büzüĢmüĢ 

Voland  iti  çənəsini  yumruğuna  dayayaraq,  saysız-hesabsız 

saraylara,  nəhəng  binalara,  sökülməyə  məhkum  daxmalara 

baxırdı. 

Müasir  paltarıyla,  yəni  pencəyi,  Ģlyapası,  laklı 

tufliləriylə vidalaĢıb Voland kimi qara geyinmiĢ Azazello öz 

hökmdarından  bir  az  aralıda hərəkətsiz  dayanıb,  onun  kimi 

gözünü Ģəhərdən çəkmirdi. 

Voland dilləndi: 

– Çox maraqlı Ģəhərdir, eləmi? 

Azazello qımıldanıb hörmətlə cavab verdi: 

– Messir, mənim daha çox Roma xoĢuma gəlir. 

– Hə, zövqdən asılıdır, – Voland dedi. 

Az sonra yenə onun səsi eĢidildi: 

– Bulvardakı o tüstü nədir? 

– Qriboyedov evi yanır, – Azazello cavab verdi. 

– Yəqin,  ayrılmaz  Korovyev-Begemot  cütlüyü  orada 

olub. 


– Buna heç bir Ģübhə yoxdur, messir. 

downloaded from KitabYurdu.org




 

704 


Yenə  sükut  çökdü,  meydançada  arxası  günbatana 

dayanan  hər  ikisi  günəĢin  nəhəng  binaların  yuxarı 

mərtəbələrində  əks  edib  göz  qamaĢdırdığı  pəncərələrə 

baxırdı.  Arxası  qüruba  olsa  da,  Volandın  gözü  də  bu 

pəncərələrdən biri kimi alıĢıb-yanırdı. 

Ancaq  bu  yerdə  nəsə  Volandı  üzünü  Ģəhərdən  çevirib, 

arxa  tərəfindəki  damın  dairəvi  qülləsinə  baxmağa  məcbur 

elədi.  Qüllənin  divarından  əynindəki  cır-cındır  paltarı 

palçığa  batmıĢ,  əldəqayırma  səndəl,  xiton  geyinmiĢ 

qaĢqabaqlı, qarasaqqal bir adam çıxdı. 

 

– Paho! – Voland gələn adama riĢxəndlə baxdı.  – Səni 



burada  görəcəyimə  heç  inanmazdım!  Nə  yaxĢı  təĢrif 

buyurmusan, çağırılmamıĢ, ancaq gözlənilən qonaq? 

– Sənin  yanına  gəlmiĢəm,  Ģər  ruhlar  və  kölgələr 

hökmdarı,  –  gələn  adam  ədavətlə,  acıqlı-acıqlı  Volanda 

baxdı. 

– Mənim 


yanıma 

gəlmisənsə, 

niyə 

mənimlə 


salamlaĢmadın,  keçmiĢ  vergiyığan?  –  Voland  soyuq  tərzdə 

dedi. 


downloaded from KitabYurdu.org


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə