З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   2   3   4   5   6   7   8   9   ...   40

11
Dendrit sxemi (D.K.Çernova görə) Dendrit – ağacşəkilli kristaldır (şəkil 5) 
Dendritlərin yaranması müxtəlif istiqamətlərdə istiliyin bərabər ötürülməsi və 
kristalların qeyri­bərabər artması ilə izah olunur.
Yoxlama üçün suallar:
1. Metal və ərinti dənələrinin ölçüsü və forması hansı faktorlardan asılıdır?
2.  Əmələ gəlmiş dənələrin ölçüsü metal və ərintilərin xassələrinə necə təsir 
göstərir?
§6. Makro- və mikroanaliz
Metalların  və  ərintilərin  xassələri  onların  strukturundan  asılıdır.  Odur  ki, 
metalların və ərintilərin strukturunun öyrənilməsinin böyük praktiki əhəmiy yəti 
vardır.  Adi  gözlə  görünən  və  ya  lupanın  köməyilə  bir  qədər  böyüdülən  (30 
dəfəyə qədər) metalların və ya ərintilərin quruluşu mikrostruktur aldanır. Mak-
rostruktur makroanaliz yolu ilə öyrənilir.
Metallar qeyri­şəffaf maddələr olduğu üçun onların quruluşu bir parçada və 
ya xüsusi hazırlanmış nümunələrdə ­ mikroşliflərdə öyrənilir. Makrostrukturla-
rın öyrənilməsinin nisbətən sadə üsulu olan qırıntıların tədqiqi üsulu metalların 
və  ərintilərin  bir  çox  xassələrini  öyrənməyə,  dənənin  ölçüsü  haqqında  müha­
kimə  yürütmyə,  həmçinin  dağılmanın  səbəbini  müəyyən  etməyə  imkan  verir. 
Belə ki,qırığa  görə poladı (açıq rəngli qırıq) tökmə çuqundan ayırmaq müm-
kündür. Dənəvər parlaq qırıq poladın kövrək parçalanması, tutqun qırıq isə özlü 
parçalanması nəticəsində alınır.
Şəkil 6. Ştamplama ilə hazırlanan 
klapanın makrostrukturu
 
Makroşlifin hazırlanması zamanı detalı və 
ya pəstahı kəsirlər. Tədqiq olunası səthi hamar-
layır, pardaxlayır və reaktivlərlə (turşu məh lul­
ları, qələvilər, duzlar) təmizləyirlər. Reak tiv lə rin 
təsir strukturu ayrı­ayrı tərkib his sələri müx təlif 
qaydada  həll  etmək  və  boyamaq  xas səsinə, 
həmçinin metallarda və ərin tilərdə olan hər çür 
qüsurları aşkara çıxarmağa əsas lanır.
Şliflərin  mikroanalizi  külçə  və  döymələrdə 
müxtəlif qüsurları (otirma boşluğu, qaz qovuğu, 
çatlar və s.), döymə və ştamplama pəstahlarında 
liflərin yer ləşməsini (şəkil 6) təzyiqlə və ya termiki üsulla emal zamanı yaranan 
catları, qaynaq tikişindəki qüsurları aşkara çıxarır.
Metalların strukturunu və qüsurlarını aşkara çıxaran ən incə metod mikroa-
nalizdir,  yəni  metalloqrafik  mikroskopun  köməyi  ilə  böyütməklə  metalların 
strukturunun öyrənilməsi metodudur.


12
Metalları  tədqiq  etmək  üçün  mikroskopu  ilk  dəfə  1831­ci  ildə  rus  alimi 
P.P.Anosov  tətbiq  etmişdir.  Metalloqrafik  mikroskopda  metala,  bioloji  mikros-
kopdan fərqli olaraq, əks olunan işıqda,bioloji mikroskopda isə cismə ötüb keçən 
işıqda baxırlar. Optik mikroskopun həddi faydalı böyütməsi 1500­ə qədərdir. Ən 
çox böyütməni (100.000 dəfəyə qədər) işıq şüaları elektron seli ilə əvəz edilən 
elektron mikroskopunun köməyi ilə əldə etmək olar.
Şəkil 7. Dəmirin (X 100) 
mikrostrukturu
     Metalların mikrostrukturunu öyrənmək üçün 
mikroşliflər hazırlamaq lazımdır. Mikroanalizlər 
üçün  şliflər  də  makroanalizlər  üçün  hazırlanan 
şliflər  kimi  hazırlanır,lakin  cilalanmadan  sonra 
güzgü parıltısı alınana qədər pardaxlanma aparı-
lır.  Metalloqrafik  mikroskopun  köməyi  ilə  şlifi 
təmizlədikdən sonra müx təlif çalarlı dənələr və ya 
hüdudları  kəskin  nəzərə çarpan  birrəngli  dənələr 
gör mək olar (şəkil 7)
Mikroanaliz aşağıdakıları aşkar etməyə imkan 
verir:
a) dənənin ölçüsünü, formasını və vəziy yətini;
b)  ərintinin  ayrı­ayrı  struktur  tərkibini  –  buna  əsa sən  tabı  alınmış  karbonlu 
poladların kimyəvi tər ki bini təyin etmək olur;
c) termiki emalın keyfiyyətini (məsələn, tablamanın dərinliyini);
ç) ifrat qızma, ifrat yanma, qeyri­metal qarışıqların aşkar edilməsi, mikroçat-
lar və s. bu kimi qüsurlar. Metalların və ərintilərin mikrostrukturunun şəklini çək­
mək olur.
Yoxlama üçün suallar: 
1.  Metalların və ərintilərin makroskopik və mikroskopik tədqiqi hansı məq­
sədlə aparılır?
2. Metalların makro­ və mikrostrukturunun fərqi nədədir?
3. Makro­ və mikroşliflərin fərqi nədədir? 


13
§7. Rentgen analizi 
Rentgen analizi gözlə görünməyən rentgen şüalarının köməyi ilə metalların 
və ərintilərin öyrənilməsidir. Rentgen şüaları 1895­ci ildə alman fiziki Rentgen 
tərəfindən  kəşf  edilmişdir.  Rentgen  şüaları  işıq  şüaları  kimidir,  yəni  elektro-
maqnit  rəqslərindən  ibarətdir,  lakin  dalğalarının  uzunluğu  başqadır.  Rentgen 
şüaları rentgen trubkasında elektronların hər hansı bir metal səth ilə toqquşma 
zamanı tormozlanması nəticəsində alınır. Bu zaman elektronların kinetik ener-
jisi rentgen şüalarının enerjisinə çevrilir.
Texnikada  rentgen  şüalarından  struktur  analizdə,yəni  metal  və  ərintilərin 
daxili quruluşunu təyin edərkən və daxili qüsurlarını aşkar etmək məqsədilə metal 
və ərintilərin şüalandırılması zamanı istifadə edilir (rentgenodefektoskopiya).
Struktur analiz atomların kristal qəfəsində rentgen şüalarını əksetdirmə xas­
səsinə əsaslanır. Əks etdirilən şüalar fotoplastikdə (rentgenoqramda) ləkə lərdən 
və halqalardan iz qoyur. Həmin halqaların vəziyyətinə görə kristal qəfə sin tipi 
və atomlar arasındakı məsafə təyin edilir.
Rentgenlə yoxlama rentgen şüalarının cismin dərinliyinə daxilolma xas sə­
sinə  əsaslanmışdır.  Buna  görə  də  metal  məmulatı  kəsmədən  rentgen  şəkil lə­
rində  onların  müxtəlif  daxili  qüsurlarını,  çatları,  oturmanı  və  qaz  boşluğunu, 
qaynaq qüsurlarını və s. görmək olar.
Materialda qüsurların qeydedilməsi metodları metaldan keçən rentgen şüa-
larının qismən udulması prinsipinə əsaslanmışdır. Rentgen şəkillərində qüsurlu 
yerlər tünd və ya bütöv metal fonunda açıq ləkə kimi görünür.
Müasir  rentgen  aparatları  polad  məmulatı  60­100  mm­ə  qədər  dərin liyinə 
kimi yoxlamağa imkan verir. Son zamanlar qalın metal məmulatların qüsurla-
rını aşkara çıxarmaqdan ötrü qamma­şüalar tətbiq olunmağa başlamışdır.
Qamma­şüaların  təbiəti  rentgen  şüalarınkı  kimidir,  lakin  onların  dalğası 
qısadır. Böyük nüfuzetmə xassəsinə görə qalınlığı 300 mm­ə qədər olan polad 
detalları  yoxlamaq  mümkündür.  Beləliklə,  qamma­defektoskopiya  metalların 
qüsurlarını aşkara çıxarmaq üçün geniş imkanlara malikdir.
Yoxlama üçün suallar:
1. Rentgen şüalarının təbiəti necədir və onlar necə əmələ gəlir?
2.  Rentgen analizi və rentgen defektoskopiyası nəyə əsaslanır və hansı məq­
sədlə tətbiq edilir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə