Yoluxucu xəstəliklər ixtisası üzrə nümunəvi test suallarına əlavələr və dəyişikliklər edilib


) Rotavirus qastroenteritinin əsas epidemioloji xüsusiyyəti deyil



Yüklə 1,63 Mb.
səhifə3/17
tarix03.05.2018
ölçüsü1,63 Mb.
#41278
1   2   3   4   5   6   7   8   9   ...   17

12 ) Rotavirus qastroenteritinin əsas epidemioloji xüsusiyyəti deyil:
A) Qış aylarında xəstələnmə səviyyəsi yüksəlir

B) Hava - damcı yolu ilə ötürülür

C) Çox vaxt epidemik alovlanmalar baş verir

D) Yüksək kontaktlı xəstəlikdir

E) Ötürülmə yolu fekal - oraldır
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


121) Rotavirus qastroenteriti zamanı əsas diaqnostik meyar:
A) Susuzlaşmanın olmaması

B) Başqa etiologiyalı qastroenteritlərin inkar olunması

C) Qastroenteritin etiologiyasının laborator təsdiqi

D) Xəstəliyin klinik mənzərəsi

E) Epidemioloji məlumatlar
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


122) Amebiazın ötürülmə faktoru deyil:
A) Məişət əşyaları

B) Ağcaqanadlar

C) Milçəklər

D) Qida maddələri

E) Su
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


123) Aşağıda göstərilən proseslərdən hansı amebiaz zamanı bağırsaqda baş verir?
A) Selikli qışanın total nekrozu

B) Selikli qışada polipoz dəyişikliklər

C) Yoğun bağırsağın selikli qışasının xoralanması

D) Selikaltı qatın diffuz iltihabı

E) Selikli qışanın dəyişikliyi baş vermir
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


124) Amebiazın patogenezinə aid olmayan hansıdır?
A) Bağırsaq divarının ödemi və izafi hüceyrə reaksiyası ilə iltihabi dəyişikliyi

B) Amebların bağırsaqda formalaşması və hematogen səpələnməsi

C) Bağırsaq divarına amebaların daxil olaraq çoxalması

D) Epitelin sitolizi və xoraların əmələ gəlməsi

E) Sistlərlə invaziya kliniki əlamətlərlə müşahidə olunur
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


125) Bağırsaq amebiazının ağır gedişı zamanı bu fəsad ola bilməz:
A) Mezenterial damarların trombozu

B) Yoğun bağırsağın selikli qişasının soyulması

C) Bağırsaq qanaxması

D) Xoraların perforasiyası, peritonit

E) Düz bağırsağın sallanması
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


126) Balantidiaz üçün səciyyəvi deyil :
A) Törədici insanın bağırsağında patogen təsir etmədən uzun müddət qala bilər

B) Parenteral yoluxma mümkündür

C) Törədici ibtidailər növünə, infuzorilər sinfinə aiddir

D) Çox vaxt donuzlarla təmasda olan insanlar yoluxur

E) Balantidilərin təbii gəzdiriciləri donuzlardır
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9, Səh. 288 Е. П. Шувалова. Инфекционные болезни


127) Kəskin balantidiaz üçün xarakter simptom deyil:
A) Eozinofiliya, bədən kütləsinin ifadəli itirilməsi

B) Qarında ağrılar, ishal, meteorizm

C) Generalizə olunmuş limfadenopatiya

D) Bədən hərarətinin yüksəlməsi

E) Zəiflik, baş ağrıları, iştahanın azalması
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


128) Kəskin balantidiaz zamanı nəcisin xüsusiyyəti deyil:
A) Tərkibində kobud, həzm olunmamış qida qalıqları vardır

B) Pis, çürüntülü iyli

C) Nəcis durudur, selik və qan qarışığı mümkündür

D) Nəcis Böyük miqdarda çoxkütləli, homogen

E) Nəcis ifrazı gündə 2 dəfə
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


129) Kəskin balantidiaz zamanı periferik qanda hansı dəyişiklik rast gəlmir?
A) Trombositoz

B) EÇS (eritrositlərin çökmə sürəti) - in mülayim yüksəlməsi

C) Leykositoz, sola meyilliklə

D) Eozinofiliya

E) Anemiya
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


13 ) Balantidiaz zamanı bağırsağın xoralı zədələnməsi xarakterizə olunmur:
A) Xoraların kənarı girintili - çıxıntılıdır nahamar

B) Xoralar əsasən kor bağırsaqda yerləşir

C) Bağırsaq divarında çoxsaylı eozinofil infiltratları olur

D) Xoranın dibi nekrotik kütlələrlə örtülüdür

E) Rektoromanoskopiyada xoralı dəyişikliklər müəyyən olunur
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


131) Balantidiazın müaliçəsi üçün istifadə olunmur:
A) Ampisillin

B) Furozolidon

C) Tetrasiklin, monomitsin

D) Emetin

E) Metronidazol
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


132) Kriptosporidiozun patogenezinin əsas həlqələri:
A) Malabsorbsiyanın inkişafı ilə bağırsaqda sorulmanın pozulması və

B) Bağırsaqda iltihabi dəyişikliklər

C) İntoksikasiya

D) Kriptosporidilərin hematogen səpələnməsi

E) Bağırsaq epitelinin soyulması
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


133) Kriptosporidiozun bağırsaq forması üçün səciyyəvi deyil:
A) Mülayim hərarət

B) Bədən kütləsinin itirilməsi

C) Gün ərzində 1 dəfəyədək patoloji qarışıqsız nəcis ifrazı

D) Ürəkbulanma, qusma, qarında ağrılar

E) Tenezmlər
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


134) Kliniki ifadəli izosporidioz zamanı rast gəlmir:
A) Hərarət

B) Rektoromanoskopiyada hər hansı spesifik dəyişikliklərin olmaması

C) Rektoromanoskopiyada xoralı dəyişikliklər

D) Steatoreya, çəkinin itirilməsi

E) Diareya, qarında sancışəkilli ağrılar
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


135) İzosporidiozun müalicəsində istifadə olunmur:
A) Eritromisin

B) Xloridin

C) Ampisillin

D) Biseptol

E) Trimetoprim
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


136) Difillobotriozla yoluxma baş verir:
A) Xəstə insandan

B) Transmissiv yolla

C) Çiy donuz ətinin qəbul etdikdə

D) Təzə kürü və çiy balıq qəbul etdikdə

E) İri buynuzlu mal - qaranın çiy ətini yedikdə
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


137) Bruselyoz zamanı kəskin infeksion prosesin xroniki prosesə keçməsinin səbəblərinə hansı aid deyil?
A) Orqanizmin allergizasiyası

B) Orqanizmin reaktivliyinin dəyişilməsi

C) Törədicinin yüksək dozası ilə yoluxma

D) Qeyri - rasional antibakterial terapiya

E) Tamamlanmamış faqositoz
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с


138) Aşağıdakilardan hansı yersinyozun əsas epidemioloji səciyyəsi deyil?
A) Əsas ötürülmə yolu - alimentar

B) Törədici sporlar əmələ gətirir

C) Törədici - 9° - də çoxala bilər

D) Xəstələnmə ilin soyuq aylarında daha yüksəkdir

E) Zoonoz
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7. Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с


139) Yersinyozun klinik formalarına aid olmayan hansıdır?
A) Bulbar əlamətlər

B) Parenximatoz hepatit

C) Oynaqların zədələnməsi, lakunar angina

D) Mezenterial limfadenit

E) Appendisit, terminal ileit
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с


14 ) Enterovirus infeksiyasına nə xas deyil?
A) Yenidoğulmuşlarda meningit inkişaf edə bilər

B) Yenidoğulmuşlarda nekrotik hepatit ola bilər

C) Müxtəlif serotiplər yenidoğulmuşlarda letal nəticə törədə bilər

D) Uşaqlarda enteroviruslara qarşı yüksək həsaslıq immun müdafiənin natamam mexanizmləri ilə əlaqədardır

E) İnfeksiya yenidoğulmuşlarda damardaxili disseminasiya olunmuş laxtalanma sindromu ilə müşayiət oluna bilər
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


141) Enterovirus infeksiyası zamanı seroz meningitlər üçün nə səciyyəvi deyil?
A) Xəstəliyin qızğın dövründə irinli sitoz, zülalın miqdarının artması ilə

B) Limfositar sitoz, zülalın normal miqdarı ilə

C) Uzun, konyunktivanın, göz skleralarının hiperemiyası, bəzən ekzantemanın olması

D) Meningeal sindromun olması

E) Xəstəliyin kəskin başlancıgı, qızdırmanın 4 - 7 gün davam etməsi, ikidalğalı qızdırma
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


142) Sinir sisteminin postvaksinal fəsadlarının əsas səbəblərinə hansı aid deyil?
A) Peyvəndin vurulmasının bir neçə gün gecikməsi

B) Peyvəndin şərait və texnikasının pozulması

C) KRVİ zamanı vaksinasiyanın aparılması

D) Agır somatik xəstəliklər fonunda vaksinasiya

E) Uşaqlarda ağır allergik xəstəliklər zamanı və immunodefisit vəziyyətlərdə vaksinasiyanın aparılması
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199 , Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. Москва, ГЭОТАР - Медиа, 2 9


143) Normal nəcis ifrazı fonunda təkrar salmonella tapıldıqda, hansı preparatı təyin etmək məqsədə uyğundur?
A) Polimiksin

B) Furazolidon

C) Neviqramon

D) Salmonelyoz bakteriofaqını

E) Vankomisin
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


144) İnfeksion xəstəliklərdə nə zaman hormon preparatları təyin edilmir?
A) İnfeksion - toksiki şokda

B) Beyin ödemi, virus və postvaksinal ensefalitlərdə

C) II - III dərəcəli susuzluq zamanı

D) KRVİ zamanı III dərəcəli inağ zamanı

E) İfadəli allergik və autoimmun reaksiyalarda
Ədəbiyyat: N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh. , В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


145) Enteropatogen eşerixiya məişəli koli - infeksiya üçün aşağıdakı simptomlar səciyyəvi deyil:
A) Metabolik və elektrolit pozğunluqlar

B) Hemokolit

C) Sulu diareya

D) I - III dərəcəli eksikoz

E) Qusma, gəyirmə
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


146) Erkən yaşlı uşaqda virus hepatitinin bəd forması üçün səciyyəvi deyil:
A) Ensefalopatiya

B) Qaraciyər iyi

C) HbsAg - in aşkar olunması

D) Hemorragik sindrom

E) Qaraciyərin ölçülərinin kiçilməsi
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА 1998


147) Hansı bakterial infeksiya zamanı sarılıq olmur?
A) Leptospirozda

B) Səpkili yatalaqda

C) Psevdovərəmdə

D) Sepsisdə

E) Tif - paratif infeksiyalarda
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


148) İkincili meningitlər bu xəstəlikdə ola bilməz:
A) Salmonellyozda

B) Pnevmoniyada

C) Brusellyozda

D) Yersiniozda

E) Difteriyada
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


149) Uşaqlarda vəbanın xüsusiyyətlərinə aid deyil:
A) Qızdırmanın tez - tez yüksəlməsi

B) Hipokaliyemiyanın tez yaranmasına meyillilik

C) Qıcolma sindromu

D) Sarılıq

E) Apatiya, adinamiya
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА 1998


15 ) Enterovirus infeksiyanın ən çox rast gələn kliniki formalarına aid deyil:
A) İnağ

B) Ekzantemalar

C) Mialgiyalar

D) Herpetik anginalar

E) Qızdırmalı
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


151) Sağlam uşagın bağırsaq biosenozunun əsas tərkib hissəsidir:
A) Laktobakteriyalar

B) Bağırsaq çöpləri

C) Enterobakteriyalar

D) Enterokoklar

E) Bifidobakteriyalar
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


152) Enterosorbentlərə aid deyil:
A) Regidron, qlyukosolan

B) Polisob

C) Polifepan

D) Mikrosorb - P

E) Smekta
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


153) Qanlı nəçis hansı hallara xas deyil?
A) Bağırsaq polipozuna

B) Kron xəstəliyinə

C) Qeyri spesifik xoralı kolitə

D) Bağırsağ invaginasiyasına

E) Mukovissidoza
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


154) Salmonelyozun gedişiatının ağırlığını müəyyən etmir:
A) Su - duz mübadiləsinin pozulması

B) Prosesin generalizasiyası

C) Törədiçinin təkrar təyin edilməsi

D) İntoksikasiya

E) Hemodinamik pozğunluqlar
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


155) Salmoneliyozun generalizə olunmuş formasında təyin edilmir:
A) İmmunoqlobulinlər

B) İnfuzion vasitələr

C) Bakteriofaqlar

D) Antibakterial preparatlar

E) Sorbentlər
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


156) Uzun müddətli virus persistensiyası baş vermir:
A) B virus hepatitində

B) G virus hepatitində

C) C virus hepatitində

D) D virus hepatitində

E) A virus hepatitində
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


157) Yersiniozun və psevdovərəmin hepatit forması üçün səciyyəvi deyil:
A) ”Qaraciyər sınaqlarının” cüzi dəyişilməsi, neytrofil leykositoz

B) Əsasən erkən yaşlı uşaqlarda rast gəlir

C) Səpkilər, artralgiyalar

D) Qaraciyərin mülayim böyüməsi, qarnın sağ yarısında ağrılar

E) Sarılıq əmələ gəldikdən sonra da davam edən toksikoz, subfebrilitetlə
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


158) Anadangəlmə sitomeqalovirus infeksiyasından şübhələnməyə əsas verən əlamətlərə aşağıdakılardan hansı aid deyil?
A) Periferik qanda atipik mononuklearların olması

B) Nevroloji simptomların hepatosplenomeqaliya və uzun sürən pnevmoniya ilə yanaşı getməsi

C) Eritrositoz

D) Dalğavarı uzun çəkən xəstəlik

E) Doğuşdan dərhal sonra uşağın vəziyyətindəki dəyişikliklər
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


159) 1 yaşa qədər uşaqlarda salmanellyozun differensial diaqnostikasını bu patologiya ilə aparmaq lazım deyil:
A) Eşerixiozla

B) Bağırsaqdan sorulmanın pozulması sindromu ilə

C) Botulizmlə

D) Dizenteriya ilə

E) İnvaginasiya ilə
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


16 ) Uşaqlarda dizenteriyanın fəsadlarına aid deyil:
A) İnfeksion - toksiki şok

B) Bağırsaq qanaxması

C) Kəskin qaraciyər çatışmazlığı

D) Düz bağırsağın sallanması

E) Hemolitiko - uremik sindrom
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


161) Uşaqlarda yersiniyozda və psevdovərəm zamanı qarın ağrıları bu səbəbdən əmələ gəlmir:
A) Appendisit

B) Mezadenit

C) Proktosiqmoidit

D) İleit


E) Pankreatit
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


162) Meninqokokk meningiti üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Qıcolmalar, xüsusən südəmər uşaqlarda

B) Periferik parez və ifliclər

C) Meningeal simptomlar

D) Baş ağrıları və təkrar qusma

E) Qızdırma
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


163) ”Sekretor” və ya “sulu” diareya hansı bağırsaq infeksiyasına daha çox səciyyəvidir?
A) Dizenteriyaya

B) Salmonellyoza

C) Rotovirus infeksiyasına

D) Yersinioza

E) Kampilobakterioza
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


164) Ekzantema hansı bağırsaq infeksiyası üçün səciyyəvidir?
A) Eşerixioza

B) Salmonellyoza

C) Dizenteriyaya

D) Yersinioza

E) Botulizmə
Ədəbiyyat: N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh. , В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


165) Erkən yaşlı uşaqlarda eşerixiozu hansı xəstəlik ilə ilk növbədə differensasiya etmək lazımdır?
A) Kəskin appendisit ilə

B) Stafilokok enterokolit ilə

C) KRVİ - ilə

D) Dizenteriya ilə

E) Yersinioz ilə
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


166) Hemokolit aşağıdakılardan hansı üçün səciyyəvidir?
A) Kriptosporidioz

B) Salmonellyoz

C) Rotavirus infeksiyası

D) Eşerixioz

E) Listerioz
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


167) 1 yaşa qədər uşaqlarda kampilobakteriozu hansı bağırsaq infeksiyaları ilə differensasiya etmək lazımdır?
A) Sitrobakterioz ilə

B) Eşerixioz (ETŞ) ilə

C) Kriptosporidiaz ilə

D) Rotovirus infeksiyası ilə

E) Şiqellyoz ilə
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


168) Hansı bağırsaq infeksiyasının törədicisi enterotoksin əmələ gətirmir?
A) Eşerixiozun

B) Kriptosporidiozun

C) Kampilobakteriozun

D) Şiqellyozun

E) Listeriozun
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


169) Aşağıdakilardan hansı uşaqlarda pis nəticələnən bağırsaq infeksiyasının faktoru hesab olunmur?
A) Bağırsaq disbakteriozu

B) Atopik dermatit

C) Adekvat olmayan antibakterial terapiya

D) Yanaşı gedən interkurrent xəstəlik

E) Təkrarlanan bağırsaq infeksiyası
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998


17 ) Uşaqlarda vəba xəstəliyi üçün səciyyəvi olmayan nədir?
A) Qızdırmanın yüksək olması

B) Tez yaranan hipokalemiya

C) Qıcolma sindromu

D) Sarılıq

E) Apatiya, adinamiya
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998

Yuxarı tənəffüs yollarının infeksiyaları

171) Qızılca törədicisi hansı qrupa mənsubdur?

A) patogen göbələklər

B) bakteriyalar

C) prionlar

D) rikketsiyalar

E) viruslar


Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh.


172) Skarlatinanın törədicisi aşağıdakılardan hansına aiddir?

A) hemolitik streptokoklar

B) stafilokoklar

C) mikobakteriyalar

D) rikketsiyalar

E) viruslar


Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh.


173) Aşağıdakılardan hansı skarlatina üçün səciyyəvidir?

A) qızarmış dil

B) moruğu dil

C) quru, çatlamış dil

D) ağ ərpli dil

E) şişmiş, kənarlarında dişlərin yeri olan dil


Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə