З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§4. Metalların kristallaşma prosesi



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə3/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   2   3   4   5   6   7   8   9   ...   40

8
§4. Metalların kristallaşma prosesi
Maye metalda yüksək temperaturda atomlar qarışıq hərəkətdə olur. Metallar 
düzgün kristal quruluşa bərkimə prosesində, yəni maye haldan bərk hala keçər­
kən malik olurlar.
Maddənin  maye  haldan  bərk  hala  keçərkən  kristal  əmələgətirmə  prosesi 
ilkin kristallaşma adlanır. Əgər maddənin kristal quruluşu bərk halda dəyişirsə, 
bu çür proses ikinci kristallaşma adlanır.
İlkin  kristallaşma  prosesi  metalların  xassəsinə  və  strukturuna  böyük  təsir 
göstərir. Bu proses ilk dəfə rus alimi D.K.Çernov tərəfindən təsdiq edilmişdir.
Kristallaşma prosesini öyrənmək üçun soyuma əyriləri qurulur. Həmin əyrilər 
vaxtın dəyişilməsilə ərimiş metalın soyumasına görə temperaturun dəyişməsini 
göstərir. Həmin əyriləri qurmaq üçün temperatur və zaman ölçü lərini hesablamaq 
lazımdır.
Şəkil 3. Soyudulma əyriləri
Təmiz metalların soyuma əyriləri 3­cü şəkildə (1, 2, 3 əyriləri) göstə ril miş­
dir.  (1)  əyrisində  metalın  kristallaşması  ifrat  soyudulma  aparılmadan  göstə ril­
mişdir. Bu, nəzəri əyridir. Buradan görünür ki, metalın maye haldan bərk hala 
keçməsi böhran nöqtəsi və ya kristallaşma temperaturu adlanan müəyyən Tböhr 
temperaturunda baş verir. Buna “böhran nöqtəsi” və ya “kristallaşma tempera-
turu”  deyilir.  Həmin  temperaturdan  yüksək  temperaturda  metal  maye  halda, 
ondan  aşağı  temperaturda  isə  bərk  halda  olur.  Metal  maye  haldan  bərk  hala 
keçərkən  ondan  gizli  kristallaşma  istiliyi  ayrılır.  Buna  görə  də  soyudulmaya 
baxmayaraq, kristallaşma prosesi qurtarana kimi (soyudulma əyrisindəki üfüqi 
his sə) metalın temperaturu dəyişmir.
Həqiqətdə isə sürətlə soyuma zamanı kristallaşma prosesi başqa cür gedir. 
Kristallaşmanı yaratmaq üçün maye metalın kristallaşma temperaturundan aşa­
ğı temperatura kimi, yəni metalı ifrat soyutmaq lazımdır.


9
Metalın praktiki olaraq kristallaşmaya başlaması temperaturu Tp kristallaş-
manın  faktiki  temperaturu  adlanır.  Kristallaşmanın  nəzəri  və  faktiki  tempera-
turları arasındakı fərqə ifrat soyudulma dərəçəsi deyilir.
İfrat soyudulma dərəcəsi “p” cox kiçik (2 əyrisi) və böyük (3 əyrisi) ola bilər. 
İfrat soyudulma dərəcəsi böyük olduqda kristallaşmanın gizli istiliyi ifrat soyu-
dulmaya görə elə sürətlə ayrılır ki, temperatur sıcrayışla yüksəlir (əyridəki ilgək) 
və nəzəri qiymətinə yaxınlaşır. Məsələn, stibium bu cür kristallaşır. Metalların 
əksəriyyətinin kristallaşma zamanı ifrat soyudulma dərəcəsi kiçikdir.
Maye haldan bərk hala kecərkən metal kristallarının əmələgəlmə mexaniz-
mini nəzərdən kecirək (şəkil 4).
Şəkil 4. Kristallaşma prosesinin sxemi 
Maye metal T temperaturuna kimi soyudularkən onun atomları ayrı­ayrı yer­
lərdə bərk maddənin kristal qəfəslərində olduğu kimi qruplaşmağa başlayır. Bu 
zaman  kristallaşmanın  mərkəzləri  yaranır, 
həmin  mərkəzlərin  ətrafında  kristallar 
əmələ gəlməyə başlayır. Əvvəlcə kristallar 
sərbəst  artır,  cünki  onları  hər  tərəfdən 
maye metal əhatə edir. Sonra kristallar bir­
birinə  bir ləşməyə  başlayır  və  ancaq  maye 
metal  olan  istiqamətə  doğru  artır.  Bu 
onunla nəticələnir ki, düzgün daxili quru-
luşa malik olmasına baxmayaraq, kristalla-
rın  xarici  quruluşu  düzgün  alınmır.  Düz-
gün formalı olmayan kristallar dənələr və 
ya kristalitlər adlanır. Metalların xassələri 
əmələ gələn dənələrin ölcüsündən, formasından və vəziyyətindən asılıdır. Xır­
dadənəli metallar və ərin tilər iridənəli metallardan və ərintilərdən fərqli olaraq, 
yüksək  möh kəmdir  və  zərbə  yüklərinə  daha  yaxşı  müqavimət  göstərir.  Bəzi 
metallar (dəmir, titan, kobalt, qurğuşun və s.) bərk halda öz kristal quruluşunu 
dəyişə bilər. İkinci kristallaşmanın məğzi ondadır ki, müəyyən temperaturlarda 
bərk  metallarda  atomların  yenidən  qruplaşması  baş  verir,  yeni  kristallaşma 
mərkəzləri əmələ gəlir, mərkəzlər artdıqca yeni kristal qəfəsləri yaranır. Bu isə 
metalların xassələrinin dəyişməsinə səbəb olur.
Yoxlama üçün suallar:
1. Sadə metalların kristallaşması prosesi necə gedir və öyrənilir?
2. Metalların ilkin kristallaşmasının ikinci kristallaşmadan fərqi nədədir?
3.  Metalların dənələri nə deməkdir və onların düzgün olmayan xarici forması 
nə ilə izah olunur?


10
§5. Dənənin ölçüsünə və formasına təsir edən faktorlar
Dənənin  ölçüsü,  forması  və  vəziyyəti  metalların  və  ərintilərin  xassələrinə 
mühüm  təsir  edir.  İridənəli  quruluşları  olan  ayrı­ayrı  dənələr  arasında  rabitə 
xırdadənəlilərə nisbətən zəifdir. Əgər metalın tərkibində müxtəlif həll olunma-
yan qatqılar varsa, dənələr arasında rabitə daha da zəifləyir. Bu qatqılar dənə lə­
rin sərhədində pərdə kimi yerləşir və dənələr arasındakı rabitəni pozur.
Alman alimi Tammanın “həcmi kristallaşma” nəzəriyyəsi dənənin ölçüsü-
nün  hansı  faktorlardan  asılı  olmasına  cavab  verir.  Həmin  nəzəriyyəyə  əsasən 
dənənin  ölçüsünü  təyin  edən  mühüm  faktor  soyudulma  sürəti  ilə  sıx  əlaqəsi 
olan  ifrat  soyudulma  dərəcəsidir:  soyudulma  sürəti  nə  qədər  çox  olarsa, 
soyuma da bir o qədər çox olacaqdır. Kristallaşma mərkəzlərinin sayı nə qədər 
çox  və  kristalların  böyüyüncə  sürəti  nə  qədər  kiçik  olarsa,  bərkiyən  metalda 
dənələr  bir  o  qədər  xırda  olacaqdır.  Əksinə,  mərkəzlərin  sayı  az,  dənələrin 
böyümə sürəti çox olarsa, metalın dənələri iri olacaqdır. Deməli, dənənin ölçüsü 
kristallaşma mərkəz lə ri nin sayından və kristalların böyüyüncə sürə tin dən asılıdır.
Şəkil 5. Dendritin sxemi 
(D.K.Çernova görə)
Tədricən  soyudulma  və  kiçik  ifrat  soyuldulma  dərəcəsi  az  sayda  kristal-
laşma  mərkəzi  yaranmasına  və  kristalların  yüksək  sürətlə  böyüməsinə  səbəb 
olur,  nəticədə  dənələr  böyüyür.  Əksinə,  böyük 
sürətlə  soyudulma  (ifrat  soyudulma  dərəcəsi) 
kristalların kiçik sürətlə böyüməsi şəraitində çox 
sayda  kristallaşma  mərkəzinin  əmələ  gəlməsinə 
gətirib  çıxarır.  Buna  görə  də  metalların  və  ərin­
tilərin  sürətlə  soyudulması  zamanı  xır da də nəli 
struktur  alınır.  Həcmi  kristallaşma  nəzəriy yəsi 
metalların kristallaşması zamanı real şəra itdə bir 
sıra faktorları nəzərə alır. Praktikada maye meta-
lın qızdırılma temperaturu və həmin temperaturda 
saxlanılma  müddəti,  metalın  tök mə  temperaturu, 
tök mə  üsulları,  istiliyin  ötü rülmə  isti qaməti  və 
sürəti metalın kənar qarışıqlarla çirklənməsi dənə­
nin  ölçüsünə  təsir  göstərir.  Sadalanan  faktorlar 
dənənin  ölçüsünə  elə  güclü  təsir  göstərir  ki,  ifrat  soyudulmanın  rolu  ikinci 
dərəcəli ola bilər. Müasir texnikada dənənin ölçüsünü və formasını süni surətdə 
dəyişmək üçün ərimiş metala həll olmayan maddələrin­modifikatorların əlavə 
edilməsi  prosesindən  geniş  istifadə  edilir.  Modifikatorlar  əlavə  modifikator 
mərkəzləri  yaradır,  bunun  nəti cəsində  metal  və  ya  ərinti  xırdadənəli  quruluş 
alır.  Məsələn,  alüminium  oksidinin  tozundan  polad  üçün  modifikator  kimi 
istifadə  edirlər.  Metalın  kristallaşması  nəticəsində  müxtəlif  ölçülü  və  formalı 
kristallar alına bilər. Bu zaman əsasən dendrit quruluşlu kristal əmələ gəlir.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə