Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə136/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   132   133   134   135   136   137   138   139   ...   151

 

685 


balığının 

quyruğunu 

görüb, 

bir 


anda 

vəziyyəti 

qiymətləndirdi,  hər  Ģeyi  tam  anladı  və  ədəbsizlərlə 

mübahisəyə  giriĢməyib,  əliylə  uzağa  iĢarə  edərək  komanda 

verdi: 

– Fit çal! 



Qapıçı  güzgülü  qapıdan  Smolenskinin  tininə  yel  kimi 

çıxıb bərkdən fit verdi. Adamlar yaramazları aralığa almağa 

baĢladılar, onda iĢə Korovyev qarıĢdı. 

– VətəndaĢlar!  –  titrək  nazik  səslə  qıĢqırdı.  –  Bu  nə 

deməkdir?  Hə?  Ġcazənizlə  bunu  sizdən  soruĢum!  Bədbəxt 

adam,  –  Korovyev  səsinə  yazıqlıq  verib,  dərhal  ağlamsınan 

Begemotu  göstərdi,  –  bədbəxt  adam  bütün  günü  primus 

təmir eləyir, o acıb... bəs valyutanı haradan tapsın? 

Adətən, təmkinli, sakit olan Pavel Ġosifoviç acıqlandı: 

– Qurtar  görüm!  –  Bu  dəfə  uzağa  artıq  səbirsizliklə  əl 

elədi.  Onda  qapının  yanındakı  fit  səsləri  ətrafı  baĢına 

götürdü. 

Ancaq  Korovyev  onun  çıxıĢından  təĢviĢə  düĢmədən 

sözünə davam elədi: 

downloaded from KitabYurdu.org



 

686 


– Haradan  olmalıdır?  Sizdən  soruĢuram!  O,  aclıqdan, 

susuzluqdan  üzülüb!  Ona  istidir.  Nə  böyük  Ģeydir,  dadına 

baxmaq üçün bu bədbəxt naringi götürüb. Həmin naringinin 

də qiyməti vur-tut üç qəpikdir. Di gəl, meĢədəki bülbül kimi 

cəh-cəh vururlar, milisi narahat eləyirlər, onu iĢdən ayırırlar. 

Bəs  ona  olar?  Hə?  –  Korovyev  bu  yerdə  paltolu  gonbulu 

göstərdi və gonbulun sifətində bərk təĢviĢ ifadə olundu. – O 

kimdir  elə?  Hə?  Haradan  gəlib?  Niyə  gəlib?  Nədir,  ondan 

ötrü  darıxmıĢdıq?  Onu  dəvət  etmiĢik?  Əlbəttə,  –  sabiq 

regent  kinayəylə  ağzını  əyib,  gücü  çatdıqca  bağırdı,  – 

görürsünüz  də,  yasəmən  rəngli  Ģıq  palto  geyinib,  qızılbalıq 

yeməkdən  ĢiĢib,  cibi  valyutayla  doludur,  bəs  bizimkilərin, 

bizimkilərin  nəyi  var?!  Çox  acınacaqlı  vəziyyətdir! 

Acınacaqlıdır! Acınacaqlıdır! – Korovyev qədim toylardakı 

sağdıĢ kimi zarıldadı. 

Bütün  bu  gic-gici,  yersiz  və  yəqin  ki,  siyasi  cəhətdən 

ziyanlı  çıxıĢ  Pavel  Ġosifoviçi  səksəndirdi,  ancaq  nə  qədər 

qəribə  olsa  da,  yığılan  adamların  gözlərindən  bu  çıxıĢın 

onların  çoxunda  rəğbət  oyatdığı  hiss  olunurdu!  Begemot 

downloaded from KitabYurdu.org




 

687 


paltarının çirkli yırtıq qolunu gözünə sıxıb iztirabla deyəndə 

ki: 


– Sağ  ol,  sadiq  dost,  zərərçəkənin  tərəfini  saxladın!  – 

möcüzə  baĢ  verdi.  Kasıb,  ancaq  təmiz  geyinmiĢ,  qənnadı 

Ģöbəsindən  üç  dənə  badamlı  piroq  almıĢ  abırlı  bir  qoca 

birdən-birə  dəyiĢdi.  Gözləri  parıldadı,  qızardı,  içində  piroq 

olan kağız paketi döĢəməyə atıb:  

– Doğrudur!  –  deyə  uĢaq  kimi  nazik  səslə  qıĢqırdı. 

Sonra  məcməyini  götürdü,  Begemotun  məhv  etdiyi 

Ģokoladdan düzəldilmiĢ Eyfel qülləsinin qalıqlarını atıb, sol 

əliylə əcnəbinin Ģlyapasını çıxartdı, sağ əliylə isə məcməyini 

zərblə  əcnəbinin  daz  baĢına  çırpdı.  Elə  səs  çıxdı  ki,  yük 

maĢınından  yerə  dəmir  təbəqəsi  atılanda  belə  səs  çıxır. 

Gonbul  ağappaq  olub,  arxası  üstə  aĢaraq  Kerç  siyənəyi 

çəlləyinə  düĢdü  və  duzlu  su  ətrafa  fontan  vurdu.  Bu  yerdə 

ikinci  möcüzə  baĢ  verdi.  Çəlləyə  düĢən  paltolu  aksentsiz-

zadsız təmiz rus dilində qıĢqırdı: 

– Öldürürlər! Milis! Məni quldurlar öldürür! – Görünür, 

sarsıntı nəticəsində indiyə qədər bilmədiyi rus dilinə birdən 

yiyələnmiĢdi. 

downloaded from KitabYurdu.org



 

688 


Qapıçının  fiti  kəsiləndə  həyəcanlanmıĢ  alıcıların 

arasında  yaxınlaĢan  milis  dəbilqələri  gözə  dəydi.  Ancaq 

məkrli Begemot hamamda suyu vedrəylə skamyaya əndərən 

kimi, primusdan benzini qənnadı piĢtaxtasının üstünə tökdü 

və  benzin  öz-özünə  alıĢdı.  Alov  yuxarı  qalxıb,  meyvə 

səbətlərinin  qəĢəng  kağız  lentlərini  yandıra-yandıra  piĢtaxta 

boyu  yayıldı.  Satıcı  qızlar  çığırtıyla  piĢtaxtanın  arxasından 

götürüldülər  və  onlar  qaçan  kimi  pəncərələrin  kətan 

pərdələri,  döĢəmə  od  tutdu.  Adamlar  o  saat  hay-həĢir 

qoparıb,  daha  lazım  olmayan  Pavel  Ġosifoviçi  ayaqlayaraq 

qənnadı  Ģöbəsindən  kənara  sıçradılar,  balıq  Ģöbəsindəki 

satıcılar  isə  iti  bıçaqları  əllərində  bir-birinin  dalınca  arxa 

qapıya  tərəf  götürüldülər.  Paltolu  vətəndaĢ  siyənək 

həlməĢiyinə  bulaĢmıĢ  halda  piĢtaxtadakı  qızılbalığın 

üstündən  aĢıb  onların  arxasınca  cumdu.  Xilas  olmağa 

çalıĢanların  basabasında  giriĢ  qapısının  ĢüĢələri  sınıb 

cingiltiylə  yerə  töküldü,  hər  iki  yaramaz  –  Korovyev  və 

qarınqulu  Begemot  isə  harasa  yoxa  çıxdılar,  hara  – 

bilinmədi.  Torqsindəki  yanğının  Ģahidləri  sonra  danıĢırdılar 

ki, guya, hər  iki xuliqan  tavana  qalxıb orada uĢaq  Ģarı  kimi 

downloaded from KitabYurdu.org



 

689 


partlayıb.  Əlbəttə,  əhvalatın  məhz  belə  olması  Ģübhəliydi, 

ancaq görmədiyimizi deyə bilmərik. 

Amma  bilirik  ki,  Smolenskidəki  hadisədən  düz  bir 

dəqiqə  sonra  Begemotla  Korovyev  artıq  bulvarın  səkisində, 

elə  Qriboyedovun  xalası  evinin  yanındaydılar  və  Korovyev 

dəmir çəpərin qarĢısında dayanıb dedi: 

– Paho! Bu ki yazıçılar evidir! Bilirsən, Begemot, mən 

bu ev haqqında çox yaxĢı sözlər eĢitmiĢəm. Dostum, buevə 

diqqət elə. DüĢünmək xoĢdur ki, bu damın altında bir yığın 

istedad yetiĢir. 

– Oranjereyadakı  ananaslar  kimi,  –  deyərək  Begemot 

açıq-sarı  sütunlu  evə  yaxĢı  tamaĢa  eləmək  üçün  dəmir 

çəpərin beton bünövrəsinə çıxdı. 

– Tamamilə  doğrudur,  –  Korovyev  ayrılmaz  yol 

yoldaĢıyla  razılaĢdı,  –  düĢünəndə  ki  indi  bu  evdə  "Don 

Kixot"un,  ya  "Faust"un,  ya  lənət  Ģeytana,  "Ölü  canlar"ın 

gələcək  müəllifi  yetiĢir,  adamın  ürəyi  Ģirin  duyğu  ilə 

çırpınır! Hə? 

– Adamı dəhĢət basır! – Begemot təsdiq etdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə