Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə138/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   134   135   136   137   138   139   140   141   ...   151

 

695 


Pavlovna  isə  təəccübdən  gözlərini  döyə-döyə  gözlənməz 

qonaqların yazılarına bir xeyli baxdı. 

Arçibald  Arçibaldoviç  ofisiantları  Sofya  Pavlovnadan 

heç  də  az  heyrətə  salmadı.  ġəxsən  özü  Korovyevin  altına 

stul  çəkdi,  ofisiantların  birinə  göz  vurdu,  o  birinə  nəsə 

pıçıldadı  və  hər  iki  ofisiant,  biri  öz  primusunu  döĢəməyə, 

bozarmıĢ çəkməsinin yanına qoyan təzə qonaqların ətrafında 

vurnuxdu. 

Sarı ləkələri olan köhnə süfrə masanın üstündən dərhal 

yoxa çıxdı, bədəvi əbası kimi ağappaq niĢastalı süfrə havada 

xıĢıltıyla  açıldı,  Arçibald  Arçibaldoviç  isə  artıq  Korovyevə 

tərəf  əyilib  astadan,  ancaq  çox  mənalı  Ģəkildə  qulağına 

pıçıldayırdı: 

– Nəyə qonaq eləyəcəyik? Məxsusi qaxac balığım var... 

memarların qurultayından qoparmıĢam... 

– Siz...  e...  bizə,  ümumiyyətlə,  qəlyanaltı  verin...  – 

Korovyev stulda yayxanaraq dostcasına mızıldadı. 

– Anlayıram,  – Arçibald Arçibaldoviç gözlərini yumub 

mənalı-mənalı dedi. 

downloaded from KitabYurdu.org




 

696 


Olduqca  Ģübhəli  müĢtərilərlə  restoranın  Ģefinin  necə 

davrandığını  görən  ofisiantlar  bütün  Ģübhələri  bir  kənara 

qoyub  can-dildən  iĢə  giriĢdilər.  Cibindən  papiros  kötüyü 

çıxarıb ağzına soxan Begemota biri artıq kibrit gətirmiĢdi, o 

biri  yaĢıl  ĢüĢələri  cingildədə-cingildədə  qaçıb  süfrəyə 

qədəhlər,  parusin  örtüyün  altında  narzanın  yaxĢı  içildiyi... 

yox, irəlicədən deyək ki, unudulmaz Qriboyedov eyvanında 

narzanın bir vaxtlar yaxĢı içildiyi zərif bakallar düzdü. 

– Qarabağır  quĢunun  döĢ  ətinə  qonaq  eləyə  bilərəm,  – 

Arçibald  Arçibaldoviç,  sanki,  oxuya-oxuya  dedi.  Sınıq 

pensneli qonaq briq komandirinin təklifini tamamilə bəyəndi 

və gərəksiz ĢüĢənin arxasından ona iltifatla baxdı. 

QonĢu stolda arvadıyla oturub qızardılmıĢ donuz ətinin 

axırına  çıxan  belletrist  Petrakov-Suxovoy  bütün  yazıçılara 

xas  olan  müĢahidə  qabiliyyəti  ilə  Arçibald  Arçibaldoviçin 

qulluq  göstərdiyini sezib  xeyli  təəccübləndi.  Onun  mötəbər 

xanımı isə hətta dəniz quldurunu Korovyevə qısqanıb qaĢığı 

tıqqıldatdı...  –  yəni  bu  nə  deməkdir,  bizi  niyə  gözlədirlər... 

dondurmanı da vermək vaxtıdır! Belə Ģey olar? 

downloaded from KitabYurdu.org




 

697 


Arçibald  Arçibaldoviç  Petrakovaya  füsunkar  bir 

təbəssüm  bəxĢ  edib  ofisiantı  yanına  göndərdi,  ancaq  özü 

əziz qonaqları tərk eləmədi. Ax, Arçibald Arçibaldoviç ağıllı 

adamdı! MüĢahidə qabiliyyəti də, olsun ki, yazıçılarınkından 

heç də az deyildi. Varyetedəki seansdan, bu günlər baĢ verən 

bir  çox  hadisələrdən  xəbərdardı,  eĢitmiĢdi,  ancaq 

baĢqalarının  əksinə  olaraq  "dama-dama  paltarlı",  "piĢik" 

sözlərini  qulaqardına  vurmamıĢdı.  Arçibald  Arçibaldoviç 

müĢtərilərinin kim olduğunu dərhal anlamıĢdı. Anlayan kimi 

də,  təbii  ki,  onlarla  mübahisəyə  giriĢmədi.  Ancaq  Sofya 

Pavlovnaya söz ola bilməz! Gör ağlına gələnə bax – durub 

onların qabağını kəsir! Ġntəhası, bundan artıq ondan daha nə 

gözləyəsən. 

Əriyən  qaymaqlı  dondurmanı  təkəbbürlə  qurdalaya-

qurdalaya  Petrakova narazı  baxıĢlarla təlxək kimi  geyinmiĢ 

adamların  qarĢısındakı  masanın,  sanki,  möcüzə  nəticəsində 

dolub-daĢdığına  baxırdı.  Parıldayana  qədər  yuyulmuĢ  kahı 

yarpaqlarının  ucu  artıq  təzə  kürü  qoyulmuĢ  vazalardan 

çıxmıĢdı...  və  bir  an  keçmədi  ki,  xüsusi  olaraq 

downloaded from KitabYurdu.org




 

698 


yaxınlaĢdırılmıĢ  ayrıca  stolda  tərləmiĢ  balaca  gümüĢ  vedrə 

peyda oldu... 

Yalnız əmin olandan sonra ki hər Ģey vicdanla görülüb, 

yalnız ofisiantların  əlində ağzıbağlı tava cızıldaya-cızıldaya 

gələndə Arçibald Arçibaldoviç iki müəmmalı müĢtərini tərk 

etməyi  özünə  rəva  bildi,  onda  da  əvvəlcədən  onlara 

pıçıldadı: 

–  BağıĢlayın!  Bir  dəqiqəliyə!  Fileyə  Ģəxsən  özüm 

nəzarət etməliyəm. 

O,  stoldan  aralanıb  restoranın  içərisindəki  qapıda 

gözdən  itdi.  Əgər  kimsə  Arçibald  Arçibaldoviçin  sonrakı 

hərəkətlərini  izləsəydi,  bu  hərəkətlər,  Ģübhəsiz,  ona  bir  az 

müəmmalı görünərdi. 

ġef filenin biĢməsinə nəzarət etmək üçün mətbəxə yox, 

restoranın  anbarına  getdi.  Anbarı  öz  açarıyla  açdı,  içəri 

girib,  buz  doldurulmuĢ  sandıqçadan  manjetini  bulamamaq 

üçün ehtiyatla iki iri qaxac balıq çıxartdı, onu qəzetə bükdü, 

kəndirlə səliqəylə bağlayıb kənara qoydu. Sonra qonĢu otağı 

yoxladı  ki,  görsün  ipək  astarlı  yay  paltosu  və  Ģlyapası 

downloaded from KitabYurdu.org




 

699 


yerindədirmi, yalnız bundan sonra qonaqlara söz verdiyi döĢ 

ətini aĢpazın səylə hazırladığı mətbəxə yollandı. 

Demək 

lazımdır 



ki, 

Arçibald 

Arçibaldoviçin 

hərəkətlərində  qəribə  və  müəmmalı  heç  nə  yox  idi,  belə 

hərəkətləri  yalnız  səthi  müĢahidəçi  qəribə  hesab  eləyə 

bilərdi.  Onun  hərəkətləri  tamamilə  əvvəlkilərin  məntiqi 

davamıydı. Son hadisələrdən məlumatlı olmağı, ən baĢlıcası 

–  müstəsna  hissetmə  qabiliyyəti  sayəsində  Qriboyedov 

restoranının  Ģefinə  agah  olmuĢdu  ki,  iki  müĢtərinin  naharı 

bol  və  təmtəraqlı  olsa  da,  uzun  sürməyəcək.  KeçmiĢ  dəniz 

quldurunu  heç  vaxt  aldatmayan  hissiyyatı  bu  dəfə  də  onu 

darda qoymadı. 

Korovyev  və  Begemot  iki  dəfə  təmizlənmiĢ  əla  soyuq 

Moskva  arağının  ikinci  qədəhini  toqquĢduranda,  hər  Ģeyi 

bilməsiylə  Moskvada  məĢhur  olan  salnaməçi  Boba 

Kandalupski  tərli  və  həyəcanlı  halda  eyvanda  göründü, 

dərhal  da  Petrakovların  yanında  əyləĢdi.  Boba  ĢiĢman 

portfelini stolun üstünə qoyub, dodaqlarını tezcə Petrakovun 

qulağına  soxdu  və  nəsə  çox  həvəsləndirici  Ģeylər  pıçıldadı. 

Maraqdan üzülən xanım Petrakova qulağını Bobanın koppuĢ 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə